Taynaq

TaynaqAzərbaycan Respublikasının Ağcabədi rayonunun Taynaq kənd inzibati ərazi dairəsində kənd.[1]

Taynaq
40°07′14″ şm. e. 47°10′02″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Rayon Ağcabədi rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 102 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 878 nəf. (2009)
Rəsmi dili
Rəqəmsal identifikatorlar
Poçt indeksi AZ0428
Taynaq xəritədə

Adının mənası

[redaktə | mənbəni redaktə et]

Ağcabədi rayonunun Sancalı i.ə.v.-də kənd. Qarabağ düzündədir. Oykonim tay (bir çox: xalqların toponimiyasında "yüksəklik", "suayrıcı", "iki çay və ya göl arasındakı quru sahə", "meşəlik" və s. mənalarda işlənir) və -naq (-laq şək.-sinin yerli tələffüz forması) komponentlərindən düzəlib, kəndin Qarqar və Kür çayları arasında və ya Qarqar çayı ilə Ağgöl bataqlığı arasında yerləşməsi ilə bağlı yaranmışdır. Rayonun ərazisində Kür və Qarqar çaylarının yatağı boyunca uzanan kiçik tuğay meşələri də bu adın yaranmasına səbəb ola bilər[2].

  1. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
  2. Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. İki cilddə. II cild. Bakı, "Şərq-Qərb", 2007