Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Tarrakon
Tarrakon (Tarraco/Colonia Tarraco) - İcpaniyada Aralıq dənizi sahillərində qədim şəhər (indiki Tarraqona şəhəri). Tarrakon şəhəri e.ə. 218-ci ildə romalılar tərəfindən işğal edilmiş və Yaxın İspaniya əyalətinin paytaxtı olmuşdur. Qay Yuli Sezarın hakimiyyəti dövründə burada Rma əyalətinin (Colonia Tarraco) əsası qoyulmuşdur. E.ə. I əsrin sonlarında Qalisiya ilə birləşdiriləndən sonra Tarrakon İspaniyası əyaləti adlandırılmışdır. Kantabriya müharibələrini uğurla başa vuran Roma imperatoru Tarrakon şəhərində qış mövsümünü keçirmiş və qələbə münasibətilə şəhərdə çoxlu binalar tikdirmişdir.
Tarraqona
Tarraqona (isp. Tarragona; kat. Tarragona; Finikcə: טַרְקוֹן, Tarqon; lat. Tarraco) — İspaniyada şəhər. Cəmi 140 min əhalisi olan bu şəhər qədim tikililəri və dəniz limanı kimi məşhurdur. Tarraqona Roma imperiyasının əyalət mərkəzlərindən biri olub.
Roser Tarraqo
Roser Tarraqo (d. 25 mart 1993) — İspaniyanı təmsil edən su poloçusu. Roser Tarraqo, İspaniya yığmasının heyətində 2012-ci ildə Birləşmiş Krallığın London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə ABŞ yığmasına 5:8 hesabı ilə məğlub olan İspaniya yığması, London Olimpiadasının gümüş medalına sahib oldu. Daha sonra Roser Tarraqo, İspaniya yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında mübarizə apardı. Beşinci pillə uğrunda görüşdə Çin yığmasını 11:6 hesabı ilə məğlub edən İspaniya yığması, Rio-de-Janeyro Olimpiadasını beşinci pillədə başa vurdu.
Tarbaqan
Marmot və ya Monqol marmotu (lat. Marmota sibirica) — gəmiricilər dəstəsinin sincablar fəsiləsinə aid məməli heyvan növü. Uzunluğu 60 santimetrə çatır. Rusiyanın şərqində, Monqolustanda və Şimal-şərqi Çində yayılmışdır. Tarbağan taun xəstəliyi törədicisinin daşıyıcısıdır.
Tarbağan
Marmot və ya Monqol marmotu (lat. Marmota sibirica) — gəmiricilər dəstəsinin sincablar fəsiləsinə aid məməli heyvan növü. Uzunluğu 60 santimetrə çatır. Rusiyanın şərqində, Monqolustanda və Şimal-şərqi Çində yayılmışdır. Tarbağan taun xəstəliyi törədicisinin daşıyıcısıdır.
Araqon
Araqon — Şimali İspaniyada avtonom bölgə. Rəsmi adı Comunidad Autónoma də Aragóndur. Sahəsi 47,719 km², əhalisi isə 1,277,471 nəfərdir (2005).
Luis Barraqan
Luis Barraqan (9 mart 1902[…], Quadalaxara – 22 noyabr 1988[…], Mexiko) — Meksikalı memar. Luis Barraqan 1923-cü ildə Meksikanın Quadalahara şəhərində yerləşən "Escuela Libre də Ingenieros" məktəbindən mühəndis olaraq məzun oldu. Sonrakı illərdə özünü memar olaraq tanıtdı. Məzun olduqdan sonra İspaniya, Fransa (burada Le Korbusierin dərslərinə qatılmışdır.) və Mərakeşi gəzir. Fransada ikən alman mənşəli bir fransız yazıçı Ferdinand Bakin əsərləri ilə tanış olmaq fürsəti tapır və bu əsərlər memarlıq karyerası üçün dönüş nöqtəsi oldu. 1927–1936-cı illər arasında Meksikanın Quadalahara şəhərində öz memarlıq dizaynlarını tətbiq etmək fürsəti əldə edən Luis Barraqan bu tarixdən sonra Mexikoda memarlıq işlərinə davam etdi. Luis Barraqánin əsərlərinin arasında 3.5 metrdən daha yüksək və fərqli rənglərdə boyanmış divarlar aiddir. Bu dizayn elementinə ənənəvi Meksika strukturlarından almışdır. Əsərlərində, vulkanik süxurların və ya ölü ağac kökləri kimi təbii mühitlərdə reallaşdırmağı seçmişdir. 1975-ci ilə qədər çox tanınmayan Luis Barraqanın adı bu tarixdə Nyu-Yorkda yerləşən Müasir İncəsənət Muzeyində özünə həsr olunmuş bir sərgidən sonra olduqca səslənildi.
