Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Tərbiyə
Tərbiyə — insanın şəxsiyyətinin inkişafına, onun müasir mədəni dünyagörüşünün formalaşmasına, müəyyən baxışların yaranmasına yönəlmiş məqsədyönlü peşəkar fəaliyyətdir. Tərbiyə təlim-tədris müəssisələrində xüsusi təlim almış mütəxəssislər tərəfindən şəxsiyyətin formalaşması və yaranması məqsədilə hazırlanmış bütöv, şüurlu təşkil edilmiş prosesdir. Bütöv tərbiyə prosesinin tərkib hissələri: əqli, mənəvi və s. tərbiyə. Mənəvi tərbiyə — insanın dəyişməz və harmonik inkişafını təmin edən həyatı dəyərləndirməni şəxsdə formalaşdırmaq. Mənəvi tərbiyə insanın işlərinə və fikirlərinə ali məqsəd verən qürur, səmimiyyət, məsuliyyət və s. hissləri tərbiyələndirir. Siyasi tərbiyə — insanlarda dövlətlər, millətlər, partiyalar arasında münasibətləri əks etdirən və onları ruhi-mənəvi, etik cəhətdən öyrənə bilən siyasi düşüncənin formalaşması. Obyektivlik, dəqiqlik, istiqamət seçə bilmək və ümumbəşəri dəyərlər cəhətdən həyata keçirilir. Cinsi tərbiyə — insanlarda sistemləşdirilmiş, şüurlu planlaşdırılmış cinsi şüurunun yaranması, onların ailə həyatına hazırlanması.
Təhkiyə
Təhkiyə — Bədii əsərin, təsvir və mükalimədən fərqli olan, hərəkət, iş, hadisə haqqında izahdan ibarət hissəsidir. Təhkiyənin üç tipini səciyələndirmək olar. Lirik təhkiyənin əsas əlamətləri olan ritm, ovqat və qafiya qədim mərasim formalarında ibtidai şəkildə yaranmışdır. Poeziyada mövcud olan ritm və ahəng mərasimlərə məxsus sinkretizmin, daha dəqiq musiqili, rəqsli ifanın folklor mətnlərində qalığıdır. Ona görə poeziyasının ən qədim mənşə əlamətini göstərmək lazım gəlsə, musiqilik demək olar. Müasir poetika termini ilə isə indi buna şeirin ritmikliyi deyirik. Ritmiklik bütün ədəbiyyatlarda və bütün dillərdə poetizmin ilk ünsürüdür. Ədəbiyyatşünaslıqda "danışmaq", "nəql etmək" əvəzinə əksər hallarda təhkiyə sözü işlənir. Epik əsərlər süjetli olur və onların məzmunu hadisə və ya əhvalatla bağlı olur. Epik əsərlərdə əhvalat "kənardan" nağıl olunur.
Təkiyə
Təkiyə — Dərvişlərin ibadət etdiyi yer. Təkiyə (İçəri Şəhər) — İçəri Şəhərdə yerləşən və ölkə əhəmiyyətli abidə olan təkiyə tipli məscid.
Təqvim
Təqvim — böyük vaxt intervallarının hesablanması sistemi. Əsasını göy cisimlərinin hərəkəti ilə əlaqədar olan dövri təbiət hadisələri təşkil edir. Müxtəlif təqvim növləri mövcuddur. Miladdan 3000 il öncə şumerlər bir gecə-gündüzü 24 saata, bir ili on iki aya bölürdülər. Ən qədim təqvim Ay təqvimi olmuşdur. Miladdan 2780 il öncə Misir kahinləri tərəfindən 365 gündən ibarət il təqvimi hazırlandı. Müasir dövrdə təqvimin daha geniş yayılmış növü Günəş təqvimidir. Ay təqvimi üzrə ilin uzunluğu 354 gecə-gündüzə bərabərdir. Ay təqvimi Günəş təqvimindən 11 gecə-gündüz qısadır. Vaxtın hesablanmasında daha çox müxtəliflik ilin başlanğıcını nə vaxtdan hesablamaqda olmuşdur.
