Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Tarixşünaslıq
Tarixşünaslıq— tarix elminin tarixini öyrənən elm. == Haqqında == “Tarixşünaslıq” termini müasir tarix elmində müxtəlif cür şərh olunur. Onu müəyyən edilmiş problemlər haqqında yazılmış ədəbiyyat siyahısı, tarixi təfəkkürün inkişaf mərhələlərini əks etdirən məktəb və istiqamətlərin, konsepsiyaların təhlili, tarixin inkişaf mərhələlərini öyrənən elm və s. kimi izah edirlər. Tarixşünaslığın əsas məqsədi obyektiv reallığın hadisə, təzahür və proseslərinin öyrənilməsinə yönəlmiş münasibətləri, tarixi dərketmə təfəkkürünün təkamül mərhələlərini, obyektiv reallığın tədqiqi səviyyəsi və öyrənilməsi zəruri olan aspektlərinin müəyyənləşdirilməsidir. Tarixi tədqiqatın tarixşünaslıq baxımından təhlilinin iki aspekti mövcuddur: 1) tarixçi özündən əvvəl həyata keçirilmiş tədqiqat işlərini təhlil edir, onların çatışmayan, mənfi cəhətlərini müəyyənləşdirir; 2) tarixşünaslıq təhlili tarixçiyə əvvəlki tədqiqatçıların istitfadə etmədiyi və ya edə bilmədikləri mənbələrin tədqiqata cəlb olunmasına, yəni tədqiqatın mənbə bazasının genişləndirilməsi və zənginləşdirilməsinə şərait yaradır.
Azərbaycan tarixşünaslığı
Azərbaycan tarixşünaslığı — yerli və xarici mənbələr vasitəsilə Azərbaycanın və ya azərbaycanlıların tarixinin qeydə alınması, həmçinin Azərbaycan ədəbiyyatında tarixi əsərlərin yazılması və Azərbaycan milli tarixşünaslığının inkişafı. == Qeyri-Azərbaycan mənbələrinin rolu == === Mənbələrdə türk dili və təqviminin istifadəsi === Səlcuqlardan başlayaraq şimaldan qıpçaqların, cənubdan oğuzların köçü nəticəsində Azərbaycan və erməni dilləri arasında əlaqə yaranmışdır. XII–XIV əsr mənbələrində, tarixçi Gəncəli Kirakos və Kilikiya zadəganı Sparapet Sempadın əsərlərində 200-ə yaxın türk və Azərbaycan dili sözünə rast gəlinir. Hülakü xan və xüsusilə Abaqa xandan başlayaraq tarixi əsərlərdə görülən toponimlərin bir qismi türk dilində, bir qismi monqol dilindədir. Azərbaycanlıların Göyçə adlandırdıqları, Ermənistandakı Sevan gölü Fəzlullah Rəşidəddinin XIV əsr "Cəmi ət-Təvarix" əsərinin əlyazmalarının bəzilərində "Kökçə dəniz" adlandırılır. XIV əsrin əvvəllərində tarixçi Vəssaf Azərbaycan türkçəsi ilə beyitlər yazmış, onları şərqi türkcəsi imlası ilə qarışdırmışdır. İran tarixçisi Həmdullah Qəzvininin əsərlərindəki bəzi sözlər Azərbaycan ləhcəsindədir. Fəzlullah Rəşidəddinin tarixi əsərində il adları 26 dəfə türk dilində, 34 dəfə monqol dilində istifadə olunur. Ay adları isə yalnız türk dilində idi. Səfəvilər dövründə türk təqvimi rəsmi təqvim kimi istifadə edilmiş, Səfəvi tarixçiliyində Teymuri (Çağatay) tarixçiliyinin təsiri altında bu təqvim yayılmışdır.