Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Təəssürat, günəşin doğuşu
Təəssürat, günəşin doğuşu (fr. Impression, soleil levant) — Klod Mone tərəfindən çəkilmiş və ilk dəfə 1874-cü ilin aprelində Parisdə "İmpressionistlərin sərgisi"ndə nümayiş olunmuş rəsm əsəri. Belə ki, sərginin adından başa düşüldüyü kimi bu əsər impressionizm cərəyanının təsirinə məruz qalmışdır. Mone "Təəssürat, günəşin doğuşu" əsərində özünün doğulduğu şəhər olan Havr şəhərinin limanını təsvir etmişdir. Hal-hazırda bu əsər Marmottan-Mone muzeyində (Paris) sərgilənməkdədir. == Tarix == Mone 1872-ci ildə Fransanın şimal-qərbində yerləşən, doğulduğu şəhər olan Havr şəhərinə gəlir və burada yaradıcılığına Havr şəhərinin limanını təsvir etdiyi şəkillərlə davam edir. Onun çəkdiyi müxtəlif rəsmlərdən limanın "günün sübh, gündüz, alatoranlıq, qaranlıq periodlarında və fərqli görüş nöqtələrindən - suyun özündən və ya otel otağından" təsvir edildiyi aydın olur. "Təəssürat, günəşin doğuşu" əsəri 1874-cü ildə Parisdə keçirilən "Rəssamlar, Heykəltaraşlar, Həkkaklar və s." sərgisində nümayiş etdirildikdən sonra yuxarıda qeyd olunan əsərlər içərisində ən məşhuru olmağı bacardı. Otuz iştirakçı olmasına baxmayaraq sərgiyə, əsasən, Mone, Edqar Deqa, Kamil Pissarro, Pyer-Ogüst Renuar, Alfred Sisley rəhbərlik edirdi və burada təqribən 200-ə yaxın əsər 4000-dən çox insana nümayiş olundu. Hətta sərgidəki həmin əsərlərin bir qisminin sərt təndiqlərə məruz qalması da aşkardır.
Təəssürat konserti (albom)
Təəssürat konserti – Azərbaycan Respublikasının xalq artisti, musiqiçi Ənvər Sadıqovun sayca dördüncü albomu. Alboma 19 musiqi nömrəsi daxildir. == Albom haqqında == 2016-cı ilin 23-24 may tarixlərində Beynəlxalq Muğam Mərkəzində Ənvər Sadıqovun “Təəssürat” adlı konserti baş tutmuşdur. “Qaytağı” instrumental ansamblının müşayiəti ilə təqdim edilən konsertdə Azərbaycan ilə yanaşı, dünya bəstəkarlarının əsərlərindən ibarət kompozisiyalar səsləndirilib. 2020-ci ildə konsertdə səslənən ifaların audio versiyası albom şəklində buraxılmışdır.
Yay təəssüratları üzərində qış xatirələri
Yay təəssüratları üzərində qış xatirələri (rus. Зимние заметки о летних впечатлениях) — Dahi rus yazıçısı Fyodor Dostoyevskinin 1862-ci ildə Avropa səyahəti əsnasındakı təəssüratlarını qələmə aldığı xüsusi qeydlərdən ibarət kitabıdır. İlk dəfə "Vremya" adlı jurnalda məqalə şəklində nəşr olunan bu qeydlər, daha sonra 1863-cü ildə kitablaşdırılmışdır.