Zəviyə
Zaviyə
"Tərbiyə" məktəbi
Məktəbi-tərbiyə və ya "Tərbiyə" məktəbi— Naxçıvan şəhərində XIX əsrə aid məktəb. == Haqqında == Məktəbi-tərbiyə 1894-cü ildə görkəmli maarifçi-pedaqoq Məhəmməd Tağı Sidqi tərəfindən Naxçıvan şəhərində təsis edilmişdir. Məktəbdə dünyəvi fənlərin tədrisinə ciddi fikir verilir, ana dili ilə yanaşı rus dili və ədəbiyyatı da öyrədilirdi. 1896-cı ildə məktəb üçün yeni bina tikilmişdi. Onun inşasına Hacı Zeynalabdin Tağıyev, general-leytenant İsmayıl xan Naxçıvanski yaxından köməklik göstərmişdilər. Məktəb az vaxtda Naxçıvanın ədəbi-mədəni həyatının mərkəzlərindən birinə çevrilmişdi. Burada yerli ziyalıların iştirakı ilə teatr tamaşaları göstərilir, ədəbi əsərlərin müzakirəsi keçirilir, yubiley gecələri təşkil olunurdu. Aleksandr Puşkinin anadan olmasının 100 illiyi münasibətilə keçirilən yubiley gecəsində (26 may 1899) Məhəmməd Tağı Sidqi şairin həyat və yaradıcılığı haqqında məruzə etmişdir. Cəlil Məmmədquluzadə bu məktəbi "yeniyetmə müəllim və ədiblər üçün darülürfan" adlandırmışdır. 1896-cı ildə Rus-tatar (Rus–Azərbaycan) məktəbinə çevrilərkənməktəbinin fəxri nəzarətçisi Bəhram xan Naxçıvanski olmuş, sonra o yerini istefada olan rotmeyster Cəfərqulu xan Naxçıvanskiyə vermiş, daha sonra isə Mirzə Ələkbər Süleymanov özünün yazdığına görə 1897-ci ildə məktəbin müdiri təyin edilmişdir.
Alban təqvimi
Alban təqvimi — Qafqaz Albaniyasında istifadə olunmuş sivil və dini təqvim. Bu təqvimin varlığını ilk dəfə 1832-ci ildə Mariy Brosse irəli sürmüşdür. Ananiya Şirakatsiyə aid 114 nömrəli əlyazmaya istinad edən Brosse bu təqvimdə 12 ay olduğunu göstərir. Təqvim avqust ayından başlayırdı. Ayların adları həm Udi dilində həm də Fars dilində izah olunur. Paris, Tbilisi həmçinin İrəvanda saxlanılan 12 fərqli əlyazmada bu aylar sıralanmışdır. Utili tarixçi Ovannes İmastaserin (1047–1129) qeydlərinə əsasən qədim Alban və Gürcü təqvimləri 29 Avqustda başlayırdı. Bu təqvimin əsasında Udi təqvimi hazırlanmışdır. == Cənubi Qafqaz təqvimləri == Qədim Gürcü, Erməni və Alban təqvimlərindəki ayların adları bənzər olmuşdur. == Aylar == === Navasardun === Alban təqvimində ilk ay olmuşdur.
Efiopiya təqvimi
Efiopiya təqvimi (amh. የኢትዮጵያ ዘመን አቆጣጠር — ye'Ītyōṗṗyā zemen āḳoṭaṭer) və ya Həbəşə təqvimi — Efiopiyada və Efiopiya Pravoslav Kilsəsində istifadə edilən təqvim. Misirdəki Qipti xristianlarının istifadə etdiyi təqvimə bənzəyən bu təqvim Günəşə əsaslanır. Həbəşə təqvimi və ya digər adı ilə Efiopiya təqvimi olan təqvimə əsasən Efiopiyada yeni ilin ilk günü Enkutataş (እንቁጣጣሽ) adlanır. Ölkədə həmin gün qeyri-rəsmi iş günü elan edilir. Paytaxt Əddis-Əbəbədə Yeni il mərasimləri keçirilir, məhkumlarla bağlı əfv sərəncamı verilir. Efiopiya təqviminə əsasən il 13 aydan ibarətdir. Ayların adları Efiopiya xalqına məxsus Amhar dilində yazılır. 12 ayın hər biri bizim işlətdiyimiz təqvimdəki aylara ekvivalentdir, lakin onların hər biri 30 gündən ibarətdir. 13-cü ay isə "Pagume"(ጳጉሜ) adlanır ki, bu da yunancadan tərcümədə “qalıq, artıq” deməkdir.
