Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Tiqreş adası
Tiqreş adası (port. Ilha dos Tigres) — Anqolanın ən böyük adası. Namibe əyalətində yerləşir. Adanın sahəsi 98 km²-dir. Bir vaxtlar Tiqreşi materikdən ayıran eyniadlı boğazın yerində bərzəx olmuşdur. Bu ərazidə San Martin duş Tiqres adlı balıqçı kəndi var idi. 1962-ci il martın 14-də okean Tiqreş yarımadasını materikə birləşdirən bərzəxi yuyur və beləliklə Tiqreş yarımadası su təchizatı olmayan adaya çevrilir. Daha sonra Kunene çayının mənsəbindəki nasos stansiyası fəaliyyətini dayandırır və kənd yavaş-yavaş tərk edilən xəyal şəhərə çevrilir.
Tiqreş boğazı
Tiqreş boğazı (port. baía dos Tigres) — Anqolanın Namibe əyalətindəki boğaz. Tiqreş adasını Anqolanın qalan hissəsindən ayırır. Boğazın şərq tərəfində əvvəllər kiçik bir yarımada var idi, onun cənubunda Sao Martin dus Tiqres adlı balıqçı kəndi ilə bərzəx vastəsi ilə ona birləşirdi. 1962-ci ildə okean yarımadanın bərzəxini yarır. Beləliklə Tiqreş adası meydana gəlir.
Panthera tigris tigris
Benqal pələngi (lat. Panthera tigris tigris) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin panter cinsinin pələng növünə aid heyvan yarımnövü. Benqal pələngi pələngin ən çoxsaylı yarımnövüdür. Bu pələngin sayı Hindistanda 1706, Banqladeşdə 200, Nepalda 155, Butanda isə 67-81 civarındadır. Benqal pələngi Banqladeşin milli heyvanı hesab edilir.
Anthemis tigrensis
Anthemis tigrensis (lat. Anthemis tigrensis) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin anthemis cinsinə aid bitki növü.
Felis tigris
Pələng (lat. Panthera tigris) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin panter cinsinə aid heyvan növü. Böyük pişiklər ailəsinin dörd üzvündən biri. Yırtıcı heyvandır və vəhşi təbiətdə rast gəlinən ən böyük, ən güclü pişik növüdür. Dünyada təbii mühitdə yaşayan pələnglərin 80%-i Hindistan yarımadasının payına düşür. Şimalda Sibir, cənubda Hindistan ilə Malakka yarımadası arasındakı bölgələrdə yaşayırlar. Pələnglərin 8 növə bölürlər ki, onlardan 3 növü artıq nəsli kəsilmişdir. Bütün dünyada təbiətdə təxminən 7700 pələng yaşayır. Uzaq Şərqdə dünyanın ən böyük pələngləri yaşayırlar. Yetkin erkəklərin çəkisi 390 kiloqrama çatır.
Panthera tigris

Tigris regalis

Tigris striatus

Typhlodromalus tigrus
Panthera tigris altaica
Amur pələngi (lat. Panthera tigris altaica) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin panter cinsinin pələng növünə aid heyvan yarımnövü. Nadir yarımnövdür, bəzi yerlərdə tamamilə yox olub. Zahiri görünüşü üçün pələngin görünüşünə baxın. Bədənin uzunluğu 190-290 sm-dir. bəzən 317 sm. Quyruğunun uzunluğu 115 sm. qədərdir. Tük örtüyü qışda hündür, gur və sıxdır. Əsas fon rəngi açıq, narıncı çalarlı tünd sarıdır.
Panthera tigris amoyensis
Cənubi Çin pələngi (lat. Panthera tigris amoyensis) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin panter cinsinin pələng növünə aid heyvan yarımnövü.
Panthera tigris balica
Bali pələngi (lat. Panthera tigris balica) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin panter cinsinin pələng növünə aid heyvan yarımnövü.
Panthera tigris corbetti
Hind-Çin pələngi (lat. Panthera tigris corbetti) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin panter cinsinin pələng növünə aid heyvan yarımnövü.
Panthera tigris jacksoni
Malay pələngi (lat. Panthera tigris jacksoni) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin panter cinsinin pələng növünə aid heyvan yarımnövü.
Panthera tigris sondaica
Yava pələngi (lat. Panthera tigris sondaica) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin panter cinsinin pələng növünə aid heyvan yarımnövü.
