Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Tabaqlı (Bostanabad)
Tabaqlı (fars. طبقلو‎) — İranın Şərqi Azərbaycan ostanının Bostanabad şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 68 nəfər yaşayır (15 ailə).
Şeyx Əhməd Əfəndi Talalı
Şeyx Əhməd Əfəndi 1839-cu ildə Zaqatala rayonunun Tala kəndində doğulub. Atası Mustafa, əkinçiliklə məşğul olurdu. Erkən yaşlarında atasını itirdiyindən, el arasında “Yetim Əhməd” deyə çağrılırmış. “Sən nə bilirsən ki, Qədir gecəsi nədir?!” Hələ uşaqlıqdan Əhmədin dinə böyük marağı vardı. Odur ki, yaşıdlarından fərqli olaraq, Talada kənd ağsaqqallarının təşkil etdikləri dini mərasimlərin demək olar ki, hamısında iştirak edib, orada danışılan söhbətlərə, edilən zikrlərə maraqla qulaq asardı. Əvvəlcə Mürsəl müəllimdən, sonra isə Suvagildə Hətəm Əfəndidən dərs aldı. Daha sonra isə İlisuda Səid Əfəndinin yanında elmini bir qədər də dərinləşdirdi. 1862-ci ildə mənəvi cəhətdən daha da kamilləşmək və tasəvvüf elminin dərinliklərinə varmaq üçün dostu Həmzət Əfəndi ilə birlikdə Nəqşibəndiyyə Şeyxi Mahmud Əfəndiyə mürid oldular. Altı ay mürşidinin xidmətində duran Əhməd Əfəndi, seyr və sülukunu tamamlayaraq, məzun oldu. Şeyx Mahmud Əfəndi Talada irşad fəaliyyəti göstərmək üçün Əhməd Əfəndiyə xilafətnamə (İcazənamə-müəllif) verdi.
Balıqlı
Balıqlı (Amasiya)
Bulaqlı
Bulaqlı (Sabirabad) — Azərbaycan Respublikasının Sabirabad rayonunun inzibati ərazi vahidində kənd. Bulaqlı (Zəngibasar) — İrəvan quberniyasının İrəvan qəzasında, indi Zəngibasar (Masis) rayonunda kənd. Bulaqlı — Borçalıda kənd.
Daraqlı
Daraqlı (qaq. Taraklı) Moldovada şəhərdir. Daraqlı rayonun mərkəzi.
Daylaqlı
Daylaqlı (əvvəlki adı: Əzizbəyov) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Sələsüz kənd inzibati ərazi dairəsi tərkibindəki Əzizbəyov kəndi Daylaqlı kəndi adlandırılmışdır. == Tarixi == == Əhalisi == Əhalisi 405 nəfərdir.
Qabaqlı
Qabaxlı (Keşişkənd) — Dərələyəz mahalında, Alagöz çayının (erm.: e. Եղեգիս գետի, l. Yeğeqis qeti) sol sahilində kənd. Qabaxlı — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Paşalı (Əzizbəyov, Vayk) rayonu ərazisində kənd. Qabaxlı (Axta) — İrəvan quberniyasının Yeni Bayazid qəzasında indi Axta (Razdan) rayonunda kənd. Qabaxlı körpüsü — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Keşişkənd (Yeğeqnadzor) rayonunda körpü. Qabaxlı çayı — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indi Keşişkənd (Yeğeqnadzor) rayonunda çay. Qabaxlı selavı — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indi Paşalı (Əzizbəyov, Vayk) rayonunda selav.
Qavaqlı
Qavaqlı (Qoşaçay)
Salahlı
Salahlı — soyad. Səyyad Salahlı — azərbaycanlı ictimai-siyasi xadim; filologiya elmləri namizədi (2005); Yeni Azərbaycan Partiyasının qurucularından biri; yazıçı-publisist. Mirzəli bəy Salahlı-Kəngərli — Qarabağ bəyi. Salahlı (Ağstafa) — Azərbaycanın Ağstafa rayonunda qəsəbə. Salahlı (Samux) — Azərbaycanın Samux rayonunda kənd. Salahlı (Zərdab) — Azərbaycanın Zərdab rayonunda kənd. Salahlı (Yevlax) — Azərbaycanın Yevlax rayonunda kənd. Salahlı Kəngərli — Azərbaycanın Ağdam rayonunda kənd. Aşağı Salahlı — Azərbaycan Respublikasının Qazax rayonunun inzibati ərazi vahidində kənd. Yuxarı Salahlı — Azərbaycan Respublikasının Qazax rayonunun inzibati ərazi vahidində kənd.
