Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Arrow
Arrow, İsrailin təkmilləşdirdiyi anti-ballistik raket sistemidir. Bu sistem qısa və orta mənzilli döyüş raketlərinə qarşı müdafiə imkanları verir. İsrail və ABŞ tərəfindən müştərək olaraq maliyyələşdirilən bu sistemin yaradılması işinə 1986-cı ildən başlanılmışdır. İsrail Müdafiə Nazirliyi və ABŞ Raketdən Müdafiə Təşkilatının nəzarəti altında, İsrail Aviasiya və Kosmik Sənaye (IAI) ilə Boeing tərəfindən layihə davam etdirilir. Testləri edilib qurtaran və istehsalına başlanılan Arrow 1 döyüş raketinin ardınca Arrow 2 rakelərinin yaradılmasına başlanılmışdır. Arrow, indiyə qədər mövcud olmuş ən təkmilləşdirmiş anti-ballistik raket sistemi proqramlarından biri hesab olunur. Daha inkişaf etdirilmiş modeli olan Arrow 3 isə 2013-cü ilin fevral ayında bazara çıxarılmışdır. Təkmilləşdirmə proqramına təxminən 3 milyard ABŞ dolları xərclənmişdir. Hal-hazırda bir döyüş raketinin qiyməti 3 milyon dollardır. İsrailin Azərbaycana satdığı silahların arasında "ARROW" raketdən müdafiə sistemi və bu sistemin tərkib hissəsi olan “Green Pine” (“Qartal şüası”) erkən xəbərdarlıq radar kompleksi xüsusi çəkiyə malikdir.
TAROM
TAROM — Rumıniyada bir hava yolu şirkətidir və Rumıniyanın ilk milli havayoludur. Qərargahı Buxarestdədir. == Tarix == Ruminiyada ilk aviaşirkəti kimi 1920-ci ildə CFRNA adı ilə qurulmuş, 1954-cü ildə yenidən qurulanda TAROM adını almışdır. 26 ölkənin 54 nöqtəsinə reysləri var.
Tarot
Tarot — orta əsrlərdə yaranan 78 kartdan ibarət oyun dəstəsidir. Psixoloji dəstək məqsədləri üçün istifadə olunmağa başlansa da kəhanət və falçılıqla bu günə qədər gəlib çatmışdır. Ənənəvi olaraq Tarot 22 böyük arkana və 56 kiçik arkana kartlarından ibarətdir.Kiçik arkana kartları klassik iskambil kartlarının(oyun kartları) ilkin variantıdır. == Etimologiyası == Tarot sözü ilk dəfə 1500-cü illərdə italyan dilində "tarocchi" və fransızca "taraux" olaraq rastlanılıb. Sözün mənşəyinin ərəbcə "tarh" (toplama, qoymaq, getmək) sözünə dayandığına inanılır.İlk zamanlarda bu kartlar Tarocchini kimi kart oyunları oynamaq üçün istifadə edilən oyun kartları idi. İtalyan köklərindən Tarot kartları Avropanın çox hissəsinə yayıldı və Alman Grosstarok,Fransız tarot, Avstriya Königrufen kimi modern oyunlar ailəsinə çevrildi .18-ci əsrin sonlarında fransız okkultistləri öz tarixləri və mənaları ilə bağlı mürəkkəb lakin əsassız iddialar irəli sürdülər ki bu da tarot kartlarının oxunması yolu ilə kəhanəttə istifadə üçün oraya çıxmasına yol açdı.
Toros
Toros – (rus. торос, ing. ice hummock) su höv­zələrinin / dəniz , çay, göl/ buz örtü­yündə, buz sahələrinin bir- birinə, eləcə də sahilə təzyiqi /sıxıl­ması/ və onların kənarlarının qırıl­ması nəti-cəsində əmələ gəlmiş və üst-üstə toplanmış buz parçaları.
Thoa
Gnetum (lat. Gnetum) — bitkilər aləminin qnetokimilər şöbəsinin knetum dəstəsinin gnetaceae fəsiləsinə aid bitki cinsi. == Sinonimləri == Gnemon Rumph. ex Kuntze Thoa Aubl. Abutua Lour. Arthostema Neck.
