Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Tatuaj
Döymə — qızdırılmış metalı çəkiclərin köməyi ilə döyərək lazımi fromaya salmaq üçün mexaniki emal üsuludur. Proses zamanı pəstah çəkicin qaırlığı altında "axaraq" formasını dəyişir. Bu üsulla böyük ölçülü hissələr hazırlanır. Çəkisi 250t olan metal hissələrin hazırlanması nadir hal deyil. Misal kimi gəmilərin və generator turbinlərinin dirsəkli vallarını göstərmək olar. Prosesin əvvəlində pəstah sobada qızdıırlır. Qızdırma temperaturu metalın asan emalolunma xarakteri ilə müəyyən olunur. Döymə ilə məşğul olanlara dəmirçi deyilir. Zərgərlikdə döymə ən qədim üsullardan biridir. VIII əsrdə Azərbaycanda metaldan hazırlanmış məişət əşyaları, silah, zinət şeyləri əsas etibarı ilə döymə üsulu ilə hazırlanırdı.
Nattaj
Nattaj (fr. Chavornay) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Şampan-an-Valrome kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01097. Kommuna Paris şəhərinin 420 km cənub-şərqində, Lion şəhərindən 70 km şərqdə yerləşir və Burk-an-Bres şəhərindən 55 km cənub-şərqdə yerləşir. 2010-ci ildə əhalinin sayı 199 nəfər təşkil edirdi. 2010-cu ildə əmək qabiliyyətli 131 nəfər (15-64 yaş arasında) 93 nəfər iqtisadi cəhətdən, 38 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 71.0%, 1999-cu ildə 68.8%). Fəaliyyət göstərən 93 sakindən 90 nəfəri (40 kişi və 50 qadın), 3 nəfər işsiz (3 kişi və 0 qadın) idi.
Tanuja
Tanuja Samart (23 sentyabr 1943, Bombey, Britaniya Hindistanı), Tanuja kimi tanınan – hind kinoaktrisasıdır. 23 sentyabr 1943–cü ildə Hindistanda aktrisa Şobna Samart və prodüser Kumarsen Samartın ailəsində dünyaya gəlmişdir. Aktyor Şomu Mukerci ilə evli olmuşdur. Cütlüyün iki qız övladı dünyaya gəlmişdir. Böyük qızı məşhur hind aktrisası Kacol, kiçik qızı aktrisa Tanişadır. Memdidi (1961), Chand Aur Suraj (1965), Baharen Phir Bhi Aayengi (1966), Jewel Thief (1967), Nai Roshni (1967), Jeene Ki Raah (1969), Haathi Mere Saathi (1971), Anubhav (1971), Mere Jeevan Saathi (1972) və Do Chor (1972) filmlərindəki rolları ilə tanınmışdır.
Tatian
Tatián (ya da Tasian; təq. 120, Assuriya[d] – təq. 173, Assuriya[d]) — erkən xristian yazarı, apologeti və ilahiyyatçısı. O Müqəddəs kitabın 4 İncilini bir ardıcıl hekayəyə birləşdirmiş və redaktə etmişdir "Diatessaron" adlanan bu kitab Assuriya kilsəsi tərəfindən müqəddəs kitab kimi qəbul edilmiş və bir neçə yüzillik boyu orada rəsmi ibadətlərdə oxunmuşdur. Həmdə Diatessaronun Əhdi Cədidin kanonik (kilsə tərəfindən qəbul edilən) mətninin oluşması prosesində bəlli qədər rol oynamışdır. Tatianın həyatı haqqında biliklər çox azdır. Əsərlərin birində o özü haqqında yazmışdır ki, "Assuriya torpaqlarında doğulmuşdur". Dəqiq ölüm ili və yeri də bilinməməkdədir. Güman edilir ki, o Assuriyada 185 ildə ölmüşdür. Bir çox ölkələrə səfər etmiş, çeşidli xalqların mədəniyyəti və dünyagörüşü ilə tanış olmuşdur.
Tatlar
Tatlar — İrandilli etnoslardan biri. Azərbaycan və Rusiya ərazisində yaşayırlar. Tarixi məlumata görə bu qədim xalq təqribən 2000 il bundan qabaq Sasanilər İmperiyası hakimiyyəti zamanı şimaldan gələn türklərin qarşısını almaq məqsədilə Cənubi Qafqaz ərazisinə köçürülmüşdür. Qədim ari tayfalarından olan tatlar ərəb işğalından sonra islam dinini qəbul etmişlər. 1810-cu ildə Bakı və Abşeronun ətraf kəndlərinin komendantı general İvan İvanoviç Repin Bakı haqqında yığdığı məlumatlarda qeyd olunurdu ki, şəhərin özündə və müvafiq olaraq Bakı xanlığına aid olmuş ərazilərdə 2235 nəfər yaşayırdı. Azsaylı rus, erməni, yəhudilər(81 nəfər) istisna olmaqla əhalinin böyük əksəriyyəti - 2155 nəfər şiə tatlar təşkil edirdi. İran dillərindən biri olan Tat dilində danışırlar. Tatların əksəriyyəti İslam dininə etiqad edir. Tatların bir qismi isə yəhudidir. Azərbaycan dilində danışan tatlar əsasən Bakıda, Quba , Şabran[, Siyəzən, Şamaxı, Gəncə, Şəmkir, Xızı,Gədəbəy və Dərbənd rayonlarında tarixən sıx olaraq məskunlaşıblar.
