Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Dempferləmə (söndürmə)
Dempferləmə yəni söndürmə (en. damping), (ru. демпфирование, гашение), (tr. sönümleme/dempferləmə) – sxemin və ya qurğunun cavab siqnallarının sıçrayışlarının (müəyyən olunmuş həddi keçmələrinin) qarşısının alınması üsulu. Məsələn, gücləndiricinin sxeminə elə elementlər qoşula bilər ki, çıxış siqnalını azaltmaqla, ona böhran həddini keçməyə imkan verməsin. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Çəpərləmə
Çəpərləmə (ing. enclosure, inclosure) — Avropada kapitalizmin ilkin inkişaf mərhələsində kəndli icmasına daxil olan torpaqların zorla ləğvi. İngiltərədə torpaq sahibləri icmanın istifadə etmədiyi torpaqları qoyun otarmaq üçün çəpərlədilər. Torpaq sahibləri kəndlilər üzərində imtiyazlarından istifadə edirdilər. Kəndlilərin torpaqlarından zorakılıqla qovulması çəpərləmə adlanır. Qovulmuş kəndlilər öz əmlakmı, yəni əmək alətini, evini və torpağını itirirdi. Tomas Morun «Qoyunlar adamları yeyir» ifadəsi bu dövrdə yaranmışdı. XVI əsrdə İngiltərədə çəpərləmə nəticəsində torpağı və əmək aləti olmayan çoxlu azad adamlar meydana çıxdı. Onlar kapitalistlər üçün ucuz işçi qüvvəsi idi. İngiltərədə zadəganlar iki qrupa bölünürdü.