Trew
Xristof Yakob Trev (alm. Christoph Jacob Trew‎ və ya alm. Christoph Jakob Trew‎, 16 aprel 1695 — 18 iyul 1769) — alman botaniki, anatomu, həkim, tibb elmləri doktoru, arxiyatr. Karl Linney südləyənkimilər fəsiləsinə aid olan Trewia L. bitki cinsini Xristof Yakob Trevin şərəfinə adlandırmışdır. == Elmi əsərləri == Hortus nitidissimus. 1750—1786. Plantae selectae. 1750—1773. Plantae rariores. 1763.
Tron
Taxt ya Tron(yun. θρόνος) — bərli-bəzəkli hökmdar oturacağı. Monarxiya, hökmdar və onun hakimiyyətinin rəmzi.
Troq
Troq — çayların əmələ gətirdiyi xüsusi dərələr. Relyef formalarının yaranmasında buzlaqların rolu böyükdür. Uca dağlardakı buzlaqlar dərələrlə aşağı hərəkət edərkən çay dərələrindən fərqlənən təknəvari dərələr əmələ gətirir. Troq adlanan bu dərələrin yamacları dik, dibi hamar olur. Troq dərələrinin dibində, buzlaq dilinin qurtardığı yerdə toplanan qırıntı materiallarından ibarət təpə və tirələr (moren tirələri, təpələri) əmələ gəlir.
Alyona Tiron
Alyona Dimitriyevna Tiron (rus. Алёна Димитриевна Тирон, 8 dekabr 1993, Novosibirsk) — Rusiya reqbiçisi, MOİK komandasının və Rusiya reqbi milli komandasının müdafiəçisi. Qadınlardan ibarət Rusiya reqbi millisinin kapitanı. 2014, 2016, 2017, 2018 və 2019 Avropa çempionu. Rusiyanın əməkdar idman ustası. == Həyatı və karyerası == Alyona reqbi ilə məşğul olmamışdan əvvəl, 15 yaşında olarkən yüngül atletika ilə məşğul olmağa başlayıb. Yüngul atletika üzrə Rusiya çempionatının gümüş və bürünc mükafatçısı olub.Sibir Federal Universitetində təhsil alıb. Universitetdə oxuduğu zaman, universitet komandasının tərkibində Rusiya gənclərinin III Yay spartakiadasının gümüş mükafatçısı olub.Alyona 2011-ci ildə Omsk şəhərində Sibir Federal dairəsinin yarışlarında çıxış edərkən, "Yenisey-STM" reqbi klubunun məşqçisi Vladimir Nikolayeviç Demonov onun çıxışını görür və ona reqbiyə keçməyi təklif edir, lakin o, imtina edir. Olimpiya Ehtiyatları məktəbini bitirdikdən sonra Alyona 2013-cü ilin martında Krasnoyarsk köçür. Az sonra Alyona "Yenisey STM" klubunun məşqçisi Maxim Zaltsmandan reqbiyə keçmək barədə təklif alı.
Cənubi Tirol
Cənubi Tirol — İtaliyanın Trentino-Cənubi Tirol bölgəsində yerləşən əyalət. İtalyanlar əraziyə Alto Adige ("Yuxarı Adige") də deyirlər. Əyalətin mərkəzi Bozen şəhəridir. Əhalisinin 64%-i Avstriya Bavariyalıları ve ya Tirolyandır, ana dil olaraq alman dilində, 25%-i isə ana dili olaraq italyan dilində danışır. Yerdə qalan əhali isə müxtəlif dillərdə danışır. Regionda əhəmiyyətli dərəcədə muxtar səlahiyyətlər var. Cənubi Tirol, geniş qanunvericilik, icra və maliyyə səlahiyyətləri ilə 2011-ci ildən həm İtaliya, həm də Avropa Birliyinin ən zəngin bölgələrindən biridir. == Coğrafiyası == Əyalətin sahəsi 7.399 km²-dir və 116 bələdiyyədən ibarətdir..
