Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qazayaq
Qazayaq (qaq. Kazayak) — Moldovanın Qaqauziya muxtariyyətində bir kənddir. Əhali şərabçılıq ilə məşğul olur.
Tacaraq
Tacaraq (Əcəbşir) — İranın Şərqi Azərbaycan ostanının Əcəbşir şəhristanı ərazisinə daxil olan kənd. Tacarıq (Miyanə) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd.
Taynaq
Taynaq — Azərbaycan Respublikasının Ağcabədi rayonunun Taynaq kənd inzibati ərazi dairəsində kənd. Ağcabədi rayonunun Sancalı i.ə.v.-də kənd. Qarabağ düzündədir. Oykonim tay (bir çox: xalqların toponimiyasında "yüksəklik", "suayrıcı", "iki çay və ya göl arasındakı quru sahə", "meşəlik" və s. mənalarda işlənir) və -naq (-laq şək.-sinin yerli tələffüz forması) komponentlərindən düzəlib, kəndin Qarqar və Kür çayları arasında və ya Qarqar çayı ilə Ağgöl bataqlığı arasında yerləşməsi ilə bağlı yaranmışdır. Rayonun ərazisində Kür və Qarqar çaylarının yatağı boyunca uzanan kiçik tuğay meşələri də bu adın yaranmasına səbəb ola bilər.
Tacaraq (Nir)
Tacaraq (fars. تجرق‎) — İranın Ərdəbil ostanının Nir şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 272 nəfər yaşayır (55 ailə).
Tacaraq (Əcəbşir)
Tacaraq (fars. تجرق‎) — İranın Şərqi Azərbaycan ostanının Əcəbşir şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 623 nəfər yaşayır (156 ailə).
Tayabas bərzəxi
Tayabas bərzəxi — Filippin dövlətinin ərazisində Sakit okean akvatoriyasında yerləşir. Luzon adasında yerləşən Bikol yarımadası adanın əsas hissəsi ilə birləşdirir. Tayabas körfəzi ilə Ragay körfəzinin birləşməsini əngəlləyir.
Takaya Kaqami
Takaya Kaqami (鏡 貴也, Kagami Takaya, d. 22 may 1979) – Yaponiya manqa və ranobe yazıçısı. Əsas tanınmış əsərləri "The Legend of the Legendary Heroes", "A Dark Rabbit Has Seven Lives", "Seraph of the End" manqa və ranobeləridir. Üç əsər əsasında anime adaptasiyası çəkilmişdir.
Tayana Tüdegeş
Tayana Tüdegeş (rus. Тайана Васильевна Тудегешева, 19 noyabr 1957, Ust-Anzas[d], Kemerovo vilayəti – 15 fevral 2022, Sankt-Peterburq) — Şor yazıçısı, şairi. O, Rusiya Yazıçılar Birliyinin üzvüdür. 19 noyabr 1957-ci ildə Şor türklərinin ölkəsi Şoryanın Taştagol bölgəsi Ust-Anzas kəndində anadan olmuşdur. Atası Şor dili müəllimi Vasili olmuşdur. Tayana şer yazmağa VI sinifdə oxuyarkən başlamışdır. 1998-ci ildə Şor ədəbiyyatında ilk kitabı olan "Şoryam" nəşr edilmişdir. 2000-ci ildə Rusiya Yazıçılar Birliyinə üzv olmuşdur. Qorki adına Ədəbiyyat İnistitutundakı ədəbiyyat dərslərinə qatılmışdır. 2000-ci ildə Tayana Vasilyev qızı Tüdegeşyeva şerlərini toplu halda "Poyuşçiye strelı vremen" adlı kitabında nəşr etdirdi.
Taynaq bələdiyyəsi
Ağcabədi bələdiyyələri — Ağcabədi rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Taynaq yaşayış yeri
Taynaq — abidə Ağcabədi rayonu ilə Ağdam rayonu sərhəddində, "Şirxan qobusu"nun cənubunda, Ağcabədi rayonunun Taynaq kəndindən 600 m qərbdə yerləşir. Bu, dərənin relyefinə uyğun ŞmQ – CŞ istiqamətində uzanan, diametri 110×95 m, hündürlüyü şimal tərəfdən 5 m, cənub tərəfdə isə 3 m olan təpədir. Toplanılmış saxsı kolleksiyası eneolit (Leylatəpə mədəniyyəti) və orta əsrlər dövrlərinə aiddir.
Qarayağ
Qarayağ — oduncağın quru çəkmə nəticəsində içindən çıxan qara bir mayedir.