Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Təzkirə
Təzkirə – (zikr – ərəbcə yada salma) Şərqdə sufi mürşidlər, ustad ədib və sənətkarlar, onların əsərləri və bioqrafiyası haqda məlumatlar verən əsərlərdir. Bu forma şərqdə ərəb və fars dillərində yazılırdı və müasir ədəbiyyat tarixlərinə uyğun bir forma idi. Təzkirəçi ədibin doğum və vəfat yerini və tarixini göstərir, məzarını nişan verirdi. Həmçinin ədibin əsərləri və onların qısa məzmunu şərh edilir, şeirlərindən misallar verilirdi. Şərq ədəbi təzkirəçiliyi yığcam və ensiklopedik xarakter daşımışdır.
Mirzə Cabbar Təzkirəçi
Hacı Mirzə Cabbar Səfərəli oğlu Təzkirəçi (fars. میرزا جبار تذکرهچی‎) — İranın ilk jurnalistlərindən biri, diplomat. Hacı Mirzə Cabbar Səfərəli oğlu Təzkirəçi 1826-cı ildə Cənubi Azərbaycanın Xoy şəhərində anadan olmuşdu. İbtidai təhsilini atasından almışdı. Sonra mədrəsədə oxumuşdu. Mirzə Tağı xan Əmir Kəbirin yanında işə düzəlmişdi. Təzkirəçi kimi tanınmışdı. Tehranda ilk mətbələrdən birini Mirzə Cabbar Təzkirəçi açmışdı. Dövrünün savadlı ziyalısı kimi tanınan bu şəxs bir neçə xarici dil bilirdi. Mirzə Cabbar Təzkirəçi xarici ölkələrdə diplomat kimi çalışmışdı.
Təhkiyə
Təhkiyə — Bədii əsərin, təsvir və mükalimədən fərqli olan, hərəkət, iş, hadisə haqqında izahdan ibarət hissəsidir. Təhkiyənin üç tipini səciyələndirmək olar. Lirik təhkiyənin əsas əlamətləri olan ritm, ovqat və qafiya qədim mərasim formalarında ibtidai şəkildə yaranmışdır. Poeziyada mövcud olan ritm və ahəng mərasimlərə məxsus sinkretizmin, daha dəqiq musiqili, rəqsli ifanın folklor mətnlərində qalığıdır. Ona görə poeziyasının ən qədim mənşə əlamətini göstərmək lazım gəlsə, musiqilik demək olar. Müasir poetika termini ilə isə indi buna şeirin ritmikliyi deyirik. Ritmiklik bütün ədəbiyyatlarda və bütün dillərdə poetizmin ilk ünsürüdür. Ədəbiyyatşünaslıqda "danışmaq", "nəql etmək" əvəzinə əksər hallarda təhkiyə sözü işlənir. Epik əsərlər süjetli olur və onların məzmunu hadisə və ya əhvalatla bağlı olur. Epik əsərlərdə əhvalat "kənardan" nağıl olunur.
Cəzirə
Cəzirə, əl-Cəzirə (ərəb. الجزيرة "ada") — Mesopotamiyanın şimal hissəsində İraq, Suriya, Türkiyədə yayla. Bağdaddan Şimalda, Dəclə ilə Fərat çayları arasında olan ərazi. Şimalda və şərqdə Tavr və Zaqros dağları ilə məhdudlaşır, qərbdə və cənub-qərbdə Suriya səhrasının və Ərəbistan yarımadasının platosuna keçir, cənub-şərqdə aşağı, cənub Mesopotamiyadan çıxıntı ilə ayrılır. Cəzirə, şimal-qərbdəki 480 m-cənub-şərqdəki 200 m qədər enən düzənlikdir. Ayrı zirvələr 1463 m çatır –Sincar massivində olan Şelmirav dağı. Cəzirə terrasavari Dəclə və Fərat vadiləri, onların qolları, eləcə də quru çay yataqları ilə kəsişir. Plato qumdaşı, təbaşir və miosen dövründən qalma qatlardan, eləcə də alluvium və bazalt sahələrdən ibarətdir. Şimalda platonun İraq hissəsində, böyük neft yataqları var. Subtropik, yayda çox quru və isti, qışda mülayim rütubətli Aralıq dənizi iqlimi var.
