Azərbaycanda terrorizm

Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinə görə Azərbaycanda terrorizm dövlət üçün təhlükə mənbəyidir.[1]

Azərbaycanda baş vermişş terror hadisələri

[redaktə | mənbəni redaktə et]

İŞİD-də Azərbaycandan olan döyüşçülər

[redaktə | mənbəni redaktə et]

Suriyada Vətəndaş müharibəsi başlayandan sonra əsasən Sumqayıt, Zaqatala, Balakən, Qusar, Xaçmaz, Qaxdan olan xeyli sayda Azərbaycan vətəndaşı bu ölkəyə döyüşmək üçün getmişdirlər. Azərbaycanlılar Suriyada müxtəlif qruplaşmalarda vuruşsalar da, say etibarilə əsasən terror təşkilatı İŞİD bayrağı altında vuruşmağa üstünlük verirlər. Terror təşkilatı İŞİD bayrağı altında vuruşan azərbaycanlıların sayının 300 civarında olduğu təxmin edilir.

İŞİD terror qruplaşmasının döyüşçüsü kimi Suriyada olan və sonralar oradan vətəninə qaçmış 25 yaşlı tacikistanlı Fərrux Şərifov İŞİD terrorçuların Azərbaycandan gəlmiş bir neçə nəfərin başının kəsilməsinə şahidlik edib. Cəlladlar onları "xəvaric" adlandıraraq inamdan döndükləri üçün edam ediblər. Şərifovun sözlərinə görə, öldürülmək üçün şifahi xəbərçilik kifayətdir: insanın "inamı təhqir etdi"yini deyirlər və ya kürdlərin xeyrinə casusluqda ittiham edib dərhal edam edirlər[2]. İŞİD-lə mübarizədə iştirak edən azərbaycanlı İmam Hüseyn basij antiterror qrupu kimi tanınır.

  • Musab əl-Azəri[3]
  1. "Azerbaijan's Minister of National Security met with NATO Deputy Secretary General (PHOTO)". en.trend.az. İstifadə tarixi: 21 June 2014.[ölü keçid]
  2. "İŞİD azərbaycanlıların başlarını kəsdi - Şahid danışır". 2016-03-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-08-15.
  3. Takvahaber.net: İŞİD'in 12 azərbaycanlı şəhidi haqqında açıqlaması Arxivləşdirilib 2015-04-04 at the Wayback Machine