ASUDƏ

sif.zərf [ fars. ]
1. Rahat, dinc, qayğısız, arxayın. Asudə həyat. Asudə yaşamaq.
– Olduz hərəniz bir evin oğlanı, uşaqlar! Asudə gəzin indi bu dünyanı, uşaqlar. M.Ə.Sabir.
Buna bax, gör necə yatmış burada asudə; Yazmayır, işləməyir, vaxtı itir bihudə. A.Səhhət.
[Mirzağa] yalnız evlənməklə öz həyatını müəyyən bir şəklə sala bilər, onun sayəsində asudə, rahat bir həyat sürə bilərdi. S.Hüseyn.

Asudə olmaq – rahat olmaq.
…Darülfünunda tətildir, zaçotlar gedir; iyunun iyirmisindən sonra tamam asudə olacağam. Ə.Haqverdiyev.

2. Bikar, işi olmama.
[Səttar bəy:] Bu gün bazar günüdür, bilirəm asudəsən. N.Vəzirov.

3. Təhlükəsiz, azad, sərbəst, nəzarətsiz.
Ayı özünü asudə görüb, bir müddət kolluqda gəzdi, sonra üzünü meşəyə tərəf tutub getdi. S.S.Axundov.

Синонимы

  • ASUDƏ təhlükəsiz — azad — sərbəst — nəzarətsiz
  • ASUDƏ bikar
  • ASUDƏ rahat — dinc — arxayın
  • ASUDƏ ASUDƏ Alır asudə nəfəs; Bax, bu məhəbbət, bu həvəs (S.Rüstəm); ARXAYIN(CA) Otuz-qırx addımlıqda iki atlı arxayınca söhbət edərək gəlirdi (Çəmənzəminli

Этимология

  • ASUDƏ Farsca asudən (sakit olmaq, dinc olmaq) məsdəri ilə qohumdur. Asudəvaxt əvəzinə bizdə tınaq sözündən istifadə olunub (dincəlmə kəlməsinin sinonimidir)
ASTROTURF
ASUDƏÇİLİK

Значение слова в других словарях