TELEKOMPOZİSİYA
TELEQƏZET
OBASTAN VİKİ
Telekörpü
Telekörpü — yunanca τῆλε «uzaq» və azərbaycanca «körpü» sözlərinin birləşməsindən əmələ gələn, televiziya və peyk texnologiyaları sayəsində ikitərəfli video və audio əlaqənin bir növüdür. Telekörpü əlaqəsi telekommunikasiya tipli bağlantılardan biridir. Bu əlaqə növü XX əsrdə yaranmışdır. Əsasən iki müxtəlif dövlətin televiziya kanalları arasında reallaşan telekörpülər müasir dövrümüzdə də çox məşhurdur. == Məşhur telekörpülər == 1962-ci ilin 23 avqust tarixində dünyada ilk dəfə olaraq telekörpü əlaqəsi yaradılmışdır. Bu telekörpü Avropa-ABŞ adlanırdı. 1982-ci ilin 5 sentyabr tarixində ilk dəfə olaraq SSRİ və ABŞ arasında "Moskva-Los-Anceles" adlanan telekörpü baş tutdu. Bu telekörpü Los-Anceles şəhərində keçirilən "Biz" (ingiliscə. we) adlanan tədbirinin gedişi zamanı reallaşdı. ABŞ tərəfindən sözügedən telekörpünü yaratmaq təşəbbüsünü Stiv Voznyak, SSRİ tərəfindən isə məşhur ssenarist İosif Qoldin irəli sürmüşdü.

Значение слова в других словарях