Talışlı
Talışlı — Azərbaycan Respublikasının Lənkəran rayonundan 10 km şimal-qərbdə Haftoni qəsəbə inzibati ərazi vahidində yerləşən kənd. Haftoni və həmçinin XX əsrin ortalarından yaşayış məntəqələrinə çevrilmiş digər qonşu ərazilər (Ləj, Haftoni, İstisu (Qamo)) Karpoviç adlı, millətcə polyak və yaxud yəhudi olan şəxsə məxsus imiş. Rusiya imperiyasında baş verən 1905-1907-ci il inqilabından sonra ölkədə olan gərginliyi nəzərə alaraq, Karpoviç 1910-cu ildə ona məxsus əraziləri Hacı İsaya satır. Səksəninci illərin axırına qədər rəsmi adının olmamasına (ərazi Haftoni qəsəbəsinə aid olub) baxmayaraq, yerli camaat arasında kəndin iki adı işlənmişdir; "Karpoviç" və "Hacıkənd". Talışlı Talış dağlarının ətəyində yerləşir.
Tamamlı
Tamamlı — Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) Qəmərli (Artaşat) rayonu ərazisində kənd. İrəvan quberniyasının İrəvan qəzasında, indi Qəmərli (Artaşat) rayonunda kənd.
Tamqalı
Tamqalı ― Qazaxıstanın Yeddisu şəhərində yerləşən petroqliflər. Tamqalı 2004-cü ildə UNESCO-nun Ümumdünya irsi siyahısına daxil edilmişdir. Ərazi Almatıdan 170 km şimal-qərbdə yerləşir. Qazax və digər türk dillərində Tamqalı adı "boyalı və ya işarələnmiş yer" mənasını verir. Tamqalı dərəsinin daş qalereyası ilk dəfə 19 sentyabr 1957-ci ildə Qazaxıstan SSR Elmlər Akademiyası Tarix və Arxeologiya İnstitutunun Cənubi Qazaxıstan arxeoloji ekspedisiyasının Yeddisu dəstəsi tərəfindən, Qazaxıstanın ilk peşəkar arxeoloqu Anna Qeorqiyevna Maksimovaniçin rəhbərliyi ilə aşkarlanmışdır. Son yarım əsrdə burada onlarla elmi ekspedisiya keçirilmiş və alimlər qədim insanların həyatları ilə bağlı yeni dəlillər tapmışdırlar. Bu gün qoruq 3800 hektar ərazini əhatə edir. Burada yaşayış yerləri, mazarlar, daş oymalar, petroqliflər (5000-dən çox təsvir daxil olmaqla) və dini tikililərmövcuddur. Müxtəlif dövrlərə aid yüzə yaxın abidədən ibarət qoruq, misilsiz bir arxeoloji kompleksdir. Tamqalıda 48 sahə arasında paylanmış təqribən 5 000 petroqlif var.
Tapanlı
Tapanlı, Tapan — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Hamamlı (Spitak) rayonunda kənd.Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 25 yanvar 1978-ci il fərmanı ilə adı dəyişdirilib Geğasar qoyulmuşdur. Geğasar 1988-ci il Spitak zəlzələsinin episentrində yerləşir. Zəlzələ kəndi yerlə bir eləyib. Geğasarda 150 nəfər həlak olub. İllər ötdükcə kənd nisbətən bərpa olunub, amma hələ də müvəqqəti yaşayış yerlərində qalırlar. Geğasarda 30 ailə vaqon evlərdə yaşayır. Rayon mərkəzindən 6 km şimal-qərbdə, Bəykənd çayının sağ qolu üstündə yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. 1978-ci ildə kənd erməni Qexasar adlandırılmışdır. Orta əsrlərdə Anadoluda yaşamış, mənşəcə Ağqoyunlulara mənsub Boz-Ulus tayfa birləşməsinin (bu birləşmə Tabanlı, Mosullu, Purnək və Şeyxlu qollarından ibarət idi).