"Təbəssüm" ordeni
Təbəssüm Ordeni (pol. Order Uśmiechu) — böyüklərin göstərdiyi mehribanlıq, dostluq və səbrə görə uşaqlar tərəfindən dünyada verilən yeganə orden. Mükafat 1968-ci ildə "Polşa kuryeri" jurnalı tərəfindən təsis edilib. 1979-cu ildə isə BMT tərəfindən təsdiq olunub. Hazırda orden dünyanın ayrı-ayrı ölkələrindən 50 nəfər böyükdən ibarət müstəqil Təbəssüm Ordeninin Kapitulası tərəfindən təqdim edilir. Təqdimetmə mərasimində Kapitula Təbəssüm Ordeninin kavalerini sarı gülümsəyən günəş rəmzi ilə bəzəyir. Bundan başqa, təqdimetmə zamanı əsas şərtlərdən biri də kavalerin üzündə təbəssümlə bir stəkan limon şirəsini içməsidir. Qeyd edək ki, bu mükafatı alanlar sırasında Hillari və Bill Klintonlar, Papa II İohann Pavel, İsveç şahzadəsi Silviya, Tereza Ana və başqa məşhur şəxslər də var. Kapitula tarixində Polşa tərəfindən "Təbəssüm Ordeni"nə layiq görülən ilk azərbaycanlı Ələkbər Hüseynovdur. Uşaqların sevimlisi Ələkbər əmi kimi tanınan aktyor və rejissor Ələkbər Hüseynov uşaqlara gülüş və xoş əhvali-ruhiyyə bəxş etdiyi üçün bu mükafata layiq görülüb.
Təbəssüm (1987)
== Məzmun == Film Bakı şəhəri Nizami bölgəsindəki 59 saylı nümunəvi-"Təbəssüm" uşaq bağçası haqqında söhbət açır. == Film haqqında == Film Azərbaycan Maarif Nazirliyinin sifarişi ilə çəkilmişdir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Miri Rzayev Ssenari müəllifi: S.Həsənova, Miri Rzayev Operator: Elxan Əliyev Səs operatoru: Şamil Kərimov == Sponsor == Azərbaycan Maarif Nazirliyi == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 332.
Təbəssüm Ordeni

Təvəssül duası
Təvəssül duası bir neçə duanın adıdır. Amma bir dua bu adla daha məşhurdur. Bu Biharul-Ənvarda nəql olunan "Təvəssül"dür. Əllamə Məclisi bu dua haqqında buyurur: "Bu duanı səhabələrimizdən birinin müəllifi olduğu köhnə nüsxələrdən birində tapdım. O kitabda bu dua haqqında belə yazılmışdır: "Bu duanı Muhəmməd bin Babeveyh imamlardan nəql etmişdir. Mən bu duanı hər nə üçün oxudumsa elə həmin an duam müstəcəb oldu". == Təvəssül duaları == "Təvəssül" duası bir neçə duanı bildirir: 1. Məşhur təvəssül duası "اللَّهُمَّ إِنِّی أَسْأَلُک وَ أَتَوَجَّهُ إِلَیک بِنَبِیک نَبِی الرَّحْمَةِ…"cümləsi ilə başlayan 2. Kəfəminin "Bələdul-əmin" kitabında Fərəc duası adı altında bir dua nəql olunmuşdur və onun içində Təvəssül duası da zikr olunmuşdur. 3.
Beynəlxalq Təbəssüm Günü
Beynəlxalq Təbəssüm Günü - Hər il oktyabrın birinci cümə günü qeyd olunur. Dünya hər il oktyabrın ilk cümə günündə bu günü qeyd edir. Özünü Xoşbəxtlik və Ümumdünya Təbəssüm Korporasiyasının beynəlxalq səfiri təyin edən, 2001-ci ildə həyatdan köçən Amerikalı rəssam Xarvi Boll hər il oktyabrın birinci cümə gününün təbəssüm günü kimi qeyd olunmasını istəyib. Beynəlxalq Təbəssüm Günüdə “Xeyirxah iş gör!” “Kiməsə gülməyə kömək et!” əsas şüarlardır. Qeyd edək ki, xeyirxahlıqla məşğul olmaq məqsədi ilə Xarvi Boll adına qeyri-kommersiya fondu da fəaliyyət göstərir.
Təbəssüm (film, 1987)
== Məzmun == Film Bakı şəhəri Nizami bölgəsindəki 59 saylı nümunəvi-"Təbəssüm" uşaq bağçası haqqında söhbət açır. == Film haqqında == Film Azərbaycan Maarif Nazirliyinin sifarişi ilə çəkilmişdir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Miri Rzayev Ssenari müəllifi: S.Həsənova, Miri Rzayev Operator: Elxan Əliyev Səs operatoru: Şamil Kərimov == Sponsor == Azərbaycan Maarif Nazirliyi == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 332.
