Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Tərpənən və tərpənməz bloklar
Blok — çənbəri üzərində nov olan və oxa nəzərən fırlana bilən çarx olub sadə mexanizmlərə aiddir və iki növü vardır: tərpənən və tərpənməz bloklar. Tərpənən blok - qüvvədə 2 dəfə qazanc əldə etmək məqsədi ilə istifadə olunan birinci növ lingdir. Birinci növ ling - qollara təsir edən qüvvələrin hər ikisi dayaq nöqtəsindən bir tərəfdə olan lingdir. Blokdan aşırılmış ipə F qüvvəsi ilə təsir etdikdə, o dayaq nöqtəsi ətrafında dönür. Bu qüvvənin qolu blokun OB=2r diametrinə bərabərdir. Blokdan asılan yükə təsir edən ağırlıq qüvvəsinin həmin dayaq nöqtəsinə nəzərən qüvvə qolu isə OA=r - dir. Hec bir mexanizm işdə qazanc vermir Blokun tarazlıq şərti - bloku saat əqrəbi istiqamətində fırladan qüvvələrin momentləri cəminin saat əqrəbinin əksi istiqamətində fırladan qüvvələrin momentləri cəminə bərabər olmasıdır: F2r=mgr. Buradan , F=mg/2. Yəni,tərpənən blok qüvvədə 2 dəfə qazanc verir. Tərpənməz blok - qüvvədə qazanc verməyib, onun təsir istiqamətini dəyişən və qolları bərabər olan ikinci növ lingdir.
Terpenlər
Terpenlər - tərkibində 10 və daha çox karbon atomu olan , təbiətdə çox rast gəlinən doymamış karbohidrogenlərdir. Bunların əksəri C10H16 tərkibli, açıqzəncirli və ya tsiklik birləşmələrdir. == Təsnifatı == Terpenlər hidrogen (H) və karbon (C) atomlarından təşkil olunurlar. Onlara aid olan maddələr arasındakı fərq yalnız, kimyəvi standartlara uyğun olaraq H və C atomlarının sayındadır. Terpenlərin ən xarakterik xüsusiyyəti ondan ibarətdir ki, onlar havanın oksigeni ilə tez birləşirlər, bu proses oksidləşmədə olduğu kimi zəncirvari reaksiya ilə başlayır, bu da təəssüf ki, aromatı (iyi) dəyişir və efir yağının terapevtik xüsusiyyətlərini azaldır. Terpenlərlə zəngin olan efir yağlarının oksidləşməməsi və keyfiyyətinin dəyişməməsinin qarşısını almaq üçün təcili germetik qablaşdırılmalı və ya istifadəyə verilməlidir. Məsələn, limon bitkisinin efir yağı terpenlərlə zəngindir, onu açıq havada saxlamaqla 6-12 ay istifadə etmək olar. == Bitkilərdə terpenlər == Bitkilərdə terpenlər iki formadadır: monoterpenlər və seskviterpenlər. Monoterpenlər xüsusilə tez oksidləşirlər və zəif iy verirlər. Onlar adi formada efir yağlarına narıncı rəng verməklə yanaşı, həm də az rast gəlirlər.