Tatarlı
Kəndlər Tatarlı (Goranboy) — Goranboy rayonunda kənd. Tatarlı (Şəmkir) — Şəmkir rayonunda kənd.
Çolaqlı
Baqqal — Azərbaycan Respublikasının Şəki rayonunun Cəfərabad kənd inzibati ərazi dairəsində kənd.
Alaplı
Alaplı (türk. Alaplı) — Zonquldak ili ilçəsi. Zonquldak şəhər mərkəzindən 58 km məsafədədir. Əhalisi 44.286 nəfərdir. Balıqçılıq üzrə ixtisaslaşmışdır və burada qoz-fındıq istehsal olunur. Erdemir şirkətinin təchizatçı sənayesi bu yerin sakinlərinin əsas dolanışıqlarından biridir. İşçilər əhalinin əksəriyyətini təşkil edir. Rayonda ip və fındıq fabrikləri var. 31 mart 2019 tarixində edilən yerli seçkilər nəticəsində ikinci dəfə Bələdiyyə Başçısı Nuri Təkin seçildi. Alaplı ilçəsi Zonquldak ilinin qərb hissəsində yerləşir.
Araqlı
Araqlı (türk. Araklı) — Trabzon ilinin ilçəsi.
Talabı
Talabı — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Talabı oyk., düz. Quba r-nunun eyniadlı i.ə.v.-də kənd. Dağətəyi düzənlikdədir. Keçmişdə kənd 3 məhəllədən ibarət olmuşdur. Kəndin böyüməsi nəticəsində ondan Baş Talabı (Sər Talabı), 'Orta Talabı (Minkə Talabı) və Aşağı Talabı (Zır Talabı) məntəqələri yaranmışdır. Baş Talabıdan çıxan ailələr Talabıqışlaq kəndini yaratmışlar. Aşağı Talabı indi Xaruşə, Baş Talabı isə Talabı adlanır. Oykonim fars dilindəki təlab (çəmən, bağ, bağça) sözündən və mənsub, bildirən -/ şək.-sindən ibarət olub, “çəmənlik, bağ- çalıq” mənasındadır. 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 343 nəfər əhali yaşayır.
Elgiz Salahlı
Halqalı cürə
Halqalı cürə (lat. Callonetta) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinə aid heyvan cinsi.
Mirhaşım Talışlı
Mirhaşım Mirmurtuza oğlu Talışlı (Hacı Mirhaşım; 21 mart 1926, Lənkəran, Lənkəran qəzası – 6 aprel 2018) — Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri namizədi, şair, ədəbiyyatşünas, tədqiqatçı-alim,Lənkəran Dövlət Universitetinin dosenti, əməkdar müəllim, prezident təqaüdçüsü. Lənkəran şəhər 1 nömrəli tam orta məktəbində, Lənkəran Dövlət Universtetində müəllim işləyib. 6 aprel 2018-ci ildə Bakıda vəfat edib. Lənkəranda dəfn olunub.
Mirhəşim Talışlı
Mirhaşım Mirmurtuza oğlu Talışlı (Hacı Mirhaşım; 21 mart 1926, Lənkəran, Lənkəran qəzası – 6 aprel 2018) — Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri namizədi, şair, ədəbiyyatşünas, tədqiqatçı-alim,Lənkəran Dövlət Universitetinin dosenti, əməkdar müəllim, prezident təqaüdçüsü. Lənkəran şəhər 1 nömrəli tam orta məktəbində, Lənkəran Dövlət Universtetində müəllim işləyib. 6 aprel 2018-ci ildə Bakıda vəfat edib. Lənkəranda dəfn olunub.
Orta Salahlı
Orta Salahlı (Ağstafa) — Azərbaycanın Ağstafa rayonunda kənd. Orta Salahlı (Qazax) — Azərbaycanın Qazax rayonunda kənd. Orta Salahlı bələdiyyəsi — Azərbaycanın Qazax rayonunda bələdiyyə.
