Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Sair-Məvazi nahiyəsi
Sair-Məvazi nahiyəsi - XVIII əsrdə Naxçıvan ərazisində yaradılmış nahiyə. XVI əsrdə Naxçıvan nahiyəsinə tabe olmuş kəndlərin hesabına Osmanlıların II idarəçiliy dövründə yaradılan Sair-Məvazi nahiyəsi qərbdən Naxçıvan, şimaldan Dərəşahbuz, qərbdən Dərənürgüt, cənubdan Əlincə nahiyələri ilə həmsərhəd olmaqla 249 km2 ərazini əhatə edirdi. Nahiyəyə 15 kənd və 2 məzrəə daxil idi . 1727-ci ildə Alagöz məzrəəsi kimi qeydə alınmış ərazi, 1728-ci ildə kənd kimi qeyd olunmuşdur. İndiki Babək rayonuna aid olan Nəhəcir, Sirab, Qahab, Məzrəə, Vayxır kəndləri və Culfa rayonuna aid olan Ərəfsə kəndi məhz bu nahiyənin tərkibinə daxil idi. Əfşarların idarəçiliyi dövründə Qışlağat, Mülki-Arslan, Məvaziyi-Xatın, Şahbuz nahiyələri kimi Sair-Məvazi¸ nahiyəsi də Naxçıvan mahalının tərkibində birləşdirilmişdi. Mahalın mərkəzi Naxçıvan şəhəri olmuşdur. Kəlbizadə E. Naxçıvanın tarixi coğrafiyası (XII-XVIII əsrin I yarısı), Naxçıvan:Əcəmi, 2016, 200 s.
Qavazi
Qavazi (gürc. გავაზი; keçmiş Axali Qavazi) — Şərqi Gürcüstanda kənd. Kaxetiya ölkəsinin Kvareli bələdiyyəsi ərazisindədir. Alazan-Həftəran vadisində, dəniz səviyyəsindən 255 yüksəklikdə və Qanıxçayın sol sahilində yerləşir. Bələdiyyə mərkəzi Kvareli şəhərindən 16 kilometr məsafədədir. 2014-cü il siyahıyalmasının nəticələrinə görə kənddə yaşayanların sayı 2945 nəfər olmuşdur. Qavazidə XIV əsrə aid memarlıq abidəsi — Qaraca kilsəsi var.
Tərəzi
Tərəzi (fars. برج میزان‎) - varlıqların kütləsini ölçmək üçün cihaz. Müxtəlif növləri var: qollu, elektron və s.
Həvazin
Həvazin (ərəb. هوازن‎, Hawāzin) — əvvəlcə Nəcdin qərbində və Hicazda, Taif şəhəri ətrafında məskunlaşmış ərəb qəbiləsi. Onlar daha böyük Qeys qəbilə qrupunun bir hissəsini təşkil edirdilər. Həvazinlər Bənu Səid və Bənu Cuşəm, həmçinin hər ikisi çox vaxt həvazindən ayrı sayılan Bənu Səqif və Bənu Əmir alt qəbilələrindən ibarət idi. Qəbilə tez-tez qətafanilər ilə toqquşurdu və bəzən həvazinilərin alt qəbilələri bir-biri ilə vuruşurdular. Qəbilə 630-cu ildə Hüneyn döyüşündə Məhəmmədin qüvvələri tərəfindən məğlub edilmişdi. Həvazin qəbiləsi 632-ci ildə Məhəmmədin ölümündən sonra baş verən Riddə müharibələri zamanı Mədinədə ilk müsəlman dövlətinə qarşı üsyan edən və mübarizə aparan ilk qəbilələrdən biri idi. Şifahi ənənə və şəcərə araşdırmalarına görə, Səudiyyə Ərəbistanında yaşayan müasir uteybə qəbiləsi həvazinilərin nəslindəndir.
Nəvai
Navahi və ya Navahı: Navahi (Ağsu) — Azərbaycan Respublikasının Ağsu rayonunun inzibati ərazi vahidində kənd. Nəvai (Xoy) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd.
