Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Əsildar bəy Ağabababəyov-Muğanlinski
Ağabababəyov-Muğanlinski Əsildar Abbasəli oğlu (14.9.1900, İrəvan - ?) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarına əsasən, dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri. == Həyatı == İrəvan gimnaziyasını bitirmişdir (1918). Parlamentin 1919-cu il 1 sentyabr tarixli qərarına əsasən hüquq sahəsində təhsil almaq üçün Almaniyanın Leypsiq Universitetinə göndərilmişdir. Azərbaycanlı Tələbələr İttifaqının üzvü, təhsil illərində isə rəhbəri olmuşdur. Təhsilini başa vurduqdan sonra 1927-ci ildə Azərbaycana qayıtmış, 1930-1933-cü illərdə Azərbaycan Dövlət Bankında məsləhətçi, qrup rəhbəri işləmişdir. 1933-cü ildə həbs olunmuşdur. 1934-cü ildə Bakının ali məktəblərində alman dilini tədris etmişdir. 1935-ci ildə yenidən repressiyaya məruz qalmış, Qaraqanda vilayətinə sürgün edilmişdir.
Tefida
Tefida, Tefiya, Tetiya, Tifiya, Tetis (yun. Τηθύς) — qədim yunan mifologiyasında titan ilahə, Uran və Geyanın qızı, Okeannın həm bacısı, həm də arvadı. Bu nigahdan olan üç min çayın – oğlanın və üç min qızın – okeanidanın anası. Tefida və Okean dünyanın qurtaracağında yaşadıqları üçün Zevs və Kron qarşıdurması zamanı Reyanın xahişi ilə Heranı yanlarına alaraq onu gizlətmişdilər. == İstinadlar == == Mənbə == Греческая Мифология, Катерина Серви, EKDOTİKE ATHENON, Афины 2007 ISBN 960-213-378-3, ISBN 978-960-213-378-1 Софиа Сули, Греческая Мифология, Издателство Михалис Тубис А.О., 1995 ISBN 960-540-118-5 Panaghiotis Christou, Katharini Papastamatis, Griechische Mythologie, 2008 ISBN 978-88-476-2283-8 Paul Mazon, introduction à la Théogonie d’Hésiode, Les Belles Lettres, coll.
Tefida (ay)
Tefida və ya Saturn III, Saturn planetinin diametri 1,060 kilometr (660 mil) olan peykidir. Peyki 1684-cü ildə C.D. Kassini kəşf edib və ona Yunan mifologiyasının titanı Tefidanın adını verib.
Tefida (Saturnun peyki)
Tefida və ya Saturn III, Saturn planetinin diametri 1,060 kilometr (660 mil) olan peykidir. Peyki 1684-cü ildə C.D. Kassini kəşf edib və ona Yunan mifologiyasının titanı Tefidanın adını verib.