Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Polikultur təsərrüfat
Polikultur təsərrüfat - İxtisaslaşması aydın nəzərə çarpmayan çoxsahəli kənd təsərrüfatıdır.
İordaniyanın təsərrüfat sahələri
== Ümumi məlumat == İordaniya orta səviyyəli inkişaf etmiş sənaye-aqrar ölkəsidir. Tarixən əkinçilik və heyvandarlıq ölkəsi kimi formalaşan İordaniya iqtisadiyyatında İkinci Dünya müharibəsi illərində bir qədər dirçəliş olmuşdur. Belə ki, ingilis müstəmləkəçiləri burada hərbi şəhər və anbarlar tikir, yollar və neft kəmərləri inşa edir, məhsuldar torpaqlardan maksimum dərəcədə istifadə edirdilər. Bu illərdə sənaye sahələri birtərəfli inkişaf edir, əsasən kustar sənətkarlığa, yeyinti və yüngül (toxuculuq) sənaye sahələrinə fikir verilir, əhalinin 70%-i kənd təsərrüfatında çalışırdı. Müstəqillik əldə olunduqdan sonra hökumət iqtisadiyyatın dirçəldilməsi üçün müəyyən addımlar atmağa başlayır, ilk növbədə xarici mütəxəssislər və kapitalın köməyilə mədən sənayesinin (əsasən fosforit çıxarılması və Ölü dənizdən müxtəlif duzların istehsalı) inkişafına diqqət artırılır. Sonrakı illərdə ərzaq məhsullarının yetişdirilməsinə xüsusi fikir verilir. XX əsrin 80-ci illərindən etibarən isə turizm ölkəyə böyük həcmdə valyuta gətirməyə başlayır. Əvvəllər sənaye müəssisələrinin əksəriyyəti paytaxt rayonunda cəmləşmişdirsə, sonrakı illərdə hökumət yeni-yeni mərkəzlər yaradır. İordaniyada mədən sənayesinin (fosforit və duz çıxarılması)inkişafı güclü kimya sənayesinin yaranmasına (fosfor gübrələri, yuyucu tozlar, müxtəlif növ sabun və s. istehsalı) səbəb olmuşdur.