Panthera tigris sumatrae
Sumatra pələngi (lat. Panthera tigris sumatrae) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin panter cinsinin pələng növünə aid heyvan yarımnövü. Sayı sürətlə azaldığına görə 2008-ci ildə adı "Qırmızı kitab"ın "Son həddə çatmışlar" siyahısına salınmışdır. Ümumi sayı 441–679 arasında dəyişən bu pələnglərin nəsil artırma qabiliyyətinə malik olan fərdlərinin sayı isə 50-dən çox deyildir. Bali və Yava pələnglərinin nəslinin kəsilməsindən sonra Sumatra pələngləri Zond adalarında yaşayan yeganə pələng qrupudur. Sumatra pələngi öz kəllə quruluşuna, xəzinə və zolaqlarına görə Benqal və Yava pələnglərindən fərqlənir. O, öz xəzinin daha tünd rəngli olmasına və zolaqları arasındakı məsafənin daha geniş olmasına görə Yava pələngindən seçilir. Sumatra pələngi digər yarımnövlər arasında öz ölçülərinə görə ən kiçiklərdən biri hesab olunur. Onun bədən ölçüləri təqribən böyük bəbir və ya yaquarla bərabərdir. Erkək fərdlərin çəkisi 100–140 kq, uzunluğu 220–255 sm arasında dəyişdiyi halda, dişi fərdlərin çəkisi 75–110 kq, uzunluğu 215–230 sm arasında dəyişir.
Panthera tigris virgata
Xəzər pələngi — (lat. Panthera tigris tigris, əvvəllər lat. P.t.virgata) — Nəsli kəsilmiş pələng yarımnövü. Həmçinin Turan pələngi, Mazandaran pələngi, Hirkan pələngi kimi adları da mövcud olmuşdur. Xəzər pələngi iri ölçülü pişik idi. Erkəklər 270–295 sm uzunluğa, 240 kq-a dək çəkiyə, dişilər isə ortalama 250 sm uzunluğa və 135 kq-a qədər çəkiyə malik olurdurlar. Lakin, daha iri fərdlər də qeydə alınmışdır. Məsələn, 1899-cu ildə Göytəpədə ovlanan bir erkək fərdin dərisi quyruğu ilə birgə 360 sm olaraq ölçülmüşdür! Məşhur rus zooloq Satunin bu nəhəng fərdi "ən az yerli at boyda" deyə təsvir edir. Rəngi tünd olub üzərində çoxsaylı, yaxın yerləşən və ensiz zolaqları var.
Morin Tiqrett
Morin Tiqrett (ing. Maureen Tigrett), birinci nikahdan Starki (ing. Starkey), doğularkən Meri Koks (ing. Mary Cox); 4 avqust 1946, Liverpul, Böyük Britaniya — 30 dekabr 1994, Vaşinqton, ABŞ) — "The Beatles" qrupunun barabançısı Rinqo Starın keçmiş həyat yoldaşı və onun üç uşağının anası. Merki Koks 4 avqust 1946-cı ildə, Liverpulda, (İngiltərə, Böyük Britaniya) Cozef Koks və Florens Koksun (qız soyadı Barrett (ing. Barrett) ailəsində doğulub. Ailədə yeganə uşaq olub. 14 yaşı olarkən kilsə-məktəbi tərk edərək öz adını Meridən Morinə dəyişib və özünün doğma şəhəri Liverpulda saç ustası və manikürçü kimi işləməyə başlayıb.. Koks, 15 yaşında olarkən mütəmadi olaraq “Cavern Club”a getdiyini və ora daxil olmaq üçün "The Beatles" fanatları arasındakı rəqabəti və uzun müddətli növbələri xatırlayırdı: "Mən heç vaxt açılışa iki yaxud üç saat qalmış növbədə dayanmazdım, çünki bu məni qorxudurdu. Nə zaman ki qapılar açılırdı qızlar arasında dava düşürdü." Bir dəfə Morin mərc etdiyi üçün Pol Makkartnini öpmüşdü, ancaq onun Rinqo Stardan xoşu gəlirdi.
Duzdağ tirəsi
Duzdağ tirəsi – Babək rayonu ərazisində, Naxçıvan dağarası çökəkliyinin mərkəzi hissəsində yerləşən Duzdağ platosunun şərq kənarında, Cəhriçayın sağ sahilindədir. Cənuba doğru istiqamətlənmiş tirənin şərq yamacı çox meyillidir. Ən yüksək zirvəsinin hündürlüyü 1342,0 m-dir. Üst Pleystosenin çaqıl və konqlomeratları ilə örtülmüş Üst Miosenin Sarmat regiomərtəbəsinə aid Duzdağ lay dəstəsinin duzsaxlayan çökmə süxurlarından təşkil olunmuşdur. Tektonik cəhətdən Naxçıvan qoyulma çökəkliyinin geoloji quruluşunda mühüm rol oynayan Duzdağ sinklinalının şimal-qərb qanadına uyğun gəlir.
Korosman tirəsi
Korosman tirəsi — Babək rayonu ərazisində alçaqdağlıq tirə. Naxçıvan dağarası çökəkliyinin Böyükdüz düzənliyini şərqdən hüdudlandırır. Böyükdüz kəndindən 1,5 km cənubda yaranaraq, qövsvari formada Araz su anbarınadək 8 km məsafədə uzanır. Ən hündür zirvəsinin hündürlüyü 833,9 m-dir. Alt və Orta Miosenin çökmə süxurlarından təşkil olunmuşdur. Tektonik cəhətdən Naxçıvan qoyulma çökəkliyinin cənub-qərb cinahında Duzdağ və Böyükdüz qırışıqlarının batımında məskunlaşır.
