Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Tarixşünaslıq
Tarixşünaslıq— tarix elminin tarixini öyrənən elm. "Tarixşünaslıq" termini müasir tarix elmində müxtəlif cür şərh olunur. Onu müəyyən edilmiş problemlər haqqında yazılmış ədəbiyyat siyahısı, tarixi təfəkkürün inkişaf mərhələlərini əks etdirən məktəb və istiqamətlərin, konsepsiyaların təhlili, tarixin inkişaf mərhələlərini öyrənən elm və s. kimi izah edirlər. Tarixşünaslığın əsas məqsədi obyektiv reallığın hadisə, təzahür və proseslərinin öyrənilməsinə yönəlmiş münasibətləri, tarixi dərketmə təfəkkürünün təkamül mərhələlərini, obyektiv reallığın tədqiqi səviyyəsi və öyrənilməsi zəruri olan aspektlərinin müəyyənləşdirilməsidir. Tarixi tədqiqatın tarixşünaslıq baxımından təhlilinin iki aspekti mövcuddur: 1) tarixçi özündən əvvəl həyata keçirilmiş tədqiqat işlərini təhlil edir, onların çatışmayan, mənfi cəhətlərini müəyyənləşdirir; 2) tarixşünaslıq təhlili tarixçiyə əvvəlki tədqiqatçıların istitfadə etmədiyi və ya edə bilmədikləri mənbələrin tədqiqata cəlb olunmasına, yəni tədqiqatın mənbə bazasının genişləndirilməsi və zənginləşdirilməsinə şərait yaradır.
Milliyətçi tarixşünaslıq
Milliyətçi tarixşünaslıq — tarixşünaslığın siyasi legitimlik və mədəni kimliyə dair inanclar toplusu olan milliyətçilik ilə təsirlənmiş forması. Milliyyətçilik Avropada və XIX əsrdən etibarən Avropanın təsiri altına düşmüş keçmiş koloniyalarda tarixi yazı üçün əhəmiyyətli bir çərçivə təmin etmişdir. Bir qayda olaraq, rəsmi məktəb dərslikləri milliyətçi modelə əsaslanır və əsas diqqət milliyətçilik qüvvələrinin meydana çıxması, sınaqları və uğurları üzərində qurulur. == Mənşəyi == XVIII və XIX əsrlər milliyətçi ideologiyaların meydana çıxması ilə nəticələnmişdir. Con Breuilli qeyd etmişdir ki, "milliyətçiliyin tarixi əsası onun peşəkar akademik tarixi yazının yaranması ilə sıx əlaqələri ilə necə möhkəmlənmişdir". Fransa inqilabı zamanı adi insanları qallar ilə eyniləşdirən milli kimlik hazırlanmışdı. Almaniyada İohann Qottfrid Herder və Yohann Qotlib Fixte kimi tarixçilər və humanistlər bu alman millətinin parçalanmış dövlətlərini birləşdirmək üçün siyasi hərəkatın əsasına çevrilən alman millətinin dil və mədəni kimliyini müəyyən etmişdilər. XIX əsr tarixçilərinin səyləri həm yeni milli dövlətlərin formalaşdırılmasına, həm də artıq mövcud olanların genişlənməsinə haqq qazandırmaq üçün intellektual əsaslar yaratmışdir. Georq İqgersin qeyd etdiyi kimi, bu tarixçilər çox vaxt son dərəcə tərəfkeş idilər və "arxivə daxil olaraq onların milliyətçi və sinfi ön mülahizələrini dəstəkləyəcək və beləliklə də onlara elmi nüfuz aurası verəcək sübutlar tapmağa gedirdilər". Pol Lourens də eyni fikirdədir və qeyd etmişdir ki, tarixçilər "çox vaxt hələ mövcud olmayan dövlətlərin millilik və siyasi müstəqillik iddiaları üçün tarixi əsas yaratmağa çalışırdılar".
Tarixşünaslıq və milliyətçilik

Azərbaycan tarixşünaslığı
Azərbaycan tarixşünaslığı — yerli və xarici mənbələr vasitəsilə Azərbaycanın və ya azərbaycanlıların tarixinin qeydə alınması, Azərbaycan ədəbiyyatında tarixi əsərlərin yazılması və Azərbaycan milli tarixşünaslığının inkişafı. XV əsrdə yazılmış "Tarix-i Xətai" və XVII–XIX əsrlərə aid edilən "Dərbəndnamə" tərcümə əsəri azərbaycan dilində yazılmış ilk tarixi əsərlər hesab edilir. XVIII əsrdə azərbaycan dilində kiçik tarixi əsərlər ortaya çıxmağa başlamışdır ("Xudabəndi oğlu Şah Abbasın dövrünün tarixi", "Səfəviyyə padşahları", "Şirvan hadisələri", "Müsibətnamə" və s.). Azərbaycan elmi tarixşünaslığının əsası Abbasqulu ağa Bakıxanovun "Gülüstani-İrəm" əsəri ilə qoyulmuşdur. Dağıstan alimi Həsən Əlkədərinin 1892-ci ildə azərbaycanca yazılmış "Əsəri-Dağıstan" kitabı Dağıstan tarixi haqqında Şərq yazılı məlumatlarını ehtiva edir, Əlkədəri bu əsəri ilə Dağıstanı qlobal İslam tarixinə inteqrasiya edirdi. Sovet dövründə Azərbaycan tarixi geniş öyrənilmişdir. == Qeyri-azərbaycandilli mənbələrin rolu == Tarixçi Moisey Kalankatlı "Alban ölkəsinin tarixi" əsərində (VII–X əsrlər) Azərbaycanda mövcud olmuş Qafqaz Albaniyası haqqında, bura hücum etmiş hunlar və xəzər türkləri haqqında məlumat verir, onların həyatı, mənəviyyatı və inancları, xüsusilə xristianlığı qəbul etmələri təsvir edilir. IX əsr ərəb tarixçisi Yaqubinin "Kitab əl-buldan" əsərində Qafqaza, Ərməniyyəyə və Azərbaycana aid məlumatlar verilir. Rus şərqşünas Nikolay Aleksandroviç Karaulov əsərin bu hissələrini rus dilinə tərcümə etmiş, bu tərcümə "Qafqazın yerlərinin və tayfalarının təsviri üçün materiallar toplusu" məcmuəsinin 1903-cü ildə işıq üzü görən buraxılışında nəşr edilmişdir. "Kitab əl–buldan"da Qafqaza aid hissələr 2008-ci ildə tarix üzrə fəlsəfə doktoru Elmira Əlizadə tərəfindən azərbaycan dilinə tərcümə edilmişdir.