Nəzirə
Nəzirə — hər hansı bir sənətkarın əsərinin təsiri altında yazılmış əsər. Divan və aşıq ədəbiyyatında nəzirə yazmanın özünün qədim və tarixi ənənəsi vardır. Aşıq yaradıcılığında da hansısa şeirin, bədii nümunənin təsiri altında çoxsaylı şeirlərin yazılma ənənəsi vardır. M.P.Vaqifin “Oynasın” rədifli şeirinin təsiri altında onlarla aşıq şeiri qoşulmuşdur. Qurbani, Abbas Tufarqanlı, Xəstə Qasım, Aşıq Valeh, Aşıq Ələsgər, Hüseyn Bozalqanlı kimi ustad aşıqların şeirlərinə həm aşıq ədəbiyyatının özündə, həm də yazılı ədəbiyyatda çoxsaylı nəzirələrin yazıldığı görünməkdədir.
Təkiyə
Təkiyə — Dərvişlərin ibadət etdiyi yer. Təkiyə (İçəri Şəhər) — İçəri Şəhərdə yerləşən və ölkə əhəmiyyətli abidə olan təkiyə tipli məscid.
Cəzirə BK
Cəzirə - Qahirə şəhərini təmsil edən Misir basketbol klubu, Misir çempionatında çıxış edir.
Nəzirə Yaqubova
Yaqubova Nəzirə Qulamşah mirzə qızı (28.1.1898 - 1990) - Azərbaycanın ilk pianoçu xanımlarından biri, Gürcüstanın əməkdar həkimi, poliqlot. Nəzirə xanım Qulamşah mirzə qızı 1898-ci ildə Tiflis şəhərində dünyaya gəlmişdi. Atası Qulamşah mirzə Qacar Bəhmən mirzə Qovanlı-Qacarın nəvəsi idi. 1910-cu ildə Tiflis Musiqi məktəbinə, 1914-cü ildə Petroqrad konservatoriyasına daxil olmuşdu. Bir müddət özünü tibbdə də sınamışdı. Petroqrad Tibb institutunu da bitirmişdi. Nəzirə xanım azərbaycan, fars, ərəb, rus, gürcü, ingilis, fransız və alman dillərini bilirdi. Köhnə qəzetləri vərəqləyərkən, adlarını xalqımızın tarixinə yazan adamlara rast gəlirik. Budur, səksən il bundan əvvəl çap olunmuş "Veçerniy Tbilisi" qəzetinin saralmış vərəqlərində oxucu məktubları. Zaqafqaziya dəmir yolu xəstəxanasının pasiyentləri Koroxaşvili, Lomidze və digərlərinin səmimi məktublarını daxili həyəcansız oxumaq olmur.
Təkiyə (Bicar)
Təkiyə (fars. تكيه‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 407 nəfər yaşayır (97 ailə). Əhalisini azərbaycan türkləri təşkil edir.
Təkiyə (Karbi)
Təkiyə - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Əştərək rayonunda kənd. Rayon mərkəzindən 6 km şimal-qərbdə, Kasax çayının sağ sahilində, Şaqverd çayının sahilində yerləşir. Kəndin digər adı «Tekyə təkkə»dir. 1590-cı il tarixli «İrəvan əyalətinin müfəssəl dəftəri»ndə Pirtəkiyəsi kəndi, 1728-ci il tarixli «İrəvan əyalətinin icmal dəftəri»ndə Təkkə kəndi, Qafqazın 5 verstlik xəritəsində Təkiyə formasında qeyd edilmişdir. Təkkə adlanmasının səbəbi isə çox güman burada müsəlman dini tikilisinin, türbənin olmasıdır. Həmin tikili vandalizmə məruz qalsa da, kitabəsi günümüzə qədər gəlib çatmışdır.[1] Toponim türk mənşəli təkə etnonimi əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Erm. SSR AS RH-nin l.XII.1949 - cu il fərmanı ilə adı dəyişdirilib Bazmaxpyur qoyulmuşdur.
