Tatuin (ing. Tatooine) — "Ulduz müharibələri" kainatında uydurma planet. Planetin adı film saqasının bəzi səhnələrinin çəkildiyi Tunisin Tatavin vilayətindən gəlir. Tatuin isti olması ilə yanaşı, Anakin Skayuolker/Dart Veyderin doğulduğu yerdir.
Tatuin səhra planetidir. Planet səthinin 1%-dən az hissəsi su ilə örtülüdür. Onun iki günəş var, bu da planetdə çox isti atmosfer yaradır.[1][2] Burada hökumət yoxdur, planet quldurlar, narkotik alverçiləri və muzdlular üçün azad məkandır.