Tatsat
Tatsat (yun. Τατζάτης), Tasat (erm. Տաճատ, translit. Tasat), və ya Tatsati (yun. Τατζάτιος) — erməni əsilli Bizans və Abbasi sərkərdəsi. O, 782-ci ildə dönəklik edərək Abbasilər xilafətinin tərəfinə keçmiş və Ərməniyyənin əmiri təyin olunmuşdur. Tatsat erməni əsilli Andzevatsi zadəgan ailəsindən idi. Onun 750-ci illərdə Bizans imperiyasına gələrək imperator V Konstantinə (hak. 741–775) xidmət etməyə başladığı güman olunur. O, V Konstantinin hakimiyyəti dövründə türk əsilli bulqarlarla vuruşmuş, təqribən 760-cı ildə strateq vəzifəsinə yüksəlmişdir.
Tatuin
Tatuin (ing. Tatooine) — "Ulduz müharibələri" kainatında uydurma planet. Planetin adı film saqasının bəzi səhnələrinin çəkildiyi Tunisin Tatavin vilayətindən gəlir. Tatuin isti olması ilə yanaşı, Anakin Skayuolker/Dart Veyderin doğulduğu yerdir. Tatuin səhra planetidir. Planet səthinin 1%-dən az hissəsi su ilə örtülüdür. Onun iki günəş var, bu da planetdə çox isti atmosfer yaradır. Burada hökumət yoxdur, planet quldurlar, narkotik alverçiləri və muzdlular üçün azad məkandır.
Tetuan
Tetuan (ərəb. تطوان‎ , bər. ⵜⵉⵟⵟⴰⵡⵉⵏ , isp. Tetuán) və ya ləqəbi ilə Ağ Göyərçin (ərəb. الحمامة البيضاء‎) — Mərakeşin şimalında yerləşən şəhər. Martil vadisi boyunca uzanır və Çərakeşin Aralıq dənizindəki iki böyük limanından biridir. Şəhər Cəbəllütariq boğazından bir neçə mil cənubda və Tanjerin təxminən 60 km (40 mil) şərq-cənub-şərqində yerləşir. 2014-cü il Mərakeş siyahıyaalınması zamanı şəhər əhalisi 380 787 olaraq qeyd edilmişdir. Şəhər Tanjer-Tetuan-Əl-Xoceyma inzibati ərazi vahidinə daxildir. Şəhər 2000 ildən çox bir çox inkişaf dövrünün şahidi olmuşdur.
Tasua
Tasua(doqquzuncu gün)-İslami təqviminin ilk ayı olan Məhərrəmin 9-cu günü. Bu gün çünki İmam Hüseyn (s.ə) ordusunun böyük Generalı kimi qəhrəmanlıq edən Abbas ibn Əliyə həsr olunmuş.Abbas şiə mədəniyyətində qeyrət, cəngavərlik və sədaqət göstərən şəxsiyyətinin simvoludur. Litvak, Meir (1998). Shi'i Scholars of Nineteenth-Century Iraq: The Ulama of Najaf and Karbala. Cambridge University Press. ISBN 0-521-89296-1 al Musawi, Muhsin (2006). Reading Iraq: Culture and Power and Conflict. I.B.Tauris. ISBN 1-84511-070-6 al Mufid, al-Shaykh Muhammad (Dec 1982(1st ed.)). Kitab Al-Irshad.
Tatar
Kəndlər Tatar (Cəbrayıl) — Azərbaycanın Cəbrayıl rayonunda kənd. Tatar (Qubadlı) — Azərbaycanın Qubadlı rayonunda kənd. Tatar (Zəngilan) — Azərbaycanın Zəngilan rayonunda kənd. Digər Tatarlar — Tatarıstanda yaşayan türk xalqı. Tatar dili — tatarların milli dili, Rusiyada yayılmasına görə rus dilindən sonra ikinci dil. Krım tatarları - Kramda yaşayan türk xalqı. Kırımtatar dili — Kırım tatarlarının ana dili. Tatar (Kəbirli) — Qarabağ xanlığının Kəbirli mahalında oba.
