Tamaşalı yaşayış yeri
Tamaşalı yaşayış yeri — Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Havuş kəndində yerləşən yaşayış yeri.
Hər tərəfdən hündür dağlarla əhatələnmiş, düzənlik sahədə, səfalı bir yerdə salınmış yaşayış yeri maldarlıq və heyvandar lıq üçün olduqca əlverişlidir. Hər tərəf yam-yaşıl bitkilərlə örtülmüşdür. Hazırda yaşayış yerində daşdan inşa olunmuş tikintilər, iri daş dibəklər, ictimai binaların qalıqları qalmaq dadır. Yerüstü materiallar başlıca olaraq çəhrayı rəngdə bişirilmiş, xaricdən cilalanmış kasa və küpə tipli qabların parçalarından ibarətdir.
Tamaşalı yaşayış yerinin sahəsi bir hektardır. Yaşayış yerində 2 x 2 metr ölçüdə kəşfiyyat qazıntısı aparılmış, divar qalıqları, külyığımı, çəhrayı rəngdə bişirilmiş kerami ka aşkar edilmişdir. Tədqiqat zamanı 3 metr qalınlığı olan iki mədəni təbəqə aşkar edilmişdir. Üst mədəni təbəqədən şirli və şirsiz keramika, osteoloji qalıqlar tapılmışdır. Bu təbəqə XI-XVI əsrlərə aiddir.