II Ferdinand (Araqon kralı)

II Ferdinand (isp. Fernando II de Aragón,[qeyd 1] ing. Ferdinand II of Aragon; 10 mart 1452[1][2][…]23 yanvar 1516[1]) — Araqon kralı; 1474–1504 müddətində Kastilyalı İzabella ilə olan evliliyi boyunca Kastiliya və Leon kralı; 1508-ci ildən ölümünə qədər Kastiliya taxtının sahibi olan qızı Yuannanın taxt naibi; 1504-cü ildə Fransayla baş verən müharibənin sonunda 1458-ci ildən bu yana ilk dəfə birləşdirilən NapoliSiciliya krallığının hakimi; eyni zamanda 1512-ci idən etibarən Navarra kralı.

II Ferdinand
araq. Ferrando II d'Aragón
1504 – 23 yanvar 1516
Şəxsi məlumatlar
Doğum tarixi 10 mart 1452[1][2][…]
Vəfat tarixi 23 yanvar 1516[1] (64 yaşında)
Dəfn yeri
  • Qranada krallıq kilsəsi[d][4]
Atası II Con (Araqon kralı)[3]
Həyat yoldaşları
Uşaqları

Təltifləri Knight of the Order of the Golden Fleece Order of Calatrava Grand Master of the Order of Santiago Santyaqo ordeni
İmzası İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Xristofor Kolumbun 1492-ci ildə baş tutan ilk səyahətini dəstəkləməsinin ardından II Ferdinand və xanımı Kastilyalı İzabella Yeni dünyanın kəşfi səbəbilə qısa zamanda məşhurlaşdı. Həmin il o, Pireney yarımadasının son İslam dövləti olan Qranada dövləti ilə müharibəyə girişdi və qalib gəldi. Beləliklə, uzun müddət davam edən rekonkista əməliyyatı başa çatdırıldı.[5] Ölüm anında II Ferdinand Portuqaliya xaricindəki bütün ispan dövlətləri üzrə hakimiyyətini nəvəsi V Karlla qızı Kastilyalı Yuannaya əmanət etdi.

Gənclik illəri

[redaktə | mənbəni redaktə et]
1476-cı ildə Quernika əsilzadələri II Ferdinanda sədaqət andı içirlər

II Ferdinand 10 mart 1452 tarixində Araqon kralı II Con və onun ikinci xanımı Yuanna Enrikesin oğlu olaraq Araqon krallığına bağlı Sos del Rey Catolico əyalətindəki Sada Sarayında dünyaya gəldi.[6] 19 oktyabr 1469 tarixində Kastiliya və Leon krallığına bağlı Valladolid qəsrində Kastiliya kralı IV Henrinin varisi və ögey bacısı Kastilyalı İzabella ilə evləndirildi. Kastilyalı İzabella həmçinin Trastamara sülaləsinin nümayəndəsi idi və hər ikisi Kastiliya kralı I Conun nəslindən gəlməkdə idi. Onlar sahib olduqları gücü bölüşdürmək üçün nikahdan əvvəl rəsmi bir sözləşmə bağlayaraq, "tanto monta, monta tanto" ("İki tərsin balansı") şüarı altında evləndilər. 1474-cü ildə ögey qardaşı IV Henrinin vəfatından sonra Kastiliyalı İzabella Kastiliya kraliçası seçildi və beləliklə, II Ferdinand Kastiliya Krallığının de-yure kralı oldu. İki gənc monarx bir müddət sonra IV Henrinin qızı olduğunu iddia edən Joanna la Beltraneja'ya qarşı mübarizəyə başladılar və qısa zamanda qalib gəldilər.[7] II Ferdinand 1479-cu ildə Araqon kralı olaraq atasının yerinə keçdi və beləliklə, həm Araqon kralı, həm də Kastiliya kralı oldu. VIII əsrdən bəri ilk dəfə olaraq bütün İspaniya vahid hakimiyyət altında birləşdirilmişdi. Digər kiçik dövlətlər vahid dövlətə tabe olmasalar da, eyni taxt-tac altında birləşdilər.[8]

II Ferdinand və Kastilyalı İzabellanın ortaq hakimiyyəti ilk olaraq Pireney yarımadasındakı son İslam dövləti olan Qranada əmirliyinə qarşı yönəldi. Nasirilərin hakimiyyəti altında olan Qranada əmirliyinin 1492-ci ildə işğal edilməsilə yarımada tamailə xristian katoliklərin əlinə keçdi.

