Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Teleradio Akademiyası
Teleradio Akademiyası — Azərbaycan Televiziyasının tabeliyində fəaliyyət göstərən təhsil müəssisəsi. Məqsəd ali təhsil bazası əsasında müxtəlif peşələr üzrə peşəkar mütəxəssislərinin hazırlanması, əməkdaşların ixtisaslarının təkmilləşdirilməsidir. === Yaranması === 2010-cu il iyunun 14-də Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətində Televiziya və Radio Akademiyasının açılış mərasimi keçirilib. Teleradio Akademiyası Azərbaycan Radiosunun binasında yerləşir. Akademiyanın maddi-texniki bazası formalaşdırılıb, çəkiliş və montaj avadanlığı quraşdırılıb, çəkiliş pavilyonları və səsyazma studiyası yaradılıb. Akademiyanın yaradılmasından məqsəd ali təhsil bazası əsasında peşəkar teleradio mütəxəssislərinin hazırlanması, əməkdaşların ixtisaslarının təkmilləşdirilməsidir. Tədris zamanı yerli alim və mütəxəssislərlə yanaşı, Türkiyə, Rusiya, Avropa ölkələri, eləcə də ABŞ-dən telemütəxəssislər dərs demək üçün akademiyaya dəvət edilir. Teleradio Akademiyasının ilk rektoru Etibar Babayev olmuşdur. Hazırkı rektoru isə Telli Pənahqızıdır.
Video oyun yayımçısı
Videooyun yayımı şirkəti və ya videooyun nəşriyyatı — videooyun yayımlayan şirkətlərə verilən ad. Yayım şirkəti videooyunun yaradılışına və satışına görə məsuliyyət daşıyır. Böyük yayım şirkətləri həmçinin, onların yayımladığı oyunları yayır. Daha kiçik biriləri onlar üçün oyunu yaymaq üçün başqa şirkətlər üçün ödəyir.
Milli teleradio şurası
Azərbaycan Respublikası Audiovizual Şurası (Milli Televiziya və Radio Şurasının xələfi) — Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 5 oktyabr taxirli Fərmanı ilə yaradılmışdır. Şuranın yaradılmasında məqsəd televiziya və radio yayımı sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin etmək və bu fəaliyyəti tənzimləməkdir. == Tarixi == === Milli Televziya və Radio Şurası === Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurası Azərbaycan Respublikası Prezidentinin 05 oktyabr 2002-ci il tarixli 794 saylı Fərmanı ilə — televiziya və radio yayımı sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin etmək və bu fəaliyyəti tənzimləmək məqsədilə yaradılmışdır. Şuranın əsas vəzifəsi televiziya və radio yayımçılarının fəaliyyətini tənzimləmək, yayım zamanı ictimaiyyətin maraqlarını qorumaq, televiziya və radio yayımı haqqında qanunvericiliyə əməl edilməsi üzərində nəzarəti həyata keçirməkdir. Şuranın fəaliyyəti "Milli Televiziya və Radio Şurası haqqında Əsasnamə" ilə tənzimlənir. Şura öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını və "Milli Televiziya və Radio Şurası haqqında Əsasnamə"ni rəhbər tutur. Şura dövlət büdcəsindən maliyyələşdirilir və öz fəaliyyətində müstəqildir. Şura Azərbaycan Respublikası Prezidenti tərəfindən 9 üzvdən ibarət tərkibdə yaradılır. Şura üzvlərindən üçü iki il, üçü dörd il, üç nəfəri isə altı il müddətinə təyin olunur. Üzvlərin təkrar təyin olunmaq hüququ vardır.
Space Teleradio Şirkəti
Space TV — 12 oktyabr 1997-ci il tarixində fəaliyyətə başlayan, Azərbaycanın özəl telekanallarından biridir. == Tarixçə == "Space" Televiziyasının ilk televerilişi 12 oktyabr 1997-ci il tarixində nümayiş olunub. Yayım şəbəkəsi respublikanın sosial, siyasi və mədəni həyatını əks etdirən müəllif proqramlarından ibarətdir. Gündəlik informasiya buraxılışları və informasiya-analitik verilişləri ilə yanaşı Space TV maraqlı tok-şou, musiqili-əyləncəli, intellektual oyun və maarifləndirici proqramları ilə də seçilir. 31 dekabr 2007-ci il tarixinə qədər digər Azərbaycan telekanalları kimi Space TV-də verilişlərinin bəzisini rus dilində nümayiş etdirirdi. Space TV-nin əsas xəbər verilişi "Hər Gün"dür. Hal-hazırda şirkətdə 365 işçi çalışır. Proqram şəbəkəsinin 30%-i xarici teleməhsullardan təşkil olunub. Space TV sutka ərzində orta hesabla 18 saat yayımlanırdı. 26 sentyabr 2012-ci il tarixində Space TV loqotipində müəyyən dəyişiklik edərək onu ekranın sağ alt küncündən götürərək ekranın sağ üst küncünə yerləşdirmişdir.
