Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Tamamlıq
Tamamlıq — ikinci dərəcəli cümlə üzvlərindən biri. Adlıq və yiyəlik hallarından başqa, qalan halların suallarına cavab verir. Tamamlıq kimi? nəyi? nə? kimə? nəyə? kimdə? nədə? kimdən?
Tavadlıq
Tavadlıq (gür.: g.ə. სათავადო, l.ə. satavado) — XV-XVIII əsrlərdə Gürcüstanda II dərəcəli irsi feodal mülkədarlıq. Tavadlıqlar Kartli-Kaxetiya krallığında kral (gür.: g.ə. მეფე, l.ə. mepe) titulu daşıyan I dərəcəli feodaldan sonra II dərəcəli iri feodallar olan tavadlara məxsus idilər. Mərkəzi hakimiyyətdən demək olarki asılı olmayan tavadlar, kralın apardığı müharibələrdə iştirak etməyə borclu idilər. Rusdilli tarixi sənədlərdə "tavadlıq" knyazlıqlara bərabər tutulmuş və "tavad" titulu olan ali zadəganlar knyaz olaraq təqdim edilmişdirlər.
Tamaşalı nekropolu
Tamaşalı nekropolu — Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Havuş kəndində eyni adlı yaşayış yerinin 1 km-liyində təpə üzərində yerləşir. Burаdа аpаrılmış tədqiqаtlаr nəticəsində müəyyən еdilmişdir ki, nеkrоpоlda dаş qutu tipli və tоrpаq qəbirlər vаrdır. Nеkrоpоldаn аşkаr еdilmiş mаddi-mədəniyyət nümunələri kiçik ölçülü küpə tipli qаblаrа аiddir. Küpələr əldə nisbətən kоbud şəkildə fоrmаlаşdırılmışdır. Оnlаr I-VI əsrlərə аiddir. Tоrpаq qəbirlər X-XVI əsrlərə аiddir. Оnlаr qərb-şərq istiqаmətində qаzılmışdır. Bəzisinin üzərində sənduqə tipli sinə dаşlаrı vаr.
Tamamlıq budaq cümləsi
Tamamlıq budaq cümləsi ya baş cümlənin olmayan tamamlığı əvəzində işlənir, ya da baş cümlədə işarə əvəzliyi ilə ifadə olunan tamamlığı izah edir. Kimi? nəyi? kimə? nəyə? kimdə? nədə? kimdən? və s. suallarından birinə cavab verir.
Tamaşalı yaşayış yeri
Tamaşalı yaşayış yeri — Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Havuş kəndində yerləşən yaşayış yeri. Hər tərəfdən hündür dağlarla əhatələnmiş, düzənlik sahədə, səfalı bir yerdə salınmış yaşayış yeri maldarlıq və heyvandar lıq üçün olduqca əlverişlidir. Hər tərəf yam-yaşıl bitkilərlə örtülmüşdür. Hazırda yaşayış yerində daşdan inşa olunmuş tikintilər, iri daş dibəklər, ictimai binaların qalıqları qalmaq dadır. Yerüstü materiallar başlıca olaraq çəhrayı rəngdə bişirilmiş, xaricdən cilalanmış kasa və küpə tipli qabların parçalarından ibarətdir. Tamaşalı yaşayış yerinin sahəsi bir hektardır. Yaşayış yerində 2 x 2 metr ölçüdə kəşfiyyat qazıntısı aparılmış, divar qalıqları, külyığımı, çəhrayı rəngdə bişirilmiş kerami ka aşkar edilmişdir. Tədqiqat zamanı 3 metr qalınlığı olan iki mədəni təbəqə aşkar edilmişdir. Üst mədəni təbəqədən şirli və şirsiz keramika, osteoloji qalıqlar tapılmışdır. Bu təbəqə XI-XVI əsrlərə aiddir.