Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kvinten Timber
Kvinten Rayan Krispito Timber (17 iyun 2001-ci ildə anadan olub) — Eerste Diviziya təmsilçilərindən olan Yonq Ayaks klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Niderland futbolçusudur. Timber Feyenoord akademiyası vasitəsilə inkişaf etmişdir. 2 fevral 2018-ci ildə Timber Erediviziya təmsilçilərindən olan Ayaks klubu ilə 2021-ci ilin 30 iyun tarixinə kimi yeni müqavilə imzalamışdır. 2018-ci ildə o, əkiz qardaşı Yurrien ilə birlikdə analıq soyadı olan Timber soyadını qəbul etmişdir. O vaxta qədər isə Kvinten atalıq soyadı olan Maduro soyadından istifadə edirdi. Timber öz peşəkar karyerasında debütünü 15 oktyabr 2018-ci ildə PSV II klubuna qarşı oyunda etmişdir. O, 90 dəqiqə meydanda mübarizə aparmışdır. Eerste Diviziya görüşündə Yonq Ayaks rəqibinə 1-2 hesabı ilə məğlub olmuşdur. Kvinten Utrext şəhərində anadan olmuşdur. Valideynləri isə Aruba vətəndaşlarıdır.
Yurrien Timber
Yurrien David Norman Timber (17 iyun 2001-ci ildə anadan olub) — Eerste Diviziya təmsilçilərindən olan Yonq Ayaks klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Niderland futbolçusudur. Timber Feyenoord akademiyası vasitəsilə inkişaf etmişdir. 2 fevral 2018-ci ildə Timber Erediviziya təmsilçilərindən olan Ayaks klubu ilə 2021-ci ilin 30 iyun tarixinə kimi yeni müqavilə imzalamışdır. 2018-ci ildə o, əkiz qardaşı Kvinten ilə birlikdə analıq soyadı olan Timber soyadını qəbul etmişdir. O vaxta qədər isə Yurrien atalıq soyadı olan Maduro soyadından istifadə edirdi. Timber öz peşəkar karyerasında debütünü 2 noyabr 2018-ci ildə Kambuur klubuna qarşı oyunda etmişdir. O, 90 dəqiqə meydanda mübarizə aparmışdır. Eerste Diviziya görüşündə Yonq Ayaks rəqibinə 1-2 hesabı ilə məğlub olmuşdur. Yurrien Utrext şəhərində anadan olmuşdur. Valideynləri isə Aruba vətəndaşlarıdır.
Timbe-du-Sul
Timbe-du-Sul (port. Timbé do Sul) — Braziliyanın Cənub regionunun Santa-Katarina ştatında yerləşən bələdiyyədir. 2006-cı il məlumatlarına əsasən bələdiyyənin əhalisi 5136 nəfərdir. Ərazisi 333,426 кm²-dir. Əhalinin sıxlığı 15,4 nəfər/кm²-dir. Bələdiyyə 23 sentyabr 1967-ci ildə yaradılmışdır.
Kimbra
Kimbra Li Conson (ing. Kimbra Lee Johnson; 27 mart 1990, Hamilton, Yeni Zelandiya) — Yeni Zelandiya musiqiçisi.
Tidore
Tidorе (ind. Pulau Tidore) — Malukk adalarına daxil olan və İndoneziyanın şərqində yerləşən ada. Halmahera adasından qərbdə yerləşir. Tidore öz növbəsində aktiv vulkandır. Vulkanın hündürlüyü 1730 m təşkil edir. Adanın cənubunda vulkanın qolu olan Kiematabu yerləşir. İnzibati mərkəzi — Saosio adanın şərq qutaracağında yerləşir. Burada Qoto limanı vardır. Şəhərin bu hissəsində bazar və avtovağzal fəaliyyət göstərir. Şəhərdə yerləşən sultan sarayı 2010-ci ildə restavrasiya olunmuşdur.
Vilbre
Vilbre (fr. Villebret) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Marsiyya-an-Kombray kantonuna daxildir. Kommunanın dairəsi — Monlyuson. INSEE kodu — 03314. 2008-ci ildə əhalinin sayı 1258 nəfər təşkil edirdi. 2007-ci ildə 849 nəfər əmək qabiliyyətli insan (15-64 yaş arasında) 642 nəfəri iqtisadi cəhətdən fəal, 207 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi - 75.6%, 1999-cu ildə bu 72.9%). Fəal olan 642 nəfərdən 613 nəfər (321 nəfər və 292 qadın), 29 nəfər işsiz (16 kişi və 13 qadın) idi. 207 hərəkətsiz 75 nəfər arasında şagird və ya tələbə, 82 nəfər təqaüdçü, 50 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Kambre
Kambre (fr. Cambrai, pikard Kimbré) — Fransanın şimalında, O-de-Frans bölgəsində, Nor departamentində, eyniadlı kantonun mərkəzində yerləşən şəhər və kommuna . Şəhər Lilldən 52 km və Arrasdan 36 km məsafədə Şeldt çayı üzərində yerləşir. Kommunanın mərkəzində Kambre-Dui və Byuzini-Somen xətlərində Kambre qatar stansiyası yerləşir.
