Levon Turyan

Arxiyepiskop Leon Turyan (ing. Leon Tourian; 1879[1][2], Konstantinopol[2]24 dekabr 1933[1][2], Nyu-York, Nyu-York ştatı[1][2]) ABŞ-dakı Erməni Apostol kilsəsinin Şərgi Yeparxiyasının Priması (Primate (bishop) olub, 24 dekabr 1933-cü ildə Nyu-Yorkda siyasi rəqibləri tərəfindən qətlə yetirilib.

Levon Turyan
Doğum tarixi 1879[1][2]
Doğum yeri
Vəfat tarixi 24 dekabr 1933(1933-12-24)[1][2]
Vəfat yeri
Fəaliyyəti xristian din xadimi[d], Arxiyepiskop
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Qevont Turyan 1879-cu il yanvarın 1-i İstanbulda anadan olub. 1931-ci ildə Nyu-Yorka təyinat almamışdan əvvəl Turyan İzmirin arxiyepiskopu olub, həmçinin İstanbulda, Yunanıstanda, BolqarıstandaBritaniyada erməni kilsələrində çalışıb. Arxiyepiskopun öldürülməsinə səbəb olan insident iyulun 1-i 1933-cü ildə Çikaqoda (ABŞ) keçirilən "Təkamül əsri" sərgisində erməni pavilyonunda baş verib. Belə ki, səhnədə duaya başlamamışdan əvvəl Turyan səhnədə olan Ermənistan Demokratik Respublikasının üç rəngli bayrağının yığışdırılmasına göstəriş verib. Arxiyepiskopun fikrincə onun bu bayrağın yanında durması Sovet Ermənistanının hakimiyyəti ilə erməni kilsəsinin münasibətlərini korlaya bilərdi. Çünki erməni kilsəsinin mənəvi mərkəzi olan Eçmiadzin (Üç Kilsə) məhz Sovet Ermənistanında yerləşir və qərbdəki erməni kilsəsi Sovet hakimiyyəti ilə dostluq münasibətlərini qoruyub saxlamalıdır. Lakin Daşnaksütunun aktiv üzvləri arxiyepiskopun bu hərəkətini satqınlıq kimi gəbul ediblər. Bir müddət sonra Turyan Vuster şəhərində (Massaçusets ştatı) 5 nəfər daşnakın hücumuna məruz qalır. Hücum edənlərdən ikisi tapılıb məhkum edilir, bu hadisədən sonra Turyan özünə cangüdən tutur[3].

Daşnaklarla arxiyepiskopun konflikti 24 dekabr 1933-cü ildə baş verən insident nəticəsində daha da kəskinləşir. Belə ki, Manhattandakı "Müqəddəs Xaç" kilsəsində ibadət zamanı Daşnaksütunun üzvləri Turyana hücum edir, onun cangüdəni olan Kossof Qarqodian bu zaman kilsənin arxa tərəfində əyləşibmiş o, Turyana hucumun müqəddəs yerdə ola biləcəyinə inanmayıb. İbadət zamanı Turyan kilsədəki adamların yanından keçərkən bir qrup insan onu əhatə edir, bu zaman onlardan ikisi əllərində olan iri qəssab bıçaqları ilə arxiyepiskopa zərbələr endirir Turyan yerə yıxılandan sonra qatillər kütləyə qarışaraq aradan çıxmağa cəhd göstərirlər lakin, onlardan iki nəfəri kilsədəki adamlar tərəfindən saxlanılır və döyülür daha sonra onları polisə təhvil verirlər[4]. Bir qədər sonra polis sui qəsddə iştirak edən digər 7 nəfəri də həbs edir, onların hamısı Daşnaksütunun aktiv üzvləri idi. 5 həftə davam edən məhkəmə prosesindən sonra məhkəmənin hökmü oxunur, məhkəmə müttəhimlərdən iki nəfərini Madteos Leyleqyan və Nişan Sarkisyanı arxiyepiskopun qətlində təqsirli bilərək ölüm hökmünə məhkum edir. Lakin Nyu-York ştatının qubernatoru Herbert Leman ölüm hökmünü ömürlük həbslə əvəz edir. Sui qəsdin digər iştirakçıları 10 ildən 20 ilə kimi müxtəlif həbs cəzaları alırlar[5][6].

Bu qətldən sonra erməni kilsəsində parçalanma baş verdi, dindarların bir hissəi ibadətlərini Eçmiadzinə bağlı olan kilsələrdə bir hissəsi isə Kilikiya Katalikosatlığına (Livan) bağlı kilsələrdə edirdi. Həmçinin erməni dindarları arasında siyasi baxışlarına görə də parçalanma baş verdi. Bir qrup dindar daşnak tərəfdarı olduğu halda digərləri Daşnaksütunun əleyhdarı idilər. Kilikiya katolikosatlığı demək olar ki, daşnakların tam təsiri altında idi. Bir çox erməni Turyanı qətlə yetirmiş şəxsləri qəhrəman, Turyanın özünü isə satqın hesab edirdi. Hal-hazırda ABŞ-də erməni kilsəsinin iki qolu fəaliyyət göstərir. Eçmiadzindəki erməni katalikosuna tabe olan kilsələr və Kilikiyadakı katalikosatlığa tabe olan kilsələr.

  1. 1 2 3 4 5 6 Erməni Sovet Ensiklopediyası (erm.). / red. Վ. Համբարձումյան, Կ. Խուդավերդյան Հայկական հանրագիտարան հրատարակչություն, 1974.
  2. 1 2 3 4 5 6 7 8 Ով ով է. հայեր (erm.). / red. Հ. Այվազյան Երևան: Հայկական հանրագիտարան հրատարակչություն, 2005. C. 1.
  3. http://select.nytimes.com/gst/abstract.html?res=F50F10FB3E5516738DDDAC0A94DA415B838FF1D3&scp=1&sq=tourian%20westboro&st=cse Arxivləşdirilib 2012-10-22 at the Wayback Machine BEATEN AT CHURCH PICNIC.; Archbishop Was Attacked by Gang in Westboro, Mass.
  4. http://select.nytimes.com/gst/abstract.html?res=F40813FB3E5516738DDDAC0A94DA415B838FF1D3&scp=1&sq=SLAIN%20IN%20187TH%20ST.%20CHURCH&st=cse Arxivləşdirilib 2012-10-22 at the Wayback Machine Assassins Swarm About Armenian Prelate and Stab Him. HE FALLS WITH CRUCIFIX Two Men Seized and Beaten by Enraged Congregation — Two Others Held. LINKED TO POLITICAL FEUD
  5. http://select.nytimes.com/gst/abstract.html?res=F00913FE3858177A93C6A8178CD85F408385F9 Arxivləşdirilib 2012-10-22 at the Wayback Machine Two Convicted of Murder and Seven of Manslaughter in Armenian Prelate's Death
  6. http://select.nytimes.com/gst/abstract.html?res=F30E10FF385D167A93C7AB178CD85F408385F92 Arxivləşdirilib 2012-10-22 at the Wayback Machine 2 TOURIAN SLAYERS CONDEMNED TO DIE; Seven Others, Convicted in the Killing of Archbishop

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]