Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Təqibçi
Təqibçi (lat. Porzana) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin durnakimilər dəstəsinin sufərələri fəsiləsinə aid heyvan cinsi.
Adi təqibçi
Adi təqibçi (lat. Porzana porzana) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin durnakimilər dəstəsinin sufərələri fəsiləsinin təqibçi cinsinə aid heyvan növü.
Cırtdan təqibçi
Cırtdan təqibçi (lat. Porzana pusilla) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin durnakimilər dəstəsinin sufərələri fəsiləsinin təqibçi cinsinə aid heyvan növü.
Kiçik təqibçi
Kiçik təqibçi (lat. Porzana parva) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin durnakimilər dəstəsinin sufərələri fəsiləsinin təqibçi cinsinə aid heyvan növü.
İkirəng təqibçi
İkirəng təqibçi (lat. Porzana bicolor) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin durnakimilər dəstəsinin sufərələri fəsiləsinin təqibçi cinsinə aid heyvan növü. Qaraquyruq çivdimdik Butan, Çin, Hindistan, Laos, Myanma, Tailand və Vyetnamda rast gəlinir. Onlar rütubətli tropik və ya subtropik dağ meşələrində təbii şəkildə yaşayırlar.
Diokletian təqibi
Böyük təqib və ya Diokletian təqibi — 303–313-cü illərdə, Roma imperiyasında imperator Diokletian dövründə başlanan və onun xələfləri tərəfindən davam etdirilən xristianlara qarşı sonuncu və ən şiddətli təqib.303-cü ildə tetrarxlar Diokletian və Maksimian, Qaleri və Konstansi Xlor xristianların mülki hüquqlarını rəsmi olaraq ləğv edən və onlardan ənənəvi Roma dini ayinlərinə riayət etmələrini tələb edən fərman vermişdilər. Sonradan kahinlərə qarşı yeni fərmanlar verilmiş, eləcə də imperiyanın bütün sakinlərini paqan qurbanları kəsməyə məcbur etmişdir. Təqiblərin intensivliyi imperiya daxilində regiona görə müxtəlif olmuşdur. O vaxt Konstansinin hökm sürdüyü Qalliyada və İngiltərədə yalnız ilk fərman yerinə yetirilmiş və buradakı təqiblər imperiyanın şərq hissəsindəkindən daha zəif idi. Cəza qanunları tədricən ləğv edilmiş və Böyük Konstantin tərəfindən 313-cü ildə verilən Milan fərmanı ilə nəhayət bu dövr sona çatmışdır. == Mənbə == === İstinadlar === === Ədəbiyyat === Лебедев, Алексей Петрович. Эпоха гонений на христиан и утверждение христианства в греко-римском мире при Константине Великом. Библиотека христианской мысли. Исследования. СПб.: Издательство Олега Абышко.
Şiələrin təqibi
Şiələrin İraq Şam İslam Dövləti tərəfindən soyqırımı (ərəb. الإبادة الجماعية الشيعية من قبل دولة العراق والشام‎, ing. Genocide of Shias by Islamic State of Iraq and al-Sham) və ya Şiələrin İraq Şam İslam Dövləti tərəfindən təqibi (ərəb. اضطهاد الشيعة من قبل دولة العراق والشام‎, ing. Persecution of Shias by Islamic State of Iraq and al-Sham) — 2014-cü ilin avqust ayından başlayaraq İŞİD-in idarə etdiyi Şimali İraqda şiələrin sistematik şəkildə öldürülməsinə verilən ad. Şiələrin İraqda əksəriyyəti təşkil etmələrinə baxmayaraq, onlar İŞİD tərəfindən kütləvi şəkildə öldürülürdülər. 12 iyun 2014-cü il tarixində İŞİD qüvvələri Speyşer düşərgəsi qətliamında ən azı 1,600–1,700 şiə kursamnt və məhbus öldürmüşdür. Şahidlərin dediklərinə görə, terror təşkilatının Mosul şəhərini almasından sonra, onlar sünni və şiə məhbusları ayırmışdılar. 650 şiə məhbus başqa bir yerə aparılıb öldürülmüşdür. Kürd vəzifəliləri buna bənzər bir hadisənin Ərbil şəhərində baş verdiyi barədə məlumat veriblər.Amnesty International təşkilatı İŞİD-i Şimali İraqdakı dini və etnik azlıqların təmizlənməsi və icmaları "İraq xəritəsindən silinmək təhlükəsinə qoymaq"la günahlandırmışdır.