Teleradio İstehsalat Birliyi
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Teleradio İB-yi Respublikada radio-televiziya yayımını, Radio rabitəsini, peyk rabitəsini, radio-televiziya proqramlarının peykdən yayımını və s. xidmətləri təmin edən yeganə dövlət müəssisəsidir. Hələ XX əsrin 20-ci illərində keçmiş Sovetlər Birliyində radiorabitə və radio yayımın tətbiqinə başlanılmış, 50-ci illərin ortasında televiziya yayım şəbəkəsinin özülü qoyulmuşdur. XX əsrin 80-cı illərin ortalarında bir neçə radio və televiziya proqramının Respublikanın 90-95% əhalisi yaşayan yaşayış məntəqələrində yayımı təmin edilmişdir. 1988-ci ildən başlayaraq keçmiş SSRİ-nin dağılması istiqamətində baş verən hadisələr Respublikada radio-televiziya yayım şəbəkəsinin inkişafını ləngitdi və şəbəkənin tənəzzülünə və qismən dağılmasına gətirib çıxardı. 1991-ci ildə Azərbaycanın yenidən müstəqillik qazanması ilə Radio-televiziya yayım şəbəkəsinin keçmiş Sovetlər Birliyinin mərkəzləşdirilmiş şəbəkəsindən ayrılması, tənəzzülün dayandırılması və şəbəkənin müstəqil inkişafı üçün tədbirlər görülməyə başlanıldı. Amma, Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsi Respublikanın bəzi bölgələrində yayım keyfiyyətinin və əhatəsinin aşağı düşməsinə, hətta Naxçıvan MR-də və bir sıra bölgələrdə yayımın kəsilməsinə gətirib çıxarırdı. Respublikada 1992-1993-cü illərdən başlayaraq Türkiyənin TRT TV proqramının, sonralar isə TGRT proqramlarının yayımı təşkil edildi. ANS, BMTİ kimi özəl TV kanallar, eləcə də Milli Televiziyanın 2-ci proqram AzTV 2 fəaliyyətə başladı. Məhz bu dövrdən başlayaraq ölkə rəhbərliyinin bilavasitə qayğısı nəticəsində Teleradio İB-in mütəxəssisləri tərəfindən Radio-TV yayımın inkişafı üzrə məqsədyönlü tədbirlər həyata keçirilməyə başlanıldı.
Dövlət Teleradio Verilişləri Şirkəti
Azərbaycan Televiziyası və ya qısa adı ilə AzTV— Azərbaycanın ilk milli televiziya kanalı. Dövlət (hökumət) nəzarətində və idarəçiliyində olan televiziya kanalıdır. == Tarixi == === Başlanğıc === Azərbaycan televiziyası radiodan 30 il sonra – 1956-cı il fevralın 14 — də fəaliyyətə başlayıb. Bakıda televiziya mərkəzi üçün binanın inşasına 1954-cü ildə başlanıldı. Tikintidən ötrü yer Bakının ən hündür məkanlarından birində – Mehdi Hüseyn 1 adlanacaq ünvanda seçilmişdi. Azərbaycanlı inşaatçı və mütəxəssislərin moskvalı, leninqradlı həmkarları ilə birgə ucaltdıqları və müvafiq avadanlıqla təchiz etdikləri telemərkəzin binası 1955-ci ilin sonunda təhvil verildi. 1956-cı ilin fevralına qədər Bakı studiyasının ara-sıra sınaq verilişləri yayımlanırdı. İlk veriliş günü ekranda gənc aktrisa Nəcibə Məlikova göründü. Çıxışını "Göstərir Bakı!" kəlməsi ilə açan Nəcibə Məlikova tamaşaçıları televiziyanın fəaliyyətə başlaması münasibətilə təbrik etdi. Həmin gün ekranda "Bəxtiyar" bədii filmi nümayiş etdirildi.
Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkəti

SSRİ Dövlət Teleradio Komitəsinin Mərkəzi Televiziyası
SSRİ Dövlət Teleradio Komitəsinin Mərkəzi Televiziyası — və ya SSRİ Mərkəzi Televiziyası, SSRİ Dövlət Teleradio Komitəsi tərkibində mövcud olmuş və ümumittifaq, qismən də regional televiziya yayımına cavabdeh olan sovet dövlət təşkilatı. Respublika və yerli (vilayət, şəhər) televiziya ilə birgə 1951-ci ildən 1991-ci ilə qədər mövcud olmuşdur.
Xalq yazıçısı
Xalq yazıçısı — SSRİ-yə daxil olan əksər müttəfiq respublikalarda, hal-hazırda isə bəzi keçmiş sovet respublikaları ilə yanaşı, Azərbaycan Respublikasında verilən fəxri ad.
Mahnı yazıçısı
Yazıçı və ya yazar — ideyaları çatdırmaq üçün fərqli üslublar və texnikalarla yazılı sözlərdən istifadə edən insan. Yazıçılar ədəbi sənətin fərqli formlarını və romanlar, hekayələr, kitablar, poeziyalar, səfərnamələr, pyeslər, ssenarilər, teleskriptlər, mahnılar və esselər kimi kreativ yazı işləri, habelə ictimaiyyət üçün maraqlı ola biləcək hesabatlar və məqalələr ərsəyə gətirirlər. Yazıçıların işləri medianın böyük bir hissəsində yayımlanmaqdadır. İdeyaları yaxşı bir şəkildə çatdırmaq məqsədilə dildən məharətlə istifadə edə bilən yazıçılar çox vaxt bir cəmiyyətin mədəniyyətinə önəmli töhfələr verir. Əksər hallarda yazıçı sözü əsərlərini nəsr, şair isə əsərlərini nəzm ilə yazan müəlliflərə ithaf edilir. Yazıçılar uydurma və uydurma olmayan bir çox janrda əsərlər yazıb-yarada bilər. Bəzi yazıçılar isə öz fikirlərini multimedia — qrafika, illüstrasiya və s. ilə zənginləşdirirlər. Öz fikirlərini çatdırmaq üçün onlar nadir hallarda hətta musiqidən də faydalana bilərlər. Bunlardan başqa, şifahi ənənədən istifadə edən bir sıra yazıçılar da mövcuddur.
Söz yazıçısı

Azərbaycanın xalq yazıçısı
Azərbaycan Respublikasının xalq yazıçısı — 1991-ci ildən yazıçılara verilən fəxri ad
Qırğızıstan xalq yazıçısı
Qırğızıstan Respublikasının xalq yazıçısı (qırğ. Кыргыз Республикасынын эл жазуучусу) — Qırğızıstan Respublikasında fəxri ad.
Azərbaycan Respublikasının xalq yazıçısı
Azərbaycan Respublikasının xalq yazıçısı — Azərbaycan ədəbiyyatının inkişafında böyük xidmətlərinə, xalqın böyük rəğbətini qazanmış yüksək ideyalı və bədii cəhətdən dəyərli ədəbi əsərlər yaratmağa görə yazıçılara verilən fəxri ad. == Maraqlı faktlar == Yazıçı Əkrəm Əylisli "Xalq yazıçısı" fəxri adından məhrum edilən yeganə şəxsdir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 23 may tarixli Fərmanı ilə "Xalq yazıçısı" fəxri adına layiq görülən Əkrəm Əylisli Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 7 fevral tarixli Sərəncamı ilə "Azərbaycan Respublikasının fəxri adları haqqında Əsasnamə"nin 15-ci bəndinin "b" yarımbəndinə əsasən "Xalq yazıçısı" fəxri adından məhrum edilmişdir.
Azərbaycan SSR xalq yazıçısı
Azərbaycan SSR xalq yazıçısı (azərb-kiril. Азәрбајҹан ССР халг јазычысы) — 26 mart 1960-cı ildə Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti tərəfindən müəyyən edilmiş fəxri ad. İdeya-bədii cəhətdən görkəmli əsərlər yaradan və Azərbaycan sovet ədəbiyyatının inkişafında böyük xidmətləri olan yazıçıları həvəsləndirmək məqsədilə verilirdi. == İstinadlar == == Ədəbiyyat == Фәхри адлары // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. X ҹилд: Фрост—Шүштәр. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1987. С. 540–541.
Qırğızıstan Respublikasının xalq yazıçısı
Qırğızıstan Respublikasının xalq yazıçısı (qırğ. Кыргыз Республикасынын эл жазуучусу) — Qırğızıstan Respublikasında fəxri ad.