Erməni təqvimi
Erməni təqvimi — Xristianlıq yayılana qədər ermənilər tərifindən istifadə edilmiş günəş təqvimi. Bu təqvim qədim Misir təqvimi əsasında yaradılmışdır. Təqvimə əsasən bir il 365 gündən ibarətdir və yeni il 1 navasarda (qriqorian təqviminə görə 11 avqustda) daxil olur.
Günəş təqvimi
Günəş təqvimi — müasir dövrdə təqvimin daha geniş yayılmış növü. Miladdan 2780 il öncə Misir kahinləri tərəfindən 365 gündən ibarət il təqvimi hazırlandı. İlk Günəş təqvimini qədim misirlilər yaratmışlar. Herodotun məlumatına görə "Qara torpağın" sakinləri ilin uzunluğunu müəyyən edə bilmişlər (365,25 günəş sutkası). Onlar təqvimi yaradarkən Günəşin nəzərdə tutulan nöqtədən çıxması ilə Sirus ulduzunun (70 gecə yoxa çıxdıqdan sonra) görünməsi və Nil çayının daşqınnlarının başlanmasının eyni vaxtda düşdüyünə dair müşahidələrinə əsaslanmışlar. Misir təqviminə əsasən il 365 gün, hər dörd ildən bir isə 366 gün hesablanırdı. İl dörd fəslə, 12 aya bölünürdü. Artq qalan 5 gün isə ilahələrin şərəfinə bayram edilirdi. Ay təqvimi üzrə ilin uzunluğu 354 gecə-gündüzə bərabərdir. Ay təqvimi Günəş təqvimindən 11 gecə-gündüz qısadır.
Hicri təqvimi
Hicri-qəməri təqvim(İranda və Əfqanıstanda); Hicri təqvim, İslam təqvimi, Müsəlman təqvimi (başqa ölkələrdə); (ərəb. الـتـقـويم الـهـجـري‎, ət-təqviməl-hicri). Ay səhifələrinin dəyişməsi nəticəsində yaranan 12 dənə 29, yaxud 30 günlük aydan ibarətdir. Adi illərdə günlərin sayı 354, uzun illərdə isə 355-dir. Ərəbistanda İslam dininin meydana çıxmasına qədər hər biri ay səhifələrinin dəyişməsinə əsaslanan 12, yaxud 13 aydan ibarət 24 illik təqvim stilindən istifadə olunurdu. Bu stildə 15 il 12 aydan, 9 il isə 13 aydan ibarət idi. Lakin Məhəmməd peyğəmbər tərəfindən 13-cü aylar ləğv edildi. Əsas isə Quranın bu ayəsi idi: إِنَّ عِدَّةَ الشُّهُورِ عِندَ اللّهِ اثْنَا عَشَرَ شَهْراً فِي كِتَابِ اللّهِ يَوْمَ خَلَقَ السَّمَاوَات وَالأَرْضَ مِنْهَا أَرْبَعَةٌ حُرُمٌ (Həqiqətən, Allah yanında, Allah kitabında ayların sayı göyləri və yeri yaratdığı gündən on iki aydır).. Hicri-qəməri təqvimində illər hicrətin başladığı gündən — 16 iyul 622-ci il tarixdən nömrələnir. Təqvimdə 0-cı il yoxdur; 1-ci il, yaxud hicri erası 16 iyul 622-ci il tarixində başlayır.
Hind təqvimi
Hind təqvimi — Hinduizmdə istifadə edilən təqvim. Hind təqvimi Benqal təqvimindən, Assam təqvimindən nümunə alınaraq yaradılmışdır. Hal-hazırda bu təqvim Hindistanın orta bölgəsində istifadə edilir.
