Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Güllücə
Güllücə (lat. Lathyrus) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinə aid bitki cinsi. Birillik və ya çoxillik çiçəkli bitkidir. 160-a yaxın növü məlumdur. Əsasən mülayim iqlimi olan yerlərdə yayılıb. Avropada 52, Şimali Amerikada 30, Asiyada 78, tropik iqlimli Şərqi Afrikada 24, Cənubi Amerikanın mülayim iqlimli zonasında 24 növü yayılmışdır.
Küllücə
Küllücə, Sindirella və ya Zoluşka (fr. Cendrillon, alm. Aschenputtel‎; rus. Золушка) — Qərbi Avropa nağıl personajı. Bu personaj mindən çox müxtəlif xalqın folklorunda öz əksini tapmışdır. == Şarl Perronun Zoluşka personajı == Bir varlı dul, eyni qızı olan iki qızı olan çox şişkin və təkəbbür dul qadınla evləndi. Ərin öz qızı vardı, çox mehriban və yumşaq idi. Ögey anası ögey qızını gözəlliyinə görə nifrət edirdi, çünki öz yanında qızları daha paxıl görünürdülər. Buna görə də, qıza damın altına mənzil qoyub, evdəki ən çirkin işləri görməsini istədi. Yazıq qız təvazökarlıqla bütün incikliyə dözdü və atasına şikayət etməyə cəsarət etmədi.
Tüklə
Tüklə — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. 14 may - 17 dekabr 1886-cı ildə ailələr üzrə aparılmış kameral siyahıyaalmaya əsasən Bakı quberniyası, Lənkəran qəzası, Ərkivan şöbəsi, Boradigah kənd cəmiyyətinə daxil olan Boradigah kəndində, həmçinin bu kənd sakinlərinin yeni saldıqları Qəzvinoba, Şatıroba, Babaser, Mollaoba və Tüklə kəndlərində toplam 291 evdə şiə təriqətli müsəlmanlardan ibarət 2.628 nəfər (1.508 nəfəri kişilər, 1.120 nəfəri isə qadınlar) əhali yaşayırdı. Yaşayış məntəqəsinin adı talış dilində "çəltik əkilən sahə", "biçar" sözündən və kiçik mənasında "lə" şəkilçisindən ibarətdir.
Güllücə (Abaran)
Güllücə — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Abaran rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 5 km məsafədə, Abaran çayının sahilində yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim güllü sözünə sifətin çoxaltma dərəcəsinin əlamətini bildirən -cə şəkilçisinin qoşulması əsasında əmələ gəlib «güllü, çiçəkli ərazidə yerləşən kənd» mənasını ifadə edir. Fitotoponimdir. Quruluşca düzəltmə toponimdir. Erm. SSR AS RH-nin 15. VI. 1946-cı il fərmanı ilə kəndin adı dəyişdirilib Vardenis (Güllü) qoyulmuşdur.
Güllücə (Amasiya)
Güllücə — Qars vilayətinin Qars qəzasında, indi Amasiya rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 24 km şimal-qərbdə, Arpa gölünün şimal sahilində yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Erməni mənbələrində kəndi adı Gyulica, Gyulluca formalarında da əksini tapır. Toponim gül sözünə sifət düzəldən -lü və sifətin çoxaltma dərəcəsinin əlamətini bildirən -cə şəkilçisinin artırılması əsasında əmələ gəlmişdir. Fitotoponimdir. Quruluşca düzəltmə toponimdir. == Əhalisi == Kəndin köklü sakinləri azərbaycanlılar olmuşdur. Erməni mənbələrində kənddə qarapapaqların yaşadığı göstərilir və onlar xalq kimi qeyd edilir. Qarapapaqlar azərbaycanlılarn formalaşmasında iştirak edən türk tayfalarından - azərbaycanlılarn etnoqrafik qruplarından biridir.
Güllücə (Ağdam)
Güllücə — Azərbaycan Respublikasının Ağdam rayonunun Güllücə kənd inzibati ərazi dairəsində kənd. Güllücə kəndi 1994-cü il aprel ayının 16-da Ermənistan ordusu tərəfindən işğal olunub. 20 Noyabr 2020-ci il işğaldan azad olunub. == Tarixi == 1930-cu ilə qədər Güllücə kəndi Yelizavetpol quberniyasının Cavanşir qəzasının tərkibində olub. Güllücə kəndi rayon mərkəzindən 26 km. şimalda, Papravənd kəndindən 10 km. şərqdə, Qarabağ düzündə yerləşir. Əslən Qarabağdan olan tanınmış yazıçı Süleyman Sani Aundovun “Nurəddin” adlı əsərində Güllücə kəndinin adı çəkilir, kəndin gözəlliyindən söz açılır; yazıçı təxəyyülünün kiçik əlavələri nəzərə alınmazsa, Axundov, Ağdamın Güllücə kəndi barədə yazıb. Ermənistanın Amasiya rayonunda da Güllücə adlı azərbaycan kəndi var. Lakin Ermənistandakı yüzlərlə digər azərbaycanlı kəndi kimi, Amasiyadakı Güllücədə də azərbaycanlı qalmayıb artıq.
