Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Tirari
Tirari (ing. Tirari) — Cənubi Avstraliya ərazisində yerləşən səhra. Səhranın sahəsi 15 250 km² təşkil edir. == Yerləşməsi == Səhra ərazisinin bir hissəsi Eyr gölü Milli Parkına daxildir. Tirari səhrasının şimalında Simpson səhrası, şərqdən isə Stşeleski səhrası, şimal-şərqdən isə Sturt Stony ilə əhatələnir.
Şveta Tivari
Şveta Tivari (4 oktyabr 1980) — hind kino aktrisası.
Əhməd ət-Ticani
Əbülabbas Əhməd bin Məhəmməd bin Muxtar bin Səlim ət-Ticani (1735 və ya 1737 – 1815, Fəs) — Ticaniyyə təriqətinin qurucusu == Həyatı == Əhməd bin Məhəmməd 1737-ci ildə Əlcəzairin Tilimsan (Tləmsən) bölgəsindəki Aynimazi qəsəbəsində doğulmuşdu. Bölgəyə köç edən babası burada yaşayan Bərbəri Ticanə qəbiləsindən bir qadınla evləndiyindən ailəsi Ticani nisbəsiylə tanındı. Həyatı haqqındakı bilgilərin böyük bir qismi xəlifələrindən Əli Xarazimin 1802-ci ildə tamamlayıb ona təqdim etdiyi "Cəvahirül-məʿani" və yenə xəlifələrindən İbnül-Müşrinin "Kitabül-Cami"ʿ adlı əsərlərinə əsaslanır. Öz ifadəsinə görə soyu 2-ci imam Həzrəti Həsənə çatır. Ticani on altı yaşında ikən Aynimazidə müdərrislik edən atasını və anasını vəba epidemiyasında itirdi. Quran, hədis, Maliki fiqhi və ədəbi elmləri Tilimsanda oxuduqdan sonra Mərakeşə getdi. Burada Qədiri, Şazəli, Nasıri təriqətlərinin zikr halqalarına qatıldı. Mərakeşdə Şeyx Əhməd Habib bin Məhəmmədin, Səhra şəhərlərindən Abiddə beş il müddətinə Sidi Əbdülqadir bin Məhəmmədin xidmətində oldu. Ardından Tunisə gedib Azvavi zaviyəsində Xəlvəti şeyxi Mahmud bin Əbdürrəhmanın söhbətlərinə qatıldı. Bir il sonra Qahirədə Xəlvəti şeyxi Mahmud əl-Kürdi ilə tanış oldu.
Məhəmməd Ticani Səmavi
Məhəmməd Ticani Səmavi (2 fevral 1943) — Tunisli İslam tədqiqatçısı, şiəliyi seçən Maliki alimi. == Həyatı == O, 1936-cı ildə Tunisin Kafsa şəhərində əslən iraqlı ailədə anadan olmuşdur. Babası İraqın Səmave şəhərində yaşamış və Abbasilər dövründə həyatını qorumaq üçün digər vətəndaşları ilə birlikdə Afrikaya köçmüşdür. Məhəmməd ibtidai təhsilini Zeytunə Universitetinin filiallarından birində bitirmişdir. Tunisin müstəqillik əldə etməsindən və Zeytun Universitetinin bağlanmasından sonra o, fransız-ərəb məktəblərində oxuyub. Bitirdikdən sonra orta məktəbə getdi və kursunu bitirdi. Məhəmməd 17 il dosent vəzifəsində çalışıb. Təhsilini davam etdirmək üçün Fransanın Sorbonna Universitetinə daxil olur və 8 il dinlərlə bağlı araşdırmalar apararaq oranı bitirir. Sonra fəlsəfə və İslam tarixi və məzhəblərini öyrənərək doktorluq dərəcəsini aldı. == İslam == 10 yaşında Quranın yarısını əzbər bilirdi.
Ascari
Ascari Cars Ltd. (qısaca: Ascari) — Böyük Britaniyada yerləşən idman avtomobil istehsalçısıdır. Şirkət hollandiyalı milyoner Zvart Klaas tərəfindən təsis edilib. Şirkət iki dəfə Formula-1 dünya çempionu olan Alberto Askarinin (1918–1955) adına layiq görülmüşdür. O, iki dəfə qalib gələn ilk sürücü oldu.
Hikari
Hikari — Yaponiya qadın adı.
