Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Təcəddüd
"Təcəddüd" (az-əbcəd. تجدد‎, hərfi mənası: "Yeniləşmə") — Cənubi Azərbaycanda Azərbaycan və fars dillərində dərc olunmuş ən mühüm qəzetlərdən biri. Qəzet 1917-ci ildə Əbülqasim Füyuzat və Şeyx Məhəmməd Xiyabaninin rəhbərliyi ilə nəşrə başlamışdır. Həmin il aprelin 9-da "Təcəddüd" qəzetinin ilk sayı nəşr edilmişdir. Qısa fasilələrlə 1921-ci ilə qədər çap olunmuşdur. İranda yeni şeirin təməli "Təcəddüd" qəzetinin ətrafına toplaşan Tağı Rüfət, Cəfər Xamneyi, Şəms Kəsmai kimi Cənubi Azərbaycan şairləri tərəfindən qoyulmuşdur. Bununla da ədəbiyyatın həm forma, həm də məzmununda "təcəddüd" – "yeniləşmə" yaranmış, sərbəst şerin əsası qoyulmuşdur ki, bu da "Təcəddüd" ədəbiyyatı adlanır. "Təcəddüd" tək Cənubi Azərbaycanda deyil, hətta bütün Qacar İranında ictimai və ədəbi fikirdə yenilik yaratmışdır. Şeyx Məhəmməd Xiyabani redaktoru olduğu "Təcəddüd" qəzetindəki yazılarında Azərbaycan xalqının hüquqlarını göstərir, onun istiqlaliyyət məsələsinə toxunurdu. 1917-ci il aprelin 30-da Xiyabaninin bu qəzetdə "Həqiqət nur saçacaqdır" başlığı ilə ilk məqaləsi çıxmışdır.
Təşəhhüd
Təşəhhüd - namazın vacibatıdır. Bütün vacib və müstəhəbb namazların ikinci rükətində, şam namazının üçüncü rükətində, zöhr, əsr və xiftən namazlarının dördüncü rükətində gərək insan ikinci səcdədən sonra oturub bədəni sakit olan vaxt təşəhhüd desin, yəni: اَشْهَدُ اَن لا اِلََهَ الاَ اللهُ وَحدَهُ لاشَرِيكَ لَهُ وَاَشهَدُ اَنَّ مُحَمَّداً عَبْدُهُ وَرَسُولُهُ اَللَّهُمَّ صَلّ عَلى مُحَمَّدِ وَآلِ مُحَمَّد "Əşhədu ən la ilahə illəllahu vəhdəhu la şərikə ləh, və əşhədu ənnə Muhəmmədən əbduhu və rəsuluh. Əllahummə salli əla Muhəmmədin və ali Muhəmməd" – desin. Və əgər "Əşhədu ən la ilahə illəllahu və əşhədu ənnə Muhəmmədən səlləllahu ələyhi və alih əbduhu və rəsuluh" – desə, kifayət edər, həmçinin Vitr namazında təşəhhüd lazımdır. Təşəhhüd kəlmələri gərək ərəbcə düzgün deyilsin və adi şəkildə olduğu kimi ardıcıl deyilməlidir. Əgər təşəhhüdü unutsa və ayaq üstə dursa, rükudan əvvəl yadına düşsə ki, təşəhhüdü deməmişdir, gərək otursun və təşəhhüdü desin, ikinci dəfə ayağa qalxıb o rük`ətdə oxuyacağını oxusun və namazı tamam etsin. Ehtiyat müstəhəbbə əsasən, namazdan sonra yersiz ayaq üstə durduğuna görə, iki səhv səcdəsi yerinə yetirsin. Əgər rükuda və rükudan sonra yadına düşsə, gərək namazı qurtarsın və namazın salamından sonra ehtiyat müstəhəbbə əsasən təşəhhüdü qəza etsin. Bundan sonra gərək yaddan çıxmış təşəhhüd üçün iki səhv səcdəsi yerinə yetirsin. Müstəhəbbdir ki, təşəhhüd halında sol budu üzərində otursun, sağ ayağın üzünü sol ayağın altına qoysun və təşəhhüddən əvvəl "Əlhəmdu lillah" və ya "Bismillah və billah vəlhəmdu lillahi və xəyrul əsmai lillah" – desin.
Sina Təməddün
Sina Təməddün (1957, Təbriz) — Apple Inc tətbiqi proqramları üçün baş vitse-prezident idi. Perdyu Universitetinin məzunudur. 1957-ci ildə Təbriz şəhərində anadan olmuş, ABŞ-nin Perdyu Universitetində ali təhsil almışdır. Sina Təməddün 1997-ci ilin sentyabr ayında Apple şirkətində fəaliyyətə başlamışdır. O, şirkətdə dünya üzrə xidmət və dəstək üztə vitse-prezident və Newton Group-un ümumi meneceri, vitse-prezidenti vəzifələrində çalışmışdır. Apple şirkətinə qoşulmamışdan əvvəl o, 1996-cı ilin sentyabr ayından 1997-ci ilin martına qədər Stiv Cobsun bir başqa şirkəti olan NeXt şirkətinin Avropa məsələləri üzrə vitse-prezidenti vəzifəsini icra etmişdir. 1994-cü ilin avqust ayından 1996-cı ilin avqust ayına qədər həmin şirkətin peşəkar xidmət üzrə vitse-prezidenti vəzifələrini icra etmişdir. 1994-cü ilin avqustundan əvvəl Sina Təməddün Software Alliance w Todd Rulon-Miller şirkəti üçün çalışmışdır. Buraya qatılana qədər NeXt şirkətinin Çikaqo ofisində satış meneceri olaraq işləmişdir. Bundan əvvəlki iş yeri isə Sun Microsystems şirkəti olmuşdur.