TƏKƏRLƏMƏ

Nağıllarda eyni ifadənin təkrarlarına (biri vardı, biri yoxdu...) təkər­lə­mə deyilir. Təkər sözü ilə bağlıdır, ifadələr hər nağılda “fırlanır”, təkrarlanır deyə bu adı veriblər. Rusca buna присказка deyilir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

TƏKƏR
TƏKKƏ
OBASTAN VİKİ
Təkərləmələr
Təkərləmələr — türk folklor janrı. == Nəzəriyyəsi == Bizim nağıllarımızın başlanğıcında söylənilən «pişrov» və ya «müqəddimə» adlanan məzəli ifadələrə, yanıllmaclara və uşaq folklorundakı sanamalara, düzgülərə Türkiyənin xalq ədəbiyyatında «təkərləmə» deyilir. Təkərləmələr təkcə lirik şifahi xalq ədəbiyyatının deyil, eyni zamanda, epik növün də bir şəklidir. Nağıllarda, xalq teatrlarının tamaşalarında çox işlənir. Saz şairləri-aşıqların da çoxlu təkərləmələri vardır. Aşıqlar bəzən bir-birləri ilə təkərləmələrlə deyişirlər. İpə-sapa yatmayan, mənalı-mənasız söz yığınından ibarət olan təkərləmələr dinləyiciləri əyləndirmək, onların diqqətini cəlb etmək məqsədi daşıyır. Təkərləmələri söyləyənlər yerinə görə əl-qol hərəkətləri, mimikaları ilə danışdıqlarını daha təsirli çatdırmağa çalışırlar.Təkərləmələrə Güney Anadoluda «sayıştırma», Şərqi Anadoluda «döşeme» deyənler də vardır. Xalqın şifahi biçimdə meydana gətirib yaşatdığı bu folklor örnəkləri uşaqların tərbiyə olunmasında da, şübhəsiz, əhəmiyyətli rol oynamışdır. Uşaqların nitq inkişafı, söz ehtiyatının artırılması üçün bu folklor janrının mühüm önəmi onların belə söz və ifadələri layiqincə tələffüz etməyi bacarmaları, qüsursuz danışmaq vərdişlərinə yiyələnmələri ilə bağlıdır.

Значение слова в других словарях

вска́пываться культпросветрабо́та лупа́стенький пе́мза хвали́мый экзо́тика безопа́сный буря́ты гуммиара́бик закомплексова́ть конфекцио́нный оте́льный пейзажи́стка растеря́ться систематизи́рованно чернори́зческий семик circuition concerning dank sub rosa tragicomedy миллиардный обобщённый преферанс