Tiberi
Tiberi Klavdi Neron (lat. Tiberius Julius Caesar Augustus, lat. Tiberius Claudius Nero kimi doğulmuş, 16 noyabr e.ə. 42[…], Roma – 16 mart 37, Mizeno[d], Kampaniya) — Yuli-Klavdi sülaləsindən ikinci Roma imperatoru (14-37). Tiberi Klavdi Neronun və Livia Drusillanın oğlu olan Tiberi doğularkən Klavdi ailəsinə mənsub idi. Anası atasından boşanaraq e.ə.39-cu ildə Oktavian Avqust ilə evlənmişdir. Tiberi sonradan Avqustun qızı və özünün ögey bacısı Qoca Culiya ilə evlənmiş, ardından Avqust tərəfindən övladlığa götürülərək Yuli ailəsinə mənsub olmuşdur. Tiberinin ardınca gələn imperatorlar bu iki ailənin əlaqəsini 40 il boyunca davam etdirmişlər. Tarixçilər isə bu xanədanı Yulilər-Klavdilər adlandırmışlar.Tarixi mənbələrə görə Tiberi xoflu, inamsız və riyakar idi. Əvvəlcə hakimiyyəti senatla birgə, sonra isə pretorianlara arxalanaraq təkbaşına idarə etmişdir.
Ticarət
Ticarət iqtisadiyyatın bir sahəsidir. Alqı-satqı və xidmət sahələri ilə müşayiət olunan sahibkarlıq fəaliyyəti. Ticarət topdan və pərakəndə ticarətə bölünür. Ölkələr arasında ticarət istiqamətinə görə import və eksport adlanır. == Ədəbiyyat == Əliyev F. M. XVIII əsrin birinci yarısında Azərbaycanda ticarət Arxivləşdirilib 2012-10-15 at the Wayback Machine / Red. H. B. Abdullayev, Ə. Ə. Rəhmani ; Azərbaycan SSR EA Tarix İnstitutu. — Bakı : Azərb. SSR EA, 1964. — 122 s.
Timarri
Timarri — Azərbaycan Respublikası Kəlbəcər rayonunun ərazisində dağ. Xocavənd rayonu ilə sərhəddə yerləşir. Hündürlüyü 2336 m. Oronim Timerri variantında da qeydə alınmışdır. Dağın adının kürd dilindəki tdmiri (sönmüş) sözundən yaranması ehtimal olunur. Görünür, burada sönmuş vulkan olduğu üçün dağ belə adlandırılmışdır.
Timati
Timur Eldaroviç Yunusov, Timati (rus. Тимати; 15 avqust 1983, Moskva) — rus hip-hop sənətçisi, prodüser, aktyor və biznesmendir. YUNESKO-nun dəstəyi ilə Moskva Beynəlxalq Fondunun Qəyyumlar Şurasının üzvüdür. == Həyatı == 15 avqust 1983-cü ildə Moskvada anadan olub. Valideynləri - atası İldar Vaxitoviç Yunusov (1960-cı il təvəllüdlü) - iş adamı; anası Simon Yakovlevna Yunusova (1959-cu il təvəllüdlü). Tatar və yəhudi köklərinə malikdir. Sənətkarın özü, "Moskovskiy Komsomolets" qəzetinə verdiyi müsahibədə: "Çox varlı valideynlərim var" deyərək dedi: "Atam məni elə bir şəkildə böyütdü ki, özüm hər şeyə nail olum." 1998-ci ildə 14-15 yaşlarında Timati (daha sonra Timotey) "VIP77" qrupunu təsis etdi. 2000-ci ildə Decl üçün MS kimi çalışdı. A. Puşkin adına Dövlət Muzeyində gənc sənətşünaslar klubunu bitirib. 2004-cü ildə "Ulduz Fabriki 4" layihəsində iştirak etmişdir.
Tomari
Tomari (rus. Томари) və ya köhnə adıyla Tomarioru (yap. 泊居) — Rusiya Federasiyasında yerləşən şəhər. Saxalin vilayətinə daxildir.
Vivari
Vivari — təcrübədə istifadə olunmaq üçün müxtəlif heyvanlar, əsasən laboratoriya heyvanları saxlanan bina. Vivaridən eyni zamanda heyvan yetişdirmə məntəqəsi kimi də istifadə olunur.
