Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Terrorizm
Terrorizm (lat. terror – qorxu, vahimə) — haqqında birmənalı tərif mövcud olmasa da, mütəxəssislərin əksəriyyətinin qənaətinə görə siyasi, dini, ideoloji və iqtisadi məqsədlərə çatmaq üçün qeyri-qanuni əməllərin, zorakılığın, gücün, hədənin tətbiq olunması. Sovet ədəbiyyatlarında qeyd edildiyi kimi, terrorizmi yalnız dövlət xadimlərinə edilmiş hərəkət kimi qiymətləndirilə bilməz. Ona görə ki, real həyatda terror aktlarından daha çox günahsız kütlə, sivil şəxslər ziyan çəkir; həmçinin təkcə siyasi deyil, etnik, dini, kriminal, separatist və s. zorakılıq da terrorizmin bir növüdür. Terrorizm ekstremizmin təzahürlərindən biri olmasına baxmayaraq, ekstremizmin digər formalarından onunla fərqlənir ki, bir qayda olaraq terrorizmin bütün təzahürləri qanunaziddir. Göründüyü kimi, terrorçuluq cinayətkarlığın ən təhlükəli formalarından biridir. Sözügedən təhlükə transsərhəd formalardan törədilən terrorçuluğa da aiddir. == Tarixi == Müasir terrorizmin tarixi eramızın I əsrindən indiki İsrail ərazisində Roma işğalçılarına qarşı yəhudi dini sektası olan "Zealotos"ların keçirdiyi terror aktlarında başlayır. XIX əsrin ikinci yarısından bəri terrorizm ictimai həyatın daimi faktoruna çevrilmişdir.
Azərbaycanda terrorizm
Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinə görə Azərbaycanda terrorizm dövlət üçün təhlükə mənbəyidir. == Azərbaycanda baş vermişş terror hadisələri == Tbilisi-Ağdam marşrut avtobusunun partladılması (1990) Bakı metrosunda partlayışlar Azərbaycan Dövlət Neft Akademiyasında terror hadisəsi == İŞİD-də Azərbaycandan olan döyüşçülər == Suriyada Vətəndaş müharibəsi başlayandan sonra əsasən Sumqayıt, Zaqatala, Balakən, Qusar, Xaçmaz, Qaxdan olan xeyli sayda Azərbaycan vətəndaşı bu ölkəyə döyüşmək üçün getmişdirlər. Azərbaycanlılar Suriyada müxtəlif qruplaşmalarda vuruşsalar da, say etibarilə əsasən terror təşkilatı İŞİD bayrağı altında vuruşmağa üstünlük verirlər. Terror təşkilatı İŞİD bayrağı altında vuruşan azərbaycanlıların sayının 300 civarında olduğu təxmin edilir. İŞİD terror qruplaşmasının döyüşçüsü kimi Suriyada olan və sonralar oradan vətəninə qaçmış 25 yaşlı tacikistanlı Fərrux Şərifov İŞİD terrorçuların Azərbaycandan gəlmiş bir neçə nəfərin başının kəsilməsinə şahidlik edib. Cəlladlar onları "xəvaric" adlandıraraq inamdan döndükləri üçün edam ediblər. Şərifovun sözlərinə görə, öldürülmək üçün şifahi xəbərçilik kifayətdir: insanın "inamı təhqir etdi"yini deyirlər və ya kürdlərin xeyrinə casusluqda ittiham edib dərhal edam edirlər. İŞİD-lə mübarizədə iştirak edən azərbaycanlı İmam Hüseyn basij antiterror qrupu kimi tanınır.
Terrorizm sosiologiyası
Terrorizm sosiologiyası — terrorizmi sosial fenomen kimi anlamağa çalışan sosiologiya sahəsi. Bu sahə terrorizmi müəyyənləşdirir, onun səbəblərini öyrənir və cəmiyyətə təsirini qiymətləndirir. Terrorizmin sosiologiyası siyasi elm, tarix, iqtisadiyyat və psixologiya sahələrindən istifadə edir. Terrorizm sosiologiyası tənqidi terrorizmşünaslıqdan onunla fərqlənir ki, burada terrorizmə şərait yaradan sosial şəraiti araşdırılır. Bu, həmçinin, insanların və dövlətlərin bu cür hadisələrə necə reaksiya verdiyini öyrənir. == Anlayış == Terrorizm sahəsinin sosiologiyası terroru "ictimai quruculuq" kimi nəzərdən keçirir. Terrorizmin tərifi hadisələri şərh etmək və səbəbləri müəyyən etməkdən ibarətdir. Bu tərif prosesi və nəticədə ictimaiyyətə təqdimat ictimai təsəvvürləri manipulyasiya və müəyyən maraqları təşviq edə bilər. Bu sahə insanların siyasi dəyişiklik üçün kollektiv zorakılıq hərəkətlərinə necə motivasiya olunduğunu təhlil edir. Bu sahədə bildirilir ki, terrorizm sosial davranış kimi ünsiyyətə, paylaşılan və rəqabət aparan norma və dəyərlərə, sosial və özünü məhdudlaşdırma səviyyələrinə əsaslanır.
