TƏRPƏTMƏK

f.
1. Hərəkətə gətirmək, hərəkət etdirmək; qımıldatmaq.
Kərim baba sükut ilə başını tərpətdi. A.Şaiq.
[Rəşid] ani olaraq uzun kirpiklərini döyərək qara, nazik qaşlarını tərpətdi. M.İbrahimov.

// Əsdirmək, titrətmək, laxlatmaq, yerindən oynatmaq. Basdırılmış ağacı tərpətmək olmaz.
2. Hərəkətə gətirmək, getmək üçün hərəkət etdirmək.
Faytonçu atları tərpətdi. Ə.Haqverdiyev.
Ayaz atı tərpədib həyətdən çıxdı. Ə.Məmmədxanlı.

TƏRPƏTMƏ
TƏRS

Значение слова в других словарях