Tapanlı

Tapanlı, Tapan — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Hamamlı (Spitak) rayonunda kənd.[2][3]Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 25 yanvar 1978-ci il fərmanı ilə adı dəyişdirilib Geğasar qoyulmuşdur. Geğasar 1988-ci il Spitak zəlzələsinin episentrində yerləşir. Zəlzələ kəndi yerlə bir eləyib. Geğasarda 150 nəfər həlak olub. İllər ötdükcə kənd nisbətən bərpa olunub, amma hələ də müvəqqəti yaşayış yerlərində qalırlar. Geğasarda 30 ailə vaqon evlərdə yaşayır.[4]

kənd
Tapanlı
40°50′57″ şm. e. 44°11′02″ ş. u.HGYO
Ölkə  Ermənistan
Region Pəmbək mahalı
Rayon Hamamlı rayonu
Tarixi və coğrafiyası
Əsası qoyulub 1920
Sahəsi
  • 10,04 km²
Mərkəzin hündürlüyü 1.660 m
Saat qurşağı UTC+4
Əhalisi
Əhalisi
  • 916 nəf. (2011)[1]
Rəsmi dili
Xəritəni göstər/gizlə
Tapanlı xəritədə
Tapanlı
Tapanlı

Rayon mərkəzindən 6 km şimal-qərbdə, Bəykənd çayının sağ qolu üstündə yerləşir. Qafqazın 5 verstlik xəritəsində[5] qeyd edilmişdir. 1978-ci ildə kənd erməni Qexasar adlandırılmışdır. Orta əsrlərdə Anadoluda yaşamış, mənşəcə Ağqoyunlulara mənsub Boz-Ulus tayfa birləşməsinin (bu birləşmə Tabanlı, Mosullu, Purnək və Şeyxlu qollarından ibarət idi). Tabanlı qolunun məskunlaşması nəticəsində yaranmışdır[6][7] Erməni mənbələrində XVIII əsrin əvvəllərində Topanlu kimi[8] çəkilir və onun Eçmiadzinkilsəsinə mənsub vəqf kəndi (mülkü) olduğu qeyd olunur. Diqqəti bu cəlb edir ki, əhalisi türklərdən ibarət Kiraşlu, Kiranlu və Topanlu kəndlərini Eçmiadzin kilsəsinin istismarına elə Səfəvi şahları bağışlamışdılar. Bu göstərir ki, Səfəvi şahlarının özləri də o vaxtlar milli hissdən məhrum idilər və erməni kilsəsi çox məharətlə onları dolaşdıra bilirdi.[9]

Toponim qədim ağqoyunlu elinin qalığı olan Diyarbəkirdə yaşayan türk mənşəli tabanlı (tapanlı) etnonimi[10] əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir.

1829-cu ildə kəndin əhalisi qovulmuş və gəlmə ermənilər yerləşdirilmişdir. 932 nəfər sakini var. Burada əsasən əkinlə məşğul olurlar. Amma texnikanın köhnə olması və ümumiyyətlə olmaması zamanla çoxlarını torpaq becərməkdən imtina etməyə məcbur edib. Əhalisinin əksəriyyəti qazanc dalıyca mütəmadi olaraq Rusiyaya yollanır.[4]

İllər üzrə əhalisinin sayı[11]:

İl 1939 1959 1970 1979 1989 2001 2004
Əhali 181 199 330 365 41 248 207
  1. Հայաստանի 2011 թ. մարդահամարի արդյունքները (erm.).
  2. PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 2002, 696 səh. ISBN 5-8066-1452-2
  3. Пагирев Д.Д. Алфавитный указатель к пятиверстной карте Кавказа. Тифлис, 1913.
  4. 1 2 "Yaz – kişilərin qazanc dalınca getdiyi fəsil". 2019-06-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-24.
  5. Д. Д. Пагиревь. Алфавитный указатель кь пятиверстной картѣ Кавказскaго края, изданiя Кавказскaго Военно–Топографическaго Отдѣла. Записки Кавказскаго отдѣла Императорскаго Русскаго Географическаго общества. Книжка XXX. Тифлись: Типографія К. П. Козловскаго, 1913. s.237
  6. Hüseynzadə Ə. Şəki coğrafi adının mənşəyi. S. M. Kirov adına ADU-nun "Elmi əsərləri", 1974, № 8.
  7. Папазян А.Д. Аграрные отношения в Восточной Армении в ХVI-ХVII вв. Ереван, 1972.
  8. Абраам Кретаци. Поветсвования. Пер. Н.К.Корганяна. Ереван, 1973.
  9. Будагов, Б. Ә.; Гејбуллајев, Г. Ә. Тапанлы // Ермәнистанда Азәрбајҹан мәншәли топонимләрин изаһлы лүғәти. Бакы: Оғуз ели. 1998. 452 с.
  10. Sümər Faruq. Oğuzlar: tarixləri, boy təşkilat dastanları. Türk dilindən tərcümə edən: Ramiz Əsgər. Bakı: Yazıçı, 1992. ISBN 5560005118. s.185
  11. https://www.cadastre.am/storage/files/pages/pg_907871769_HH_bnak._bar..pdf Arxivləşdirilib 2014-09-12 at the Wayback Machine Ermənistan Respublikası: yaşayış yerləri lüğət