Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Telekörpü
Telekörpü — yunanca τῆλε "uzaq" və azərbaycanca "körpü" sözlərinin birləşməsindən əmələ gələn, televiziya və peyk texnologiyaları sayəsində ikitərəfli video və audio əlaqənin bir növüdür. Telekörpü əlaqəsi telekommunikasiya tipli bağlantılardan biridir. Bu əlaqə növü XX əsrdə yaranmışdır. Əsasən iki müxtəlif dövlətin televiziya kanalları arasında reallaşan telekörpülər müasir dövrümüzdə də çox məşhurdur. 1962-ci ilin 23 avqust tarixində dünyada ilk dəfə olaraq telekörpü əlaqəsi yaradılmışdır. Bu telekörpü Avropa-ABŞ adlanırdı. 1982-ci ilin 5 sentyabr tarixində ilk dəfə olaraq SSRİ və ABŞ arasında "Moskva-Los-Anceles" adlanan telekörpü baş tutdu. Bu telekörpü Los-Anceles şəhərində keçirilən "Biz" (ingiliscə. we) adlanan tədbirinin gedişi zamanı reallaşdı. ABŞ tərəfindən sözügedən telekörpünü yaratmaq təşəbbüsünü Stiv Voznyak, SSRİ tərəfindən isə məşhur ssenarist İosif Qoldin irəli sürmüşdü.
Habbl teleskopu
Habbl teleskopu — amerikan astronomu Edvin Habblın şərəfinə adlandırılmış kosmik orbital teleskop. NASA və Avropa Kosmik Agentliyinin birgə layihəsidir. Yerin orbitinə 24 aprel 1990-cı ildə "Diskaveri" şattlı ilə çıxarılmışdır. Kütləsi 11 tondur. Əsas alətləri: infraqırmızı kamera, optik kamera, optik spektrometr, ultrabənovşəyi spektroqraf, üç naviqasiya sensoru.
Böyük Kanar teleskopu
Böyük Kanar teleskopu dünyada ən böyük optik teleskop-reflektor. 10,4 metr diametrlik güzgüsu 36 altıbucaqlı seqmentdən ibarətdir. Kanar adalarında olan La Palma rəsədxanasında yerləşir.
Ceyms Uebb teleskopu
Ceyms Vebb kosmik teleskopu (JWST) — NASA-nın "Növbəti Nəsil Kosmik Teleskop" proqramı çərşivəsində Avropa kosmik Agentliyi və Kanada Kosmik Agentliyi ilə birlikdə yaratdığı kosmik teleskopu. c kosmosa buraxılması və onun Yer-Günəş sisteminin L 2 {\displaystyle L_{2}} Laqranj nöqtəsi ətrafında halo orbitində hərəkət etməsi planlaşdırılır. Teleskop (narıncıdan qırmızya qədər) vizual oblastdan orta-infraqırmızı (0,6–27 mkm) oblasta qədər geniş dalğa uzunluğunda misligörülməmiş ayırdetmə və həssaslığa malik olacaq. Teleskop 25 dekabr 2021-ci ildə kosmosa uçuşu başladı. Teleskop Yerdən 1.5 milyon kilometr uzağa göndərilməyi hədəflənir, hədəflənən məsafayə çatması üçün təxmin edilən vaxt 27 gündür. == İmkanları == JWST teleskopunun imkanları astronomiya və kosmologiya sahələrində geniş müşahidələrə şərait yaradacaq. "James Webb" teleskopunun əsas məqsədləri Böyük Partlayışdan (Big Bang) sonra yaranmış ilkin qalaktika və ulduzların işıqlarının alınması, onların formalaşması və inkişafı, planet sistemlərinin yaranması və həyatın mənşəyinin öyrənilməsidir. JWST teleskopu kainatın yaranmasından sonra ilk formalaşmış ulduzların işıqlarının tapılması üçün kifayət qədər həssaslığa malik olacaq. Onun vasitəsi ilə astronomlar həm də digər ulduz orbitlərində ekzoplanetlərin kimyəvi tərkibini təyin edə biləcəklər. NASA mühəndisləri "Hubble" kosmik teleskopunu əvəz edəcək NASA-nın 2-ci rəhbərinin (1961–1968) adını daşıyan JWST nəhəng kosmik teleskopunun yığılmasını tamamlamışdır.
Ceyms Vebb teleskopu

Hadisə Üfüqü Teleskopu
Hadisə Üfüqü Teleskopu (HÜT) (ing. Event Horizon Telescope (EHT)) radio teleskop sistemi olub qlobal teleskop şəbəkəsi təşkil edir. Hadisə Üfüqü Tekeskopu layihəsi Yer kürəsinin müxtəlif nöqtələrində bir-birindən uzaqda bucaq imkanı kifayət qədər olan 8 kəskin uzun bazisli interferometrik stansiyalardan məlumatları birləşdirərək super massiv Qara Dəliyin Hadisə Üfüqü kimi nəhəng obyekləri müşahidə etməyə imkan verir. Proyektin hədəfi Yer Kürəsindən ən böyük bucaq diametrində iki Qara Dəliyi müşahidə etməkdir. Müşahidə məntəqələri cD tipli ovalvari super nəhəng Messier 87 qalaktikasının mərkəzindəki Qara Dəlik və Süd Yolu qalaktikanısının mərkəzində yerləşən Sagittarius A* Qara Dəliyidir. == Messier 87* == Hadisə Üfüqü Teleskopu Əməkdaşlığı özünün ilk uğurlu nəticəsini 10 aprel 2019-cu il tarixdə eynianda 6 müxtəlif bölgələrdə keçirilmiş mətbuat konfransında açıqlamışdır. Məlumatda birbaşa Messier 87 qalaktikasının mərkəzindəki Qara dəliyin şəkli göstərilərək M87 adı altında qeyd olunmuşdur. Elmi nəticələr 6 məqalədə The Astrophysical Journal Letters jurnalının 875-ci sayında nəşr olunmuşdur.
Herşel Kosmik Teleskopu
Herşel Kosmik Teleskopu — infraqırmızı kosmik teleskop.
Qrin Benk teleskopu
Qrin Benk teleskopu (ing. Green Bank Telescope) — dünyanın ən böyük tam fırlanan parabolik radioteleskopu. ABŞ-nin Qərbi Virciniya ştatının Qrin Benk şəhərindədir. Teleskop uzaq qalaktikalardan elektromaqnit dalğalarını qəbul edir.
Spitzer Kosmik Teleskopu
Spitzer Kosmik Teleskopu — infraqırmızı kosmik teleskop.