Təvaf
Təvaf (Ərəbcə: طواف) — Həcc və ya ümrə vaxtı Kəbənin ətrafına saat əqrəbinin əksi istiqamətində dövrə vurmaq. Ümrə, həcc və habelə "Nisa" təvafları zamanı Kəbənin ətrafında yeddi dəfə dolanmaq ("şut") vacibdir. Təvaf, qəsdi-qürbət niyyəti ilə yerinə yetirilməlidir. Təvaf, Həcərül-əsvədin qarşısından başlamalı və Kəbə təvaf edən şəxsin sol tərəfində olmalıdır. Həcərül-əsvədə çatdıqda bir "şut" sayılır və bu iş yeddi dəfə təkrar edilməli və yeddi dövrədən sonra bir "təvaf" əməli sona çatır. Vacib təvafda təharətli olmaq, onun qəbul olması üçün vacib şərt, müstəhəb təvafda isə fəzilət şərti sayılır. Təvaf edən şəxs Kəbədən fasilədə olmamalıdır. Amma cəmiyyət izdihamı halında ondan uzaqlaşmağa məcbur olduqda, imkan olduqca Kəbədən fasiləsiz halda təvaf etmək lazımdır. Vacib təvaf dövrələri bir-birinin ardınca və ardıcıl şəkildə olmalıdır. Amma bir şəxs müəyyən bir üzrlü səbəb üzündən təvaf əsnasında dördüncü dövrədən sonra ondan xaric olarsa, sonradan kəsdiyi yerdən (beşinci dövrədən) təvafa başlayıb onu sona çatdıra bilər.
Ərazi
Ərazí — Hər hansı bir sərhəd cərçivəsi ilə əhatə edilmiş səth.
Həvari Andrey
Andrey (q.yun. Ἀνδρέας Andréas) — İsanın on iki həvarisindən biri. Simonun qardaşı, Cəliləli balıqçı. X şəklindəki çarmıxda ölmüşdür. Şotlandiya və Rusiyanın baş əzizi. 30 noyabr Əziz Andrey günüdür.
Həvari Barnaba
Barnaba (yun. Βαρνάβας; ağıl) — İsanın həvarisi olduğu mübahisəli olan Kiprli xristian müqəddəsi. == Barnaba şərəfinə tikilmiş kilsələr == Nottinqem kilsəsi. == Həmçinin bax == Barnaba İncili == İstinadlar == == Ədəbiyyat == Послание Варнавы.// Памятники древней христианской письменности, т. II. Писания мужей Апостольских/ Пер. П. Преображенского. — М.: 1860.
Həvari Bartalmay
Həvari Varfolomey yaxud Müqəddəs həvari Bartalmay və ya Müqəddəs Varfolomey (yun. Απόστολος Βαρθολομαῖος; e. ə. I əsr – I əsr, Albanopolis) — Xristianlıqda İsa Məsihin on iki həvarisindən biri.Ənənəvi Xristian məzhəbləri tərəfindən Azərbaycanın himayədar müqəddəsi,əzizi olaraq qəbul edilir.
Həvari Faddey
Həvari Faddey (yun. Θαδδαῖος, qibt. ⲑⲁⲇⲇⲉⲟⲥ, süry. ܝܗܘܕܐ ܫܠܝܚܐ; təq. 10 – təq. 62, Beyrut) — İncilə əsasən İsa Məsihin 12 həvarisindən biri.
Həvari Filipp
Filipp (yun. Φίλιππος, Phílippos) — İsanın 12 həvarisindən biridir. Təxminən 80-ci ildə Hierapolis şəhərində çarmıxa çəkilərək edam edilmişdir. Məzarı 25 iyul 2011-ci ildə Hierapolis (Pamukqala) antik şəhərində, Şəhidlik təpəsində tapılmışdır.
Həvari Foma
Həvari Foma (yun. Θωμάς Thōmás) — xristianlıqda on iki həvaridən biri.
Həvari Matfey
Həvari Matfey (yun. Ματθαίος Matthaíos) — xristianlıqda on iki həvaridən biri.
Həvari Pavel
Müqəddəs həvari Pavel (təq. 5, Tarsus, Roma imperiyası – ən tezi avqust 64 və ən geci 67, Roma, İtaliya[d], Roma imperiyası) — xristianlıq tarixinin ən böyük missioneri. Yəhudi ailəsində doğulmuş əvvəldə Savl adlandırılmışdı. Yerusəlimdən Dəməşqə səyahət zamanı İsadan vəhy görmüş Pavel xristianlığı qəbul etmişdir. Həvarilər Əməllərinə görə, üç missioner səyahəti törətdi. Əhdi Cədiddə 13 müraciətnamə onun adını daşıyır. Adı tarixdə 100 ən nüfuzlu şəxs siyahısına daxil edilib.