Təbəssüm (film, 1992)
== Məzmun == İnsan öz pis əməlləri ilə bütün dünyanı məhv etməyə qadirdir. Lakin sağlam düşüncəyə, təmiz və pak mənəviyyata malik insanlar hər cür fəlakətin baş verməsinin qarşısını ala bilərlər. Film insanları iftiralara, boş və mənasız çağırışlara uymamağa, ayıq olmağa çağırır. == Film haqqında == Film amerikan yazıçısı Rey Bredberinin eyniadlı hekayəsinin motivləri əsasında çəkilmişdir.Film Şahirə Kərimovanın quruluşçu rejissor kimi kinoda ilk işidir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Əsərin müəllifi: Rey Bredberi Ssenari müəllifi: Nərminə Quliyeva Quruluşçu rejissor: Şahirə Kərimova Quruluşçu operator: Yuri Varnovski Bədii rəhbər: Eldar Quliyev Quruluşçu rəssam: Rafiq Nəsirov Redaktor: Eldəniz Quliyev Rejissor: Əliheydər Şahbazov Səs operatoru: Teymur Abdullayev Montaj edən: Reyhan Mustafayeva Filmin direktoru: Azər Əkbərov === Rollarda === Mikayıl Mirzə — sərsəm Samir Məlikov — oğlan == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh.
Ümumdünya Təbəssüm Günü
Ümumdünya Təbəssüm Günü (ing. World Smile Day) — hər il oktyabr ayının ilk cümə günü qeyd olunan bayram. Hər il oktyabr ayının ilk cümə günü Dünya Təbəssüm Günü (World Smile Day) qeyd olunur. Bu gün rəssam Harvi Bollun sayəsində yaranıb. XX əsrin ortalarında o Amerikada yaşayıb. Onun yaradıcılığı mükafatlandırılmırdı: tənqidçilər onunla maraqlanmır, əsərləri çətin ki, ölməzlik qazanardı. Amma necə oldusa "State Mutual Life Assurance Company of America" sığorta şirkətinin nümayəndələri vizitka üçün parlaq və yaddaşlara həkk olacaq simvol fikirləşməyi ona həvalə etdilər. Harvi bu haqda çox düşünmədi, indiki zamanda internet istifadəçilərinin "smaylik" adlandırdığı - gülümsəyən sarı simanı çəkib sifarişçilərə təqdim etdi. Bu 1963-cü ildə baş verib. Sifarişçilər bu işi qəbul etdilər, Bolla 50$ ödədilər.
Cessur
Cessur — Banqladeşin cənub-qərbində, Khulna vilayətində şəhər. == Əhalisi == Əhalisi 260,8 min (2010). == Coğrafiyası == Bhayrab çayı sahilində yerləşir. Dəmiryol stansiyası. Aeroport. == Memarlığı == Şəhər Kəlkətədən Dəkkəyə gedən yolun üstündə ticarət mərkəzi kimi inkişaf etmişdir. Politexnik institut; Cessur dairə məktəbi (1838; ölkənin qədim və ən nüfuzlu dövlət məktəblərindən biri), Racşahi Universitetinin 4 kolleci və s. var. Kütləvi kitabxana (1854; Banqladeşdə ilk kitabxanalardan biri) fəaliyyət göstərir. == Sənayesi == Cessur mühüm sənaye mərkəzidir.
Təkasur Surəsi
Təkasur surəsi (ərəb. سورة التكاثر‎ — oxunuşu: ət-Təkasur — çoxluqla öyünmə). Quranın 102-ci surəsidir. Məkkədə nazil olmuşdur, 8 ayədir. Surənin 5-7-ci ayələrində yəqinin 2 mərhələsi — elmul-yəqin və eynul-yəqin barədə söhbət açılır.