Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Teistik satanizm
Teistik satanizm (ing. Theistic Satanism), ənənəvi satanizm (ing. Traditional Satanism) və ya dini satanizm (ing. spiritual Satanism) — şeytanı (satana) obyektiv olaraq sitayiş ediləcək bir mövcud fövqəltəbii varlıq və ya qüvvə hesab edən dini inanclar üçün istifadə edilən ümumiləşdirici termin, satanizmin növü. Bu ümumiləşdirici termin çərçivəsindəki fərdi inanc sistemləri bir-birləri ilə başdansovma əlaqəli olan və ya müstəqil qruplar tərəfindən tətbiq edilir. Teistik satanizmin başqa bir səciyyəvi xüsusiyyəti seremonial sehrdən istifadədir. Teistik satanizmin insanların tətbiq etdiyi dini inanc kimi tarixi qeyri-müəyyəndir, ancaq tarix boyu xeyli insan şeytana sitayiş etməklə təqsirkar bilinmişdir. 1560–1630-cu illərdə kulminasiya nöqtəsinə çatmış cadugər məhkəmələrini, xüsusilə də Salem cadugər məhkəmələrini buna nümunə göstərmək olar. Əsl teistik satanist dinlərin əksəriyyəti olduqca yeni modellərdə və ideologiyalarda mövcuddurlar. Onların çoxu İbrahimi dinlərdən müstəqil olduqlarını iddia edirlər.
Ateistik satanizm
La-Veya satanizmi və ya Ateistik satanizm — Anton Szandor Lavey tərəfindən əsası qoyulan bir fəlsəfi təlim və inanc forması. İlk dəfə 1966-cı ildə Şeytan Kilsəsinin yaradılması ilə ortaya çıxıb. Satanist cərəyanlar içində kilsəsi, mərasimləri, bayram günləri olan və təşkilatlanmış şəkildə fəaliyyət göstərən yalnız La-Veya Satanizmidir.
Levistik
Levistik (lat. Levisticum) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinə aid bitki cinsi.
Turistik
Turizm (fransız sözü olub, gəzinti, səfər deməkdir) — fəal istirahətin geniş yayılmış və ən kütləvi növüdür. 1954-cü ildə BMT-nin yığıncağında "Turizm" sözü müzakirə olunmuş, onun beynəlxalq mahiyyəti, kulturoloji və sosial-iqtisadi əhəmiyyəti müəyyənləşdirilmişdir. Hər il minlərlə insan səyahət həvəskarları sırasına qoşulur və getdikcə turizm daha geniş vüsət alır. Turizm son 20–25 ildə insanların vərdiş etdikləri həyati təlabatdır. Turizm xidmətlərinin və turist tələbatlı malların reallaşdırılması ilə məşğul olan istehsal, ticarət və nəqliyyat müəssisələrinin məcmusu turizm sənayesini yaranır Bura mehmanxanalar, iaşə obyektləri, sənaye və ekskursiya büroları aiddir. Turist — ölkə daxilində, yaxud xaricində müxtəlif məqsədlər üçün 24 saatdan 6 aya qədər müddətə səfər edən şəxsdir. Tur– konkret müddətdə konkret marşrut üzrə fərdi və ya qrup halında səfərdən ibarət olan turizm məhsulunun vauçer şəklində satılan formasıdır. Turizm məhsulu isə turistlərə göstərilən xidmətlər kompleksidir. Son onilliklər ərzində insanların həyat şəraiti yaxşılığa doğru xeyli dəyişilmişdir. Bununla yanaşı, mədəni inkişafın kölgəli tərəfləri də özünü büruzə verməyə başlamışdır.
Mistik
Mistika (yun. μυστικός — gizli, sehrli) — insanın fövqəltəbii hadisələrə, digər dünya və fövqəltəbii qüvvələrə inanması.. Bu və ya başqa şəkildə mistisizmlə bağlı olan dini-fəlsəfi cərəyanlar bəşəriyyətin yaratdığı bütün məlum dinlərdə (buddizm, iudaizm, induizm, xristianlıq) müşahidə edilir. İslam dinində yaranmış mistik hərəkat sufizm adını almışdır. Bu termini sufilərin kobud yun parçadan geyindikləri libasla-sufla ("yun" deməkdir) bağlayır, yaxud onun "saf" kəlməsindən yarandığını göstərirlər.
Ageratina tristis
Ageratina tristis (lat. Ageratina tristis) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin ageratina cinsinə aid bitki növü.