Roma imperiyasında xristianların təqibi
Roma imperiyasında xristianların təqibi — bütün Roma imperiyasında xristianlara qarşı b.e. I əsrindən başlayaraq b.e. IV əsrinə qədər davam edən sporadik və adətən lokal xarakter daşıyan təqiblər. Roma ilkin olaraq Roma paqanizmi və ellinistik din ənənələrində çoxtanrılı bir imperiya idi. Xristianlıq imperiyada yayıldıqca Roma imperator kultu ilə ideoloji qarşıdurmalara girmişdir. İnancları bütlərə sitayişi qadağan etdiyi üçün paqanların ilahiləşdirilmiş imperatorlara və ya digər tanrılara qurban vermək kimi əməlləri xristianlar üçün qeyri-əxlaqi idi. Dövlət və vətəndaş cəmiyyətinin digər üzvləri xristianları dövlətə xəyanətə, müxtəlif dedi-qodulardan ortaya çıxan cinayətlərə, qeyri-qanuni toplantılara və Romada mürtədliyə səbəb olan əcnəbi kultun tətbiqinə görə cəzalandırırdı. Romada ilk lokallaşmış təqib imperator Neronun (54–68) dövründə baş vermişdir. Daha ümumiləşmiş təqiblər Mark Avrelinin (161–180) dövründə gerçəkləşmişdir. Yaranan sakitlikdən sonra təqiblərə imperatorlar Desi Trayan (249–251) və Trebonian Qall (251–253) tərəfindən davam edilmişdir.
Desi dövründə xristianların təqibi
Desi dövründə xristianların təqibi — 249–251-ci illərdə hakimiyyətdə olmuş Roma imperatoru Qay Messi Kvint Trayan Desinin 250-ci ildə xristianlara qarşı başlatdığı təqib. Bu, Roma imperiyasında xristianlara qarşı imperiya miqyasında ilk rəsmi fərman ilə icra olunan təqib olmuşdur. == Təqib == Xristianlara qarşı imperiya miqyasında ilk rəsmi fərman ilə icra olunan təqib III əsrdə Desi Trayanın hakimiyyəti dövründə baş vermişdir. B.e. 250-ci ildə imperator Desinin bununla bağlı verdiyi fərman on səkkiz ay qüvvədə qalmışdır. Vilayət hakimləri öz yurisdiksiyalarında böyük şəxsi səlahiyyətə malik idilər və xristianlara qarşı lokal xarakter daşıyan təqib halları və kütləvi zorakılıq hadisələri ilə necə məşğul olacaqlarını özləri seçə bilərdilər. Bu müddət ərzində bəzi xristianlar öldürüldü, digərləri isə edamdan qaçmaq üçün mürtədlik etmişdir. Vilyam Hyu Klifford Frend təxmin edir ki, təqiblər zamanı 3,000–3,500 xristian öldürülmüşdür.Fərmanın mətni qorunub-saxlanılmamışdır, amma məlumdur ki, burada azad edilmiş yəhudilər istisna olmaqla bütün imperiya sakinlərindən Roma maqistratının iştirakı ilə tanrılara qurban kəsmələrini tələb etmiş, buna görə yazılı şəhadətnamələr verilmişdir. Fərmanın xüsusilə xristianları hədəf almasına dair heç bir sübut yoxdur. Bu fərman Desinin ənənəvi Roma dəyərlərini bərpa etmək siyasətinin bir hissəsi idi.