Güllücə (Bostanabad)
Güllücə (fars. گلوجه‎) — İranın Şərqi Azərbaycan ostanının Bostanabad şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 84 nəfər yaşayır (19 ailə).
Güllücə (Kotayk)
Güllücə — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Ellər (Kotayk, Abovyan) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 12 km cənub-şərqdə yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim «güllü, çiçəkli» mənasını bildirən güllü sözünə -cə şəkilçisinin artırılması ilə düzəlib. Fitotoponimdir. Quruluşca düzəltmə toponimdir. Erm. SSR AS RH-nin 25. I. 1978-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Zovk qoyulmuşdur. == Əhalisi == Kənddə 1873 - cü ildə 273 nəfər, 1886-cı ildə 397 nəfər, 1897-ci ildə 524 nəfər, 1904 - cü ildə 516 nəfər, 1914 - cü ildə 846 nəfər azərbaycanlı yaşamışdır.
Güllücə (Miyanə)
Güllücə (fars. گلوجه‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 78 nəfər yaşayır (23 ailə).
Güllücə (Nir)
Güllücə (fars. گلوجه‎) — İranın Ərdəbil ostanının Nir şəhristanı ərazisinə daxil olan kənd. Kənd Dursun Xvacə kəndistanında yerləşir. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 152 nəfər yaşayır (33 ailə).
Güllücə (Pəmbək)
Güllücə — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Hamamlı (Spitak) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 5 km cənub-şərqdə, Çiçxan çayının yaxınlığında, Çubuxlu dağının ətəyində yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Kənd 1937-ci ilə kimi, yəni Hamamlı rayonu təşkil edilənə kimi Quqark (Qarakilsə) rayonunun tərkibində olmuşdur. Toponim Azərbaycan dilində işlənən güllu sözünə -cə şəkilçisinin artırılması əsasında əmələ gəlib «güllü, çiçəkli yerdə salman kənd» mənasını ifadə edir. Fitotoponimdir. Quruluşca düzəltmə topoınındir. Erm. SSR AS RH-nin 19. IV. 1950-ci il fərmanı ilə adı dəyişdirilib Saraart qoyulmuşdur.
Güllücə (Sərab)
Güllücə (fars. گلوجه‎) — İranın Şərqi Azərbaycan ostanının Sərab şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 80 nəfər yaşayır (20 ailə).
Güllücə (Təbriz)
Güllücə (fars. گلوجه‎) — İranın Şərqi Azərbaycan ostanının Təbriz şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 224 nəfər yaşayır (67 ailə).
Güllücə (Xoreşrüstəm)
Güllücə (fars. گلوجه‎) — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd. == Yerləşməsi == Kənd Xoreşrüstəm bəxşində, Xoreşrüstəm-cənubi dehistanında yerləşir. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 56 nəfər yaşayır (12 ailə).
Güllücə (dağ)
Güllücə — Azərbaycan Respublikası Xocavənd rayonunun ərazisində, Qarabağ silsiləsinin cənub hissəsində dağ aşırımı. Ziyarət zirvəsindən bir qədər Şimalda yerləşir. Hündürlüyü 2387 m. Maldar ellərin yaylaq yurdlarından biri olan Güllücə gul-çiçəklə zəngin olduğu üçün belə adlandırılmışdır.
Güllücə (dəqiqləşdirmə)
Güllücə — paxlakimilər fəsiləsinə aid bitki cinsi. Güllücə (dağ) — Xocavənd rayonunda dağ. Güllücə (Ağdam) — Azərbaycan Respublikasının Ağdam rayonunun inzibati ərazi vahidində kənd. Güllücə (Xalxal) — Ərdəbil ostanı, Xalxal şəhristanında kənd. Güllücə (Xoreşrüstəm) — Ərdəbil ostanı, Xalxal şəhristanında kənd. Güllücə (Amasiya) — Amasiya rayonunda kənd. Güllücə (Abaran) — Abaran rayonunda kənd. Güllücə (Pəmbək) — Pəmbək mahalında kənd. Güllücə (Kotayk) — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Ellər (Kotayk, Abovyan) rayonunda kənd.