Təkiyə (İçərişəhər)
Təkiyə — İçərişəhərdə Böyük Qala küçəsində yerləşən abidə. Abidə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb. Bina XIII əsrdə tikilib. 1967-ci ildə təkiyənin ətrafında arxeoloji qazıntılar aparılıb. Təkiyə 1970-ci illərdə bərpa edilib. Azərbaycan yenidən öz müstəqilliyini bərpa etdikdən sonra bu binada xalça dükanı fəaliyyət göstərir. Dərvişlərin ibadət etdiyi yerləş təkyə adlanır. Bina həm dərvişlərin ibadət etdiyi yer kimi həm də məhəllə məscidi kimi fəaliyyət göstərib. Təkiyənin fasadı cənuba – Qız Qalasına baxır. Tək otaqdan ibarət olan təkiyənin qeyri-adi planı, eləcə də kvadrata daxil edilmiş və pilləli qübbələr sistemi ilə örtülmüş ibadət zalı var.
Əl-Cəzirə
Al Jazeera Ərəbcədə "ada" mənasını verən, mərkəzi Qətərdə olan TV kanalıdır. Əl Cəzirə ilk olaraq yalnız Ərəb dünyasına bağlı aktual xəbərlərlə yayıma başlamış olsa da, o zamandan günümüzə gələnə qədər başqa tematik kanalları da tərkibinə qatan bir şəbəkə halına gəlmişdir. Kanal etdiyi yayımlarla və xüsusilə Əl Qaidə lideri Usamə bin Ladenin video görüntülərini və etdiyi şərhləri, xüsusilə 2001-ci ildə ABŞ-nin Dünya Ticarət Mərkəzinə edilən 11 sentyabr terror hadisələrindən sonra dünya səviyyəsində diqqət çəkmişdir. Əl Cəzirə ingilis dilində yayımları və yayım keyfiyyəti ilə dünyanın ən mühüm televiziya kanalları sırasına daxil oldu. Şəbəkə bəzən pan-sünni və anti-şiə təmayüllü Müsəlman qardaşları təşviq edən materiallar hazırlayıb, yayımlayır. Əl Cəzirə ilk olaraq Qətər əmirinin 150 milyon dollarlıq maliyyə yardımıyla 1996-cı ildə yaradılmışdır. 1996 aprel ayında BBC World'ün Səudiyyə Ərəbistanı mərkəzli ərəbcə yayımlanan kanalı 2 il yayımlandıqdan sonra bağlanmış, kanal işçilərinin çoxu da Əl-Cəzirə kanalına keçmişdir. 1996-cı ilin sonlarına doğru Əl Cəzirə yayıma başlamışdır. Əl-Cəzirənin peyk vasitəsilə Orta Şərqdə izlənilməsi bölgədəki media tarixini də dəyişdirmişdir. Əl Cəzirə yayıma başlamamışdan əvvəl Orta Şərqdə dövlətin əngəllədiyi televiziya kanalları xaricindəki kanallara baxılmazkən, Əl Cəzirənin yayıma başlamasıyla birlikdə televiziya dünyasına ifadə azadlığı baxımından yeniliklər gəlməyə başladı.
