Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Təcəddüd
"Təcəddüd" (az-əbcəd. تجدد‎, hərfi mənası: "Yeniləşmə") — Cənubi Azərbaycanda Azərbaycan və fars dillərində dərc olunmuş ən mühüm qəzetlərdən biri. Qəzet 1917-ci ildə Əbülqasim Füyuzat və Şeyx Məhəmməd Xiyabaninin rəhbərliyi ilə nəşrə başlamışdır. Həmin il aprelin 9-da "Təcəddüd" qəzetinin ilk sayı nəşr edilmişdir. Qısa fasilələrlə 1921-ci ilə qədər çap olunmuşdur. İranda yeni şeirin təməli "Təcəddüd" qəzetinin ətrafına toplaşan Tağı Rüfət, Cəfər Xamneyi, Şəms Kəsmai kimi Cənubi Azərbaycan şairləri tərəfindən qoyulmuşdur. Bununla da ədəbiyyatın həm forma, həm də məzmununda "təcəddüd" – "yeniləşmə" yaranmış, sərbəst şerin əsası qoyulmuşdur ki, bu da "Təcəddüd" ədəbiyyatı adlanır. "Təcəddüd" tək Cənubi Azərbaycanda deyil, hətta bütün Qacar İranında ictimai və ədəbi fikirdə yenilik yaratmışdır. Şeyx Məhəmməd Xiyabani redaktoru olduğu "Təcəddüd" qəzetindəki yazılarında Azərbaycan xalqının hüquqlarını göstərir, onun istiqlaliyyət məsələsinə toxunurdu. 1917-ci il aprelin 30-da Xiyabaninin bu qəzetdə "Həqiqət nur saçacaqdır" başlığı ilə ilk məqaləsi çıxmışdır.
Sina Təməddün
Sina Təməddün (1957, Təbriz) — Apple Inc tətbiqi proqramları üçün baş vitse-prezident idi. Perdyu Universitetinin məzunudur. 1957-ci ildə Təbriz şəhərində anadan olmuş, ABŞ-nin Perdyu Universitetində ali təhsil almışdır. Sina Təməddün 1997-ci ilin sentyabr ayında Apple şirkətində fəaliyyətə başlamışdır. O, şirkətdə dünya üzrə xidmət və dəstək üztə vitse-prezident və Newton Group-un ümumi meneceri, vitse-prezidenti vəzifələrində çalışmışdır. Apple şirkətinə qoşulmamışdan əvvəl o, 1996-cı ilin sentyabr ayından 1997-ci ilin martına qədər Stiv Cobsun bir başqa şirkəti olan NeXt şirkətinin Avropa məsələləri üzrə vitse-prezidenti vəzifəsini icra etmişdir. 1994-cü ilin avqust ayından 1996-cı ilin avqust ayına qədər həmin şirkətin peşəkar xidmət üzrə vitse-prezidenti vəzifələrini icra etmişdir. 1994-cü ilin avqustundan əvvəl Sina Təməddün Software Alliance w Todd Rulon-Miller şirkəti üçün çalışmışdır. Buraya qatılana qədər NeXt şirkətinin Çikaqo ofisində satış meneceri olaraq işləmişdir. Bundan əvvəlki iş yeri isə Sun Microsystems şirkəti olmuşdur.
Təkəlduz
Təkəlduz tikmə, və ya qullabduzluq (türk. kasnak işi, suzeni, türkm. ildirme, ilme , özb. yurma, rus. тамбурная вышивка) - qullabla (qarmaqla) vurulan zəncirli tikişin istifadəsi ilə yapılan bədii tikmə növü və üsuludur. Türk xalqlarının təkəlduzlarının səciyyəvi cəhəti odur ki, kəskin kontrastlı olur: rəngli ipək saplarla əyri xətlər və nəbati ornamentlər şəklində tünd rəngli qalın qumaş (tirmə, mahud, şal və s.) üzərində icra olunur. "Tə­kəl­duz" sözü hərfi mənada "tək əllə düz” mənasını verir. Avropa dillərində bu tikmə növünə "zəncirli naxış" deyirlər (fr. point de chainette, ing. chain stitch, alm.
Təkəlduz (1985)
Film Azərbaycanda geniş yayılmış bədii tikmə sənəti növü olan təkəlduz haqqındadır.
Təkəlduz tikmə

Təkəlduz (film, 1985)
Film Azərbaycanda geniş yayılmış bədii tikmə sənəti növü olan təkəlduz haqqındadır.