Jan Tirol
Jan Tirol (fr. Jean Tirole; d. 9 avqust 1953) — fransız iqtisadçı. 2014-cü ildə Böyük firmaların bazar gücü və idarəetməsi mövzusundakı tədqiqatlarına görə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür.Araşdırdığı sahələr arasında sənayenin təşkili, böyük firmaların idarə edilməsi, oyunlar nəzəriyyəsi, maliyyə, bank işi və iqtisadiyyat psixologiyası əsas yerləri tutur. == Təhsili == Jan Tirol 1976-cı ildə Fransa Politexnik Məktəbindən və daha sonra 1978-ci ildə Paris Yol və Körpü Milli Məktəbindən mühəndislik diplomu almışdır. 1978-ci ildə Paris-Dofin Universitetində doktorluq dərəcəsinə yüksəlmiş və daha sonra 1981-ci ildə ABŞ-də, Massaçusets Texnologiya İnstitutunda İqtisadi nəzəriyyə üzrə esselər (ing. Essays in economic theory) adlı bir doktorluq dissertasiyası müdafiə edərək doktorluq dərəcəsi qazanmışdır. == İşlədiyi yerlər == 1981-ci ildə ABŞ-də Massaçusets Texnologiya İnstitutunda doktorluq aldıqdan sonra 1984-cü ilə qədər Paris Yol və Körpü Milli Məktəbində, Fransada araşdırmaçı olaraq çalışmışdır. 1984-1991-ci illərdə Massaçusets Texnologiya İnstitutunda iqtisad professoru vəzifəsini yerinə yetirmişdir və bu gün də həmin universitetdə "qonaq professor" olaraq fəaliyyət göstərməkdədir. 1994-1996-cı illərdə Politexnik məktəbində (fr.
Ranunculus thora
Ranunculus thora (lat. Ranunculus thora) — qaymaqçiçəyikimilər fəsiləsinin qaymaqçiçəyi cinsinə aid bitki növü.
İrəli, Tirol
İrəli, Tirol (alm. Vorwärts Tirol‎) — Avstriyanın Tirol əyalətində fəaliyyət göstərən siyasi partiya. Əsası 2013-cü il Tirol seçkiləri ərəfəsində Anna, Hosp, Hans Lindenberger və Kristina Oppits-Plörer tərəfindən qoyulmuşdur. Seçkilərdə 9,54% toplayan partiya yerli Landtaqda 4 mandat əldə etmişdir.
Şarliz Teron
Şarliz Teron (7 avqust 1975[…]) — CAR-da doğulmuş ABŞ aktrisa, kinoprodüser və modeli. == Həyatı == Hollivudun ən gənc ulduzlarından Charlize Theron 7 avqust 1975-ci ildə Cənubi Afrikanın Benoni şəhərində dünyaya göz açmışdır. Aktrisa kasıb ailədə böyümüşdür. Atası yol şirkətində fəhlə kimi çalışırdı. Theron uşaqlığının böyük bir hissəsini ailəsinin yaşadığı fermada keçirib. Orada yaşadığı vaxtlar ərzində o, bir neçə yerli dildə danışmağı öyrənir. 6 yaşı olarkən ailəsinin və yaşadığı fermanın sahiblərinin də maddi köməyi ilə balet öyrənməyə başlayır. Qısa bir müddətdən sonra balet təhsilini professionallaşdırmaq üçün Yohannesburq şəhərinə dəvət alır. Orada oxumağa başlayan aktrisa artıq 13 yaşı olarkən bədbəxt hadisə baş verir. Valideynləri arasında baş verən münaqişə nəticəsində anası atasını qətlə yetirir.
Toros Toromanyan
Toros Arutyunoviç Toromanyan (həmçinin Toramanyan, erm. Թորոս Հարությունի Թորամանյան; 18 mart 1864 – 1 mart 1934, İrəvan) — erməni mənşəli Osmanlı və SSRİ memarı və arxeoloqu, Ermənistan memarlıq tarixinin tədqiqatçısı. Ermənistan SSR əməkdar elm xadimi (1933). == Həyatı == 1864-cü ildə Osmanlı imperiyasının Şapin-Karahisar şəhərində anadan olmuşdur. O, Konstantinopol Rəssamlıq Akademiyasını bitirdikdən sonra Konstantinopolda, sonra 1896-cı ildə köçdüyü Bolqarıstanda, həmçinin Rumıniyada şəxsi və ictimai binaların layihələndirilməsi ilə məşğul olmuşdur. 1902-ci ildə Toramanyan Aniyə ekspedisiyada iştirak etmək təklifini qəbul etmişdir. O, 1903-cü ildə buraya gəlmiş və Nikolay Marrın ekspedisiyasına qoşulmuşdur. 1904-cü ildə Toramanyan arximandrit Xaçik Dadyanın dəvəti ilə Zvartnots kilsəsinin qazıntılarına qoşulmuşdur. O, 1905-ci ildə tədqiqatının nəticələrini "Zvartnots məbədi" əsərində dərc etmişdir. 1921-ci ildə Ani Türkiyə ərazisinin bir hissəsi olduqdan sonra Toramanyan orada tədqiqat aparmaq imkanını itirmişdir.