Çinari
Çinari — Berd rayonunda kənd. Erməni silahlı bölmələri bu kənddə yerləşən mövqelərindən daimi olaraq Tovuz rayonunun həmin istiqamətdə yerləşən Azərbaycan mövqelərini atəşə tuturlar.
Alqoritmik ticarət
Alqoritmik ticarət, və ya Alqoritmik treydinq (ing. Algorithmic trading) — xüsusi alqoritmik təlimatlardan istifadə edərək böyük bir sifariş qiyməti və həcminin öz xüsusiyyətləri və alt sifarişlərin hər biri ilə bir neçə alt sifarişə bölündüyü zaman böyük bir sifarişin yerinə yetirilməsinin bir üsuludur. Müəyyən bir zamanda icra üçün bazara göndərilir. Bu cür alqoritmlər treyderlərin kotirovkaları daim izləməməsi və böyük bir əmri kiçik olanlara əl ilə ayırması lazım olmadığı üçün icad edilmişdir. Məşhur alqoritmlər "Percentage of Volume", "Pegged", "VWAP", "TWAP", "Implementation Shortfall", "Target Close" adlanır. Alqoritmik ticarət qazanc əldə etmək deyil. Məqsəd böyük bir sifarişin yerinə yetirilmə xərclərini (əməliyyat dəyəri) azaltmaq, bazara təsirini minimuma endirmək (bazar təsiri) və uğursuzluq riskini azaltmaqdır. Avtomatlaşdırılmış ticarət sistemlərindən bəhs edərkən "alqoritmik ticarət" ifadəsi çox vaxt səhvən istifadə olunur. Bu sistemlərin həqiqətən qazanc əldə etmək məqsədi var. Ticarət strategiyalarının mürəkkəb riyazi düsturlar və sürətli məlumatların işlənməsinə əsaslandığı "qara qutu ticarəti" robotları olaraq da bilinirlər.
Acari
Gənələr (lat. Acari) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinə aid heyvan yarımsinfi. Gənə tünd qırmızı qəhvəyi rəngdə yastı oval 8 ayaqlı bir parazitdir. Məməlilər, quşlar və sürünənlərdən qan əmərək yaşayarlar. Bahar və yay mövsümündə yaşıllıq sahələrdə olurlar. Dişləmələri ağrısızdır. Bir neçə gün içində qaşıntı və ya gənənin görülməsiylə fərq edilər. Bir çox bakteriya və virusu heyvanlardan insanlara bulaşdıra bilər. Gənə ilə bulaşan xəstəliklərin çoxu yüksək qızdırmayla seyr edən lyme xəstəliyi, dönmə qızdırma, tularemi kimi və son zamanlarda səslənilən, müalicəsi olmayan, gənələrin bulaşdırdıqları viruslarla yaranan Krım-Kongo qanamalı qızdırma sayıla bilməkdədir. Bu xəstəlik Azərbaycanda son illərdə görülməkdə olsa da ilk olaraq 1944-cü ildə Krımda, 1956-cı ildə də Konqoda görülmüşdür.
Bicar
Bicar şəhəri (az-əbcəd. بایجار Baycar‎, fars. بیجار‎, kürd. Bîcar) — İranın qərbində yerləşən şəhər. Kürdüstan ostanında yerləşən Bicar şəhristanının inzibati mərkəzi. .2006-cı ilin siyahiyəalınması əsasında bu şəhərin 46.156 nəfər ahalisi var.
Timar
Timar — Anadolu bəyliklərində və Osmanlı imperiyasında şərti feodal torpaq mülkiyyəti. 1839-cu ildə hərbi sistem ləğv edilənə qədər mövcud olmuşdur. Sultan I Muradın hakimiyyəti dövründə yaradılmışdır. Bir timardan əldə edilən illik gəlir 20 min akçadan az idi. XVI əsrin sonlarında timar tədricən çiftlik adlanan torpaq mülkiyyətinə çevrilmişdir. Bu, dövlət 1919-cu ildə süqut edənə qədər Osmanlı imperiyasında üstünlük təşkil etmişdir.
