Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Art terapiya
Art terapiya — Art terapiya və ya sənət terapiyası musiqi, rəsm, hərəkət-rəqs, ədəbiyyat kimi sənət növləriylə həyata keçirilən terapiya növüdür. Art terapiyanın əsas məqsədi fərdin özünü rahat və azad şəkildə ifadə etməsini, içində həbs olunmuş duyğularını üzə çıxarmasını, yaradıcılığını daha da artırıb, estetik yönlərinin ortaya çıxarmasını təmin etməkdir. Diqqətlə baxıldığında təsviri sənət ilə psixoterapiya arasında bir bənzərlik vardır əslində. Hər ikisi də daxilə atılmış hisslərin, yaşantıların və ya gerçək dünyadakı xəyal qırıqlıqlarının, qorxuların, insanlararası münasibətlərin kəşf edilərək ortaya çıxarılması və yenidən şəkilləndirilməsi prosesidir. Art terapiya sözün bitdiyi, yetərsiz qaldığı yerdə başlayır, insanları fərqli yöndən dəyişdirir, öz imkanlarının fərqinə vardırıb, sağaldır. == Tarix == İlk dəfə 1950-ci illərdə ortaya çıxan bu üsul son zamanlar dünyada getdikcə yayılmaqdadır. Təsviri sənətin bir terapiya kimi ortaya çıxmasının hekayəsi olduqca maraqlıdır. Amerikalı psixoloqlar çox qədim zamanlarda insanların mağaralarda daşlar, qayalar üzərində çəkdikləri rəsmləri analiz etmişlər. Psixoloqların diqqətini çəkən şey hələ sözün bir ünsiyyət vasitəsi kimi istifadə olunmadığı vaxtlarda, bu insanların müxtəlif qətliamları, köçləri, günlük hadisələri rəssamlıq yolu ilə ifadə etmələri olmuşdur. Baharın gəlişini niyə bayram etdikləri, niyə daima rituallar həyata keçidikləri, niyə hər bir ayinə xas müxtəlif rəqslərin olduğu da onların geniş müzakirə və tədqiqat hədəfinə çevrilmişdir.
Elektrokonvulsiv terapiya
Elektrokonvulsiv terapiya — baş beyinə elektrik cərəyanın təsiri zamanı süni qıcolmaların törədilməsidir. Depressiyalar zamanı bu müalicəyə göstərişlərə xəstənin somatik vəziyyətini pisləşdirən (qidadan imtina) yüksək intihar təhlükəsi, psixotik depressiya, pis həssaslıq və ya antidepressant qəbulunun çətin keçirilməsi, pasiyentin şəxsi istəyi aiddir. ET-nin əlavə təsirlərinə hiposteziya, ürəkbulanması, baş və əzələ ağrıları aiddir. Sümük-əzələ travmaları, dişlərin zədələnməsi, mialgiya, ürək-damar pozuntuları, koqnitiv funksiyaların qısamüddətli pozuntusu kimi hallar daha az qeydə alınır.
Target terapiya
Target terapiya (ing. Targeted therapy) – target hədəf deməkdir. İmmunterapiyanın bir növü olub, ənənəvi kimyaterapiyadan fərqli olaraq konkret şiş toxumalarına təsir edir. Növlərinə: monoklonal antitellər, kiçik molekullu preparatlar, angiogenezin inhibitorları aiddir.
Terapiya Otağı (film, 2022)
Terapiya Otağı — 2022-ci ildə çəkilmiş Azərbaycan Film Akademiyası filmi. Film bir terapiya otağında baş verən cinayətin araşdırılmasından bəhs edir. Ssenari və rejissorunun müəllifi olan Zaur Tahirsoy, filmi Azərbaycan Film Akademiyası Postmodern Aktyorluq Məktəbinin tədris proqramı çərçivəsində ərəsəyə gətirib. Layihə Postmodern Aktyorluq Məktəbinin ilk bədii filmi hesab olunur. Filmdə paranormal sujet xətti ilə yanaşı aktyor oyununa üstünlük verilib. Terapiya otağında 5 psixoloji problemi olan pasientin psixiatrı qətlə yetirilir. Qətlə yetirilən Səmanın ölümündə qrup terapiyasında olan pasiyentləri bir nömrəli şübhəlilərdir. Amma cinayət psixoloqu olan Səmanın əri də pataloji qısqanclığa görə şübhəlilər sırasındadır. Hadisəni araşdıran Səmanın qrup yoldaşı Oktay da cinayət psixoloqudur. Səmanı sevdiyi üçün o da şübhəlilərdən hüsab edilir.
