Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Xristianlıqda təfriqə
Xristianlıqda bölünmə yaxud xristian kilsəsinin parçalanması kilsədə əqidə ixtilafı nəticəsində baş verən hadisədir. Xristian kilsəsi ərslər boyunca dəfələrlə bölünmüşdür. Lakin qlobal miqysada bölünmə üç dəfə baş vermişdir. Birinci dəfə 451-ci ildə Xalkedon Kilsə Məclisində monofizitliyin rədd edilməsi ilə bir sıra şərqi kilsələr ortodoksal kilsədən ayrılmışdır. 1054-cü ildə ortodoksal kilsə parçalanaraq, pravoslav kilsəsi və katolik kilsəsi olmaq üzrə ikiyə bölünmüşdür. Axırda üçüncü dəfə, 1517-ci ildə başlanan Reformasiyanın nəticəsində katolik kilsəsindən ayrılan islahat hərəkatı zamanla protestant məzhəbinin yaranmasına səbəb olmuşdur. == Xalkedon parçalanması (monofizit-diafizit) == 451-ci ildə Xalkedonda (hal-hazırda Türkiyədə, İstanbulun Kadıköy bölgəsi) keçirilən IV Ümumdünya Kilsə Məclisində Konstantinopol arximandriti Evtixiyin təlimi rədd edilmişdir. Belə ki, Evtixiy Nestorun təlimini inkar edərək, onun əksi olan başqa bir ifrat fikir irəli sürürdü. Evtixiyə görə, İlahi və insani təbiət İsada tam olaraq bir-birinə qovuşmuşdur. Amma bu zaman İsadakı İlahi təbiət insani təbiəti üstələyir.
Təşriq günləri
Təşriq günləri — (ərəb. أيام التشريق‎) — Qəməri təqviminin sonuncu ayının 11-dən 13-nə kimi qeyd olunan Qurban bayramının davamıdır. Qurban bayramının özü Zülhiccə ayının 10-cu günü qeyd olunur. Möminlər həcc ziyarəti etdikdə bu ay müsəlmanlar tərəfindən mübarək sayılır. Zəvvarlar Mina vadisinə gedir və orada şeytanı döymək simvolu olaraq üç sütuna daş atırlar. Sütunların hər birinə 7 çınqıl atılır - kiçik cəmrətül-ula, orta cəmrətül-vüsta və böyük cəmrətül-əkəbə. Onlar ət-Təşrik günlərinin birinci gecəsini orada keçirirlər, səhər isə camaat namazı qılır, sonra təkbir (Allaha həmd) oxuyurlar. Sonra ət-Təşriq ayının üçüncü günündə yenidən daş atma baş verir. == Ədəbiyyat == Ализаде А. А. Аййам ат-Ташрик // Исламский энциклопедический словарь. — М. : Ансар, 2007.
Terrigen çöküntülər
Terrigen çöküntülər-(lat.terra-quru, yer) Dənizlərin və okeanların materik dayazlığında çökən qırıntı çöküntülərinə deyilir. Terrigen çöküntülər həm kontinental həm də dəniz mənşəli olub,qum,gil və lildən ibarətdir.
Terrigen çöküntüsü
Materik dayazlığında və materik yamacında qurudan çayların gətirdiyi qırıntı materiallarından və ləpədöymə nəticəsində sahilin dağılmasından əmələ gələn qırıntı materialından ibarət dəniz çöküntüsüdür.
La-Terris
La-Terris (fr. La Terrisse, oks. La Tarriça) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Sent-Jenevyev-syur-Arjans kantonuna daxildir. Kommunanın dairəsi — Rodez. INSEE kodu — 12279. Kommuna təxminən Parisdən 460 km cənubda, Tuluza şəhərindən 170 km şimal-şərqdə, Rodezdən isə 50 km şimal-şərqdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 166 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 95 yaşında (15-64 yaş arasında) 70 nəfər iqtisadi fəal, 25 nəfər fəaliyyətsiz olmuşdur (fəaliyyət göstərici 73,7%, 1999-cu ildə 71,8%).
Birbelüzgəcli şimal terpuqu
Birbelüzgəcli şimal terpuqu (lat. Pleurogrammus monopterygius) — Terpuqkimilər (Hexagrammidae) fəsiləsinə daxil olsn balıq növü. Sakit okeanda yayılmışdır. Balıqçılık sənayesi üçün qiymətli balıq növüdür. == Areal == Sakit okeanın şimalında yayılmışlar. Onlar Kuril adaları sahil sularından başlayaraq Kamçatka yarımadası sahillərinə, Berinq dənizinə qədər yayılırlar. Onlara həmcinin Yapon dənizinin şimalı, Oxot dənizi və Komandor adaları sahilləri belə müşahidə edilirlər. Amerika sahillərində isə Alyaska körfəzi, Aleut adaları və Kaliforniya sahillərində müşahidə edilirlər. == Təsviri == Maksimal uzunluğu 56,5 sm, çəkisi isə 2 kq təşkil edir. Maksimal ömür müddəti 15 ildir.