İcarə
Eçara (əvvəlki rəsmi adı İcarə (2013-cü ilədək)) — Azərbaycan Respublikasının Cəlilabad rayonunun Kürdlər kənd inzibati ərazi vahidində kənd. == Tarixi == 31 may 2013-cü ildə Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Kürdlər kənd inzibati ərazi dairəsi tərkibindəki İcarə kəndinin tarixi adı bərpa edilərək həmin kənd Eçara kəndi adlandırılmışdır. == Toponimikası == Eçarə (oyk.), (sadə.) - Cəlilabad rayonunun Kürdlər inzibati ərazi vahidində kənd. Burovar/Buravar silsiləsinin şimal-şərq ətəyindədir. Tədqiqatçılar bu oykonimi "üzüaşağı yol" (ehtimalən yol hissəsi farsca və talışca "yol" mənasını verən "rah" (talışca "ro") sözünün vasitəsi ilə) mənasında izah edirlər. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 644 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
İmari
İmari (伊万里, Imari) — Yaponiyanın Kyuşu bölgəsində, Saqa prefekturasında yerləşən şəhər. 2018-ci ilin martının məlumatına görə şəhərin əhalisi 54,386 nəfərdir. Şəhərin sahəsi 254,99 km²-dir. == Tarix == Edo dövründə şəhər dulusçuluq sahəsində inkişaf etmişdir. Meyci dövründən 1955-ci ilə kimi kömür ixrac etmişdir. Şəhər müasir inzibati statusunu 1 aprel 1889-cu ildə əldə etmişdir. 1 aprel 1954-cü ildə İmari, Yamaşiro şəhərləri, Higaşiyamashiro, Kurokava, Hatatsu, Minamihata, Okava, Matsura və Niri qəsəbələri birləşərək vahid İmari şəhərini əmələ gətirmişdirlər. == Coğrafiya == Şəhər Yaponiyanın Kyuşu adasında, Saqa prefekturasının qərbində, İmari çayının mənsəbində yerləşir. Yaxınlıqdakı dağlar: Haçiman, Eboşi, Seyra. Çaylar: Matsura, İmari, Hara, Kurotake, Arita.
Azad ticarət
Azad ticarət — idxal və ixracın ümumiyyətlə dövlətin müdaxiləsi olmadan həyata keçirilməsini nəzərdə tutan iqtisadi siyasətdir. Azad ticarət siyasəti dövlətin xarici ticarət üzərindəki yoxlamasından və vergi tətbiqindən tamamilə imtina etməsi mənasına gəlməyə bilər. == Tarix == Azad ticarət təlimi XIII əsrdə müdaxiləçi sistemlərə bir reaksiya olaraq ortaya çıxdı. Bu təlimə fizokratlarda, Devid Yumda və Adam Smitdə rast gəlinir. Azad ticarət anlayışı nəzəriyyəsinin təməlində Adam Smitin ölkələr arasındakı məhsuldarlığı və istehsalı artıracağı istiqamətindəki fikirləri durur. Ayrıca götürüldükdə bir ölkə, xüsusilə bəlli bir əmtəənin ən önəmli alıcısı və ya satıcısı kimi çıxış edirsə, xarici ticarətə məhdudiyyət qoyulmasından qazanc əldə edə bilər. Buna baxmayaraq praktikada yerli sənayelərin qorunması məqsədilə qoyulan məhdudiyyətlər müəyyən bir mərhələdən sonra ölkənin ümumi iqtisadi qazancı baxımından mənfi təsirlərə də səbəb olur. Azad ticarət, ən qəti formasıyla David Rikardo və Con Stüart Millin əsərlərində yer almışdır. Bu yazıçılarda millətlər arasındakı ticarət sərbəstliyi beynəlxalq əmək bölgüsü təməlinə söykənir. XIX əsrdə İngiltərədə Riçard Kobden və Mançester Birliyi, Fransada Frederik Bastiat və Mişel Çevaliyer tərəfindən müdafiə olunan azad ticarət, xüsusilə 1860-cı il Fransız-İngilis müqaviləsinin imzalanmasının müvəfəqiyyətə çatması ilə hiss olunsada, o tarixdən sonra II Dünya müharibəsinə qədər sürətli geriləmişdir.