Toros qurbağası
Toros qurbağası (lat. Pelophylax ridibundus) — Türkiyədə orta uzunluğu 6 sm-dən 7,5 sm-ə qədər olan Ranidae fəsiləsindən olan endemik qurbağa növüdür. Bundan əlavə, dünyada oxumayan yeganə qurbağa növü Toros qurbağasıdır. Orta Toroslarında yerləşən Bolkar dağlarında yalnız Çiniligöl (2600 m.) və Qaragöldə (2500 m.) yaşadığı düşünülürkən 2007-ci ildə aparılan araşdırmalar nəticəsində onun bu dağın 3000 m yüksəkliyində, Əyrigöl bölgəsində yaşadığı ilk dəfə müəyyən edilib. Bu növün morfoloji quruluşu arxa tərəfində sarı, yaşıl və qara naxışlarla müşahidə oluna bilər, qarın isə çəhrayı və ya sarımtıl rəngdədir. Onların əsas qidası göl kənarındakı çəmənliklərdə yaşayan böcəklər və digər buğumayaqlılardır. 1990-cı illərdə Toros qurbağasının kürü tökdüyü göllərə düşünülmədən gətirilən güzgü sazan balığı səbəbindən nəsli kəsilmək təhlükəsi ilə üzləşib. Toros qurbağalarının yaşayış yeri çox dardır, ona görə də onların nəsli təhlükə qarşısındadır. Bu qurbağaların məskəni olan dağ göllərinə gedən yolların uzadılmaması, düşərgəyə icazə verilməməsi və göllərə nəzarət edilməsi ilə növlərin qorunması mümkündür. 2007-ci ilin oktyabrında Niğdə Ekologiya və Meşə İl Müdiri Metin Süzgəç Toros qurbağalarının sayında əhəmiyyətli artım müşahidə etdiklərini açıqlamışdır.
Flash vs. Arrow
Fleş Oxa qarşı (ing. Flash vs. Arrow) – The CW telekanalında yayımlanan və DC Comics personajları əsasında yaradılmış Ox Kainatında baş tutan ənənəvi korossoverlərdən birincisi. Krossover “Fleş” və “Ox” teleserialları arasında baş tutmuşdur. Krossover hadisəsi 2 dekabr 2014-cü ildə “Fleş” teleserialının “Fleş Oxa qarşı” adlanan səkkizinci seriyası ilə başlamış və “Ox” teleserialının növbəti gün yayımlanan “Məğrur və kobud” adlı səkkizinci seriyası ilə davam etdirilmişdir. Krossoverdə Fleş komandası (Barri Allen/Fleş, Keytlin Snou və Sisko Ramon) cinayətkar Kapitan Bumeranqın həbs edilməsində Ox komandasına (Oliver Kuin/Ox, Felisiti Smok, Con Diql), Ox komandası isə metainsan Roy Bivolonun tutulmasında Fleş komandasına kömək edir. İki teleserial arasında korssoverin baş tutacağı 2014-cü ilin iyulunda Barri Allenin “Fleş” serialının debütündən əvvəl “Ox”un ikinci mövsümündə təqdim edilməsindən sonra elan olunmuşdu. Bundan sonra sentyabrda hər iki seriya üçün ssenari yazılması tamamlanmış, 2014-cü ilin oktyabrında isə çəkilişlərə başlanılmışdır. Krossover seriyalarında hər iki serialın əsas aktyor heyətinə daxil olan bütün aktyorlar iştirak etmişdir. Seriyalar tənqidçilər tərəfindən müsbət qəbul edilmiş, şən və fanların istədiyi hər şeyi əks etdirən adlandırmışlar.
Three Days Grace
Three Days Grace – Kanada rok musiqi qrupu. == Haqqında == 1992-ci ildə Ontario, Kanadada yaradılmışdır. Qrupun ilk adı Groundswell olsa da, daha sonra 1995-ci ildə qrupa gitaraçı və vokalçı Adam Qontier, zərb alətləri və köməkçi vokalçı Nil Sanderson və bas gitara Bred Uolst qrupa üzv oldu. 1997-ci ildə isə qrup adını dəyişərək Three Days Grace etdi. Daha sonra qrupun gitaristi Berri Stok gələrək qrup tamamlanmış oldu. Alternativ rok/metal, hard-rok üslubun da ifa etməyə başladı. Qrupun ilk studio albomu 2003-cü ildə "Three Days Grace" adlı albomu olmuşdur. Albomdan sonra qrup həmən ildə iki "I Hate Everything About You" və "Just Like You" sinqllarını çıxartdı. == Dəyişiklik haqqında == Qrupun əsas vokalisti olan Adam Qontier, 2013-cü ildə qrupdan ayrılmaq istədiyini bildirmişdir. O bunu onun sağlamlığı ilə əlaqədar olduğu üçün etmişdir.
