1. ƏXLAQSIZ (əxlaqı pis) [Altunbay:] O, dinsiz və əxlaqsız bir səfildir (C.Cabbarlı); BƏDƏXLAQ Oğurluqdan da bədəxlaq qumarbazlıqdır; Çünki bu fırqədə onlar kimi cürət yoxdur (M.Ə.Sabir); BƏDƏMƏL Görəsən hansı bədəməllərin oduna yanırıq? (C.Məmmədquluzadə); LƏVƏND (dan. adətən söyüş kimi işlənir) Usta Zeynal: Niyə mümkün eliyə bilmirsən, ey ləvənd? (C.Məmmədquluzadə); POZĞUN Səlimə: Əlimdən çıxıb qaçdı, sən ağlına gətirməzsən ki, o nə qədər pozğun adam imiş... (Ə.Qasımov); YAVA, FAHİŞƏ (bax).
2. əxlaqsız bax tərbiyəsiz