Beynəlxalq ticarət
Beynəlxalq ticarət — dünya ölkələrinin xarici ticarətinin cəmi olan əmtəə-pul münasibətləri sistemi. Xarici ticarət dövriyyəsi bu və ya digər ölkənin ixracının və idxalının dəyərlərinin cəmidir. Xarici ticarətin dəyər həcmi müəyyən dövr üçün cari valyuta məzənnələrindən istifadə etməklə cari qiymətlərdə hesablanır. Xarici ticarətin fiziki həcmi daimi qiymətlərdə hesablanır və zəruri müqayisələri aparmağa və xarici ticarətin real dinamikasını müəyyən etməyə imkan verir. Dünya əmtəə dövriyyəsi bütün dünya dövlətlərinin ancaq ixraclarının həcmini toplamaqla müəyyən edilir və adətən ABŞ dollarında əks olunur. İxrac əməliyyatları özündə əmtəənin gəminin göyərtəsinə çatdırılması və yüklənmə limanında malın gəminin tutacağından göyərtəsinə keçirilməsi ilə əlaqədar xərcləri əks etdirən FOB (free on board – franko göyərtədə) qiymətləri əsasında hesablanır. İdxal əməliyyatlarının hesablanması özündə FOB şərtləri ilə yanaşı yükün sığortalanması ilə bağlı xərcləri əks etdirən CIF (cost, insurance, freight – dəyər, sığorta, fraxt) qiymətləri əsasında əks etdirilir. FOB və CIF “İnkoterms 2000” adlanan və kommersiya əməliyyatlarında istifadə edilən terminlərdən ikisidir. “İnkoterms 2000” haqqında bir qədər sonra daha geniş məlumat veriləcəkdir. Dünya ixracının həcmi dünya idxalının həcminə bərabər olmalıdır ki, çünki, bir ölkə tərəfindən ixrac edilən əmtəə digər ölkə tərəfindən idxal edilir.
E-ticarət
Elektron ticarət və ya elektron kommersiya — onlayn xidmətlər və ya internet vasitəsilə məhsulların elektron şəkildə alınması və ya satışı fəaliyyəti. Elektron ticarət mobil ticarət, elektron pul köçürmələri, təchizat zəncirinin idarə edilməsi, internet marketinqi, onlayn əməliyyatların işlənməsi, elektron məlumat mübadiləsi (EDI), inventar idarəetmə sistemləri və avtomatlaşdırılmış verilənlərin toplanması sistemləri kimi texnologiyalardan istifadə edir. Elektron ticarət elektronika sənayesinin ən böyük sektorudur və öz növbəsində yarımkeçirici sənayenin texnoloji inkişafı ilə idarə olunur. == Formaları == Müasir elektron ticarəti iki kateqoriyaya bölmək olar. Birinci kateqoriya satılan malların növlərinə əsaslanan biznesdir. Bu, dərhal onlayn istehlak üçün "rəqəmsal" məzmun sifarişindən tutmuş ənənəvi məhsul və xidmətlərin sifarişinə, elektron ticarətin digər növlərini asanlaşdırmaq üçün "meta" xidmətlərə qədər hər şeyi əhatə edir. İkinci kateqoriya iştirakçının xarakterinə əsaslanır. İnstitusional səviyyədə böyük korporasiyalar və maliyyə institutları lokal və beynəlxalq biznesi asanlaşdırmaq üçün maliyyə məlumatlarını mübadilə etmək üçün internetdən istifadə edirlər. Məlumatların bütövlüyü və təhlükəsizliyi elektron ticarət üçün aktual məsələlərdir. Ənənəvi elektron ticarətdən başqa, mobil ticarət və televiziya ticarət terminləri də istifadə edilmişdir.
Elektron ticarət
Elektron ticarət və ya elektron kommersiya — onlayn xidmətlər və ya internet vasitəsilə məhsulların elektron şəkildə alınması və ya satışı fəaliyyəti. Elektron ticarət mobil ticarət, elektron pul köçürmələri, təchizat zəncirinin idarə edilməsi, internet marketinqi, onlayn əməliyyatların işlənməsi, elektron məlumat mübadiləsi (EDI), inventar idarəetmə sistemləri və avtomatlaşdırılmış verilənlərin toplanması sistemləri kimi texnologiyalardan istifadə edir. Elektron ticarət elektronika sənayesinin ən böyük sektorudur və öz növbəsində yarımkeçirici sənayenin texnoloji inkişafı ilə idarə olunur. == Formaları == Müasir elektron ticarəti iki kateqoriyaya bölmək olar. Birinci kateqoriya satılan malların növlərinə əsaslanan biznesdir. Bu, dərhal onlayn istehlak üçün "rəqəmsal" məzmun sifarişindən tutmuş ənənəvi məhsul və xidmətlərin sifarişinə, elektron ticarətin digər növlərini asanlaşdırmaq üçün "meta" xidmətlərə qədər hər şeyi əhatə edir. İkinci kateqoriya iştirakçının xarakterinə əsaslanır. İnstitusional səviyyədə böyük korporasiyalar və maliyyə institutları lokal və beynəlxalq biznesi asanlaşdırmaq üçün maliyyə məlumatlarını mübadilə etmək üçün internetdən istifadə edirlər. Məlumatların bütövlüyü və təhlükəsizliyi elektron ticarət üçün aktual məsələlərdir. Ənənəvi elektron ticarətdən başqa, mobil ticarət və televiziya ticarət terminləri də istifadə edilmişdir.