Amaranthus tristis
Üçrəng pəncər (lat. Amaranthus tricolor) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinin pəncər cinsinə aid bitki növü. == Sinonimləri == Amaranthus amboinicus Buch.-Ham. ex Wall. Amaranthus bicolor Nocca ex Willd. Amaranthus cuspidatus Vis. Amaranthus dubius Mart. [Invalid] Amaranthus flexuosus Moq. Amaranthus gangeticus L. Amaranthus gangeticus var. angustior L.H.Bailey Amaranthus gangeticus var.
Crepis tristis
Crepis biennis (lat. Crepis biennis) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin tayaotu cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Crepis biennis var. platyphylla Wallr.
Euphorbia tristis
Acı südləyən (lat. Euphorbia esula) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin südləyən cinsinə aid bitki növü. == Sinonimləri == Esula angustifolia Haw. Esula ararica (Jord.) Fourr. Esula dalechampii Haw. Esula major Garsault [Invalid] Esula pseudocyparissias (Jord.) Fourr. Esula riparia (Jord.) Fourr. Esula salicetorum (Jord.) Fourr. Esula vulgaris Fourr. Euphorbia androsaemifolia Schousb.
Quercus tristis
Quercus tristis Gand. — Quercus robur subsp. robur bitki yarımnövünün sinonimi. Quercus tristis Liebm. — Quercus castanea bitki növünün sinonimi.
Senecio tristis
Senecio tristis (lat. Senecio tristis) — mürəkkəbçiçəklilər fəsiləsinin xaçgülü cinsinə aid bitki növü.
Tithymalus tristis
Acı südləyən (lat. Euphorbia esula) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin südləyən cinsinə aid bitki növü. Esula angustifolia Haw. Esula ararica (Jord.) Fourr. Esula dalechampii Haw. Esula major Garsault [Invalid] Esula pseudocyparissias (Jord.) Fourr. Esula riparia (Jord.) Fourr. Esula salicetorum (Jord.) Fourr. Esula vulgaris Fourr. Euphorbia androsaemifolia Schousb.
Populus tristis
Populus tristis (lat. Populus tristis) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinin qovaq cinsinə aid bitki növü. Populus angustifolia Newb. Populus balsamifera Lyall Populus balsamifera var. elongata (Dippel) Hylander Populus balsamifera subsp. trichocarpa (Torr. & A.Gray ex Hook.) Brayshaw Populus candicans var. elongata Dippel Populus longifolia Fisch. Populus trichocarpa Torr. & A.Gray ex Hook.
Salix tristis
Salix nigra (lat. Salix nigra) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinin söyüd cinsinə aid bitki növü. Amerina nigra (Marshall) Raf.
Mistik (personaj)
Mistik (Reyven Darkhölm) (ing. Mystique (Raven Darkhölme)) — Marvel Comics tərəfindən yaradılmış və əsasən İks-adamlarla bağlı olan xəyali personaj. Yazıçı Kris Klermont və rəssam Deyv Kokram tərəfindən yaradılan personaj ilk dəfə 1978-ci ildə nəşr olunmuş "Ms. Marvel" komiksinin 16-cı buraxılışında peyda olmuşdur. Mistik qeyri-insani güclərlə dünyaya gələn xəyali mutantlardan biridir. O, tam dəqiqliklə başqalarının görüntüsünü və səsini özününküləşdirə bilir. Onun öz təbii görünüşü isə mavi rəngdə dəri, qırmızı saçlar və sarı rəngdə gözlərdən təşkil olunmuşdur. Mistik əsasən İks-adamlar komandasının düşməni olaraq göstərilir. Personaj yaradılışından bəri komikslərdə, cizgi seriallarında və televiziya filmlərində əsasən supercinayətkar kimi yer alır. Özünün Mutant qardaşlığı komandasını yaradan Mistik mutantlarla əlaqəli olan bir neçə şəxsi qətlə yetirmişdir.
Mistik səyahət
Astral səyahət — insanın bədəndən kənar, ruhi səyahətidir. Əslində bu anlayışın hələ ki, tam izahı yoxdur. Amma ümumi izahati belədir: Biz ruhi və fiziki bədənlərdən ibarətik. Biz yatanda ruhi bədən fiziki bədənimizi tərk edir. Bu həmişə baş verir, lakin biz heç də həmişə astral adlanan zonaya düşə bilmirik. Cadugərlik və ya ekstrasenslikdə üç dünya var: ruhi dünya, astral dünya və fiziki dünya. Qədim dövrlərdə müdriklər fizika barədə çox dərin biliklərə sahib idilər. Onlar dörd əsas ünsürün adını çəkirdilər: torpaq, su, hava və od. Bu dörd ünsürdən başqa onlar bəzən beşinci ünsürün də olduğunu deyirdilər. Ona incə enerji, efir deyilirdi.
