Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Atəşgah
Atəşgah — Azərbaycan ərazisindəki Abşeron yarımadasında, Bakı şəhərindən 30 km aralıda, Suraxanı rayonundakı Suraxanı kəndi yaxınlığında yerləşən, müxtəlif dövrlərdə zərdüştilər, hinduistlər və siqhlər tərəfindən ibadətgah kimi istifadə edilmiş alov məbədidir. XVII–XVIII əsrlərdə təbii qaz çıxışı olan sönməz alovların yerində inşa edilmiş məbədin adı "Alov evi" və ya "Alov yeri" anlamı verir. Memarlıq kompleksi planda beşguşəli çıxıntılı və iri giriş yerinə malik müdafiə divarları və ərazinin mərkəzində yerləşən dördguşəli altar – alov məbədindən ibarətdir. Giriş üzərində Şirvan-Abşeron memarlıq məktəbi üçün xarakterik olan qonaq otaqları – balaxana inşa edilmişdir. Komplekin inşa tarixi 1713-cü ilə aid edilir. Məbəd özü isə daha qədim dövrlərdən mövcud olmuş və ilkin quruluşunu saxlayaraq dövrümüzə çatmışdır. Alov altarı Azərbaycan ərazisində hələ Midiya dövründən yayılmış qədim altar inşası ənənələrini əks etdirir. Alov altarı planının ənənəvi görünüşdə dörd küncdən sütunla dəstəklənən, günbəzlə örtülmüş və dörd tərəfi açıq forması da burdan qaynaqlanır. Azərbaycan Prezidentinin sərəncamına əsasən kompleks ətrafında açıq səma altında muzey yaradılmış, kompleks Dövlət Tarix-Memarlıq Qoruğu elan edilmişdir. Hər il muzeyi orta hesabla 145.000 nəfər ziyarət edir.
Atəşgah (Bakı)

Atəşgah (dəqiqləşdirmə)
Atəşgah (Bakı) — Atəşgah (İsfahan) — Atəşgah (Ərdəbil) Atəşgah (film, 2001) — Atəşgah (neft yatağı) — Atəşgah — Abşeron yarımadasının cənub qərb hissəsində, İabandağ silsiləsində zirvə. Atəşgah — Qaradağ rayonunun İubanı qəsəbəsində dağ; Atəşgah — Quba rayonunun Xınalıq kəndində Qızılqaya yastanının cənubunda dağ.
Atəşgah (İsfahan)
Atəşgah dağı kimi də məşhur olan Atəşgah İranın İsfahan və Xomeynişəhr bölgələrində yerləşir. Sasanilər dövrünə aid olan bu abidə kompleksi tarixin müxtəlif dövrlərində istismar edilmişdir. Abidənin original və tarixi adı “Mehrbin binası”, “Mehrbin Qalası” və ya “Mehrbin Atəşgahı” olsa da, hazırda yerli əhali arasında “Atəşgah” və ya “Marbin Qalası” kimi məşhurdur. == Yerləşmə == Atəşgah tarixi kompleksi İsfahanın qərbində, şəhər mərkəzindən 8 km məsafədə, “Atəşgah” küçəsində və Xomeynişəhr şəhərinin cənub hissəsində yerləşir. Atəşgah Zayəndərud çayının sahilində, dağ zirvəsində qərar tutur. Bu dağdan isə şəhərin hər bir tərəfinə gözəl panoram açılır. == Memarlıq xüsusiyyətləri == İsfahan ostanının Xomeyni şəhr rayonunun “Marbin” bölgəsində yerləşən abidə avestaşünas alim Williams Jacksonun diqqətini çəkmiş və elmi tədqiqat obyektinə çevrilmişdir. === Binanın tikinti xüsusiyyətləri === Bina kərpic laylardan tikilmişdir. Tikilinin möhkəm olması üçün isə hər iki kərpic qatının arasına çaydan gətirilmiş nazir qamış laylar döşənmişdir. Kərpicdən tikilmiş böyük bünövrə təxminən atəşgahın yerləşdiyi təpənin ortalarından başlayıb, yuxarı hissələrdə dayanıqlı sütunlara çevrilir.
Atəşgah (Ərdəbil)
Atəşgah (fars. اتشگاه‎) — İranın Ərdəbil ostanının Səreyn şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,049 nəfər yaşayır (253 ailə).
Atəşgah sığorta
Atəşgah sığorta (tam adı:"Atəşgah" Sığorta Şirkəti Qapalı Səhmdar Cəmiyyəti) — Azərbaycanın sığorta və biznes bazarında fəaliyyət göstərən şirkətlərdən biri. 1996-cı ildə yaradılıb.