Fərid Macari
Fərid Macari (ing. Fareed Majari; 12 avqust 1958, Marburq, Hessen – 8 aprel 2023) — İran mənşəli Almaniya kinorejissoru və mədəniyyət meneceri. O həmçinin, Höte İnstitutunun Los-Anceles şöbəsinin direktorudur. Macari əvvəllər Höte İnstitutunun Livan (Beyrut) və Fələstində (Ramallah) şöbələrinin direktoru vəzifəsində çalışmış, həmçinin Moskva və Münhendə işləmişdir. O, 1995 və 1996-cı illərdə Konnektikut Universitetində professor olmuşdur. Macari Ramallahda çəkilən "Matabb" serialının prodüseri və həmmüəllifidir.
Hibari Misora
Hibari Misora (29 may 1937, Yokohama – 24 iyun 1989, Tokio[d]) — Yaponiyalı müğənni, aktrisa.
Qacarı
Yəhərüstü (Yəhər üzü,Yəhərüzlüyü, Qacarı) — Azərbaycanda yəhərin üstünə salınmaq üçün toxunan kiçik ölçülü xovlu xalça. Azərbaycanda xovlu xalça üsulu ilə toxunmuş və azərbaycanlıların yəhərin yastığının üstünə saldığı rəngbərəng qotazlarla bəzədilmiş kiçik ölçülü yəhərüstünü əsasən imkanlı adamlar toxutdururdular. Yəhərüstü Azərbaycanın bir çox bölgələrində "yəhər üzü" yaxud da "yəhərüzlüyü" adlandırılır.
Riçard
Riçard — kişi adı. I Riçard — Plantagenetlər sülaləsindən ingilis kralı. II Riçard — Plantagenetlər sülaləsindən ingilis kralı. III Riçard — Plantagenetlər sülaləsindən ingilis kralı. Riçard Stolman — amerikalı azad proqram təminatı fəalı, haker və proqramçı. Riçard Dokinz — britaniyalı etoloq, ateist alim, təkamülçü bioloq və yazıçı Riçard Nikson — Riçard Conson — ABŞ-lı siyasətçi. Amerika Birləşmiş Ştatlarının 9-cu vitse-prezidenti. Riçard Stoun — ingilis iqtisadçı. 1984-cü ildə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülüb Riçard Morninqstar — ABŞ Dövlət katibinin Avrasiya enerji məsələləri üzrə xüsusi nümayəndəsi (2009–2012). Riçard Meyer — ABŞ-lı memar.
Tacarıq
Tacaraq (Əcəbşir) — İranın Şərqi Azərbaycan ostanının Əcəbşir şəhristanı ərazisinə daxil olan kənd. Tacarıq (Miyanə) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd.
Taçara
Taçara (ing. Tachara) — İranın Persepolis şəhərində yerləşən, I Daranın müstəsna binası. Fars vilayətindəki müasir Şiraz şəhərindən 70 km şimal-şərqdə yerləşir. == Tarixi və inşaatı == İnşaatı Əhəmənilər İmperiyası dövrünə (e.ə. 550 - e.ə. 330) təsadüf edir. Bina I Daraya aid edilir, ancaq onun kiçik bir hissəsi onun hakimiyyəti altında tamamlanmışdır. 486-cı ildə I Dariusun ölümündən sonra oğlu və xələfi I Xerxes tərəfindən qədim fars dilində taçara adlandırılan və “qış sarayı” kimi tərcümə olunan sarayın inşaası tamamlanmışdır. Daha sonra I Artaxerxes tərəfindən istifadə edilmişdir. Onun xarabalıqları Apadananın cənubundadır.