Həvari Pyotr
Müqəddəs Pyotr (e.ə. 1 – ən tezi 13 oktyabr 64 və ən geci 68) — Xristianlıqda İsa peyğəmbərin on iki həvarisindən biri. Həmçinin İsa peyğəmbərin digər bir həvarisi olan Andreasın qardaşı. Xristianlığın katolik cərayanında ənənəvi olaraq ilk Roma Papası hesab edilir. Xristianlıqda adının əvvəlinə "Müqəddəs" titulu gətirilir. Qalileyada, Fələstində anadan olmuşdur. Əsl peşəsi balıqçılıq idi. Katolik kilsəsinə görə ilk Papa və İsa peyğəmbərin varisidir. 29 iyun 67-ci ildə çarmıxa çəkilərək öldürüldüyünə inanılır. Xristian ənənəsinə görə, Pyotr Romada İmperator Neronun rəhbərliyi altında tərs formada çarmıxa çəkildi.
Həvari Varfolomey
Həvari Varfolomey yaxud Müqəddəs həvari Bartalmay və ya Müqəddəs Varfolomey (yun. Απόστολος Βαρθολομαῖος; e. ə. I əsr – I əsr, Albanopolis) — Xristianlıqda İsa Məsihin on iki həvarisindən biri.Ənənəvi Xristian məzhəbləri tərəfindən Azərbaycanın himayədar müqəddəsi,əzizi olaraq qəbul edilir.
Həvari Yuhənna
Həvari Yuhənna (q.yun. Ἰωάννης Iōánnēs) — xristianlıqda on iki həvaridən biri, Bibliyadakı Yuhənna incilin, Vəhy kitabı (Apokalipsis) və üç məktubun müəllifi. Xatirə günləri: 27 dekabr (katolik və digər Qərb Kilsələrində), 8 may, 30 iyun və 26 sentyabr (pravoslav Kilsəsində).
Həvari İoann
Həvari Yuhənna (q.yun. Ἰωάννης Iōánnēs) — xristianlıqda on iki həvaridən biri, Bibliyadakı Yuhənna incilin, Vəhy kitabı (Apokalipsis) və üç məktubun müəllifi. Xatirə günləri: 27 dekabr (katolik və digər Qərb Kilsələrində), 8 may, 30 iyun və 26 sentyabr (pravoslav Kilsəsində).
Həvari İohann
Həvari Yuhənna (q.yun. Ἰωάννης Iōánnēs) — xristianlıqda on iki həvaridən biri, Bibliyadakı Yuhənna incilin, Vəhy kitabı (Apokalipsis) və üç məktubun müəllifi. Xatirə günləri: 27 dekabr (katolik və digər Qərb Kilsələrində), 8 may, 30 iyun və 26 sentyabr (pravoslav Kilsəsində).
Məhəmməd Emvazi
Məhəmməd Emvazi(ərəb. محمد اموازي‎, ing. Mohammed Emwazi;17 avqust 1988 – 12 noyabr 2015, Ər-Rəqqə) —İŞİDin rəsmi cəlladı. Məhəmməd Emvazi 17 avqust 1988-ci ildə Küveytdə anadan olub. Altı yaşında İngiltərəyə gəlib. Qərbi Londonda yaşayıb. Böyük Britaniya vətəndaşıdır. Britaniya ləhcəsinə görə "Beatles" qrupunun üzvü Con Lennonun adı verilən "Cihadçı Con"un Amerika jurnalistləri Ceyms Foli və Stiven Sotloff, Britaniyanın yadım işçiləri David Heynes və Alan Henninq, eləcə də amerikalı yardım işçisi Əbdül Həmid Kassiqini qətlə yetirdiyi guman edilir. Washington Post qəzeti yazır ki, Məhəmməd Emvazi Britaniyada yaşayan imkanlı ailədəndir. Qəzetdə onun kompüter proqramları üzrə kollec məzunu olduğu yazılıb.