Xristofor Kolumb İzabellaFerdinanddan yardım istəyir

Rekonkista əməliyyatının başa çatdırılması bu cütlüyün həmin il əldə etdiyi yeganə nailiyyət deyildi. Belə ki, 1492-ci ilin mart ayında monarxlar yəhudilərin ölkədən qovulmasını təsdiqləyən Əlhambra fərmanını dərc etdirdilər.[9] Fərmana görə, ölkədə yaşayan yəhudilər ya vəftiz edilərək xristian olmalı, ya da ölkədən təcili olaraq çıxarılmalı idi.[10] Bu sənəd eyni zamanda məğlub edilən Qranada əmiri XII Məhəmməd əbu Abdullah tərəfindən də imzalandı. Bunun qarşılığında Qranada əmirliyindəki bütün yəhudilərmüsəlmanlar üzərindəki bütün suveren hakimiyyət XII Məhəmməd əbu Abdullahda qaldı.

II Ferdinand və Kastilyalı İzabella eyni zamanda həmin il Asiyaya dəniz yolu axtarmaq məqsədilə səyahətə çıxan, ancaq Amerika qitəsini kəşf edən Xristofor Kolumba da maliyyə dəstəyi verdi. Zəbt edilən yeni torpaqlarda ağalıq uğrunda Portuqaliya ilə mübarizə güclənmiş, 1494-cü ildə bağlanan Tordesillas müqaviləsinə görə torpaqlar bərabər olaraq bölüşdürüldü.

İspan inkvizisiya məhkəməsi

[redaktə | mənbəni redaktə et]

II Ferdinand 1502-ci ildə ölkədəki müsəlmanların din azadlığını açıqca ləğv edərək 1492 Əlhambra fərmanının şərtlərini pozdu. Ferdinand ölkədəki bütün müsəlmanları dinlərini dəyişdirərək katolik olmağa məcbur etdi. Bu şərti qəbul edən müsəlmanlar və onların nəvələrinə o dönəmlərdə "konverso morisko" adı verildi. Şərti ödəməyənlər isə zorla sürgün edildilər. II Ferdinand təkcə Qranadada on minlərlə ərəb əlyazmalarını yandıraraq məhv etdi.[11][12]

II Ferdinandın həyatının geri qalan hissəsi isə İtaliya üzərindəki suveren hakimiyyət uğrunda Fransa ilə mübarizəylə keçdi. Sonradan bu mübarizə tarixdə İtalyan ara müharibələri adı verildi. 1494-cü ildə Fransa kralı VIII Karl İtaliyanı işğal etdi və Napoli taxtında oturan II Ferdinandın bacısının ögey oğlu II Alfonsonu devirərək ölkədən qovdu. Ferdinand isə 1496-cı ildə İmperator I Maksimilian və digər italyan əsilzadələri ilə ittifaq quraraq fransızları ölkədən qovmağa və II Alfonsonun oğlu Ferdinandı Napoli taxtına oturtmağa çalışdı. 1501-ci ildə Napoli kralı II Ferdinandın ölümünün və əmisi Fridrixin taxta çıxmasının ardından Ferdinand VIII Karlın varisi və Fransa kralı XII Lüdoviqlə sülh müqaviləsi bağladı. Səbəb isə XII Lüdoviqin Milan taxtında haqq iddia etməsi idi.