Antiretrovirus terapiyası
Antiretrovirus terapiyası (ART, ARVT) - İİV-infeksiyası inkişafının qarşısı alınması üçün, iki və ya daha çox preparatın qəbul edilməsindən ibarət, terapiya üsuludur. Belə terapiya nəticəsində, insan immunçatışmamazlığı virusu ilə yaşayan insanlar (İİV-pozitiv şəxslər) normal həyat tərzinə sahib ola bilərlər, bundan əlavə, başqaları üçün, hətta qorunmasız cinsi əlaqə zamanı, yoluxucu olmaya bilərlər. Terapiyanın əsas məqsədi ondan ibarətdir ki, İİV-pozitiv şəxs müəyyən edilməyən virus yükünə nail olsun. Belə olduqda, onun yaşama müddəti, həyatının keyfiyyəti və rifahı İİV-neqativ şəxslərdən heç də fərqlənmir. Antiretrovirus terapiyası həm də İİV-pozitiv şəxslərə təbii yolla tam sağlam uşaq dünyaya gətirmək imkanı yaradır. Terapiyanın ən müasir variantları praktiki olaraq tam təhlükəsizdir, yan təsirsizdir və gündə yalnız bir həb (tablet) qəbul etməkdən, və ya bir-iki ayda bir dəfə inyeksiyadan ibarətdir.
Koqnitiv davranış terapiyası
Koqnitiv davranış terapiyası (KDT; ing. cognitive behavioural therapy, CBT), Koqnitiv-davranış psixoterapiyası, və ya koqnitiv-bixevioral psixoterapiyası (KDP) — koqnitiv terapiya ilə davranış terapiyasını birləşdirən geniş istifadə olunan hərtərəfli psixoterapiya forması. Koqnitiv-davranış terapiyası müxtəlif psixi pozğunluqlar üçün effektivdir və düşüncələri dəyişdirməklə, xəstənin davranışını dəyişdirməklə və ya hər ikisini dəyişdirməklə uyğun olmayan emosional reaksiyaların dəyişdirilməsinə yönəlmiş qısamüddətli, bacarıqlara yönəlmiş müalicədir. == Tənqidi == KDT araşdırmaları davamlı mübahisələrin mövzusudur. Bəzi araşdırmaçılar onun başqa müalicə növlərindən daha effektiv olduğunu yazır. Bir sıra başqa araşdırmaçı və həkim isə bu iddiaların etibarlığını sual altına qoyur. Məsələn, bir araşdırmanın nəticəsi KDT-nın narahatlıq və depressiya üçün nisbətən üstün müalicə olduğunu göstərib. Lakin, həmin tədqiqata birbaşa cavab verən araşdırmaçılar yenidən təhlil apararaq, KDT-nin başqa xoşniyyətli müalicə üsullarından üstün olmadığı aşkar ediblər. Bundan əlavə, onlar KDT-nin daha on üç başqa klinik sınaqlarını yenidən tədqiq edərək, o nəticəyə gəliblər ki, həmin sınaqlar KDT-nin üstünlüyü sübut edə bacarmayıb. === Tərk etmə dərəcəsi === KDT araşdırmalarının tərk etmə dərəcəsi yüksəkdir.
Aerasiya
Aerasiya (q.yun. ἀήρ – hava) — havadəyişmə, havanı oksigenlə zənginləşdirmə. == Torpağın aerasiyası == Torpağın aerasiyası torpaq havası ilə atmosfer havası arasında qaz mübadiləsidir. Qaz mübadiləsi zamanı torpaqdakı hava bitki köklərinin və mikroorqanizmlərin tənəffüsunə lazım olan oksigenlə, yerə yaxın hava təbəqəsi isə bitkinin fotosintez prosesində istifadə etdiyi karbon qazı ilə zənginləşir. Torpaq xırda dənəvar strukturlu olduqda aerasiyaya əlverişli şərait yaranır və bitki daha yaxşı inkişaf edir.
Tiraniya
Tiraniya (yun. τυραννίς - özbaşnalıq, dərəbəylik) — zorakılıq yolu ilə dövlətin təkbaşına idarə edilmə forması. Mədəni epoxada "tiraniya" termini qəddarlıq və mövhumatı, cəhaləti tərənnüm etmiş, sonralar isə XIX əsrdə bu termin "diktatura" ilə əvəz edilmişdir. erkən yunan tiraniyası; erkən fars tiraniyası; sonrakı yunan (kiçik) tiraniya.
İterasiya
İterasiya (ing. iteration, rus. итерация, iterasyon, öteleme) – proqramlaşdırmada: deyimlər, yaxud komandalar qrupunun dönə-dönə təkrar yerinə yetirilməsi (rekursiya ilə qarışdırmaq olmaz). Hər hansı əməliyyatı dəfələrlə təkrarlamaq gərək olduqda, proqramlaşdırmada dövrlərdən istifadə olunur. Məsələn, tutaq ki, “Hello, World!” mətnini 200 dəfə ekrana çıxartmaq lazımdır. Bu halda eyni bir komandanı 200 dəfə təkrar verməkdənsə, 200 dəfə yerinə yetirilən dövr yazıb, mətni ekrana çıxaran komandanı həmin dövrün gövdəsində yerləşdirmək daha münasibdir. Dövrün bir addımına elə iterasiya deyilir. Bax: ITERATIVE STATEMENT, LOOP; Tut: RECURSION. program Iteration; var i: integer; begin for i := 0 to 200 do WriteLn ('Hello, world!'); end. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Yeraniya
Yeraniya ( yun. Γεράνεια η Γερανεία) — Yunanıstanda, Meqaridada dağ silsiləsi. Meqarida düzənliyini Korinf düzündən ayırır. Afinadan 60 kilometr qərbdə yerləşir. Ən yüksək zirvənin hündürlüyü 1,360 metr, digər mənbələrə görə 1,351 metrdir. Fliş və əhəngdaşından ibarətdir.
