İlk dəfə idi ki, Sadıq kişi oğlunun, əziz-xələf oğlunun səsindəki həzin riqqəti görüb duyur, ürəyinin başı ağrıyırdı.
// Təsirlənmə, mütəəssir olma, acıma; təəssür.
…Tələbələrin səhnədə göstərdikləri müvəffəqiyyəti gördükcə riqqət və sevincindən gözləri yaşlar içində qalırdı.
Toplaşanlardan çoxunun gözü həyəcan və riqqətdən yaşarmışdı.
□ Riqqətə gəlmək – bax riqqətlənmək.
Anasının mehribanlığından riqqətə gəlmiş və ürəyi açılmış Qaraş gülümsədi.
Bu söhbətdən sonra Ulduz riqqətə gəlmiş, artıq anasının könlünü sındırmayaraq o tibb institutuna daxil olmuşdu.
Riqqətə gətirmək – bax riqqətləndirmək.
Axund Fərəc, vəhşi adlandırdığı bu … xalqı ağladacaq, riqqətə gətirəcək və sonra bütün acığını çıxacağını zənn edirdi.