Araqon dili
Araqon dili — İspaniyanın Araqon Muxtar Bölgəsində təxminən 10.000 nəfər tərəfindən danışılan latın dilidir. Dil Ribaqorça bölgəsində Katalon dili ilə qarşılıqlı təsirə məruz qalmışdır. Araqonca Bölgədə İspan dili təsirində qaldığı üçün yox olma təhlükəsi ilə qarşı-qarşıyadır. İkinci dil olaraq bu dildən istifadə edənlərin sayı 30.000 nəfərdir.
Lui Araqon
Lui Araqon (3 oktyabr 1897[…], Parisin 16-cı dairəsi[d] – 24 dekabr 1982[…], VII arondisman (Paris), Fransa) — fransız yazıçısı, şair, ictimai xadim. "Xalqlar arasında sülhü möhkəmlətməyə görə" Beynəlxalq Lenin mükafatı laureatı (1957). Sorbonna Universitetində tibb elmini öyrənmiş, Birinci Dünya müharibəsinin (1914–18) iştirakçısı olmuşdur. Fransa KP MK-nın üzvü, müqavimət hərəkatının liderlərindən biri idi. 1920-ci illərin əvvəllərində dadaizmə meyil göstərmiş ("Fişəng" şeirlər toplusu, 1920), sonralar Andre Bretonla birlikdə sürrealizm hərəkatına başçılıq etmişdir("Anise…" povesti, 1921). Hərəkatın ilk nəzəri manifestini ("Uyqular dalğası",1924) yazmışdır. "Qırmızı cəbhə" (1931) poemasının, "Ura, Ural" (1934) şeir toplusunun müəllifidir. "Real dünya" (1934–51), "Kommunistlər" (1949–51;1967 ildə yenidən işlənmişdir) romanlarında sosializm ideyalarını təbliğ etmişdir. Stalin dövrünün törətdiyi amansızlıqların ifşa olunmasından sonra ağır mənəvi sarsıntı keçirmişdir. "Tamamlanmamış roman" (1956) Lui Araqon yaradıcılığının zirvəsidir.
Araqon krallığı
Araqon krallığı (araq. Reino d'Aragón; kat. Regne d'Aragó; lat. Regnum Aragoniae; isp. Reino de Aragón) — 1035–1707-ci illərdə müasir İspaniya və Fransa ərazisində mövcud olmuş dövlət. Müxtəlif dövrlərdə onun tərkibinə Araqon, Kataloniya, Valensiya və Russilyon tarixi vilayətləri daxil olmuşdur. O, daha bir neçə dövlət qurumunun Araqon krallarının hakimiyyəti altında birləşdirilmiş federal monarxiyadan – Araqon taxt-tacından fərqlənir. 1479-cu ildə Araqon kralı II Xuanın ölümündən sonra Araqon və Kastiliya tacları birləşərək müasir İspaniyanın nüvəsini təşkil etdi. Araqon torpaqları muxtar parlament və inzibati qurumları saxladı. Bu tənzimləmə, İspaniyada mərkəzləşdirilmiş hakimiyyətin İspaniya mirası uğrunda müharibədən sonra ispaniyalı V Filip tərəfindən 1707-1715-ci illər arasında elan edilmiş Nueva-Planta dekretlərinə qədər qaldı.
Araqon taxt-tacı
Araqon taxt-tacı (araq. Corona d'Aragón; kat. Corona d'Aragó, Katalanca tələffüz: [kuˈɾonə ðəɾəˈɣo]; isp. Corona de Aragón, [koˈɾona ðe aɾaˈɣon]; lat. Corona Aragonum, [kɔˈroːna araˈɡoːnũː]) — Araqon krallarının hakimiyyəti altında bir neçə dövlət qurumunun birliyi. XIV–XV əsrlərdə, gücünün zirvəsində, Araqon taxt-tacı müasir İspaniyanın şərqinin, Fransanın cənub-şərqinin, eləcə də Balear adalarının, Siciliyanın, Korsikanın, Sardiniyanın, İtaliyanın cənubunun (1442-ci ildən) və Yunanıstanın bir hissəsini (1388-ci ilə qədər) idarə edən ən əhəmiyyətli dəniz gücü idi. Bisson, T. N. The medieval Crown of Aragon. A short history. Oxford: Clarendon Press. 1986.