Tirol İnsbruk FK
Tirol (İnsbruk) — Avstriyanın futbol klubu == Tarixi == == Avropa kuboklarında iştirak == 12 dəfə Avropa kuboklarında iştirak edib.
Amblyseiulella thoi
Amblyseiulella thoi (lat. Amblyseiulella thoi) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin amblyseiella cinsinə aid heyvan növü.
Elis Trou
Elis Trou (ing. Elise Ashlyn Trouw, 27 aprel 1999, Nyuport-Biç[d], Kaliforniya) Amerikalı müğənni, bəstəkar və multi-instrumentalistdir. Trou 1999-cu ildə Kaliforniyada Cənubi Afrikalı ata və Nyu Yorklu bir ananın ailəsində anadan olub. Evanescence-in "My Immortal" əsərini ifa etmək üçün piano dərsləri almağa başladı.
Jim Crow
Jim Crow, ingilis komediya ustası Thomas Ricein 1828-ci ildə yaratdığı bir obrazdır. Raysın oynadığı xarakter, hər cür alçaldıcılığa məruz qalan zəif intellekli, primitiv, ibtidai bir zənci xarakteridir. Rays, obrazı canlandırarkən üzünü kömürlə qara rəngə boyayırdı. Jim Crow, Ağların Qara insanları alçaltmaq üçün istifadə etdikləri adlardan biri idi.
Kaçura Taro
Miroslav Hrox
Miroslav Hrox (çex. Miroslav Hroch; 14 iyun 1932[…], Praqa) — Çexiya tarixçisi və siyasi nəzəriyyəçisi. O, Praqada Karlov Universitetinin professorudur. Hrox 1962-ci ildə Karlov Universitetində fəlsəfə doktoru dərəcəsi almışdır. O, 30 may 1997-ci ildə İsveçin Uppsala Universitetinin Humanitar Elmlər Fakültəsinin Fəxri Doktoru dərəcəsi almışdır.Miroslav Hrox öz işində kiçik millət modelini ortaya qoymuş, milliyətçilik dövrü olan XIX əsrdə Avropada dövlətli və aralıq millətlərin olduğunu yazmış, eləcə də həm millət ola bilməyən, həm də dövlətləri olmayan qeyri-dominant etnik qruplara toxunmuşdur. O, müqayisə üçün dövlətli millətləri inkişaf etmiş dilə, hakim sinfə və dövlətə sahib bir millətin uzunmüddətli transformasiyası olaraq təsvir edir. Hrox aralıq millətləri alman və italyan nümunələri kontekstində millət olan bir xalqın dövlətlərinin inteqrasiyası kimi xarakterizə edir. O, hakim sinfə, inkişaf etmiş dilə və dövlətə sahib olmayan qeyri-dominant etnik qrupları kiçik millət və ya məhkum millətlər olaraq adlandırmışdır. Belə olduğu halda, Hroxa görə, kiçik millətlər üçün fərqli anlayış və model təklif etmişdir. O, əvvəla, millət quruculuğunun fərqliliyini ortaya qoymaq üçün "milliyətçilik" yerinə "milli hərəkat" anlayışına üstünlük vermişdir.
Puerto Toro
Puerto-Тоrо — kiçik Çili kəndi olaraq Odlu Torpaq arxipelaqına daxil olan Navarino adasındadır. Kənd Biql boğazı sahilində yerləşir. Kəndə 36 nəfər yaşayır. Balıqçılar və onların ailə üzvlərindən ibarətdir. Qütb stansiyalarını çıxmaq şərti ilə Puerto Toro Cənub qütbünə ən yaxın və Cənub yarımkürrəsinin ən cənubda yerləşən yaşayış məntəqəsidir. Bəzən isə bu göstəriçidə Puerto-Vilyam qəsəbəsi və ya Uşuya şəhəri gösdərilir. XIX əsrdə kənd qızıl hərisliyi zamanı kiçik şəhərə çevrilir. Puerto Toro təkcə balıq ovu seçilmir. Burada həmcinin cənub dəniz krabı ovlanılır. Kənd bütünllüklə Magellan meşələri içərisində yerləşir.