Trakiya dənizi
Trakiya dəniz — Egey dənizinin şimalında, Halkidiki və Qallipoli yarımadaları arasında yerləşir. Cənubunda Lemnos adası arasında yerləşir. Duzluğu 35 ‰ təşkil edir. Dəniz öz adını sahilində yerləşən Trakiya vilayyətindən götürmüşdür. Hətta bəzən mərmər dərizi adlandırırlar. Dənizdə Saros və Lavala körfəzləri vardır. Burada Tasos, Samotraki (Yunanıntan) və İmbros, Bozçaada, Gökçəada (Türkiyə) adaları vardır. Dənizə Stiman çayı axır.
Şərqi Trakiya
Şərqi Trakiya (türk. Doğu Trakya və ya sadə olaraq Trakya; bolq. Източна Тракия, Iztochna Trakiya; yun. Ανατολική Θράκη, Anatoliki Thraki) və ya Türkiyə Trakiyası — Müasir Türkiyə Respublikasının tərkib hissəsidir, coğrafi baxımdan Cənub-Şərqi Avropanın bir hissəsidir. Tarixi Trakiyanın şərq hissəsindədir. Türkiyənin Ədirnə, Təkirdağ və Kırklareli illərinin ərazilərini, həmçinin Çanaqqala və İstanbul illərinin Avropa qitəsində olan ərazilərin ehtiva edir.
Felipe Tapiya
Felipe Tapiya (25 aprel 1995) — Çilili üzgüçü. Felipe Tapiya Çilini 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Felipe Tapiya birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 1500 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 16:02.44 saniyəlik nəticəsi ilə 45-ci yeri tutdu və finala vəsiqə qazana bilmədi.
Quadalupe Kampanur Tapiya
Quadalupe Kampanur Tapiya (1985 – 16 yanvar 2018) — İnsan hüquqlarının fəal müdafiəsi və ekoloji problemlərin həlli uğrunda mübarizə zamanı məşhurlaşan meksikalı fəal. Quadalupe Kampanur Tapiya 1986-cı ildə Meksikanın cənub-qərbində, Sakit okean sahilində yerləşən Meksikanın Miçoakan ştatında yerləşən Çeran şəhərində anadan olub. Quadalupe Kampanur Tapiyanın əsli yerli meksikalıdır. O, yerli xalqların hüquqlarını və ətraf mühiti müdafiə edir, meşələrin qırılmasına qarşı çıxır. O, 2018-ci ilin yanvarında qeyri-müəyyən şəraitdə vəfat edib. Quadalupe Kampanur Tapiyanın cəsədi Meksikanın Çerano inzibati vahidliyindən 30 kilometr aralıda yol kənarında tapılıb. 2018-ci ildə BMT-nin gender bərabərliyi və qadınların səlahiyyətlərinin artırılması agentliyi olan BMT-nin Qadınları tərəfindən İlin Qadını seçilmişdir.
Trakiya və Makedoniya xalq incəsənət və etnoloji muzeyi
Trakiya və Makedonya xalq incəsənət və etnoloji muzeyi Salonikidə, Mərkəzi Makedoniyada, Yunanıstanda yerləşir. 1973-cü ildə Makedon Təhsil Assosiasiyası tərəfindən muzeyin əsası qoyuldu. Muzey Köhnə Hökumət Evi və ya digər adı ilə bankir Ceykob Modiano üçün 1906-cı ildə yahudi memar Eli Modiano tərəfindən dəniz sahilində 5 hektarlıq ərazidə tikilmiş Modiano Villasında yerləşir. Bina 4 mərtəbədən ibarətdir. Bu 4 mərtəbəni zirzəmi, 2 orta mərtəbə və çardaq təşkil edir. Memarlıq baxımından modern üslubun güclü təsir etdiyi eklektik quruluşa malikdir. Xüsusilə təsirli olan dəniz mənzərəsi olan 2 ədəd eyvandır. Muzey Makedoniya və Trakiya şəhərlərində ənənəvi mədəniyyətin qalıqlarını toplayır, tədqiq edir və öyrənir, daha sonra isə müvəqqəti olaraq sərgilərdə ictimaiyyətə təqdim edir. Muzeyin kolleksiyaları təqribən 15000 əşyadan ibarətdir (toxunmuş tekstillər, naxışlar, yerli geyimlər, alətlər, silahlar, məişət əşyaları, musiqi alətləri və ağac oyma nümunələri və metal emalı avadanlıqları). Həmçinin, xüsusi kitabxanası, foto arxivi, qeyd kitabxanası və səs kitabxanası var.