Tənqidçi
Tənqid – şifahi, yazılı və ya feli ola bilər. Lüğət mənası ilə tənqid – hər hansı bir insan, əsər və ya mövzunun doğru-yanlış, əskik-artıq, gözəl-çirkin cəhətlərini tapıb göstərmə işidir. Tənqidin əxlaqi cəhətdən yaxşı və ya pis dəyərləndirilməsi; kimə, nə vaxt, hansı dərəcədə, hansı məqsədlə və hansı niyyətlə edildiyindən asılıdır. Bu baxımdan tənqid, müsbət tənqid (faydalı olan) və mənfi tənqid (zərər verən) olaraq iki yerə bölünür. Tənqidin təsiri də yuxarıdakı söylədiyimiz xüsusiyyətlərə görə fərqli ola bilər. == İnsan nə üçün tənqid edir? == Fərdi və ictimai həyatın daha da yaxşılaşması üçün xətaların fərq edilib lazımi qaydada ifadə edilməsi yararlıdır. Ancaq bu ifadə formasının insana və ətfarına zərər verməməsi, ifadələrin müsbət niyyətli olması vacibdir. Bu formada edilən müsbət tənqidlərdə səhvləri düzəltmə mülahizəsi vardır. Ailə və cəmiyyətdə mənfi tənqidə bağlananlar getdikcə hər şeydə bir əskiklik axtararlar.
Təsisçi
Eynəkli təmizçi
Eynəkli təmizçi (lat. Cepphus carbo) — Təmizçilər fəsiləsinə aid dəniz quşu. == Təsvir == Bədəninin uzunluğu təqribən 38 sm-dir. Ayaqları qırmızı, dimdiyi qaradır. Heç bir yarımnövü yoxdur. == Yayılması == Sakit okeanın şimal-şərqində, Oxot dənizində, Rusiyanın Kuril adalarında və Yaponiyanın Hokkaydo adasında yayılmışdır. Eynəkli təmizçinin arealı Sakitokean təmizçisinin arealı ilə üst-üstə düşür, lakin sonuncu daha şimala nüfuz edir. == Davranış == Səhər və günortadan sonra aktivdir. Quşlar sahilə yaxın, 15–20 m-dən çox olmayan dərinliklərdə qidalanır. Balalar əsasən balıq, onayaqlı xərçəngkimilər və çoxilliklərlə qidalanır.
Səlibçi dövlətlər
Səlibçi dövlətləri və ya xaçlı dövlətlər — Orta Şərqdə 1098-ci ildən 1291-ci ilə qədər mövcud olan dörd Roma-Katolik xristian feodal dövləti. Bu dövlətlər Birinci Səlib yürüşünün latın katolik liderləri tərəfindən fəth və siyasi hiylə vasitəsilə yaradılmışdır. Bu dörd dövlət Edessa qraflığı (1098–1150), Antioxiya knyazlığı (1098–1287), Tripoli qraflığı (1102–1289) ve Yerusəlim krallığı (1099–1291) idi. Yerusəlim krallığı indiki İsrail, Cisiordaniya, Qəzzə zolağını və ətraf bölgələri əhatə edirdi. Digər şimal dövlətləri indiki Suriyanı, Türkiyənin cənub-şərqini və Livanı əhatə edirdi. "Səlibçi dövlətləri" adı yanıltıcı ola bilər, çünki 1130-cu ildən etibarən firəng əhalinin çox az bir hissəsi səlibçi idi. Xristianlar 1098-ci ildə Suriyadan keçərək silahlı bir şəkildə Yerusəlim (Qüds) şəhərinə səyahət etdi. Səlibçi Bulonlu Boduen dövlət çevrilişi ilə Edessanın yunan pravoslav hökmdarının taxtına çıxmış və Tarantolu Boemund tutulan Antioxiya şəhərində hakim şahzadə olaraq qalmışdır. 1099-cu ildə Yerusəlim şəhəri mühasirədən sonra alınmışdır. Bundan sonra Tripolinin alınması da daxil olmaqla ərazi konsolidasiyası izlənilmişdir.