Tatay
Tatay Xan — türk, monqol və altay mifologiyasında qasırğa tanrısı. Tata Xan da deyilir. Qasırğaların, fırtınaların, tayfunların və burulğanların səbəbkarıdır. Atı ildırıma çevrilər. Uluqayının dibindəki Həyat suyuna gözətçilik edir. Monqollarda 77 şimal tanrısının nümayəndəsidir. Simvol rəngi qaradır. (Tat/Yat) kökündən törəmişdir. At sürmək, sürətli getmək mənalarını içərisində saxlayır. Türkcə Tata, Tungusca Tagta sözləri qorxmaq və şaşırmaq bildirir.
Tatla
Dəlibəng (lat. Datura) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin quşüzümükimilər fəsiləsinə aid bitki cinsi. Dəlibəng - Qaragilə fəsiləsinə aid olan birillik bitkidir. Gövdəsinin uzunluğu 1 metrdir. Yarpaqları iri, yumurtavari formadadır. Meyvəsi tikanlı qutu formasında olub şara oxşayır, toxumu qara-qonur qəhvəyi rəngdə olub böyrəyə bənzəyir. Dəlbəng başlı-başına buraxılmış, çürümüş torpaq və peyinlə zəngin olan torpaqda, bağça və bostanda bitir. Tərkibində atropin, hiostiamin skopalamin alkaloidləri vardır. Bitkinin bütün hissələri, xüsusilə meyvələri daha kəskin zəhərlidir. Körpə heyvanlar üçün təhlükəlidir.
Tatta
Tatta (urdu ٹھٹہ) — Pakistanın Sind əyalətində tarixi şəhər. Tatta orta əsrlərdə Sindin paytaxtı idi və ardıcıl üç sülalə üçün hakimiyyət yeri olaraq xidmət etdi. YUNESKO-nun Dünya İrsi Siyahısında olan Tattanın Makli Nekropolu, dünyanın ən böyük qəbiristanlıqlarından biridir və həmçinin 14-18-ci əsrlər arasında alt Sindin sincretik cənazə üslubunda tərtib edilmiş çox sayda monumental məzarı var. 17-ci əsrdə tikilmiş Şah Cahan məscidi dekorativ plitələrlə zəngindir və Cənubi Asiyada kafel işlərinin ən mükəmməl abidəsi sayılır. Sindlilərin fikrində Thattanın Sindhi adı əslində Tatto olmalıdır və ya çay kənarındakı yaşayış məntəqələrinə aid olan Sindhi 'Tatti' və ya 'Tatto' sözlərindən qaynaqlana bilər.
Tatea
Premna (lat. Premna) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinə aid bitki cinsi.
Datura tatula
Adi dəlibəng (lat. Datura stramonium) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin quşüzümükimilər fəsiləsinin dəlibəng cinsinə aid bitki növü. == Təbii yayılması == Cənub-şərqdə, Astraxan, Volqoqradda, az miqdarda Samarski və Saratovsk vilayətlərində yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 1,5-dək olan mil köklü, güclü budaqlı, birillik ot bitkisidir. Gövdəsi düzdayanan, çəngəlvari budaqlanmış, çılpaqdır. Yarpaqları növbəli, bütöv yumurtavari, iri oyuqlu-dişli, ucu biz, saplaqlı, üstü tünd yaşıl, alt tərəfi açıqdır. Ağ rəngli ucda və ya qoltuqda yerləşən iri, tək çiçəkləri qoxuludur. Ağ qıfvari büküklü çiçək tacı və kasacığı bitişik yarpaqlı, beş hissəlidir. İyun-avqustda çiçəkləyir. Meyvəsi-dörd yuvalı, dörd laylarla açılan, iynələrlə örtülmüş qutucuqdur.
Mikloş Tatray
Mikloş Tatray (19 sentyabr 1986) — Macarıstanlı atıcı. Mikloş Tatray Macarıstanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. Mikloş Tatray birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 10 m məsafəyə hava tapançası yarışında iştirak etdi. Ümumilikdə 567 xal toplayaraq 42-ci yeri tutdu və finala vəsiqə qazana bilmədi.
Tanqaj idarəsi
Tanqaj idarəsi; təyyarələrin yan oxu ətrafındakı hərəkətinə deyilir. Bu təyyarənin burnunun yuxarıya-aşağıya doğru hərəkətidir. Təyyarələrdə bu hərəkət qolun arxaya və irəliyə doğru hərəkəti ilə, üfüqi stabilizator və ya kanartda yerləşən hündürlük sükanı (elevator) tərəfindən həyata keçirilir.
