Həfte Tir terroru — 28 iyun 1981-ci il tarixində (İran təqviminə görə 7 Tir 1360 (Haft-i Tir - هفت تیر)) İranın İslam Respublikası Partiyasının (İCP) liderləri partiyanın Tehrandakı qərargahında görüşərkən baş vermiş çox güclü bir partlayış. Görkəmli partiya nümayəndələrindən 73-ü, o cümlədən İran məhkəmə sisteminin başında olan və Ayətullah Ruhullah Xomeynidən sonra İran İslam İnqilabının ən güclü şəxsiyyəti kimi göstərilən Ayətullah Məhəmməd Behişti də həmin hücum zamanı vəfat etmişdi.[1][2][2][3] Hücuma görə məsuliyyətin İran Xalq Mücahidləri Təşkilatının üzərində olduğu düşünülür. İran İslam Respublikası hücuma görə əvvəlcə SAVAK və İraq rejimini günahlandırır, iki gün sonra isə Ayətullah Ruhullah Xomeyni tərəfindən[4] bu hadisənin İran Xalq Mücahidləri Təşkilatı tərəfindən[5][6][7][8][9][10] həyata keçirilirdiyi bildirilmişdir.
Həfte Tir terroru | |
---|---|
| |
Ümumi məlumatlar | |
31°15′17″ şm. e. 29°59′37″ ş. u.HGYO | |
Yeri | Tehran |
Hücumun hədəfi | İranın Ali Dini Lideri |
Tarix | |
Hücum metodu | İntihar hücumu |
Ölü sayı | 73 |
Şübhəli(lər) | İran Xalq Mücahidləri Təşkilatı |
Vikianbarda əlaqəli mediafayllar |
İran İnqilabından sonra Ayətullah Xomeyninin başçılıq etdiyi yeni qurulmuş teokratik hökumət, digər müxalif qrupları bir-bir ləğv edərək bütün siyasi qüvvələri birləşdirirdi. Xalq Mücahidləri Təşkilatı (XMT) kimi İslam sosialist təşkilatları da aradan qaldırılmağa çalışılan qruplar arasında idi. Ayətullah Ruhullah Xomeyni XMT-ni ”eklektik”, “Qərb heyranı”, ”ikiüzlü” və “kafir” adı ilə günahlandırırdı.[11] 1980-ci ilin fevral ayında Hizbullah yaraqlıları tərəfindən XMT tərəfdarlarına və digər solçu kitab mağazalarına, görüş yerlərinə və s. yerlərə güclü bir hücum başladılmışdı.[12] Bu hücumlar nəticəsində İranın solçu təşkilatları yer altına çəkildi. 1979-1981-ci illərdə yüzlərlə XMT üzvü öldürüldü və onlardan 3000-i həbs edildi.[13] Təşkilat bu təzyiqlərə qarşı 20 iyun 1980-ci ildə İranın yeni rəhbərliyinə etiraz olaraq İslam bayrağı altında etiraz mitinqi keçirdi. Mitinqə sərt şəkildə müdaxilə edildi.
“Həfte Tir” adı verilmiş 28 iyun 1981-ci ildə baş verən bu terror nəticəsində partiyanın katibi və Ali Məhkəmənin sədri Ayətullah Məhəmməd Beheşti, dörd nazir (Səhiyyə, Nəqliyyat, Telekommunikasiya və Enerji nazirləri) və içlərində Məhəmməd Müntəzirinin də olduğu 27 məclis üzvü və hökumətin yüksək vəzifəli məmurları həyatlarını itirmişdi.[1][2][3]
Xomeyni hücumda XMT-ni günahlandırdı. BBC müxbiri Baqir Moinə görə, cəmiyyətdə hücumun XMT tərəfindən həyata keçirildiyi barədə geniş bir inam var idi.[14] Mücahidlər nə hücumla əlaqəli olduqlarını bildirdilər, nə də bu hücumu həyata keçirdikləri iddialarını təkzib etdilər. Lakin onlar bu hücumu rejimin artan təcavüzünə zəruri cavab kimi qiymətləndirdilər. Bombanı partladan şəxsin Məhəmməd Rza Kolahi[15] adlı bir tələbə olduğu və səs mühəndisi adı ilə binaya girə bildiyi müəyyənləşdirilmişdi.[16] Hadisəni törədən şəxsin kimliyi müəyyənləşdirilsə də, həbs edilməsi mümkün olmadı. Bombalı hücumla əlaqədar olaraq heç bir şəxs və ya təşkilat məsuliyyəti öz üzərinə götürmədi. Hərəkətin həqiqi günahkarını təyin etmək mümkün olmadıqda müxtəlif sui-qəsd nəzəriyyələri və fərziyyələr irəli sürüldü. Bəziləri hadisəni hakim partiyadakı klanlar arası toqquşma ilə əlaqələndirdi, həqiqətən də partiyalararası fraksiya bir müddət sonra İRP-nın sonunu gətirir və partiyanın dağılmasına səbəb olur.[17] Digər bir sui-qəsd nəzəriyyəsinə görə, belə güclü bir bomba yalnız başqa bir dövlətin köməyi ilə əldə edilə bilərdi və bu hərəkət İsrail xüsusi xidmət orqanı Mossadın dəstəyi ilə edilmişdi.
XMT-nin dövlətin yüksək rütbəli məmurları və rejim tərəfdarlarına qarşı həyata keçirdiyi sui-qəsd hərəkətləri növbəti bir neçə il ərzində davam etmişdir.[18] Ancaq bu hərəkətlər rejimi devirmək üçün kifayət etmədi. Bombalı hücumdan iki ay sonra 30 avqustda baş verən digər bir bombalı hücumda, Prezident Məhəmməd Əli Rəcai və Baş nazir Məhəmməd Cavad Bahonar öldürüldü. Hücumun məsuliyyətinin XMT militanı Məsud Kəşmirinin üzərində olduğu müəyyənləşdirilmişdi. Hadisədən sonrakı təhqiqatlar zamanı Kəşmirin Xomeyni ilə birlikdə bütün hökumət üzvlərini öldürməyə çox yaxın olduğu aydın olmuşdu.[19] İki partlayışdan sonra XMT və digər sol qrup üzvlərinə qarşı amansız bir həbs və edam kampaniyası başlandı.[18]
Bu bombalı hücum hadisəsindən sonra Tehranın əsas meydanı da daxil olmaqla bir çox şəhərdə müxtəlif ictimai yerlərə “Haft-i Tir” adı verilmişdir.[20]