Holosen təqvimi
Holosen təqvimi, həmçinin Holosen erası və ya İnsan erası — asrtronomik ilə (ing. Astronomical year numbering) yaxın olub, ona buz dövründən sonra başlanğıc kimi insan erasının başlanğıcı (insan sivilizasiyası) olaraq 10 000 il əlavə edilməklə hesablanan təqvim sistemidir. İstifadə etdiyimiz Qriqorian ilinin üzərinə 10 000 il gəlməklə Holosen ilinə çevirmək olar (məsələn eramızın 2023-cü ili holosen təqviminin 12023-cü ilidir). İnsan erası termini ilk dəfə olaraq 1993-cü ildə (11993 h. e.) Çesare Emiliane tərəfindən təklif edilib. == Motivasiya == İddia edilir ki, holosen erası insanın yaradılışından bəri tarixi hadisələrin qeydə alınması üçün istifadə etdiyimiz təqvimdən daha rahatdır, çünki istifadə etdiyimiz təqvimin çətinliyi "bizim eradan əvvəl" və "bizim eraya" bölünməsidir. == Çevirmə yolu == İstifadə etdiyimiz tarixi Holosen təqviminə çevirmək çox sadədir, bunun üçün dörd rəqəmli il rəqəmlərinin qarşısına bir əlavə etmək lazımdır. Məsələn: b.e. 2023-cü ili h.e.12023-cü ilə uyğundur. == Həmçinin bax == David Ewing Duncan.
Koreya təqvimi
Koreya təqvimi — ənənəvi lunisolar təqvim. Digər Şərqi Asiya ölkələrinin ənənəvi təqvimləri kimi, Koreya Təqvimi əsasən Çin təqvimindən əldə edilir. Tarixlər Koreyanın meridianlarından (Cənubi Koreya üçün müasir dövrdə 135-ci meridian şərqindən), eləcə də bayram və bayramların Koreya mədəniyyətinə əsaslanaraq hesablanır. Qreqorian təqvimi 1896-cı ildə rəsmən qəbul edilmişdi, lakin yaşlı nəsillər üçün ənənəvi bayramlar və yaş hesabları hələ də köhnə təqvimə əsaslanır. Bu gün Koreyanın ən böyük bayramı Seollal, ənənəvi Koreya Yeni ilinin ilk günüdür. Digər əhəmiyyətli festivallara həmçinin Boreumdaal (ilk tam ay), Dano (bahar şənliyi) və Chuseok (məhsul ayı festivalı) və Samjinnal (bahar-açılış festivalı) kimi istinad edilən Daeboreum daxildir. Digər kiçik festivallara isə Yudu (yay festivalı) və Chilseok (musson festivalı) daxildir. == Tarix == Koreya təqvimi Çin təqvimindən əldə edilir. Ənənəvi təqvim 270 ilə 963 arasında Koreya dövrü adları ilə təyin edilmiş, sonra Koreya və Çin dövrünə aid adları 1894-cü ilə qədər bir neçə dəfə istifadə edilmişdir. 1894 və 1895-ci illərdə isə ay təqvimi, 2031-ci ildə meydana çıxmış Joseonun yaranmasından hesablanmağa başlandı.
Myanma təqvimi
Myanma təqvimi (မြန်မာသက္ကရာဇ်) və ya Ənənəvi Myanma təqvimi — Myanmada istifadə edilən ənənəvi bir günəş təqvimidir. Myanma təqvimi Myanma xaricində Kambocada, Laosda da istifadə edilir.