Əl Cəzirə
Al Jazeera Ərəbcədə "ada" mənasını verən, mərkəzi Qətərdə olan TV kanalıdır. Əl Cəzirə ilk olaraq yalnız Ərəb dünyasına bağlı aktual xəbərlərlə yayıma başlamış olsa da, o zamandan günümüzə gələnə qədər başqa tematik kanalları da tərkibinə qatan bir şəbəkə halına gəlmişdir. Kanal etdiyi yayımlarla və xüsusilə Əl Qaidə lideri Usamə bin Ladenin video görüntülərini və etdiyi şərhləri, xüsusilə 2001-ci ildə ABŞ-nin Dünya Ticarət Mərkəzinə edilən 11 sentyabr terror hadisələrindən sonra dünya səviyyəsində diqqət çəkmişdir. Əl Cəzirə ingilis dilində yayımları və yayım keyfiyyəti ilə dünyanın ən mühüm televiziya kanalları sırasına daxil oldu. Şəbəkə bəzən pan-sünni və anti-şiə təmayüllü Müsəlman qardaşları təşviq edən materiallar hazırlayıb, yayımlayır. Əl Cəzirə ilk olaraq Qətər əmirinin 150 milyon dollarlıq maliyyə yardımıyla 1996-cı ildə yaradılmışdır. 1996 aprel ayında BBC World'ün Səudiyyə Ərəbistanı mərkəzli ərəbcə yayımlanan kanalı 2 il yayımlandıqdan sonra bağlanmış, kanal işçilərinin çoxu da Əl-Cəzirə kanalına keçmişdir. 1996-cı ilin sonlarına doğru Əl Cəzirə yayıma başlamışdır. Əl-Cəzirənin peyk vasitəsilə Orta Şərqdə izlənilməsi bölgədəki media tarixini də dəyişdirmişdir. Əl Cəzirə yayıma başlamamışdan əvvəl Orta Şərqdə dövlətin əngəllədiyi televiziya kanalları xaricindəki kanallara baxılmazkən, Əl Cəzirənin yayıma başlamasıyla birlikdə televiziya dünyasına ifadə azadlığı baxımından yeniliklər gəlməyə başladı.
Nəzirə xanım Sultan
Nəzirə xanım Sultan — Şuşadan gəlmiş, peşəkar akademik fortepiano təhsili almış, ilk azərbaycanlı peşəkar qadın pianoçu. Nəzirə xanım Qulamşah mirzə Tiflisdə hərbçi ailəsində anadan olub. Onun atası Şuşa əsilli 16-cı Minqrelian alayının polkovnik-leytenantı Qulamşah Mirzə (d. 1867), anası rus ordusunun polkovniki, zadəgan türk qadını Mələk xanım Qaydabaşının qızı idi. Onların Tiflisdə böyük evləri var idi. O vaxtlar kifayət qədər populyar olduğu üçün Nəzirə xanım evdə gözəl təhsil almışdı, o, həmçinin musiqiyə də çox böyük həvəs göstərirdi. Valideynləri qızlarında unikal musiqi qabiliyyəti olduğunu kəşf etdilər. O, bilavasitə “Müqəddəs Nina məktəbi”nin 8-ci sinfinə yazılır və 1910-cu ildə Nəzirə xanım Tiflis Musiqi Məktəbində Leypsiq məktəbinin pianoçusu olan Şvayherin sinfinə daxil olur. Məktəbi bitirdikdən sonra o, tez-tez Tiflisdə müxtəlif xeyriyyə konsertlərində çıxış edirdi, onların afişaları indi də onların ailəsində saxlanılır. Onu hər yerdə ilk azərbaycanlı pianoçu kimi böyük sevinclə qarşılayırdılar.
Əl-Cəzirə (dəqiqləşdirmə)
Əl-Cəzirə bu mənalarda gələ bilər: Əl-Cəzirə — mərkəzi Qətərdə olan TV kanalı. əl-Cəzirə — Bağdaddan şimalda, Dəclə ilə Fərat çayları arasında olan ərazi.