Tatlar (Azərbaycan)
Tatlar — irandilli etnoslardan biri. Abşeron yarımadasında, Quba, Göyçay və Şamaxı rayonlarında məskunlaşmışlar. Yayılma ərazilərinə, etnik əlamətlərinə, dialekt xüsusiyyətlərinə görə Azərbaycan tatları müəyyən fərqli cəhətlərə malik olsalar da, əslində onlar vahid bir azsaylı etnos sayılırlar. Bəzi tədqiqatçıların fikrincə, Xəzər dənizinin qərb sahili boyunca Abşerondan Dərbəndədək məskunlaşmış tatlar buraya köçürülmüş qədim İrandilli xalqlardan biridir və onlar Şirvan ərazisinin ən qədim etnik təbəqələrindəndir. Tarixi məlumata görə bu qədim xalq təqribən 1500 il bundan qabaq Sasani işğalları zamanı Azərbaycan ərazisinə köçürülmüşdür. Qədim ari tayfalarından olduğu güman olunan tatlar ərəb işğalından sonra islam dinini qəbul etmişlər. Tat dilində danışırlar. Tatların əksəriyyəti İslam dininə etiqad edir. Yəhudi, Zərdüşt və Xristian tatlar da vardır. Qəmərşah Cavadov.
Tatlar (Ağdaş)
Tatlar — Azərbaycan Respublikasının Ağdaş rayonunun Aşağı Zeynəddin kənd inzibati ərazi dairəsində kənd.
Tatlar (Dərbənd)
Tatlar - Dağıstan Respublikasının Dərbənd rayonunda monoetnik kənd, sakinləri etnik azərbaycanlılardan ibarətdir. 2002-ci ildə aparılmış rəsmi əhali siyahıyaalınması zamanı kənddə 1,208 nəfər azərbaycanlı yaşamaqda idi.
Tatlar (Kəlbəcər)
Tatlar — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Qaraçanlı kənd inzibati ərazi dairəsində kənd. Kənd 25 noyabr 2020-ci ildə Azərbaycana qaytarılıb. Kənd dağətəyi ərazidədir. Bəzi mənbələrdə kənd sakinlərinin İrandan gəlmə mənasında tatlar, tatoğlu adlanmışlar. Kəndin hazırkı adının məhz buradan törədiyi güman olunur.
Tatlar (dəqiqləşdirmə)
Tatlar — Qafqazda yaşayan İrandilli xalq. Tatlar (Azərbaycan) — Azərbaycan ərazisində yaşayan İrandilli xalq. Tatlar (İran) — İranda yaşayan İrandilli xalq. Tatlar (Ağdaş) — Azərbaycanda kənd. Tatlar (Kəlbəcər) — Azərbaycanda kənd. Tatlar (Dərbənd) — Dərbənd rayonunda monoetnik kənd.
Tatlar (İran)
İran Tatiləri — İranda yaşayan tati dilində (qafqazdakı tat dilindən tamamilə fərqlənən müstəqil dil) danışan etnik qrup .
Tatlar məscidi
Hüseyniyyə məscidi və ya Tatlar məscidi — Azərbaycanın Gəncə şəhərində yerləşən məscid. Məscidin 1303-cü (1886) ildə tikildiyi mehrabındakı kitabədə göstərilmişdir. Abidənin mehrabında hələlik yaxşı oxunan üç kitabə var. Qara yazıların yerliyi qızılı rəngdədir. cənub, qərb və Şərq istiqamətində olan divar kitabələrinin yazı tərzinin bir nəfərə məxsus olduğunu xəttin eyni qurluşa malikliyiylə müəyyənləşdirmək mümkündür. Minbərin qərb tərəfindəki kitabənin, birinci iki xətti ərəb və sonradan gələn sətirlər Azərbaycan dilindədir. Birinci və ikinci xətlərdə deyilir ki, abidənin mehrabını təbrizli müəllim, elmə qiymət verən Axund Molla Əsədulla oğlu 1321-ci (1906) ildə yazılarla bəzəmişdir. Azərbaycan dilində olan bu yazı bir bənd bu şerdən ibarətdir: Binanın içərisində mehraba yaxın divarın qərb hissəsində, indi suvağın altında qalan nəbati ornamentlər olmuşdur. Ornamentlərin olması, pəncərələrin böyüklüyü abidənin məscid deyil, mədrəsə, mehmanxana məqsədilə tikildiyini söyləməyə əsas verir. Çünki Şərqdə dini abidələri nəbati ornamentlərlə bəzəmək qadağan idi, lakin bu binadan uzun müddət məscid kimi istifadə edilmişdir.
Avena fatua subsp. fatua
Yulafca (lat. Avena fatua) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinin yulaf cinsinə aid bitki növü. == Sinonimləri == Anelytrum avenaceum Hack. Avena ambigua Schoenb. [Invalid] Avena cultiformis (Malzev) Malzev Avena fatua var. acidophila Kiec Avena fatua var. alcaliphila Kiec Avena fatua var. alta Kiec Avena fatua var. altissima Kiec Avena fatua subsp. brevipilosa Kiec Avena fatua subsp.