Kastilyalı İzabellanın vəfatından sonra

[redaktə | mənbəni redaktə et]
Kastiliya kraliçası İzabellaAraqon kralı II Ferdinandın toy mərasimi

1504-cü ildə Kastilyalı İzabellanın vəfatının ardından onun krallığı bacısı Kastilyalı Yuannaya qaldı. II Ferdinand isə onun olmadığı dönəmlərdə kral naibi olaraq Niderlandı idarə etdi. Bu illərdə Ferdinand tutduğu vəzifəni əlində saxlamaq üçün çox mübarizə aparsa da, Kastiliya əsilzadələri buna qarşı çıxdı və Kraliça Yuannanın ardından Kastiliya taxtına onun əri I Filip çıxarıldı. I Filipin 1506-cı ildə ölümünün ardından Kastilyalı Yuannanın dəli olduğu iddia edildi və sarayın baş mühafizi Fransisko Jimenez de Cisneros mərhum kralın övladları (gələcəyin V KarlFerdinand) adından kral naibi seçildi. Bundan on il sonra isə II Ferdinand vəfat etdi və Kraliça Yuannanın böyük oğlu Karl Araqon kralı seçildi.

II Ferdinand 19 oktyabr 1505 tarixində Germaine de Foix ilə evləndi. O özündən sonra Kastilyalı olmayan bir Araqon varisi buraxmaq istəyirdi. Çünki kürəkəni I Filip və nəvəsi V Karlı Araqon taxt-tacından məhrum etmişdi.[13] Nəhayət istədiyi oldu və 3 may 1509 tarixində Girona hakimi Con dünyaya gəldi ancaq bir neçə saat sonra vəfat etdi. Vəfatının ardından Valladolid əyalətindəki Müqəddəs Paul Monastırında dəfn olunsa da, daha sonra məzarı Araqon krallarının ənənəvi olaraq dəfn olunduğu Poblet Monastırına köçürüldü.[14]

Bundan başqa II Ferdinandın Cerveralı məşuqəsi Aldonza Ruiz de Iborre'dən də 2 övladı dünyaya gəlmişdi: sonradan Saragossa arxiyepiskopu olan Alfonso de Araqon (d. 1469) və Frias hersoqu Bernardino Fernandez'lə evlənən Yuanna (d. 1471).

XVI əsrdə oğlu Alfonso de Araqon Ferdinandın sarayında şəxsən kral tərəfindən yazılmış 400-dən çox sənəd tapdı. Bu sənədlərdə Ferdinand siyasi düşüncəsini və Araqon-Kastiliya kralı olduğu illərdə verdiyi bütün qərarların arxasında duran əsl hədəfləri açıqlayırdı. Hətta bunlardan birində Ferdinand yazır:

" "Çox qarmaşıq qərar anlarında gözlərimi yumuram və qarşıya qoyduğum məsələnin əsas nöqtələrinə diqqətimi verirəm. Geridə qalan məsələləri isə "ədalətli qərar buludu"mdan kənarlaşdırıram."[15] "

1508-ci ildə Venesiyaya qarşı müharibə İtaliyada hələ də davam edirdi. Appenin yarımadasında maraqları toqquşan XII Lüdovik, II Ferdinand, I MaksimilianPapa II Yuli də bu müharibənin tərəfləri idi.

II Ferdinand 23 yanvar 1516 tarixində Estremadura əyalətində ikən vəfat etdi və Qranadadakı kral məbədində dəfn edildi. Xanımı I İzabella, qızı I Yuanna və kürəkəni I Filip də burada dəfn olunmuşdur.[16]

II Ferdinandın 19 oktyabr 1469 tarixində evləndiyi Kastilyalı İzabella ilə olan nikahından 7 övladı olmuşdur:

  1. Araqonlu İzabella (1470–1498).
  2. 31 may 1475 tarixində ölü doğulan bir oğlan uşağı.
  3. Asturias hakimi Con (1478–1497).
  4. Kastilyalı Yuanna (1479–1555)
  5. Araqonlu Mariya (1482–1517)
  6. Araqonlu Mariyanın əkizi. 2 gün yaşamışdır.
  7. Araqonlu Ketrin (1485–1536)

II Ferdinandın 19 oktyabr 1505 tarixində evləndiyi Fransa kralı XII Lüdovikin bacısı qızı Germaine de Foix ilə olan nikahından 1 oğlu olmuşdur:

  • Girona hakimi Con (3 may 1509). Bir neçə saat yaşamışdır.