Güllələnmə təxirə salınır!... (film, 2002)
Güllələnmə təxirə salınır! — Rejissor Ələkbər Muradovun filmi. == Məzmun == Həyat onları özgə cür yaşamağa və tanımağa məcbur etmişdi. Zaman o kəslərin taleyinə biganə idi, cəmiyyət o adamlara inanmaq istəmirdi. Onlar isə çətin gündə insanların köməyinə çatmaq üçün qəribə bir yol seçmişdilər... 1941-1945-ci illər müharibəsindən sonra bir qrup gənc "varlıların" əllərindən artıq mal-dövlətlərini alıb kasıblara paylayır. Eyni zamanda onlar qadın və gəlinlərin, xüsusilə ərləri cəbhəyə getmiş ana və bacıların namusunu qoruyurlar... Hüquqi baxımdan bu cavanlara "oğru" damğası vurulsa da, camaatın əksəriyyəti onların bu hərəkətinə haqq qazandırır... Filmdə həmin gənclərin cinayət tərkibli xeyirxah əməllərindən söhbət açılır. == Film haqqında == Filmin çəkilişlərinə Əmircan kəndinin sakinləri köməklik göstərmişdir.
Türkiyə İstiqlaliyyət müharibəsində Cəzirə cəbhəsi
Türkiyə İstiqlaliyyət müharibəsində Cəzirə cəbhəsi (türk. Türk Kurtuluş Savaşı El-Cezire Cephesi) — Türkiyə İstiqlaliyyət müharibəsində cəbhə. 26 iyun 1920-ci ildə verilən fərmanla Fərat çayı ilə İran sərhədi arasındakı ərazini əhatə edən Cəzirə Cəbhəsi Komandanlığı yaradılmışdır. Mərkəzi Diyarbəkir olmuşdur. Dövrün 13-cü Ordusu bura daxil idi. Nihat Anılmış cəbhənin başçısı təyin edilmişdir. 3 noyabr 1921-ci ildə Nihat Paşa vəzifəsindən azad edilmiş və onun yerinə Cevat Çobanlı təyin olunmuşdur. Cəzirə cəbhəsinin şərqi ingilislər və qərbi fransızların nəzarətində idi, cəbhənin cənub hissəsini əhatə edən səhra ərazisi isə ingilis və fransızların ortaq təsiri altında idi. Regiondakı kürd milliyətçi fəaliyyətlərinin qarşısını almaq və Mosul vilayətini milli sərhədlərə daxil etmək, həmçinin Şimali İraqda Britaniya işğalına qarşı müqaviməti dəstəkləmək üçün yaradılmışdır. 1921-ci ildə imzalanan Ankara müqaviləsi ilə Cənub Cəbhəsində döyüşlər dayanmışdır.
Dezire Klari
Bernardin Ojeni Dezire Klari (fr. Désirée Clary; 8 noyabr 1777[…], Marsel – 17 dekabr 1860[…], Stokholm) — Napoleon Bonapartın bir zaman nişanlısı və keçmiş fransız generalı və Bernadotlar sülaləsinın qurucusu, XIV Karlın həyat yoldaşı kimi İsveç və Norveç Kraliçası olmuş fransız qadın idi. O, rəsmi olaraq orada adını Dezideriyaya çevirdi, hansı ki, bir Latın adı idi çevirdi amma özü bu addan istifadə etmədi.
Sen-Dezire
Sen-Dezire (fr. Saint-Désiré) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Yuryel kantonuna daxildir. Kommunanın dairəsi — Monlyuson. INSEE kodu — 03225. 2008-ci ildə əhalinin sayı 470 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 275 nəfər (15-64 yaş) arasında 187 nəfər iqtisadi fəal, 88 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 68.0%, 1999-cu ildə 67.8%). Fəal 187 nəfərdən 170 nəfəri (95 kişi və 75 qadın), 17 nəfəri işsizdir (6 kişi və 11 qadın). 88 hərəkətsiz 18 nəfər arasında şagird və ya tələbə, 45 nəfər təqaüdçü, 25 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.