Atəşgah (film, 2001)
Atəşgah qısametrajlı sənədli televiziya filmi rejissor Nazim Rza İsrafiloğlu tərəfindən 2001-ci ildə çəkilmişdir. Azərbaycan televiziyasında istehsal edilmişdir. Film tarix boyu atəşpərəstlərin məbədi olan və deyilənə görə Hindistandan gəlmiş tacirlər tərəfindən inşa edilən Suraxanı rayonu ərazisində yerləşən Atəşgah haqqındadır. == Məzmun == Film tarix boyu atəşpərəstlərin məbədi olan və deyilənə görə Hindistandan gəlmiş tacirlər tərəfindən inşa edilən Suraxanı rayonu ərazisində yerləşən Atəşgah haqqındadır. Atəşgahı ziyarət edənlərdən biri də məşhur fransız yazıçısı Aleksandr Düma idi. 1859-cu ildə nəşr etdirdiyi "Qafqaza Səyahət" əsərində gördüklərini o belə təsvir edirdi: "Yüzlərcə əyri-üyrü deşikdən alov havaya püskürürdü. Külək onu şiddətləndirir, atır-tutur, əyir-düzəldir, yerlə-yeksan edir, göylərə qaldırırdı.
Atəşgah (neft yatağı)
"Atəşgah" - Azərbaycanda Xəzər dənizində Neftçala rayonuna yaxın neft yatağıdır. Yataq sahilə yaxın, Neftçala rayonunun mərkəzi ilə üzbəüz yerləşir. "Yanan tava", "Atəşgah" və "Muğan-dəniz" blokunün tərkib hissəsidir. Blokun ümumi sahəsi 500 km², dənizin dərinliyi 50-100 metrdir. "Yanan tava", "Atəşgah" və "Muğan-dəniz" strukturlarında kəşfiyyat işləri üçün cavabdeh olan JAOC 2001-2003-ci illərdə çox mürəkkəb kəşfiyyat-qazma işləri aparıb. Yüksək lay təzyiqi üzündən birinci kəşfiyyat quyusu hətta layihə dərinliyinə çata bilməyib. İkinci kəşfiyyat quyusunda isə layihə dərinliyini iki dəfə artırmaq lazım gəlmişdi. Ancaq lazım olan minimal karbohidrogen həcmi tapılmayıb. "Atəşgah", "Yanan tava" və "Muğan-dəniz" yataqlarının kəşfiyyatı və işlənməsi üzrə saziş 25 dekabr 1998-ci ildə ARDNŞ (50 faiz) ilə Yaponiyanın "ITOCHU Oil" (7,5 faiz), "Yapex" (22,5 faiz), "Teikoku" (7,5 faiz) və "Inpex" (12,5 faiz) şirkətləri arasında bağlanıb. JAOC əməliyyat şirkəti 18 may 1999-cu ildə yaradılıb.
Atəşgah-i Cədid (Meşkinşəhr)
Atəşgah-i Cədid (fars. اتشگاه جديد‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 185 nəfər yaşayır (41 ailə).
Taenqa
Taenqa (fr. Taenga) — Tuamotu arxipelaqına daxil olan kiçik atoll (Fransa Polineziyası). Taiti atolundan 670 km şimal-şərqdə yerləşir. Atollun sahəsi 20 km²-dir. Daxilində böyük laqun vardır. Kiçik boğazla okean suları ilə birləşir. İnzibati baxımından Makemo kommunasına daxildir. Taenqa ilk dəfə 1803-ci ildə ingilis dənizçisi Con Bayer tərəfindən kəşf edilir. Adanın tarixi adı - Holm. Birinci Rus Antarktika ekspedisiyası zamanı ada Yermolov atolu adlandırılır.
Tenqku Tenqah Zaharah məscidi
Tenqku Tenqah Zaharah məscidi — Malayziyada su üzərində inşa edilmiş ilk üzən məscid. Məscid Kuala Trenqanu şəhərinin 4 km-də Kuala İbay çayının enli mənsəbi yaxınlığında Kuala İbay laqun yaxınlığında yerləşir. 1993-cü ildə tikintisinə başlanılmış və 1995-ci ildə tamamlanmışdır. Məscidin rəsmi açılışı Trenqanunun keçmiş sultanı Əl-Mərhum Sultan Mahmud Əl-Müktəfi Billah Şah tərəfindən 1995-ci ilin iyulunda olub. Məscid müasir və mavritan memarlığının elementlərini özündə birləşdirir. Məscidin ağ strukturu təxminən 5 akr ərazini əhatə edir və eyni zamanda 2000 nəfər ibadət edə bilər. İki piyada körpüsü hər iki tərəfdən məscidi quru ilə əlaqələndirir.