Sistik fibroz
Sistik fibroz xəstəliyi ağciyərdə olan və irsən keçən bir xəstəlikdir. Bu xəstəlik nəfəs alma, həzm sistemi problemləri yaradır. Ağciyərlərin təmiz qalmasını sağlayan salğı bezlərinin incə və axışqan olan maye, sistik fibroz xəstələrində daha çox yoğunlaşaraq axıcılıqları azalır.
Oliver Tvistin macəraları
Oliver Tvistin macəraları — Çarlz Dikkensin ikinci romanı. Oxuculara təqdim olunan "Oliver Tvist" romanı məşhur ingilis yazıçısı Çarlz Dikkens yaradıcılığından Azərbaycan dilinə tərcümə edilən ilk əsərdir. Bu roman Dikkensin yaradıcılığında xüsusi yer tutur və öz dərin ictimai məzmunu, həyat həqiqətini düzgün göstərməsi və bədii vüsəti etibarilə bütün dünya ədəbiyyatında geniş şöhrət qazanmışdır. Öz zəmanəsinin ictimai mənzərəsini geniş əks etdirən, kapitalist-burjua şəraitində yoxsulların ağır vəziyyətini, xüsusən səfillərin və kiçik yaşlı uşaqların ehtiyac üzündən çəkdiyi müsibətləri inandırıcı bir qələmlə təsvir edən bu roman XIX əsrin ingilis ədəbiyyatında tənqidi realizmin ən gözəl nümunələrindən biri sayılır və yarandığı vaxtdan indiyə qədər öz bədii təsir gücünü, idrak əhəmiyyətini itirməyən sənət əsəri kimi diqqəti cəlb edir, dünya xalqlarının dilinə tərcümə olunur. Oliver dünyaya gələndə anası onun üzünü cəmi bircə dəfə görmüş və dünyadan köçmüşdü. Onun 9 yaşı olana qədər heç kim onun valideynlərinin kim olduğunu bilməmişdi. Hələ uşaqlıq illərində o bircə dəfə nə xoş bir söz, nə xoş bir baxış görməmiş, həmişə aclıq və sıxıntı ilə yaşamışdır. Bir dəfə o, yurdsuzlar evindən bir tabut düzəldənin yanına şagird vəzifəsinə göndərilir. Burda o ondan böyük və güclü olan Noe Kleypol ilə tanış olur. Noe həmişə onu təhqir edib ələ salsa da, Oliver heç vaxt ona fikir vermir.
Çində tekstil sənayesi
Çində tekstil sənayesi həm ümumi istehsalda həm də ixracatda dünyada ən böyükdür. Çin 2013-cü ildə 274 milyard dollarlıq tekstil ixrac etdi ki, bu həcm 40 milyard dollarlıq ixracatı ilə ikinci ən böyük ixracatçı olan Banqladeşdən təxminən yeddi qat çox idi. Bu, dünya geyim ixracatının 43,1% -ni təşkil edirdi. Pambıq ipliyi istehsalı sənaye 20-ci əsrin əvvəllərində böyüməyə başladı və Çinin ümumi müasir sənaye məhsulunun 20% -ni təşkil edirdi. Sənaye sahəsi II Dünya Müharibəsindən otuzuncu illərdəki depressiyaya qədər sürətlə genişləndi. Müharibə bir çox dəyirmanı və onların təchizat zəncirlərini məhv etdiyi İkinci Çin-Yapon müharibəsinə qədər yavaş olsa da böyüməyə davam etdi. 1950-ci illərə bir çox böyük maqnatların zülmə məruz qalmamaq üçün imperatorluqlarını Honqkonqa köçürdükləri müddətdə sənayenin qalan hissəsi hökumət tərəfindən inhisara alındı. Den Syaopin hakimiyyətə yüksəldikdən sonra Honqkonq şirkətlərini texnoloji cəhətdən inkişaf etmiş kapitalist şirkətlərin modelləri olaraq təyin etdi və onlar Çində qalan şirkətlərlə yenidən əlaqə qurmağı bacardılar. 1978–79-cu illərdə başlayan iqtisadi islahatlardan sonra Çin iqtisadiyyatının ilk mərhələlərində işçi qüvvəsinin aşağı qiyməti digər ixracatçı ölkələrə nisbətən ixrac bazar payının qazanılmasında vacib bir komponent idi. Mavi yaxalı işçilərin maaşları o dövrdən bəri sürətlə artdı və Çindən gələn tekstil məhsullarının aşağı əmək haqqı üstünlüyünü itirməsi səbəbindən artıq rəqabətə davamlı olmayacağı ilə bağlı proqnozlara səbəb oldu.