Güllücə (İcrud)
Güllücə (fars. گليجه‎) — İranın Zəncan ostanı İcrud şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 34 nəfər yaşayır (7 ailə).
Güllücə (Əbhər)
Güllücə (fars. گلجه‎) — İranın Zəncan ostanı Əbhər şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 68 nəfər yaşayır (19 ailə).
Kətanyarpaq güllücə
Kətanyarpaq güllücə (lat. Lathyrus linifolius) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin güllücə cinsinə aid bitki növü.
Pirаmidаl küllücə
Piramidal küllücə — (lat. Filago pyramidata) Birillik, gövdəsi düz və ya qalxan, haçavari ayrılan budaqlı, ağ keçəvari tüklü bitkidir. Yarpaqları oturaq, bütöv lansetvari, iti uclu, bəzən kütdür. Səbətləri 5 mm uzunluqda, 10–30 səbətdən ibarət oturaq başcıq əmələ gətirərək gövdə haçalarında və ya budaqların ucunda yerləşirlər. Sarğının yarpaqcıqları uzunsov-lansetvari, dikdayanan, tüklü, sarı, ucu çox vaxt biz və qırmızımtıldır. Çiçəkləri xırda, sarımtıldır. Toxumcaları 0,6 mm uzunluqda, nahamar, kəkilsizdir. BQ qərbi, BQ şərqi, BQ Quba sahəsinin rayonlarında arandan orta dağ qurşağına kimi yayılmışdır. Quru yamaclarda bitir.
Sütlücə (Bəyoğlu)
Sütlücə (türk. Sütlüce) — Türkiyənin İstanbul şəhərinin Bəyoğlu rayonunda məhəllə. Cənubda Halıcıoğlu, şimalda və qərbdə Haliç, şərqdə Örnektəpə yerləşir. İstanbulun əsas qəssabxanası Sütlücədə yerləşirdi. Haliçin təbii mühitində çoxlu hava və suyun çirklənməsinə səbəb olan obyekt 61 illik istismardan sonra 1984-cü ildə tərk edilmişdir. Şəhərin yenidənqurma planına uyğun olaraq, Miniatürk, Santralstanbul və Rəhmi M. Qoç muzeyi ətrafında yaradılandan və köhnə kəsimxananın müasir konqres kompleksinə çevrilməsindən sonra Sütlücə daşınmaz əmlak investorları üçün cazibə mərkəzinə çevrilmişdir.
Ətirli güllücə
Ətirli güllücə (lat. Lathyrus odoratus) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin güllücə cinsinə aid bitki növü.
Güllücə südləyəni
Güllücə südləyəni (lat. Euphorbia lathyris) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin südləyən cinsinə aid bitki növü.
Kiçik güllücə
Kiçik güllücə (lat. Lathyrus miniatus) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin güllücə cinsinə aid bitki növü. == Arealı == Türkiyədən İrana qədər ərazilərdə yayılmışdır. == Qısa morfoloji təsviri == Gövdəsi düz və ya qalxan, ilişən, əsasından budaqlanmış, şırımlı, 2 enli yaşıl qanadları olan çoxillik çılpaq ot bitkisidir. Yalançı zoğları yarımoxşəkillidir, uzunsovneştərvari və yaxud neştərvaridir, qısa sivriləşmişdir, saplaqdan 2-3 dəfə qısadır, bəzən isə ona bərabər olur. Saplaq ensiz qanadlı olub, uzunluğu 3 (4) sm-ə qədərdir, sonu sadə və ya budaqlanmış bığcıqlarla qurtarır. Yarpaqları bir cütdür; yarpaqcıqlarının uzunluğu 3-6 (7) sm, eni (1,5) 2-3 (4) sm-dir, düzgün ellipsvaridir, təpə hissəsinə və qaidə hissəsinə doğru bir ölçüdə daralandır, təpə hissədə dəyirmi, küt və ya sivridir, qısa sonluqludur, nadir hallarda uzunsov-ellipsvaridir, uzunluğu enini 2-3 dəfə üstələyir, yumurtavari, enli yumurtavari və ya əksinəyumurtaşəkillidir. Salxımlar birtərəflidir. Çiçək saplağı yarpaqlardan biraz və yaxud iki dəfə uzundur, 3-10 ədəd çiçəyi vardır. Tacın uzunluğu 15–20 mm, çəhrayıdır; yelkən köndələn dəyirmi-ovaldır, təpə hissədə girintili-çıxıntılıdır, qanadlardan qısadır; qanadlar qayıqcıqdan uzundur.
Güllücə (Duzluca)
Güllücə — Türkiyənin İğdır ilinin Duzluca ilçəsində kənd. == Tarixi == Kənd 1928-ci ildən eyni addadır.