Ramiz Təkani
Ramiz Təkani — şair, 1971-ci il, Sumqayıt, Azərbaycan SSR, SSRİ Ramiz Təkani (Sultanov) Mirzəxan oğlu 1971-ci ilin yanvar ayının 1-də Sumqayıt şəhərində anadan olub. Əslən Yardımlı rayonu Bürzünbül kəndinin Sultanlı nəslindəndir. 1978-ci ildə Sumqayıt şəhəri Məhəmməd Füzuli adına 15 saylı orta məktəbə daxil olub, 1986-cı ildə Sumqayıt şəhər Inşaatçılar qəsəbəsinin 7 saylı texniki peşə məktəbinin şagirdi olmuşdur. Orta ixtisas təhsillidir. Şeir-sənət aləminə 10 yaşda qədəm qoymuşdur. 13 yaşından hərbi xidmətə qədər Sumqayıt şəhər Nəriman Nərimanov adına mədəniyyət evinin "İlkin" adına poeziya dərnəyində mərhum ustadı istedadlı satirik şair, mahir qəzəlxan Qulam Feyzullayevin rəhbərliyi altında fəaliyyət göstərmişdir. 1992-ci ildə Sumqayıt şəhər "Uşaq və yeniyetmələrin yaradıcılıq mərkəzi"ndə "Vahid" adına meyxana, poeziya dərnəyinin yaradıcısı və məhsuldar rəhbəri olmuşdur. Dövrü-mətbuatda mütəmadi olaraq çıxış etmiş, şeir müsabiqələrinin dəfələrlə qalibi olmuşdur. "Bu dünyanın dərddən başqa nəyi var ki…." adlı şeirlər kitabının müəllifidir. Hal hazırda Bakı şəhəri Suraxanı rayonu Yeni Bahar qəsəbəsində yaşayır.
Həvari Yəhya
Həvari Yuhənna (q.yun. Ἰωάννης Iōánnēs) — xristianlıqda on iki həvaridən biri, Bibliyadakı Yuhənna incilin, Vəhy kitabı (Apokalipsis) və üç məktubun müəllifi. Xatirə günləri: 27 dekabr (katolik və digər Qərb Kilsələrində), 8 may, 30 iyun və 26 sentyabr (pravoslav Kilsəsində).
Simcur Dəvati
Simcur Dəvati — X əsrdə Samanilərə xidmət etmiş türk sərkərdəsi. O, Samanilər dövlətində mühüm rol oynamış Simcurilər ailəsinin banisidir. Simcur türk mənşəli qulam idi. Karyerasının ilk illərində Heratda vergi yığan vəzifəsində çalışmışdır. 911-ci ildə Samani hökmdarı Əhməd Samani Səfəri hakimiyyəti altında olan Sistana hücum əmri vermişdir. Simcur digər Samani sərkərdələri ilə birlikdə Sistanın bəzi hissələrini tez bir zamanda özünə tabe etmiş və sonra onun paytaxtı Zərənci Səfəri hökmdarı Müəddaldan almışdır. Sistanın fəthi zamanı türkəsilli Səbükəri adlı bir xəlifə üsyankarı tutularaq Bağdada Abbasi xəlifəyə göndərilmiş, Əhməd Səmaninin əmisi oğlu Əbu Saleh Mənsur isə Sistan valisi təyin olmuşdur. Bununla belə, Sistandakı münaqişələr bununla bitməmişdir. Mənsurun vergi siyasəti bir il sonra 912-ci ildə Sistanda Səfəri Əmr ibn Yaqubun tərəfdarı olan xarici Məhəmməd ibn Hürmüzün başçılığı ilə üsyana səbəb olmuşdur. Mənsur 913-cü ildə Hüseyn ibn Əli Mərvərruzinin başçılığı altında Samani ordusu tərəfindən üsyan yatırılana qədər əsir götürülmüşdür.
Beta tərəzi
Beta Tərəzi (β Tərəzi, qısaldılmış Beta Lib, β Lib),Rəsmi olaraq (ing.Zubeneschamali /zuːˌbɛnɛʃəˈmeɪli/) adlı ("beta" təyin olunmasına baxmayaraq) Tərəzi bürcünün ən parlaq ulduzudur. Parallaks ölçmələrindən onun məsafəsini Günəşdən 185 işıq ili (57 parsek) kimi qiymətləndirmək olar. Bu ulduzun görünən vizual böyüklüyü 2,6-dır. Eratosfenə görə, Beta Tərəzi Antaresdən daha parlaq olduğu müşahidə edildi. Ptolemey 350 il sonra onun Antares qədər parlaq olduğunu söylədi. Uyğunsuzluq Antaresin daha parlaq olması ilə əlaqədar ola bilər, lakin bu dəqiq bilinmir. Bu, sadəcə olaraq, Beta Tərəzinin dəyişkən ulduz olması və 0,03 böyüklüyündə indiki dəyişkənliyi göstərməsi səbəb ola bilər. == Adı == β Tərəzi (latınca Beta Librae) ulduzun Bayer təyinatıdır.O, Ərəbcə الزُّبَانَى الشَمَالِي (al-zubānā al-šamāliyy) yaranan ənənəvi Zubeneschamali /ˌzuːbənˌɛʃəˈmeɪli/ (daha az yayılmış tərcümələr və ya pozğunluqlar) adını daşıyırdı" . Bu ad Tərəzi "əqrəbin caynaqlarını" təmsil edən bir dövrdə yaranmışdır. Ərəbcə al-kiffah aš-šamāliyy "şimal pan (tərəzi)" və Latın ekvivalenti Lanx Borealisdən olan Kiffa Borealis də var idi.