Hədd testi
Hədd testi, dağılma testi və ya dağılma üçün n-ci hədd testi — riyaziyyatda bir sonsuz ardıcıllığın dağılmasını müəyyən etmək üçün sadə bir üsuldur: lim n → ∞ a n ≠ 0 {\displaystyle \lim _{n\to \infty }a_{n}\neq 0} olarsa və ya limit yoxdursa, onda ∑ n = 1 ∞ a n {\displaystyle \sum _{n=1}^{\infty }a_{n}} dağılandır. Daha güclü olan yığılma testlərinin əksinə olaraq hədd testi müstəqil şəkildə ardıcıllığın yığılan ardıcıllıq olduğunu ifadə etmir. Xüsusilə, testin tərsi doğru deyil. Bunun yerinə lim n → ∞ a n = 0 {\displaystyle \lim _{n\to \infty }a_{n}=0} isə, o halda ∑ n = 1 ∞ a n {\displaystyle \sum _{n=1}^{\infty }a_{n}} yığılan və ya dağılan da ola bilər.
Rorşax testi
Rorşax testi — (Almanca tələffüz: [ˈʁoːɐʃax]; Rorschach testi, Rorşax mürəkkəb ləkəsi testi, Rorşarx texnikası yaxud qısaca mürəkkəb ləkəsi testi kimi də bilinir) ilə subyektlərin mürəkkəb ləkəsini qavramaları qeydə alınaraq və sonra psixoloji interpretasiyadan, kompleks alqoritmlərdən yaxud hər ikisindən istifadə edilməklə subyektdə analiz aparılması imkanını verən psixoloji testdir. Bəzi psixoloqlar bu testdən fərdin şəxsi xarakteristikalarını və emosional fəaliyyətini tədqiq etmək üçün istifadə edirlər. O, əsas fikir pozğunluğunun (psixozun) aşkar edilməsi üçün təyinatlanmışdır, xüsusilə o hallarda ki, xəstələr öz düşünmə proseslərini açıq şəkildə təssəvür etməyə istəksiz olurlar. Testə yaradıcısı İsveçrəli psixoloq Herman Rorşaxın adı verilmişdir. Rorşax 1960-cı ildə ən geniş istifadə edilən proyektiv test idi. ABŞ milli tədqiqatında Rorşax ambulator əqli sağlamlıq vasitələrində istifadə edilən psixoloji testlər arasında 8-ci yerlə qiymətləndirilmişdir. O, Şəxsiyyətin Qiymətləndirilməsi üçün Cəmiyyətin (Society of Personality Assessment) üzvləri tərəfindən istifadə edilən ən geniş yayılmış ikinci testdir və 25% məhkəmə psixoloji dəyərləndirmə hallarında psixiatrlar tərəfindən tələb edillir, adətən MMPI (Minnesota Multiphasic Personality Inventory) və MCMI-III (Milon Clinical Multiaxial Inventory) testin batareyasına tez-tez daxil edilir. Rorşaxın Rorşax Testi – Psixodiaqnostik Lövhələr-ində (Rorschach Test – Psychodiagnostic Plates,) çap edilmiş, bütöv şəkil yaxud ən çox önə çıxan təfsilatlar üçün müxtəlif müəlliflərə uyğun tez-tez verilən cavablarla on mürəkkəb ləkəsi aşağıda verilmişdir. Dana, Richard H. Handbook of cross-cultural and multicultural personality assessment. Lawrence Erlbaum.