Təqlidçi demokratiya
Təqlidçi demokratiya (buna kvazidemokratiya, psevdodemokratiya, dekorativ demokratiya, manipulyativ demokratiya, süni demokratiya, marionet demokratiya da deyilir) - bu formada əslində hakimiyyət bir qrupun, hakim partiyanın, şəxsin əlində cəmləşir. Ancaq belə hesab olunur ki, guya, xalq hakimiyyətini özü formalaşdırır.
Təqlidçi hüceyrələr
AYNA NEYRONLARI (Təqlidçi hüceyrələr) 1990-cu ildə elm adamları məməlilərdə beynin necə işlədiyini, şərtləndiyini, öyrəndiyini və bir şeyə qarşı niyə maraq duyduğunu bilmək üçün bir çox tədqiqatlar aparmışdılar. Bunlardan birində meymunların beyninə elektrik voltlarını qeyd edən elektrodlar yerləştirdilər. Daha sonra meymunlara yemək üçün banan verdilər. Elm adamları, meymunların bananları yediyi zamanda beyinlərinin bəzi bölgələrində (premotor korteksdə F5 nahiyəsi və Broca sahəsində ) elektriklənmələr olduğunu müşahidə etdilər. Daha sonra bir tədqiqatçı meymunun qarşısında iştahala banan yeməyə başlayanda, meymun banan yemədiyi halda, sanki banan yeyirmiş kimi beynindən yüksək voltlarda elektriklənmə başladı. Bir başqası eyni işi edərkən, beyindəki eyni mərkəzə aid bənzər bir qrup neyronda elektrik fəaliyyətləri artmağa başladı.(lakin hərəkət etdiklərində baş verən elektrik fəaliiyətlərindən biraz az). Bioloji bir qaynaq xaricində, bəzi hisslər (iştaha, şəhvət, və s.) təspit etmədiyimiz bir yol ilə meymunları, insanları ve quşları qarşısındakını təqlid etməyə məcbur edirdi. Nəticədə "ayna neyron "lar bir sözlə "təqlidçi neyron"lar adı verilən bəzi beyin hüceyrələri də aktiv vəziyyətə keçirdi. Ayna neyronlar, əsasən eşitmə və görmə olmaq üzrə bütün duyğular vasitəsiylə, xarici dünyadan gələn siqnalları alıb, sanki onların surətini saxlayan hüceyrələrdir. Bu neyronlar təqlid etmə və qarşıdakını öyrənmə kimi bir müddətdə özlərinə verilmiş rolu həssas bir şəkildə əks etdirir və adamı əlində olmadan təqlidə meyilli hala gətirməkdədir.
Con Beyn (tənqidçi)
Con Piter Beyn (ing. John Peter Bain; 8 iyul 1984, Spennimur, Darem, Böyük Britaniya – 24 may 2018, Şarlott, Şimali Karolina, ABŞ; əsasən TotalBiscuit, The Cynical Brit və TotalHalibut psevdonimləri ilə tanınır) — Böyük Britaniya videooyun tənqidçisi, kiberidman icmalçısı, YouTube kanalı müəllifi. "Eurogamer"in verdiyi məlumata görə, Beyn yeni hazırlanmış indi oyunlar və oyun xəbərləri üzrə təhlil mövzularını əhatə edən şərh videoları ilə böyük tamaşaçı icması əldə etmişdir. Beyn səmimiliyi, oyun sənayesində istehlakçı mövqeyini qoruması və təsirli tənqid videoları ilə tanınırdı. Beynin YouTube kanalı iki milyondan çox abonentə malik idi. Beyn 2015-ci ilin oktyabr ayında düz bağırsaq xərçəngi olduğu açıqlamış, ancaq fəaliyyətinə 2018-ci ilin aprel ayına qədər davam etmişdir. Beyn peşəsindən rəsmi olaraq, 2018-ci ilin aprel ayında təqaüdə çıxmışdır. Bunun səbəbi xəstəliyinin müalicəolunmaz hala gəlməsi idi. O, 24 may 2018-ci il tarixində 33 yaşında vəfat etmişdir. == Həyatı == Con Piter Beyn 8 iyul 1984-cü il tarixində Böyük Britaniyanın Darem qraflığında yerləşən Spennimur qəsəbəsində anadan olmuşdur.