Həfte Tir terroru
28 iyun 1981-ci il tarixində (İran təqviminə görə 7 Tir 1360 (Haft-i Tir - هفت تیر)) İranın İslam Respublikası Partiyasının (İCP) liderləri partiyanın Tehrandakı qərargahında görüşərkən çox güclü bir partlayış baş verdi. Görkəmli partiya nümayəndələrindən 73-ü, o cümlədən İran məhkəmə sisteminin başında olan və Ayətullah Ruhullah Xomeynidən sonra İran İslam İnqilabının ən güclü şəxsiyyəti kimi göstərilən Ayətullah Məhəmməd Behişti də həmin hücum zamanı vəfat etmişdi. Hücuma görə məsuliyyətin İran Xalq Mücahidləri Təşkilatının üzərində olduğu düşünülür. İran İslam Respublikası hücuma görə əvvəlcə SAVAK və İraq rejimini günahlandırır, iki gün sonra isə Ayətullah Ruhullah Xomeyni tərəfindən bu hadisənin İran Xalq Mücahidləri Təşkilatı tərəfindən həyata keçirilirdiyi bildirilmişdir. == Arxa plan == İran İnqilabından sonra Ayətullah Xomeyninin başçılıq etdiyi yeni qurulmuş teokratik hökumət, digər müxalif qrupları bir-bir ləğv edərək bütün siyasi qüvvələri birləşdirirdi. Xalq Mücahidləri Təşkilatı (XMT) kimi İslam sosialist təşkilatları da aradan qaldırılmağa çalışılan qruplar arasında idi. Ayətullah Ruhullah Xomeyni XMT-ni ”eklektik”, “Qərb heyranı”, ”ikiüzlü” və “kafir” adı ilə günahlandırırdı. 1980-ci ilin fevral ayında Hizbullah yaraqlıları tərəfindən XMT tərəfdarlarına və digər solçu kitab mağazalarına, görüş yerlərinə və s. yerlərə güclü bir hücum başladıldı. Bu hücumlar nəticəsində İranın solçu təşkilatları yer altına çəkildi.
Con Terri
Con Corc Terri (ing. John George Terry; 7 dekabr 1980, London, İngiltərə) — ingilis futbolçu, müdafiəçi və İngiltərənin "Çelsi" futbol klubunun kapitanı. 2006-2010 və 2011-2012-ci (fevral ayına qədər) illərdə İngiltərə milli futbol komandasının eks-kapitanı, dördqat İngiltərə çempionu. Teri 2005 və 2008-ci ildə Çampionlar liqasının ən yaxşı müdafiəçisi seçildi. Həm də 2005-ci ildə PFA Players İlin oyunçusu mükafatını aldı.İndi Çelsi FCdə 26 nömrəli formanı geyməkdədir. Con Teri ilk milli komandadakı qolunu başla Braziliyaya atdı. İngiltərə Milli Futbol Komandasının formasını da geyən Teri bu günə qədər oynadığı 66 matçda 7 qol vurdu. 1998dən bəri Çelsi FC ilə müqaviləli olan oyunçu, yalnız 2000-ci ilin sonundan 2 ay üçün Nottinqham Foresta kirayəlik getmişdir. Dövrün ən müvəffəqiyyətli müdafiəçilərindən biri olaraq qəbul edilən Terry, sürpriz qolları ilə tanınmaktadır.Çelsi 2005-ci ildə 50 il sonra Premier League çempion olduğunda çempionluq kubokunu kapitan olaraq qaldırmışdər. Həm də David Beckhamın İngiltərə milli komandasının kapitanlığını buraxmasının ardından kapitanlığına gətirilmişdir.
Terri Adams
Terri Adams — Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin sabiq prezidenti == Mükafatları == Azərbaycanda dəniz neft sənayesinin inkişafında, bu sahədə beynəlxalq əməkdaşlığın qurulmasında və onun genişləndirilməsində xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin 23 yanvar 1998-ci il tarixli, 671 nömrəli Fərmanına əsasən "Şöhrət" ordeni ilə təltif edilmişdir.
Terri Belzemo
Terri Foks
Terri Foks (ing. Terry Fox; 28 iyul 1958, Vinnipeq – 28 iyun 1981, Nyu-Uestminster[d], Britaniya Kolumbiyası) — kanadalı atlet və xərçəngin müalicəsində könüllü surətdə iştirak etmiş aktivist. Terri Foks 1958-ci ildə Kanadanın Manitoba əyalətində yerləşən Vinnipeq şəhərində anadan olmuşdur. Bir ayağı protez olmasına baxmayaraq, 1980-ci ildə başladığı məşhur Ümid marafonu adlı qaçış təşkil etmişdir. Kanadanı bütünlüklə əhatə edən bu marafon sayəsində Terri insanlardan pul yığaraq, xərçəng xəstəliyinin tədqiqatına xərcləməyi düşünmüşdü. Bu yürüyüşdən 9 ay sonra Terri vəfat edir. 1981-ci ildən isə hər il onun adına qaçış turniri təşkil edilir.