Müsəlman təqvimi
Hicri-qəməri təqvim(İranda və Əfqanıstanda); Hicri təqvim, İslam təqvimi, Müsəlman təqvimi (başqa ölkələrdə); (ərəb. الـتـقـويم الـهـجـري‎, ət-təqviməl-hicri). Ay səhifələrinin dəyişməsi nəticəsində yaranan 12 dənə 29, yaxud 30 günlük aydan ibarətdir. Adi illərdə günlərin sayı 354, uzun illərdə isə 355-dir. Ərəbistanda İslam dininin meydana çıxmasına qədər hər biri ay səhifələrinin dəyişməsinə əsaslanan 12, yaxud 13 aydan ibarət 24 illik təqvim stilindən istifadə olunurdu. Bu stildə 15 il 12 aydan, 9 il isə 13 aydan ibarət idi. Lakin Məhəmməd peyğəmbər tərəfindən 13-cü aylar ləğv edildi. Əsas isə Quranın bu ayəsi idi: إِنَّ عِدَّةَ الشُّهُورِ عِندَ اللّهِ اثْنَا عَشَرَ شَهْراً فِي كِتَابِ اللّهِ يَوْمَ خَلَقَ السَّمَاوَات وَالأَرْضَ مِنْهَا أَرْبَعَةٌ حُرُمٌ (Həqiqətən, Allah yanında, Allah kitabında ayların sayı göyləri və yeri yaratdığı gündən on iki aydır).. Hicri-qəməri təqvimində illər hicrətin başladığı gündən — 16 iyul 622-ci il tarixdən nömrələnir. Təqvimdə 0-cı il yoxdur; 1-ci il, yaxud hicri erası 16 iyul 622-ci il tarixində başlayır.
Məktəbi-tərbiyə
Məktəbi-tərbiyə və ya "Tərbiyə" məktəbi— Naxçıvan şəhərində XIX əsrə aid məktəb. Məktəbi-tərbiyə 1894-cü ildə görkəmli maarifçi-pedaqoq Məhəmməd Tağı Sidqi tərəfindən Naxçıvan şəhərində təsis edilmişdir. Məktəbdə dünyəvi fənlərin tədrisinə ciddi fikir verilir, ana dili ilə yanaşı rus dili və ədəbiyyatı da öyrədilirdi. 1896-cı ildə məktəb üçün yeni bina tikilmişdi. Onun inşasına Hacı Zeynalabdin Tağıyev, general-leytenant İsmayıl xan Naxçıvanski yaxından köməklik göstərmişdilər. Məktəb az vaxtda Naxçıvanın ədəbi-mədəni həyatının mərkəzlərindən birinə çevrilmişdi. Burada yerli ziyalıların iştirakı ilə teatr tamaşaları göstərilir, ədəbi əsərlərin müzakirəsi keçirilir, yubiley gecələri təşkil olunurdu. Aleksandr Puşkinin anadan olmasının 100 illiyi münasibətilə keçirilən yubiley gecəsində (26 may 1899) Məhəmməd Tağı Sidqi şairin həyat və yaradıcılığı haqqında məruzə etmişdir. Cəlil Məmmədquluzadə bu məktəbi "yeniyetmə müəllim və ədiblər üçün darülürfan" adlandırmışdır. 1896-cı ildə Rus-tatar (Rus–Azərbaycan) məktəbinə çevrilərkənməktəbinin fəxri nəzarətçisi Bəhram xan Naxçıvanski olmuş, sonra o yerini istefada olan rotmeyster Cəfərqulu xan Naxçıvanskiyə vermiş, daha sonra isə Mirzə Ələkbər Süleymanov özünün yazdığına görə 1897-ci ildə məktəbin müdiri təyin edilmişdir.
Qafqaz təqvimi
Qafqaz təqvimi (rus. «Кавказскій календарь») — Rusiya imperiyasının 1845–1916-cı illərdə Tiflisdə nəşr olunan illik kitab seriyası nəşri. Bu, Qafqazda nəşr olunan ilk kitab seriyası idi. Qafqaz Təqvimi Qafqaz haqqında ilk seriyalı məlumat kitabçası idi. Kitabça Tiflisdə nəşr edilmişdir. İlk sayı 1845-ci ildə Zaqafqaziya Ərazisi Baş İdarəsinin mətbəəsində nəşr edilmişdir. Kitabça ildə bir dəfə nəşr olunurdu (mövbəti il). "Qafqaz təqvimin"də çoxlu sayda etnoqrafik və tarixi materiallar dərc olunurdu. Xalq təhsili, kənd təsərrüfatı bitkiləri məsələləri ilə bağlı yazılara yer verilirdi. Kitbçada o cümlədən Qafqaz xalqlarının adətləri, dinləri və daha bir çox şey haqqında məlumatlar nəşr edilirdi.