Həmçinin II Ferdinandın məşuqələrindən doğulan qeyri-leqal övladları da olmuşdur. Cerveralı əsilzadə Aldonza Ruiz de Iborre ilə olan birlikdəlikdən 2 övladı olmuşdur:

  • Alfonso de Araqon (1470–1520)
  • Yuanna de Araqon (1471–1522)

Toda de Larrea ilə olan birlikdəlikdən bir qızı dünyaya gəlmişdir:

  • María Esperanza de Araqon (1477–1543)

Beatriz de Pereira ilə olan birlikdəlikdən bir qızı dünyaya gəlmişdir:

  • María Blanca de Araqon (1483–1550).
  1. 1 2 3 4 Fernando II de Aragón y V de Castilla. El Católico // Diccionario biográfico español (isp.). Real Academia de la Historia, 2011.
  2. 1 2 Lundy D. R. Fernando II, Rey de España // The Peerage (ing.).
  3. 1 2 3 4 5 6 7 8 9 10 Kindred Britain.
  4. https://capillarealgranada.com/los-reyes-fundadores/.
  5. Joseph F. O'Callaghan, A History of Medieval Spain (Ithaca and London: Cornell University Press, 1983), 24. ISBN 0-8014-9264-5Preview Arxivləşdirilib 2022-05-25 at the Wayback Machine of cited page available on Google Books as of 10 March 2011. See also: Richard Fletcher, "The Early Middle Ages, 700–1250," in Spain: A History, ed. Raymond Carr (New York: Oxford University Press, 2000). ISBN 0-19-280236-4.
  6. Edwards, John. The Spain of the Catholic Monarchs 1474–1520. Blackwell Publishers Inc, 2000, p. xiii
  7. Edwards, John. The Spain of the Catholic Monarchs 1474–1520. Blackwell Publishers Inc, 2000, pp. 1–37
  8. Edwards, John. The Spain of the Catholic Monarchs 1474–1520. Blackwell Publishers Inc, 2000, pp. 38–39
  9. Michael C. Thomsett, The Inquisition: A History (Jefferson, NC: McFarland and Company, Inc., 2010), 158.
  10. Bernard Lewis, Cultures in Conflict: Christians, Muslims and Jews in the Age of Discovery (New York: Oxford University Press, 1995), 35–6. ISBN 0-19-509026-8
  11. ""Who are the Sephardim?"". 2016-10-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-09-26.
  12. ""Re: Jewish Grandmother of Ferdinand?"". 2016-10-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-09-26.
  13. Elliot, J. H. Imperial Spain 1469–1716. Penguin Books (New York: 2002), pg. 208. ISBN 0-14-100703-6
  14. De Francisco Olmos, José María: Estudio documental de la moneda castellana de Carlos I fabricada en los Países Bajos (1517), Revista General de Información y Documentación 13, 133–153, 2003. URL: L. Külső hivatkozások
  15. Miles H. Davidson, Columbus then and now: a life reexamined, University of Oklahoma Press 1997, ISBN 0-8061-2934-4, p. 474.
  16. Menéndez Pidal de Navascués, Faustino (2004) "Los Reyes Católicos" Arxivləşdirilib 2022-03-08 at the Wayback MachineEl escudo de España, Madrid, Real Academia Matritense de Heráldica y Genealogía; Ediciones Hidalguia. ISBN 978-84-88833-02-0


Sitat səhvi: " qeyd " adlı qrup üçün <ref> teqləri mövcuddur, lakin müvafiq <references group="qeyd"/> teq tapılmadı