Nüfuzetmə testi
Nüfuzetmə testi adətən, pentester və ya etik haker kimi tanınan şəxslər tərəfindən, sistemin təhlükəsizliyini qiymətləndirmək üçün həyata keçirilən, kompüter sisteminə edilən icazəli, simulyasiya edilmiş kiberhücumdur. Bunu zəifliyin qiymətləndirilməsi ilə qarışdırmaq olmaz. Test zəif tərəfləri (və ya zəiflikləri), o cümlədən icazəsiz tərəflərin sistemin xüsusiyyətlərinə və məlumatlarına giriş əldə etmək potensialını, habelə güclü tərəfləri müəyyən etmək üçün həyata keçirilir ki, bu da tam risk qiymətləndirməsinin tamamlanmasına imkan verir. Proses adətən hədəf sistemləri və konkret məqsədi müəyyənləşdirir, sonra mövcud məlumatları nəzərdən keçirir və bu məqsədə çatmaq üçün müxtəlif vasitələrə əl atır. Nüfuzetmə testinin hədəfi ağ qutu (haqqında arxa fon və sistem məlumatı test edənə əvvəlcədən təqdim olunur) və ya qara qutu (haqqında şirkət adından başqa yalnız əsas məlumatlar verilir, başqa heç nə verilmir) ola bilər. Boz qutunun nüfuzetmə testi ikisinin birləşməsidir (hədəf haqqında məhdud bilik auditorla paylaşılır). Nüfuzetmə testi sistemin hücuma qarşı zəifliklərini müəyyən etməyə və onun nə qədər həssas olduğunu təxmin etməyə kömək edə bilər. Nüfuzetmə testinin aşkar etdiyi təhlükəsizlik məsələləri sistem sahibinə bildirilməlidir. Nüfuzetmə testi hesabatları, həmçinin təşkilata olan potensial təsirləri qiymətləndirə bilər və riski azaltmaq üçün əks-tədbirlər təklif edə bilər. Böyük Britaniyanın Milli Kibertəhlükəsizlik Mərkəzi nüfuzetmə testini belə təsvir edir: "Düşmən kimi eyni alət və üsullardan istifadə edərək, həmin sistemin təhlükəsizliyinin bir hissəsini və ya hamısını pozmağa cəhd etməklə İT sisteminin təhlükəsizliyinə əminlik əldə etmək üsulu".
Karandaş testi
Karandaş testi – şəxsin afro teksturalı saçının olub-olmadığını müəyyənləşdirmək üçün metod. Karandaş testində karandaş şəxsin saçına keçirilir. Karandaşın saçdan asanlıqla keçib-keçməməsindən asılı olaraq test "keçdi" və ya "keçmədi" olaraq dəyərləndirilir. Karandaş testi Cənubi Afrika Respublikasının aparteid rejimi tərəfindən irqi mənsubiyyəti müəyyən etmək üçün istifadə olunurdu. Karandaş testinin nəticəsinə əsasən ağlarla və rəngli şəxslər fərqləndirilirdi. Test mövcud ailələrin və icmaların irqi əsaslarla bölünməsində rol oynamışdır. Aparteid rejiminin 1994-cü ildə başa çatmasından sonra karandaş testinin tətbiqi də dayandırılmışdır. Hazırda CAR-da karandaş rasizm simvolu kimi qəbul olunur. == Arxa plan == 1950-ci ildə qəbul edilmiş Əhalinin Qeydiyyatı Aktına əsasən cənubi afrikalılar fiziki və sosial-iqtisadi xüsusiyyətlərinə əsasən irqi qruplar üzrə təsnif olunmalı idilər. Şəxsin irqi həmişə aydın olmadığı üçün bir neçə test yaradılmışdır.
Şirmer testi
Şirmer testi (ing. Schirmers test) – gözdə quruluğu təyin etmək üçün təyin edilir. I və II testi vardır.
Trombodinamika testi
Trombodinamika testi qan laxtalanması sisteminin qlobal bir testidir. Yüksək həssaslıqla qan laxtalanma sisteminin pozğunluqlarını, həm hipo, həm də hiperkoaqulyasiyanı aşkar etməyə imkan verir. Trombların əmələ gəlməsinə meyilliliyin erkən diaqnozu üçün uyğundur. Metod Rusiya Tibb Elmləri Akademiyasının Hematoloji Elmi Mərkəzinin fiziki biokimya laboratoriyasında biologiya elmləri doktoru Fəzail Ataullaxanovun rəhbərliyi ilə hazırlanmışdır. Bu üsula əsaslanan diaqnostik avadanlıq "Hemakor" şirkəti tərəfindən istehsal olunur. Trombodinamika testi - in vivo laxtalanma şəraitinə yaxın şəraitdə, lokallaşdırılmış laxtalanma aktivatoru vasitəsilə başlayan qan laxtalanmasının məkan-zaman dinamikasının in vitro tədqiqi üçün nəzərdə tutulmuşdur. Trombodinamika testi qan laxtalanması zamanı baş verən proseslərin məkan fərqliliyini nəzərə alır. Test plazmanın incə qatında qarışdırılmadan aparılır. Bunu həyata keçirmək üçün qan plazma nümunələri su termostatında yerləşən şəffaf ölçmə küvətinin kanallarına yerləşdirilir. Sonra laxtalanmış qan ilə əhatə olunmuş lövhə küvətə daxil edilir.