Dövlət terrorizmi
Dövlət terrorizmi Dövlət terrorizmi bir dövlət tərəfindən düşünülmüş və məqsədyönlü şəkildə digər dövlətin ərazisində həyata keçirilən zorakılıq metodudur. Əsas məqsəd reallıqda təsir göstərə bilmədiyi və ya geosiyasi, siyasi, iqtisadi, ideoloji maraqlar naminə həmin dövləti öz təsiri altına salmaq və ya ümumilikdə məhv etməkdir. Ümumiyyətlə, dövlət terrorizmi siyasi dövlətlər tərəfindən strategiya formasında işlənib hazırlanır və həyata keçirilir. Ermənistan Respublikası 1988-ci ildən başlayaraq Azərbaycana qarşı dövlət terrorizmi siyasəti həyata keçirir.Dövlət terrorizmi həmçinin dövlətin mülki şəxslərə qarşı zorakılığını ifadə etmək üçün istifadə edilən bir termindir. Dövlət terroru aktları dedikdə, adətən güc strukturlarının (polis və digər hüquq-mühafizə orqanları) əməkdaşları tərəfindən vətəndaşların qanunsuz saxlanılması, öldürülməsi, oğurlanması, işgəncə verilməsi, məhkəməsiz və istintaqsız edam edilməsi başa düşülür. Dövlətin xüsusi orqanlarının əməkdaşları tərəfindən törədilən terror aktlarına da dövlət terrorizmi deyilir. Dövlət tərəfindən dəstəklənən terrorizmdə — dövlətin özü terrorda iştirak etmədiyi halda, terror qruplarını maliyyələşdirir və dəstəkləyir. == Terrorla bağlı Cenevrə bəyannaməsi == 1987-ci il terrorizm məsələsi ilə bağlı Cenevrə Konfransı («The Geneva Declaration on Terrorism») bəyannamə qəbul etdi və bu bəyannamədə aşağıdakı hallar dövlət terrorizmi kimi müəyyən edilir. Polis dövlətinin vətəndaşlara qarşı yönəlmiş praktikası: müşahidə, toplantıları dağıtmaq, xəbərlərə (media) nəzarət etmək, döyülmələr, işgəncələr, saxta həbslər, kütləvi həbslər, saxta ittihamlar, saxta məhkəmələr, qətllər. Kütləvi qırğın silahlarının bir dövlət tərəfindən digər dövlətlərin ərazisinə, onların ərazi sularına və ya beynəlxalq sulara çatdırılması.
Erməni terrorizmi
Erməni terrorizmi — erməni millətçi qruplarının və təşkilatlarının sistematik təhdid və fərdi intiqam aktlarından biri. Erməni terrorizmi mütəşəkkil və yaxşı təşkilatlanmış bir terrorizm olmaqla, beynəlxalq terrorizminin geniş qanadı və şəbəkəsidir."Erməni terrorizmi" termini ilk dəfə ABŞ-də 1982-ci il avqust ayında nəşr olunan ABŞ Dövlət Departamentinin aylıq bülletenində rəsmən istifadə edilmişdir. == Zəmin == Erməni terrorizminin təşkilatlanması "erməni məsələsi" deyilən məsələnin yaranması ilə bağlı olmuşdur. == Tarixi == Osmanlı İmperiyasında erməni terrorizminin inkişafında onun əsasən Suriya və Livanda, eləcə də ABŞ-də yaşayan erməni tacirləri ilə əlaqəsi və xarici kapitalın axını da məlum rol oynamışdı.