Terri Kryus
Terrence Alan "Terry" Crews (ing. Terry Crews; 30 iyul 1968) — ABŞ aktyoru.
Terri İqlton
Terensi Fransis İqlton (22 fevral 1943) — Britaniyanın ən yaxşı ədəbi tənqidçisi kimi tanınan məşhur ədəbiyyat nəzəriyyəçisidir. 40-dan çox kitab yazmışdır. Bunlara "Ədəbiyyat nəzəriyyəsi:Giriş" "Estetikanın ideologiyası" "Postmodernizm illüziyaları" kimi kitablar daxildir. == Həyatı == Terri İqlton Salfordda irland katolik ailəsində respublikaçılıq meyilləri ilə böyümüşdür. Katolik qrammatika məktəbində təhsil almışdır. Iqlton elmi dərəcələrini Kembricdə almışdır. == Yaradıcılığı == "Ədəbiyyat nəzəriyyəsi:Giriş" (1983) İqltonun ən məşhur əsərlərindəndir. Burada XIX əsr romantiklərindən XX əsr postmodernistlərinə qədər olan ədəbiyyatın xüsusiyyətləri öz əksini tapıb. İqltonun mrksizmlə bağlı əsərləri də vardır. "Nəzəriyyədən sonra" (2003) əsəri müasir dövrün mədəni və ədəbi nəzəriyyəsindən bəhs edir.
Terri Andrey Devis
Terrens Andrey Devis (ing. Terrence Andrew Davis) — TempleOS əməliyyat sistemini yaradan və dizayn edən Amerikalı bir proqramçı. İnkişafı bir nəfər üçün olduqca mürəkkəb, vaxt aparan və qeyri-adi bir iş idi. Devis ayrıca sosial mediaya video bloglar göndərdi və ölümünə qədər bir izləyicini onlayn olaraq qurdu. Özünü tez-tez "indiyə qədər yaşamış ən ağıllı proqramçı" adlandırırdı. Yeniyetmə ikən, Devis Commodore 64-də montaj dilini öyrəndi. Arizona Dövlət Universitetində elektrik mühəndisliyi üzrə magistr dərəcəsi aldı və bir neçə il Ticketmaster-da VAX maşınları üçün proqramçı kimi çalışdı. 1996-cı ildə müntəzəm manik epizodlar yaşamağa başladı və bunlardan biri xəstəxanaya aparıldı. Başlanğıcda bipolyar pozğunluq diaqnozu qoyulan daha sonra şizofreniya xəstəsi olduğu elan edildi. Əlillik ödənişləri topladı və ölümündən bir il əvvəl valideynləri ilə birlikdə Las Veqasda yaşadı.
Erməni terroru və Qriqorian kilsəsi (kitab)
Erməni terroru və Qriqorian kilsəsi — 2019-cu ildə Azərbaycan və ingilis dillərində nəşr olunmuş kitab. Kitabda erməni kilsəsinin tarixi, bu xalqın milli-irqçi identifikasiyasının formalaşmasında kilsə amili, bundan əlavə, Qriqorian kilsəsinin XIX-XX əsrlərdə Azərbaycan və Türkiyə ərazisində terror fəaliyyətində iştirakı və dəstəyinə dair türk, rus, ingilis, fransız mənbələrinə istinadən faktlar təqdim edilib. == Haqqında == Azərbaycan və ingilis dillərində nəşr olunmuş kitabda erməni kilsəsinin tarixi, bu xalqın milli-irqçi identifikasiyasının formalaşmasında kilsə amili, bundan əlavə, Qriqorian kilsəsinin XIX-XX əsrlərdə Azərbaycan və Türkiyə ərazisində terror fəaliyyətində iştirakı və dəstəyinə dair türk, rus, ingilis, fransız mənbələrinə istinadən faktlar təqdim edilib. Bundan başqa burada Qriqorian kilsəsinin erməni separatizminin ilk rüşeymi olması, erməni millətinin psixologiyası və iddiaları, qonşu xalqlara aqressiyasının kökündə hansı səbəblərin dayanması, ermənilərin türklərə qarşı iğtişaşlarında digər xristian missionerlərin fəaliyyəti açıb göstərilib. Kitab 2019-cu ildə tədqiqatçı-jurnalist, Anar Turan tərəfindən yazılıb. Kitabın elmi redaktoru tarix üzrə elmlər doktoru, professor Kamil İbrahimov, məsləhətçi Efiopiya Federal Demokratik Respublikasının Azərbaycan Respublikasındakı Fəxri Konsulu Ceyhun Ələkbərov, rəyçiləri, professorlar Qasım Hacıyev və Mais Əmrahovdur. Kitabı ingilis dilinə tərcümə edən Ceyhun Bayramlıdır. Redaktoru Elməddin Behbuddur.