Talaq
Talaq – İslam dininə görə kişi ilə qadın arasında başlanmış nikaha son vermə. Öz arvadına talaq verən kişi, gərək baliğ və aqil olsun, həmçinin kişi gərək öz ixtiyarı ilə talaq versin və əgər arvadına talaq verməyə onu məcbur etsələr, talaq batildir; və həmçinin gərək talaq vermək qəsdi olsun, əgər siğəsini zarafat ilə, yaxud sərxoş halda desə, səhih deyil. Qadın gərək talaq vaxtında heyz və nifas qanından pak olsun və əri o paklıqda onunla yaxınlıq etməmiş olsun. Bu iki şərtin təfsili gələcək məsələlərdə deyiləcək. Heyz və nifas halında qadına talaq vermək üç halda səhihdir: 1) Evlənəndən sonra əri onunla yaxınlıq etməmiş olsun; 2) Hamilə olmağı məlum olsun; əgər məlum olmasa və əri heyz halında təlağını versə və sonra başa düşsə ki, hamilə imiş, talaq batildir, hərçənd yaxşısı odur ki, ona talaq verməklə olsa belə ehtiyata riayət edilsin; 3) Kişi qayib olsa və ya hər hansı səbəbdən hətta qadının gizlənməsinə görə, arvadının heyz və nifas qanından pak olub-olmadığını başa düşə bilməsə; Bu halda vacib ehtiyat budur ki, arvadından ayrıldığı gündən ən azı bir ay keçənə qədər səbir edib sonra ona talaq versin. Əgər qadını heyz halından pak olduğunu bilsə və təlağını versə, sonradan məlum olsa ki, talaq vaxtında heyz halında imiş, onun təlağı fərz olunan hal istisna olmaqla batildir. Əgər onun, heyz halında olduğunu bilsə və təlağını versə, sonradana məlum olsa ki, pak imiş, onun təlağı səhihdir. Əgər bir şəxs arvadının heyz, ya nifas halında olduğunu bilə-bilə ondan ayrı düşsə, məsələn, səfərə çıxsa və ona talaq vermək istəsə, gərək arvadın heyz ya nifas qanından pak olduğuna yəqinlik, ya arxayınlıq hasil edənə kimi səbir etsin və sonra bilsə ki, pak olubdur, ona talaq verə bilər. Əgər arvadından ayrı düşən kişi öz arvadına talaq vermək istəsə, belə ki, arvadının heyz və nifas halında olub-olmamasından xəbər tuta bilsə, hərçənd onun xəbəri qadının heyz adəti üzrə, ya şəriətdə müəyyən olunmuş başqa nişanələrdən olsa belə, əgər ona talaq versə və sonra məlum olsa heyz, ya nifas halında olub, o halda onun təlağı səhih deyil. İstər heyz, ya nifas halında olan, istərsə pak olmuş əyalı ilə yaxınlıq etsə və talaq vermək istəsə, gərək təzədən heyz olub pak olana qədər gözləsin.
Qavaqlı (Marağa)
Qavaqlı (fars. ‎‎‎قواقلو‎) — İranın Şərqi Azərbaycan ostanının Marağa şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 13 nəfər yaşayır (4 ailə).
Qavaqlı (Qoşaçay)
Qavaqlı (fars. قواقلو‎) — İranın Qərbi Azərbaycan ostanının Qoşaçay şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 31 nəfər yaşayır (11 ailə).
Dalğalı
Dalğalı (Neftçala) — Azərbaycanın Neftçala rayonunda kənd. Dalğalı (Xaçmaz) — Azərbaycanın Xaçmaz rayonunda kənd.
Balaəli
Balaəli (Balaəli Maştağalı olaraq da bilinir; tam adıyla: Balaəli Oqtay oğlu Rzayev; d. 28 avqust 1986, Bakı) — azərbaycanlı meyxanaçı. == Həyatı == Balaəli Maştağalı 1986-cı il avqustun 28-də Azərbaycanın Bakı şəhərində doğulub. === Populyarlıq qazanması === 2010-cu və 2011-ci ildə Azərbaycan telekanallarında yayımlanan "De Gəlsin" meyxana yarışmasında iştirak edib. Meyxanaçı 2022-ci ildə "Vurularam hərdən" meyxanası ilə populyarlıq qazanmışdır. == Ailəsi == Ailəlidir, bir qızı var.
Tağlı
Tağlı (Zəngilan)