Okean tirəsi
Okean tirəsi (rus. вал океанский, ing. oceanic rampart, oceanic swell) — talassokratonun sadə, müsbət strukturu, okean dibinin tağvari qalxması. Qanadları sürüşmələrlə, tağı isə qırılmalarla mürəkkəbləşmiş olur. Onun tağ hissəsində bir xətt boyunca uzanan vulkan aparatları yerləşir. Sakit okeanın qərb hissəsində aydın təzahür edir.
Qıvraq tirəsi
Qıvraq tirəsi – Kəngərli rayonu ərazisində alçaqdağlıq tirə. Dərələyəz silsiləsindən cənub-qərb istiqamətində ayrılan qoldur. Uzunluğu 6 km. Tirənin suayırıcısında Üst Miosenin çökmə süxurlarından təşkil olunmuş, hündürlüyü 1104, 1023, 1058, 1066 m olan günbəzvari yüksəkliklər var. Tektonik cəhətdən Naxçıvan qoyulma çökəkliyinin mərkəzi hissəsində, Qabıllı sinklinalının şimal-şərq qanadında yerləşir.
Xələfli tirəsi
Xələfli tirəsi Cavanşir elinin Yağləvənd oymağının Havsallı tayfasının qollarından biridir. Tirənin yaranması Xələf bəy Yağləvəndli-Cavanşirlə bağlıdır. Onun törəmələri bu tirəni yaratmışlar. Xələfli tirəsi Əzimməmmədli və Nurməmmədli törəyinə bölünür. Nurməmmədli törəyi Xələfov, Nurməmmədov, Vəliyev soyadlarını daşıyan ailələrdən təşkil olunub. Əzimməmmədli törəyi Əzimzadə, Əzimli, Əzimov, Səfiyev, Ağayev, Ağakişiyev soyadlarını daşıyan ailələrdən ibarətdir.
Dəhnə-Vəlidağ tirəsi
Dəhnə-Vəlidağ tirəsi — Şərur və Sədərək rayonları sərhədində, Naxçıvan dağarası çökəkliyinin şimal-qərbindəki Sədərək düzünün cənub-şərq kənarında alçaqdağlıq silsilə. Araz çayı sahilindən başlayaraq şimal-şərq istiqamətdə 16 km məsafədə uzanır və sonradan maili Şərur düzünün Orta-Üst Pleystosen yaşlı allüvial-prolüvial çöküntüləri altına gömülür. Əsasən Orta-Üst Devon, Alt Karbon və Üst Perm yaşlı karbonat və terrigen-karbonat süxurlarından təşkil olunmuşdur. Ətəklərində Paleozoy çöküntülərini uyğunsuzluqla örtən Miosen yaşlı süxurlar açılır. "Qurd qapısı" dərəsi ilə Dəhnə və Vəlidağ tirələrinə ayrılır. Bozdağ onun gömülmə hissəsinə cavab verir, Sarıdağ massivi isə cənub-şərq şaxəsini təşkil edir. Ən yüksək zirvələri Vəlidağ (1242,2 m), Qaradaş (1213,8 m), Bozdağ (1182,7 m) və Dəhnə (1154,2 m) dağlarıdır. Tektonik cəhətdən Naxçıvan qoyulma çökəkliyinin şimal-qərb qurtaracağında Şərur-Culfa qalxım zonasının Şərur seqmentinin gömülmüş cənub-qərb cinahında cavan çöküntülər altından yer səthinə çıxan Dəhnə-Vəlidağ qalxımına aid edilir və geoloji quruluşda şimal-qərb və şimal-şərq istiqamətli fay və əks-fay qırılmaları ilə kiçik bloklara parçalanmış antiklinal (Dəhnə, Vəlidağ, Dəmirçi) və sinklinal (Saraclıdağ, Qaradaş-Bozdağ, Sarıdağ) qırışıqlarla təmsil olunan antiklinal qalxıma uyğun gəlir.
Qaracalal-Qızılboğaz tirəsi
Qaracalal-Qızılboğaz tirəsi — Naxçıvan Muxtar Respublikasının Babək rayonu ərazisində alçaqdağlıq tirə. Naxçıvan çökəkliyinin şimal-şərq sərhədində, Naxçıvançayla Nəhəcirçay arasında 17 km məsafəyə uzanır və Üst Oliqosen-Alt Miosenin vulkanogen-çökmə süxurlarından təşkil olunmuşdur. Sirabçay və Qahabçayın vadiləri və qobuları ilə eninə kəsilərək bir-birindən təcrid edilmiş Qızılboğaz (1179,7 m), Misdağ (1270,6 m), Toydaş (1312,7 m), Qurddağ (1319,0 m), Qaracalar (1477,6 m), Nəhəcir (1807,3 m) və b. yüksəkliklərdən ibarətdir. Qaracalar və Nəhəcir zirvələri Alt Miosen yaşlı ekstruziv günbəzlərə uyğun gəlir. Tektonik cəhətdən Naxçıvan qoyulma çökəkliyinin şimal-şərq kənarında yerləşir.