II Con (Araqon kralı)
II Con və ya Dinsiz Con (isp. Juan II) (d. 29 iyun 1398 - ö. 20 yanvar 1479) – Araqon və Navarra kralı (de-yure). Araqon kralı I Ferdinand və xanımı Alburkerkeli Eleonoranın ikinci oğlu idi. 1425-ci ildə Navarra kraliçası Blanşla evləndi və Navarranın de-yure kralı oldu. Daha sonra qardaşının geridə rəsmi varis buraxmadan vəfatının ardından, 1458-ci ildə Araqon kralı oldu. Earenfight, Theresa (2015). "Trastamara Kings, Queens, and the Gender Dynamics of Monarchy". In Todesca, James (ed.).
II Ferdinand (Araqon kralı)
II Ferdinand (isp. Fernando II de Aragón, ing. Ferdinand II of Aragon; 10 mart 1452[…] – 23 yanvar 1516) — Araqon kralı; 1474–1504 müddətində Kastilyalı İzabella ilə olan evliliyi boyunca Kastiliya və Leon kralı; 1508-ci ildən ölümünə qədər Kastiliya taxtının sahibi olan qızı Yuannanın taxt naibi; 1504-cü ildə Fransayla baş verən müharibənin sonunda 1458-ci ildən bu yana ilk dəfə birləşdirilən Napoli və Siciliya krallığının hakimi; eyni zamanda 1512-ci idən etibarən Navarra kralı. Xristofor Kolumbun 1492-ci ildə baş tutan ilk səyahətini dəstəkləməsinin ardından II Ferdinand və xanımı Kastilyalı İzabella Yeni dünyanın kəşfi səbəbilə qısa zamanda məşhurlaşdı. Həmin il o, Pireney yarımadasının son İslam dövləti olan Qranada dövləti ilə müharibəyə girişdi və qalib gəldi. Beləliklə, uzun müddət davam edən rekonkista əməliyyatı başa çatdırıldı. Ölüm anında II Ferdinand Portuqaliya xaricindəki bütün ispan dövlətləri üzrə hakimiyyətini nəvəsi V Karlla qızı Kastilyalı Yuannaya əmanət etdi. II Ferdinand 10 mart 1452 tarixində Araqon kralı II Con və onun ikinci xanımı Yuanna Enrikesin oğlu olaraq Araqon krallığına bağlı Sos del Rey Catolico əyalətindəki Sada Sarayında dünyaya gəldi. 19 oktyabr 1469 tarixində Kastiliya və Leon krallığına bağlı Valladolid qəsrində Kastiliya kralı IV Henrinin varisi və ögey bacısı Kastilyalı İzabella ilə evləndirildi. Kastilyalı İzabella həmçinin Trastamara sülaləsinin nümayəndəsi idi və hər ikisi Kastiliya kralı I Conun nəslindən gəlməkdə idi.
I Ferdinand (Araqon kralı)
I Ferdinand (isp. Fernando I) (d. 27 noyabr 1380 - ö. 2 aprel 1416) – Araqon kralı. Qardaşının kiçik oğlu II Conun ilk səltənət illərində Kastiliya taxtının naibi oldu. Kastiliya kralı I Con və ilk xanımı Araqonlu Eleonoranın ikinci oğlu idi. Dayısı olan Araqon kralı I Martinin geridə varis buraxmadan ölümünün ardından, 1412-ci ildə Araqon kralı seçildi. Taxtın digər namizədi isə Araqon krallarının şəcərəsindən olan Urgel qrafı buna etriaz edərək üsyan başlatdı. Nəticədə I Ferdinand bölgəni işağl edərək krallığın ərazisinə birləşdirdi. Hillgarth, J.N. (1976).
II Xuan (Araqon kralı)
II Con və ya Dinsiz Con (isp. Juan II) (d. 29 iyun 1398 - ö. 20 yanvar 1479) – Araqon və Navarra kralı (de-yure). Araqon kralı I Ferdinand və xanımı Alburkerkeli Eleonoranın ikinci oğlu idi. 1425-ci ildə Navarra kraliçası Blanşla evləndi və Navarranın de-yure kralı oldu. Daha sonra qardaşının geridə rəsmi varis buraxmadan vəfatının ardından, 1458-ci ildə Araqon kralı oldu. Earenfight, Theresa (2015). "Trastamara Kings, Queens, and the Gender Dynamics of Monarchy". In Todesca, James (ed.).