Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Köməyə tələsən itlər
Köməyə Tələsən İtlər (ing. PAW Patrol) — Kit Çapman tərəfindən yaradılmış Kanada kompüter animasiyalı uşaq televiziya serialı. Guru Studio tərəfindən təmin edilən animasiya ilə Spin Master Entertainment tərəfindən istehsal edilmişdir. Azərbaycan dilində səsli versiya ARB Günəşdə yayımlanır.
Teleslər
Teleslər—Qədim türk tayfası. Bu tayfa mənbələrdə tolos, teles, tolis, tulus və s. variantlarda qeydə alınmışdır. Jujan xanlığının əsas qüvvəsi teles tayfalarını itaət altında saxlamağı bacarmasında idi. Öz tarixlərinin başlanğıcında, yəni bizim eranın III əsrində teleslər Ordosdan qərbdəki çöllərdə yaşayırdılar. 338-ci ildə onlar Tobas xanına tabe oldular və IV əsrin sonlarında şimala, Cunqariyaya köçüb Selenqa çayına qədər bütün Qərbi Monqolustana yayıldılar. Dağınıq yaşadıqlarından teleslər jujanlara müqavimət göstərə bilmir və buna görə xərac verməli olurdular. Teles tayfaları jujanlara çox lazım idi, jujan ordası isə əksinə, teleslərə gərək deyildi. Jujanlar elə adamlar idilər ki, hər vasitə ilə yorucu əməkdən qaçırdılar, onların övladları isə, ümumiyyətlə xərac almağı işləməkdən daha üstün tuturdular. Teleslər isə heyvandarlıqla məşğul olurdular, onlar mal-qaraları otarır və heç kimə bac-xərac vermək istəmirdilər.
Telesmia
Söyüd (lat. Salix) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinə aid bitki cinsi. Söyüd qışda yarpağını tökən, iri ölçülü ağac və ya xırda kol şəklində olan bitkidir. Yarpaqları uzunsov lansetvaridir, damarlanması lələkvaridir, saplağı qısadır. Çiçək sırğaları sallaq və ya dikdayanandır. Yarpaqlamadan əvvəl və ya sonra, yaxud yarpaqlama vaxtı çiçəkləyirlər. Nektarlı bitkilərdir. Cinsin yer kürəsində 600-dən artıq növü məlumdur. Qafqazda təqribən 25 növü, Azərbaycanda isə 15 növü bitir. Çox qədim cinsdir və onun qazıntı halında tapılmış nümunələri üçüncü dövrə aiddir.
Telemea
Telemea pendiri-Telemea ənənəvi olaraq qoyun südündan hazırlanmış Rumıniya pendirinin adıdır. İndiyə qədər termin inək südündən hazırlanmış pendir, bəzi hallarda isə keçi və ya camış südünündən hazırlanır. Rumın dilində Telemean adı "yuvarlanmış" mənasını verir ki bu da türk termini olub teleme sözündən götürülmüşdür. Yunan pendiri Feta'a oxşar olub, Telemea yüksək miqdarda sudan ibarət olmaqla yumşaq quruluşa malik , krem tərkibli və ağızda qalan dada malik pendir növüdür. Alternativ olaraq, pendir daha qarışıq, daha ətirli və duzlu hala gətirən yaşlanma prosesindən keçirilir. Cirə toxumları bəzən ədviyyatlı, ceviz ləzzəti vermək üçün əlavə olunur. Bu pendir qəlyanaltılar, salatlar və müxtəlif yeməklər (məsələn, omlet, blinçik, piroq) üçün masa pendiri kimi istifadə olunur. Telemea pendiri hazırlanarkən, südə pendir mayası əlavə edib çürüdülür. Ən çox inək və qoyun südü istifadə olunur, keçi və inək südündən hazırlandıqda isə daha zərif olur. Nəticədə çürümüş süd süzgəcdən keçirilir və xüsusi pendir qablarında saxlanılır, gecə boyu sıxılır, sonra kvadrat hissələrə bölünür.