Timarlı
Timarlı (türk. timarlı) — orta əsr türk dövlətlərində hakimiyyət tərəfindən timar sahiblərindən yığılan nizamsız süvari milis. Timarlılar daimi orduda yürüşlər zamanı xidmət etməli, habelə dinc vaxtlarda timarlarından gələn gəlir qarşılığında cinayətlərə qarşı cəza tədbirlərində iştirak etməli idilər. Timar sistemi Bizans proniyasının bir çox xüsusiyyətlərini miras götürmüşdür. Bu sistem Osmanlı imperiyasında görkəmli əsgərlərə mükafatlar verən, 1326–1359-cu illərdə hakimiyyətdə olmuş Sultan I Orxanın dövründə meydana çıxmışdır. 1525-ci il siyahıyaalınmasına görə, 37,818 nəfər timarlı kimi siyahıya alınmışdır. == Mənbə == Gwinn, Robert P, Charles E. Swanson, and Philip W. Goetz. The New Encyclopaedia Britannica.vol. 8, 11, 10. London: Encyclopaedia Britannica, Inc., 1986 Goffman, Daniel.
Adrian divarı
Adrian divarı (ing. Hadrian's Wall, lat. Vallum Hadriani) — 117 kilometr (73 mil) uzunluğunda və bir vaxtlar İngiltərənin şimalından keçmiş nəhəng Roma müdafiə quruluşu. 121-ci ildə tikilmişdir. Divarın cənub tərəfindəki qala boyunca hərbi yol keçirdi. == İstinadlar == == Əlavə ədəbiyyat == Birley, A.R. Hadrians Wall Illustrated Guide. London: Her Majesty's Stationery Office (HMSO). 1963. Burton, Anthony. Hadrian's Wall Path.
Aloy diyarı
== Ərazisi == Aloy diyarının ərazisi 630,70 Km2-dır. Aloy diyarına 2 şəhər və 4 volost daxildir.
Altay diyarı
Altay diyarı (rus. Алтайский край) — Rusiya Federasiyası subyektlərindən biri. Qərbi Sibirin cənub-şərq hissəsindədir. Sibir federal mahalına daxildir. == Dövlət hakimiyyəti orqanları == Xalq deputatlarının Altay Diyar Şurası (ali qanunverici orqan), Diyar Administrasiyası (ali icraedici orqan) və digər dövlət hakimiyyəti orqanları Altay diyarının 1995-ciildə qəbul edilmiş Nizamnaməsinə (Əsas qanununa) uyğun olaraq fəaliyyət göstərir. == Coğrafiya == Diyarın ərazisi 261.7 min kvadrat kilometrdir . 60 rayonunu, 12 şəhəri, 14 şəhər tipli qəsəbə var. Mərkəzi Barnaul şəhəridir – 600.749 nəfər (2002-ci il siyahıya almasına əsasən). == Təbiət == Ərazisi iki qeyri-bərabər hissəyə (düzənlik və dağlıq) bölünür. Şimal-qərb düzənlik hissəsini (Qərbi Sibir düzənliyinin cənub-şərq kənarı) Ob çayı iki yerə (sol sahildə Kulunda çölü və Obyanı plato, sağ sahildə hündürlüyü 621 m-ə çatan Salair tirəsinin dağətəyi hissəsi və yamacları) bölür.
Aqlon diyarı
== Ərazisi == Aqlon diyarının ərazisi 392,70 Km2-dır. Aqlon diyarına 4 volost daxildir.
Aqnist diyarı
== Ərazisi == Aqnist diyarının ərazisi 285,0 Km2-dır. Aqnist diyarına 1 şəhər və 3 volost daxildir.
Aslanürəkli Riçard
Şirürəkli Riçard (ing. Richard the Lion Heart, fr. Richard Cœur de Lion; 8 sentyabr 1157 — 6 aprel 1199) — Plantagenetlər sülaləsindən ingilis kralı. == Həyatı == Dünya tarixində "Şirürəkli Riçard" kimi məşhur olan ingilis kralı II Henrinin oğlu Fransanın Akvitaniya vilayətində doğulmuşdur. Bütün dünyada ləyaqət və alicənablıq rəmzi olan Riçardın(1157 — 1199) həyatı gərgin vuruşlarda, döyüşlərdə və intriqalarda keçmişdir. O zaman Fransanın bəzi hissələri İngiltərənin əlində idi. Belə vilayətlərdən biri Fransanın cənub-qərb əyaləti olan Akvitaniya idi. Bu vilayəti və hersoq dərəcəsini ona atası bağışlamışdı. Lakin kralın üç oğlu vardı. Oğullar ataya qarşı qiyam qaldırdılar.