Qurban Bayramov (tənqidçi)
Qurban Bayramov (tam adı: Bayramov Qurban Fərman oğlu; 30 may 1946, Əlimədətli, Ağdam rayonu) — Azərbaycan Yazıçılar Birliyinin üzvü (1985), Respublika Qarabağ Ağsaqqallar Şurasının üzvü (2001), Azərbaycan Ziyalılar Hərəkatı Ali Şurasının üzvü (2003), filologiya üzrə fəlsəfə doktoru (1979), Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi. == Həyatı == Qurban Bayramov 1946-cı il mayın 30-da Ağdam rayonunun Əlimədədli kəndində anadan olmuşdur. Orta təhsilini burada almış, indki N. Tusi adına ADPU-nin filologiya fakültəsini (1963–1967) bitirmişdir. Orta məktəbdə müəllim, tədris işləri üzrə direkor müavini vəzifələrində çalışmışdır (1967–1971). Hərbi xidmətdə olmuş (1967–1968), aspirantura təhsili almışdır (1970–1974). 1972-ci ildən Ədəbiyyat İnstitutunda baş laborant, elmi işçi, baş elmi işçi olmuşdur. Hazırda həmin institutda aparıcı elmi işçi vəzifəsində fəaliyyət göstərir. 1979-cu ildə "Səməd Vurğun poeziyasında lirik qəhrəman problemi" mövzusunda dissertasiya müdafiə etmişdir. Dövri və elmi mətbuatda 300-dən çox məğalə dərc etdirmiş, "Vurğun poeziyası", "Lirik qəhrəman və zaman", "Yaşar Qarayev: Milli yaddaş təlimi – Azərbaycançılıq" elmi-nəzəri, "Yaralı Vətənin yaralı övladları" bədii-publisist kitabları var. Onun "Müasir Azərbaycan poeziyasında üslubi meyillər", "Azərbaycan ədəbiyyatında tarixilik və müasirlik", "M. Ə. Sabir ənənələri və Azərbaycan ədəbiyyatı", "Səməd Vurğun dünən, bu gün və sabah", "M. H. Şəhriyar poetik üslubu", "Qarabağ ədəbi mühiti – uzaq keçmişdən bu günümüzə qədər" kimi tədqiqat işləri vardır.
Əkbər Ağayev (tənqidçi)
Əkbər Ağayev (azərb. Əkbər Məmməd oğlu Ağayev‎; 21 mart 1915, Şuşa – 2 mart 1989, Bakı) — tənqidçi, ədəbiyyatşünas, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1939), Azərbaycanın Əməkdar ali məktəb işçisi (1981), filologiya elmləri doktoru (1972), professor. == Həyatı == Görkəmli tənqidçi, ədəbiyyatşünas alim, filologiya elmləri doktoru, professor Əkbər Ağayev Şuşada anadan olmuşdur. Azərbaycan Pedaqoji İnstitutunun dil və ədəbiyyat şöbəsini bitirmişdir. 1940-1941-ci illərdə Elmlər Akademiyası Azərbaycan filialının aspiranturasında təhsilini davam etdirmişdir. Həmçinin Moskvada Ali Diplomatiya Məktəbində təhsil almışdır. == Fəaliyyəti == === Əmək fəaliyyəti === Əkbər Ağayev Moskvada Ali Diplomatiya Məktəbində təhsilini başa vurduqdan sonra "İzvestiya" qəzeti və Sovet İttifaqı Teleqraf Agentliyi redaksiyalarında işləmişdir. Daha sonra Bakıda bir sıra mətbuat orqanlarında ədəbi işçi, məsul katib, şöbə müdiri və redaktor vəzifələrində çalışmışdır. Əkbər Ağayev eyni zamanda elmi-pedaqoji fəaliyyəti dövründə Azərbaycan Dövlət Pedaqoji Universitetində, Xarici Dillər İnstitutunda, Bakı Dövlət Universitetində müəllim. kafedra müdiri və fakültə dekanı, Azərbaycan Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunda inkişaf etmiş sosializm dövrü ədəbiyyatı şöbəsinin müdiri vəzifələrində işləmişdir.