İslam terrorizmi
İslam terrorizmi — müxtəlif siyasi və ya dini məqsədlərə nail olmaq üçün müsəlmanlar tərəfindən tətbiq olunan bir dini terror formasıdır.İslam terrorizmi; Yaxın Şərq, Afrika, Avropa, Cənubi Asiya və 1970-ci ildən Hindistan, Cənub-Şərqi Asiya və Amerika Birləşmiş Ştatlarında yerləşmişdir. İslam terror təşkilatları ümumiyyətlə intihar hücumları, hava korsanlığı, qaçırma və internet vasitəsilə yeni üzvlər kimi taktikalar tətbiq edirlər.İslami ekstremist qrupların mülki vətəndaşlara hücumları üçün verilən əsaslar, İslam müqəddəs kitablarının həddindən artıq şərhlərindən irəli gəlir İslam terrorizminin məqsədlərı arasında Məhəmməd haqqında karikaturalar nəşr edən jurnallar, Qərb üslubunda təhsil məktəbləri, ticarət mərkəzləri, kilsələr və ticarət mərkəzləri var.
Yəhudi terrorizmi
Avropada islam terrorizmi
Avropada İslam terrorizmi 20-ci əsrin sonlarından etibarən İslam Dövləti (İŞİD) və ya Əl-Qaidə, eləcə də islamçı tək qurdlar tərəfindən həyata keçirilir. Aİ-nin illik Terrorizm Vəziyyəti və Trend hesabatını (TE-SAT) açıqlayan Europol, 2006-2010-cu illərdə "islamçı terrorizm", 2011-2014-cü illərdə "dini ruhlandıran terrorizm" ifadəsini işlədib və 2015-ci ildən "cihadçı terrorizm"dən istifadə edib. Europol cihadçılığı "ənənəvi İslam anlayışlarını istismar edən zorakı ideologiya" kimi təyin edir. 2000-ci illərin əvvəllərində İslam terror fəaliyyətinin əksəriyyəti Əl-Qaidə ilə əlaqəli idi və planlar koordinasiyalı partlayışlar həyata keçirən qrupları cəlb etməyə meylli idi. Bu dövrün ən ölümcül hücumları 2004-cü ildə 193 mülki şəxsin ölümü ilə nəticələnən Madrid qatar partlayışları (Avropada ən ölümcül islamçı hücumu) və 7 iyul 2005-ci ildə 52 nəfərin ölümü ilə nəticələnən London partlayışları idi. 2014-cü ildən sonra Avropada İslam terror hadisələrinin sayı artmışdır. 2014-16-cı illərdə Avropada İslam terror hücumları nəticəsində ölənlərin sayı bütün əvvəlki illərlə müqayisədə daha çox olub və hər il daha da yüksək hücum planları qeydə alınıb. Bu terror fəaliyyətini planlayanların çoxu İŞİD-dən ilhamlanıb və bir çox Avropa dövlətləri ona qarşı hərbi müdaxilədə müəyyən qədər iştirak ediblər. Bir sıra sui-qəsdlər Avropa miqrant böhranı zamanı sığınacaq axtaran şəxs kimi Avropaya daxil olmuş və ya yenidən daxil olmuş insanları əhatə edirdi və bəzi təcavüzkarlar Suriya Vətəndaş Müharibəsində döyüşdükdən sonra Avropaya qayıtmışdılar. 2014-cü ilin mayında baş verən Belçikanın Yəhudi Muzeyindəki atışma Suriya müharibəsindən qayıdan bir adamın Avropada ilk hücumu olub.
Erməni milliyətçilərinin terrorizmi
Erməni terrorizmi — erməni millətçi qruplarının və təşkilatlarının sistematik təhdid və fərdi intiqam aktlarından biri. Erməni terrorizmi mütəşəkkil və yaxşı təşkilatlanmış bir terrorizm olmaqla, beynəlxalq terrorizminin geniş qanadı və şəbəkəsidir."Erməni terrorizmi" termini ilk dəfə ABŞ-də 1982-ci il avqust ayında nəşr olunan ABŞ Dövlət Departamentinin aylıq bülletenində rəsmən istifadə edilmişdir. == Zəmin == Erməni terrorizminin təşkilatlanması "erməni məsələsi" deyilən məsələnin yaranması ilə bağlı olmuşdur. == Tarixi == Osmanlı İmperiyasında erməni terrorizminin inkişafında onun əsasən Suriya və Livanda, eləcə də ABŞ-də yaşayan erməni tacirləri ilə əlaqəsi və xarici kapitalın axını da məlum rol oynamışdı.