Qibti təqvimi
Qibti təqvimi — Qibtilərin istifadə etdiyi bir 12 aylıq təqvimdir. Misir təqviminə əsaslanır. Ayları və illəri Efiopiya təqvimiylə toqquşmasına qarşılıq fərqli ad və rəqəmlər səbəbiylə bu təqvimlər qarışdırılmır.
Qriqori təqvimi
Qriqori təqvimi — dünyanın əksər ölkələrinin, o cümlədən Azərbaycan Respublikasının rəsmi təqvimi. Papa XIII Qriqorinin göstərişi ilə tərtib olunmuşdur. Daha əvvəlki Yuli təqviminin islah edilmiş variantıdır. 4 oktyabr 1582-ci ildən tətbiq olunsa da ayrı-ayrı ölkələrdə bu təqvimə müxtəlif vaxtlarda keçilmişdir. Yanvar — 31 gün Fevral — 28 və yaxud 29 Mart — 31 gün Aprel — 30 gün May — 31 gün İyun — 30 gün İyul — 31 gün Avqust — 31 gün Sentyabr — 30 gün Oktyabr — 31 gün Noyabr — 30 gün Dekabr — 31 gün Yuli təqvimi hər 400 ildə təbiət təqvimini təxminən 3 gün üstələyirdi. Məsələn, əgər eranın başlanğıcında — İusus Xristosun doğulduğu illərdə, gecə-gündüz bərabərliyi (başqa sözlə, Novruz bayramı) martın 23-nə düşürdüsə, 1600-cü ildə martın 11-nə təsadüf etməli idi (23-((1600:400)Х3)). Ona görə də Papa Qriqori təqvimdə islahat etməyə məcbur oldu və 4 oktyabr 1582-ci il tarixdə İspaniya, İtaliya, Portuqaliya, Reç Pospolitiya (Büyük Litva knyazlığı və Polşa tərkibində federativ dövlət) ərazisində oktyabrın 5-inin 15 oktyabr olduğu elan edildi. Lakin provoslav məzhəbli xristianlar Papa Qriqorinin islahatını qəbul etmədilər. Rusiya 1918-ci ilə qədər Qriqori təqviminə keçmədi. Vladimir Leninin dekreti ilə 31 yanvar 1918-ci il tarixdə Rusiyada fevralın 1-i, fevralın 13-ü elan edildi.
Qriqorian təqvimi

Qəməri təqvimi
Hicri-qəməri təqvim(İranda və Əfqanıstanda); Hicri təqvim, İslam təqvimi, Müsəlman təqvimi (başqa ölkələrdə); (ərəb. الـتـقـويم الـهـجـري‎, ət-təqviməl-hicri). Ay səhifələrinin dəyişməsi nəticəsində yaranan 12 dənə 29, yaxud 30 günlük aydan ibarətdir. Adi illərdə günlərin sayı 354, uzun illərdə isə 355-dir. Ərəbistanda İslam dininin meydana çıxmasına qədər hər biri ay səhifələrinin dəyişməsinə əsaslanan 12, yaxud 13 aydan ibarət 24 illik təqvim stilindən istifadə olunurdu. Bu stildə 15 il 12 aydan, 9 il isə 13 aydan ibarət idi. Lakin Məhəmməd peyğəmbər tərəfindən 13-cü aylar ləğv edildi. Əsas isə Quranın bu ayəsi idi: إِنَّ عِدَّةَ الشُّهُورِ عِندَ اللّهِ اثْنَا عَشَرَ شَهْراً فِي كِتَابِ اللّهِ يَوْمَ خَلَقَ السَّمَاوَات وَالأَرْضَ مِنْهَا أَرْبَعَةٌ حُرُمٌ (Həqiqətən, Allah yanında, Allah kitabında ayların sayı göyləri və yeri yaratdığı gündən on iki aydır).. Hicri-qəməri təqvimində illər hicrətin başladığı gündən — 16 iyul 622-ci il tarixdən nömrələnir. Təqvimdə 0-cı il yoxdur; 1-ci il, yaxud hicri erası 16 iyul 622-ci il tarixində başlayır.