Böyük təqib
Böyük təqib və ya Diokletian təqibi — 303–313-cü illərdə, Roma imperiyasında imperator Diokletian dövründə başlanan və onun xələfləri tərəfindən davam etdirilən xristianlara qarşı sonuncu və ən şiddətli təqib.303-cü ildə tetrarxlar Diokletian və Maksimian, Qaleri və Konstansi Xlor xristianların mülki hüquqlarını rəsmi olaraq ləğv edən və onlardan ənənəvi Roma dini ayinlərinə riayət etmələrini tələb edən fərman vermişdilər. Sonradan kahinlərə qarşı yeni fərmanlar verilmiş, eləcə də imperiyanın bütün sakinlərini paqan qurbanları kəsməyə məcbur etmişdir. Təqiblərin intensivliyi imperiya daxilində regiona görə müxtəlif olmuşdur. O vaxt Konstansinin hökm sürdüyü Qalliyada və İngiltərədə yalnız ilk fərman yerinə yetirilmiş və buradakı təqiblər imperiyanın şərq hissəsindəkindən daha zəif idi. Cəza qanunları tədricən ləğv edilmiş və Böyük Konstantin tərəfindən 313-cü ildə verilən Milan fərmanı ilə nəhayət bu dövr sona çatmışdır. == Mənbə == === İstinadlar === === Ədəbiyyat === Лебедев, Алексей Петрович. Эпоха гонений на христиан и утверждение христианства в греко-римском мире при Константине Великом. Библиотека христианской мысли. Исследования. СПб.: Издательство Олега Абышко.
Kiber-təqib
Kibertəqib (ing. Cyberstalking) — fərdi, qrupu və ya təşkilatı izləmək və narahat etmək üçün İnternet və ya başqa elektron vasitələrdən istifadə edilməsi.
Lionda təqib
Lionda təqib — b.e. 177-ci ildə, Mark Avrelinin hakimiyyəti dövründə, Romanın Qalliya vilayətinin Luqdun şəhərində (indiki Lion, Fransa) xristianlara qarşı əfsanəvi təqib. Bu təqiblə bağlı heç bir tarixi hesab yoxdur və ən erkən mənbə hadisədən 150 il sonra yazılmış Yevsevinin "Kilsə tarixi" əsərinin V kitabıdır. VI əsrdə yaşamış Turlu Qriqori bu təqibləri müəllifi olduğu "Əzabkeşlərin şöhrət kitabı" əsərində qismən əhatə etmişdir. == Təqib == Liondakı təqib haqqında ən mühüm məlumat mənbəyi Yevsevinin "Kilsə tarixi" əsərində uzun fraqmentlər şəklində verilmiş yunanca məktubdur. Yevsevi əzabkeşlik çəkmiş xristianlar haqqında demək olar ki, bütün məlumatları özündə saxlamış, mətndə yalnız ritorik və didaktik hissələr buraxmışdır. Yevseviyə görə, məktub imperator Mark Avrelinin hakimiyyəti dövründə xristianlara qarşı genişmiqyaslı təqiblərin baş verdiyinin sübutu idi. Burada "möminlik döyüşçüləri"nin haqq və öz ruhları uğrunda apardıqları mübarizədən bəhs edilirdi. Məktubda istismarlar ətraflı təsvir edilmişdir. Əzabkeşlərin adları sonda verilmişdir.