Erməni millətçilərinin terrorizmi

Terrorizmlə müharibə
Terrorizmlə qlobal müharibə (ing. Global War on Terrorism) və ya Terrorizmlə müharibə (ing. War on Terrorism) — 11 sentyabr terror aktlarından sonra ABŞ-nin başçılığı ilə başladılan beynəlxalq hərbi kampaniya. NATO üzvü olan bütün ölkələr və üzv olmayan bəzi ölkələrin qoşulduğu bu kampaniya əl-Qaidə və digər terrorist qruplara qarşı başladılmışdır. "Terrorla müharibə" ifadəsi ilk dəfə ABŞ-nin sabiq prezidenti Corc V. Buş tərəfindən 20 sentyabr 2001-ci ildə işlədildi. == Hadisələr və hərəkatlar == === Şimali Amerika === 11 sentyabr 2001-ci ildə baş verən dörd hadisə ABŞ höküməti tərəfindən mülki vətəndaşları və əsgərləri hədəf alan terror aktları olaraq açıqlanmışdı. Hökümətin araşdırması və 11 Sentyabr Komissiyasının verdiyə məlumata əsasən sərnişin təyyarələri Üsamə bin Ladenin başçılığı altında olan Əl-Qaidə terror qrupunun 19 üzvü tərəfindən ələ keçirildi və terror törədildi. === Avropa === Aktiv Səy Hərəkatı (ing. Operation Active Endeavour) Aralıq dənizində yerləşən NATO Dəniz Hərəkatıdır. Hərəkatın məqsədi terroristlərin fəaliyyətini və silah ələ keçirmələrinin qarşısını almaqdır.
Terrorist
Terrorizm (lat. terror – qorxu, vahimə) — haqqında birmənalı tərif mövcud olmasa da, mütəxəssislərin əksəriyyətinin qənaətinə görə siyasi, dini, ideoloji və iqtisadi məqsədlərə çatmaq üçün qeyri-qanuni əməllərin, zorakılığın, gücün, hədənin tətbiq olunması. Sovet ədəbiyyatlarında qeyd edildiyi kimi, terrorizmi yalnız dövlət xadimlərinə edilmiş hərəkət kimi qiymətləndirilə bilməz. Ona görə ki, real həyatda terror aktlarından daha çox günahsız kütlə, sivil şəxslər ziyan çəkir; həmçinin təkcə siyasi deyil, etnik, dini, kriminal, separatist və s. zorakılıq da terrorizmin bir növüdür. Terrorizm ekstremizmin təzahürlərindən biri olmasına baxmayaraq, ekstremizmin digər formalarından onunla fərqlənir ki, bir qayda olaraq terrorizmin bütün təzahürləri qanunaziddir. Göründüyü kimi, terrorçuluq cinayətkarlığın ən təhlükəli formalarından biridir. Sözügedən təhlükə transsərhəd formalardan törədilən terrorçuluğa da aiddir. == Tarixi == Müasir terrorizmin tarixi eramızın I əsrindən indiki İsrail ərazisində Roma işğalçılarına qarşı yəhudi dini sektası olan "Zealotos"ların keçirdiyi terror aktlarında başlayır. XIX əsrin ikinci yarısından bəri terrorizm ictimai həyatın daimi faktoruna çevrilmişdir.
Teylorizm
Elmi idarəetmə — iş axınlarını təhlil edən və sintez edən idarəetmə nəzəriyyəsi. Onun əsas məqsədi iqtisadi səmərəliliyi, xüsusilə əmək məhsuldarlığını artırmaqdır. Bu, elmi idarəetmədə proseslərin mühəndisliyinə tətbiq etmək üçün ilk cəhdlərdən biri idi. Elmi idarəetmə bəzən onun qabaqcılı Frederik Vinslou Teylorun şərəfinə teylorizm kimi tanınır.Teylor nəzəriyyənin inkişafına ABŞ-da 1880–1890-cı illərdə istehsal sənayesində, xüsusən də polad sənayesində başlamışdır. Onun təsirinin pis nöqtəsi 1910-cu illərdə çatmışdır. Teylor 1915-ci ildə vəfat etsə də, 1920-ci illərdə elmi idarəetmə hələ də təsirli bir nəzəriyyə olaraq qalmışdı, lakin əks və ya bir-birini tamamlayan ideyalarla rəqabətə və sinkretizmə girmişdi. Fərqli bir nəzəriyyə və ya düşüncə məktəbi kimi elmi idarəetmə artıq 1930-cu illərdə köhnəlmiş olaraq qəbul edilsə də, onun mövzularının əksəriyyəti bu gün hələ də sənaye mühəndisliyi və idarəetməsinin vacib hissələridir.