Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qvatemalada sifilis tüğyanı
Qvatemalada sifilis tüğyanı — 1946-1948-ci illərdə Qvatemala hakimiyyəti ABŞ ilə birgə zöhrəvi xəstəliklərin tədqiqi məqsədilə böyük maliyyələşdirilən layihə. Təcrübə altına psixi xəstələri və həbsxana məhkumlarını salmışdılar. Onları bilərəkdən sifilislə yoluxdururdular. Məhkumun yanına artıq xəstələnmiş qadın göndərir, ya da cinsi orqanında cızıq çərtib bilərəkdən həmin yaradan xəstəliyə yoluxdururdular. Bu təcrübənin nəticələri və sonu barədə heç bir məlumat yoxdur. Amma 2010-cu ildə Amerikanın dövlət katibi Hillari Klinton 60 il bundan əvvəl keçirilmiş təcrübəyə görə Qvatemaladan üzr istəmişdir.
Tuqdame
Tuqdame — Kimmer, skif və sakların birgə yaratdığı Kimmer padşahlığının xanı. Kimmerlərin bu xanı eradan əvvəl 640-cı ildə Midiya çarının ordusunu məğlub etmiş və Manna ərazisində saklara da başçılıq etmişdir. İranşünaslar bu adı osetin dilində "qüvvə ilə bəzəyən" (rus dilində "украшайуший силой") kimi izah edirlər.. Assur mənbələrində Tuqdame kimi yazılan bu adı yunan müəllifi Strabon Liqdamis kimi vermişdir . Əgər adın sonunu təşkil edən "is" hissəsi yunan dilində əlavə olunmuş şəkilçi deyilsə, ondan güman etmək olar ki, çarın əsl adı Tuqdamis olmuşdur ki, bu da türk mənşəli Toktamış (Qızıl Orda dövlətinin XIV əsrdə başçısı olmuş məşhur Toxtamış xanın adını xatırlayın) adı ilə eynidir. Toxtamış türk dillərində (o cümlədən Azərbaycan dilində) olan toxta "səbir et", "tələsmə", "dayan" sözündən və -mış şəkilçisindən ibarət olmaqla körpənin sağ qalması, yaşaması, ölməyə tələsməməsi arzusu ilə valideynləti tərəfindən verilən addır. Belə strukturlu şəxs adları qədim türk xaqanları və əmirləri üçün səciyyəvidir. == Qədim türklərdə oğlan uşağına advermə mərasimi == Qədim türklər min illər boyu müharibələr, hərbi yürüşlər, başqa xalqlarla toqquşmalar şəraitində yaşamışdır. Ona görə də oğlan uşaqlarının gələcəkdə igid, bahadır, yaxşı atıcı, mətanətli, sağlam, vuruşqan, qüvvətli, adlısanlı, həm də tabeliyində olanlara qarşı mərhəmətli, ağıllı, nəhayət, qızıl və daşqaşla varlı olması arzusu ilə valideynləri onlara bu sifətləri bildirən adlar qoyurdular. Əgər bu çarın adı assur dilində qeyd olunan formada, yəni Tuqdame olmuşsa, onda onun qədim türk dillərindəki tuğ "döyüş bayrağı" (belə bayraq müqəddəs sayılırdı) və tomay "sipər" və ya toma "bəzək" sözlərindən ibarət olduğunu güman etmək olar.
Arxiyepiskop Turyan
Arxiyepiskop Leon Turyan (ing. Leon Tourian; 1879, Konstantinopol – 24 dekabr 1933, Nyu-York, Nyu-York ştatı) ABŞ-dakı Erməni Apostol kilsəsinin Şərgi Yeparxiyasının Priması (Primate (bishop) olub, 24 dekabr 1933-cü ildə Nyu-Yorkda siyasi rəqibləri tərəfindən qətlə yetirilib. == Bioqrafiyası == Qevont Turyan 1879-cu il yanvarın 1-i İstanbulda anadan olub. 1931-ci ildə Nyu-Yorka təyinat almamışdan əvvəl Turyan İzmirin arxiyepiskopu olub, həmçinin İstanbulda, Yunanıstanda, Bolqarıstanda və Britaniyada erməni kilsələrində çalışıb. Arxiyepiskopun öldürülməsinə səbəb olan insident iyulun 1-i 1933-cü ildə Çikaqoda (ABŞ) keçirilən "Təkamül əsri" sərgisində erməni pavilyonunda baş verib. Belə ki, səhnədə duaya başlamamışdan əvvəl Turyan səhnədə olan Ermənistan Demokratik Respublikasının üç rəngli bayrağının yığışdırılmasına göstəriş verib. Arxiyepiskopun fikrincə onun bu bayrağın yanında durması Sovet Ermənistanının hakimiyyəti ilə erməni kilsəsinin münasibətlərini korlaya bilərdi. Çünki erməni kilsəsinin mənəvi mərkəzi olan Eçmiadzin (Üç Kilsə) məhz Sovet Ermənistanında yerləşir və qərbdəki erməni kilsəsi Sovet hakimiyyəti ilə dostluq münasibətlərini qoruyub saxlamalıdır. Lakin Daşnaksütunun aktiv üzvləri arxiyepiskopun bu hərəkətini satqınlıq kimi gəbul ediblər. Bir müddət sonra Turyan Vuster şəhərində (Massaçusets ştatı) 5 nəfər daşnakın hücumuna məruz qalır.
Turanə Ağayeva
Levon Turyan

İbrahim Tuqan
İbrahim Əbdülfəttah Tuqan (ərəb. إبراهيم عبد الفتاح طوقان‎; 1905[…] və ya 1905, Nablus, İordan çayının qərb sahili – 2 may 1941, Qüds) — fələstinli şair və İraq himninin ("Mövtini") sözlərinin müəllifi.