Təqib (1984)
== Məzmun == Filmdə kəndli balası İbrahim haqqında söhbət açılır. Burada balaca tamaşaçılarda təbiətə və insana məhəbbət hissləri aşılanır və belə bir fikir irəli sürülür: nəinki heyvanlar, həm də adamlar arasında dostluq və xeyirxahlıq münasibətləri düşmənçilikdən qat-qat yaxşıdır. == Film haqqında == Bu multiplikasiya filmi Məstan Əliyevin şerlərinin motivləri əsasında çəkilmişdir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Əsərin müəllifi: Məstan Əliyev Rejissor: Vahid Talıbov Ssenari müəllifi: Alla Axundova Quruluşçu rəssam: Elçin Axundov Operator: Ramiz Ağayev Bəstəkar: Eldar Rüstəmov Səs operatoru: Akif Nuriyev Cizgi rəssamı: Vaqif Məmmədov, Rauf Dadaşov, Bəhmən Əliyev, Arifə Hatəmi, Gülşən Quliyeva, Solmaz Hüseynova, Firəngiz Quliyeva Rəssam: Hüseyn Cavid İsmayılov, Aydın Lazımov, Yelena Dontsova, N.Ağayeva == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 314.
Təqib (film, 1984)
== Məzmun == Filmdə kəndli balası İbrahim haqqında söhbət açılır. Burada balaca tamaşaçılarda təbiətə və insana məhəbbət hissləri aşılanır və belə bir fikir irəli sürülür: nəinki heyvanlar, həm də adamlar arasında dostluq və xeyirxahlıq münasibətləri düşmənçilikdən qat-qat yaxşıdır. == Film haqqında == Bu multiplikasiya filmi Məstan Əliyevin şerlərinin motivləri əsasında çəkilmişdir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Əsərin müəllifi: Məstan Əliyev Rejissor: Vahid Talıbov Ssenari müəllifi: Alla Axundova Quruluşçu rəssam: Elçin Axundov Operator: Ramiz Ağayev Bəstəkar: Eldar Rüstəmov Səs operatoru: Akif Nuriyev Cizgi rəssamı: Vaqif Məmmədov, Rauf Dadaşov, Bəhmən Əliyev, Arifə Hatəmi, Gülşən Quliyeva, Solmaz Hüseynova, Firəngiz Quliyeva Rəssam: Hüseyn Cavid İsmayılov, Aydın Lazımov, Yelena Dontsova, N.Ağayeva == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 314.
Rusiyada homoseksualların təqib tarixi
Tarixən Rusiya digər Avropa ölkələrinə nisbətən homoseksuallara qarşı daha dözümlü olub. Dünyəvi cinayət hüququ 18-ci əsrə qədər bu məsələni həll etməmişdir. Rus Pravoslav Kilsəsi eynicinsli əlaqəni (həm qadın, həm də kişi) ciddi günah hesab edirdi, lakin kanon qanunlarına görə, bunun cəzası digər "zina" formaları ilə müqayisə oluna bilər və həmin cəza Qərbi Avropadan daha yumşaq idi. Rusiyada homoseksualizm əleyhinə qanunvericilik ilk dəfə 1706-cı ildə I Pyotr tərəfindən Alman hərbi qaydalarını köçürərək təqdim edilmişdir. Qanun yalnız hərbi qulluqçulara şamil edilirdi və yeni yaradılmış Avropa tipli orduda nizam-intizamın qorunması zərurəti ilə əsaslandırılırdı. Kişi homoseksuallığının kriminallaşdırılmasının ikinci dalğası I Nikolayın mühafizəkar siyasəti və qanunvericilik islahatları çərçivəsində baş verdi. 1835-ci ildə cinayət qanunlarının yeni toplusu qüvvəyə minir. Buraya homoseksualizm əleyhinə məqalə də daxil idi, bu məqalə də Almaniyanın təsiri altında yazılmışdır, lakin homoseksualların təqibi artıq dini əxlaqi əsaslandırmaya malik idi və Rusiya İmperiyasının bütün subyektlərini əhatə edirdi. Bu vəziyyət monarxiyanın süqutuna qədər 82 il davam etdi. Rusiya İmperiyasında lezbiyanlar Finlandiya Knyazlığı istisna olmaqla, qanunla təqib olunmadılar.1917-ci il Oktyabr inqilabı bütün çar qanunlarının ləğvinə səbəb oldu.
Teyiçi Matsumaru
Teyiçi Matsumaru (28 fevral 1909 - 6 yanvar 1997) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 3 oyun keçirib.