Levaşi
Levaşi (darg. Лаваша) — Dağıstan Respublikası, Levaşi rayonu ərazisində yerləşən kənd. İnzibati cəhətdən Levaşi rayonunun və Levaşi kənd sovetliyinin mərkəzidir. Levaşi kənd inzibati vahidliyinin yeganə yaşayış məntəqəsidir. == Coğrafiya == Levaşi kəndi Mahaçqaladan 95 km cənub-qərbdə, Qalaqork çayının yatağında (Paraulozen çayının hövzəsi), 1222 metr yüksəklikdə, Buynaks dəmiryolu stansiyasından 67 km cənub-şərqdə yerləşir. Yolların qovşağındadır. == Kəndin tarixi == Kənd XVII əsrdə salınmışdır. İlk əvvəllər Levaşı kəndi bir yüksəklikdə yerləşirdi. Yerli əhali bu zirvəni «Kyak» adlandırır (təpə mənasını verir). Kəndlərin mənşəyi haqqında müxtəlif fərziyyələr vardır.
Revari
Revari (hind. रेवाडी, ing. Rewari) — Hindistanın Xaryana ştatında yerləşən şəhərdir. Revari dairəsinin inzibati mərkəzidir. Şəhər təxminən Dehlidən 82 km cənub-qərbdə və Qurqaonadan 51 kilometr məsafədə yerləşmişdir. Şəhər dəniz səviyyəsindən 244 m yüksəklikdə yerləşmişdir. Şəhər vasitəsilə Racastxanda başlayan və Dehlidə Nacafqarx gölünə düşən quruyan Saxibi çayı axır. Revari şəhərinin iqlimi quraqlıq kimi səciyyələnir. Yanvarın orta minimum temperatur 6 °C təşkil edir. May və iyun aylarında orta maksimum temperatur — 41 °C təşkil edir.
Rəvazlı
Rəvazlı — Qaraqoyunlu mahalında kənd. İndiki adı Ditavan. Yelizavetopol (Gəncə) quberniyasının Qazax qəzasında (indi Ermənistanın İcevan r-nunda) kənd adı. 1949-cu ildə kəndin əhalisi Azərbaycana köçürülmüşdür. 1967-ci ildə kənd ermənicə Ditavan adlandırılmışdır. Rəvazlı kəndin əsasını qoymuş nəslin adıdır.
Telavi
Telavi (gürc. თელავი, azərb. Qaracalar‎) — Alazan vadisində (Gürcüstan) şəhər, Telavi bələdiyyəsinin mərkəzi, Kaxetiya diyarının paytaxtı. Əhalisi — 19 629 nəfər (2014). Şəhər Sivi-Qombor dağ silsiləsinin şimal yamacında, dəniz səviyyəsindən 490 metr hündürlükdə, Tbilisidən 70 km. aralıda yerləşir. Telavinin adı b.e. I əsrinə aid mənbələrdə çəkilir. Şəhər Yaxın Şərqdən Avropaya aparan karvan yolunun üzərində vacib ticarət mərkəzi olmuşdur. XI əsrdə və XVII əsrdən XVIII əsrə qədər Kaxetiya çarlığının paytaxtı olmuşdur.
Teyvaz
Teyvaz — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda kənddir. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Teyvaz kəndi Milax kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Teyvaz kənd inzibati ərazi dairəsi yaradılmışdır. Kəndin ərazisində Tunc dövrünə aid arxeoloji abidə vardır. Bəzi tədqiqatçılar qeyd edirlər ki, Teyvaz kəndinin adı qədim türk dilindəki taipa (geniş) və az (vadi) sözlərinin birləşməsindən əmələ gəlib, "böyük suayrıcında, təpəliklər və çaylar arasındakı geniş vadidə salınmış yaşayış yeri" mənasını verir. Teyvaz kəndinin tarixi 6 cı əsrin əvvəllərinə dayanır. Dağlıq ərazidə, dəniz səviyyəsindən 1700 m yüksəklikdə yerləşir. Kənd ərazisindən xeyli sayda mineral sular çıxır. Bu suların suyu soyuq, azacıq turş, az debitlidir. Müalicə məqsədilə istifadə edilən mineral suların adı Teyvaz oykonimindən istifadə edilərək adlandırılmışdır. Əhalisi 324 nəfərdir.