Slavyan təqvimi
Bir çox slavyan dilləri Qriqori təqvimində ilin ayları üçün Latın mənşəli adlardan rəsmi olaraq istifadə etsələr də, Slavyan mənşəli olduqlarına görə on iki ay üçün latın adlarından fərqli olan köhnə adlar dəsti də mövcuddur. Bəzi dillərdə, məsələn serb dilində bu ənənəvi adlar arxaikləşmişdir və buna görə nadir hallarda istifadə olunur. Slavyan dillərində ilin aylarının orijinal adları hava şəraiti və bu dövr üçün ümumi olan xüsusiyyətlər, habelə kənd təsərrüfatı fəaliyyətləri kimi təbii hadisələri yaxından izləyir. Bir çox ayın fərqli bölgələrdə bir neçə alternativ adı var. Xorvat ayları Qriqorian təqvimində istifadə olunan Latınca ay adlarından fərqlənir: Bəzi adlar, standart Xorvat lüğətlərində artıq olmayan arxaik xorvat-slavyan sözlərindən yaranmışdır. Buna görər də bu sözlərin mənası da birmənalı deyil. Çex aylarının adları, Polşa, Xorvat, Ukrayn və Belaruscada da olduğu kimi, əksər Avropa dillərində istifadə olunan Latın adlarına əsaslanmır. -en şəkilçisi ayların çoxuna əlavə olunur. Yanvar - leden ( led – buz) Fevral - únor (yəqin ki, nořit sözündən törəmiş nor-kök sözündən yaranmışdır və göl səthinin altındakı buz kütləsi mənasında işlənmişdir) Mart - březen (ağcaqayın mənasını verən bříza və ya hamiləlik mənasını verən březí sözündən götürülmüşdür – bu dövrdə bir çox meşə heyvanları, xüsusən də dovşanlar hamilə olur) Aprel - duben ( dub – palıd sözündən götürülmüşdür) May - květen ( květ – çiçək sözündən törəmişdir ) İyun - červen (qırmızı mənasında işlənən červený və ya soyuq mənasını verən červ sözündən törəmişdir və hər iki məna meyvə ilə bağlıdır) İyul - červenec (červen ilə eyni mənadadır, sadəcə -ec şəkilçisi qəbul edib) Avqust - srpen ( srp – oraq sözündən ) Sentyabr - září (lİşıq saçır) Oktyabr - říjen (říje- adət sözündən törəyib) Noyabr - listopad ("yarpaqların düşməsi" deməkdir) Dekabr - prosinec (yalvarmaq, soruşmaq mənasında işlənən prosit və ya daha böyük ehtimalla prosinalý–solğun sözündən törəyib. Çünki bu ayda səma solğun olur.) Makedon dilində Qreqori təqviminin aylarının iki dəst adları var.
Çin təqvimi
Çin təqvimi yaranması miladdan öncə 3000-ci illərə təsadüf edir ve bu dövr ərzində 31 Haysay təqvimi ötüb və bu təqvim Çinin yaranması e.ə 221-ci ildə Və Sin Sülaləsinin hakimiyyəti illərindən başlayaraq hesablanır. Çin əhalisinin 10%-i bu təqvimdən istifadə edir və əsasəm Çinin cənub-qərb və cənub bölgələrində bu təqvimdən istifadə edirlər.
Müqəddəslər təqvimi
Müqəddəslər təqvimi — xristianlıqda hər günü bir və ya bir neçə xristianlıqda müqəddəs qəbul edilmiş şəxsin bayram gününə görə adlandıran liturgik il təşkili formasıdır. Erkən xristianlıq dövründə yaranmış olan müqəddəslər təqvimi şəhidlərin doğum, ölüm və cənnətə yüksəlməsi kimi günlərin anılması ənənəsinə əsasən yaranmışdır. Şərq pravoslav kilsəsində müqəddəslər təqvimi Menologion adlandırılır.