Tembr
Tembr (fr. timbre) — səsin "rəng"i, musiqi səsinin gurluğu, yüksəkliyi və notun uzunluğu ilə yanaşı əlamətlərindən biri.Tembr səsin çalarıdır, eyni yüksəkliyə malik iki səsi fərqləndirməyə imkan verir. Tembrə görə biz musiqi alətlərinin səslərini fərqləndiririk, tanış adamların səsini tanıyırıq. Tembr ikinci subyektiv qiymətləndirmədir. Səsin tembri obertonlar çoxluğu ilə təyin olunur. Bu və ya digər səsə məxsus obertonların müxtəlif sayı ona xüsusi çalar – tembr verir. Bir tembrin digərindən fərqi təkcə obertonların sayı ilə deyil, onların intensivliyi ilə də şərtlənir. Tembr səs tezliklərinin hansı oblastlarında oberton toplularının (formantların) yaranmasından da asılıdır. Tembrinə görə eyni gurluqlu və not uzunluqlu səsləri fərqləndirirlər. Səsin tembri səsin rəngi deməkdir.Yəni ki, eyni yüksəkliyə, eyni ucalığa malik olan səslərin bir birindən fərqlənməsidir.Səs tembrinin əsas keyfiyyəti onun xarakterindən asılıdır.
Timar
Timar — Anadolu bəyliklərində və Osmanlı imperiyasında şərti feodal torpaq mülkiyyəti. 1839-cu ildə hərbi sistem ləğv edilənə qədər mövcud olmuşdur. Sultan I Muradın hakimiyyəti dövründə yaradılmışdır. Bir timardan əldə edilən illik gəlir 20 min akçadan az idi. XVI əsrin sonlarında timar tədricən çiftlik adlanan torpaq mülkiyyətinə çevrilmişdir. Bu, dövlət 1919-cu ildə süqut edənə qədər Osmanlı imperiyasında üstünlük təşkil etmişdir.
Timor
Timor (ind. Pulau Timor, tetum Timor) — Malay arxipelaqının cənubunda, iki müstəqil ölkə arasında bölünən ada. Adanın şərq hissəsində Şərqi Timor, qərbində isə İndoneziyanın ərazisi yerləşir. Adanın sahəsi 30,8 min. km² təşkil edir. Adı Malay dilində "Şərq" mənasını verir. Buda fakdır ki, ada Malay arxipelaqının şərqində yerləşir. Ada iki ölkə arasında bölünmüşdür: İndoneziya və Şərqi Timor. Şərqi Timor — 15 007 km², 1 066 409 nəf. (2010) İndoneziya — 14 660 км², 1 662 056 nəf.
Kambre (rayon)
Drö (fr. Cambrai) — Fransanın O-de-Frans regionun rayonlarından biri. Departamenti — Nor. Suprefektura — Kambre. Rayon əhalisi 2012-cı ildə 162 211 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 179,8 nəf / km². Rayon ərazisi — 902 km².
Kombre (Averon)
Kombre (fr. və oks. Combret) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Sen-Sernen-syur-Rans kantonuna daxildir. Kommunanın dairəsi — Miyo. INSEE kodu — 12069. Kommuna təxminən Parisdən 560 km cənubda, Tuluza şəhərindən 105 km şimal-şərqdə, Rodezdən isə 60 km cənubda yerləşir. 2008-ci ildə əhalinin sayı 297 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 163 nəfər arasında (15-64 yaş arasında) 117 nəfər iqtisadi fəal, 46 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 71,8%, 1999-cu ildə 67,6%).
Mersedes Lambre
Mersedes Lambre — argentinalı aktrisa, müğənni, rəqqas və model. 5 oktyabr 1992-ci ildə dünyaya gəlmişdir (Argentinada, La-Platada). Atası Xose Rodrigez, anası Mona Lambrdır.Üslubu popdur. Mersedes Lambre "Violetta" teleserialında "Ludmila" obrazını canlandırır.
Səs tembri
Tembr (fr. timbre) — səsin "rəng"i, musiqi səsinin gurluğu, yüksəkliyi və notun uzunluğu ilə yanaşı əlamətlərindən biri.Tembr səsin çalarıdır, eyni yüksəkliyə malik iki səsi fərqləndirməyə imkan verir. Tembrə görə biz musiqi alətlərinin səslərini fərqləndiririk, tanış adamların səsini tanıyırıq. Tembr ikinci subyektiv qiymətləndirmədir. Səsin tembri obertonlar çoxluğu ilə təyin olunur. Bu və ya digər səsə məxsus obertonların müxtəlif sayı ona xüsusi çalar – tembr verir. Bir tembrin digərindən fərqi təkcə obertonların sayı ilə deyil, onların intensivliyi ilə də şərtlənir. Tembr səs tezliklərinin hansı oblastlarında oberton toplularının (formantların) yaranmasından da asılıdır. Tembrinə görə eyni gurluqlu və not uzunluqlu səsləri fərqləndirirlər. Səsin tembri səsin rəngi deməkdir.Yəni ki, eyni yüksəkliyə, eyni ucalığa malik olan səslərin bir birindən fərqlənməsidir.Səs tembrinin əsas keyfiyyəti onun xarakterindən asılıdır.
Kambre müharibəsi
Kambre müharibəsi — 20 noyabr ilə 3 dekabr 1917-ci il tarixləri arasında Fransada baş tutmuş və ingilislər tərəfindən həyata keçirilmiş olan Birinci Dünya müharibəsi dövründə baş verən hərbi əməliyyatlardandır. Tankların müvəffəqiyyətlə istifadə edilmiş olduğu dünyanın ilk müharibəsidir. Bu müharibə, ingilislər üçün bir faciə xarakterindədir.
Time
Nəşrlər Time (jurnal) — həftəlik informasiya jurnalı. Mahnılar Time (İzabo) — 2012 Avroviziya Mahnı Müsabiqəsi mahnısı Big Time — C. C. Catch tərəfindən 1989-ci ildə ifa edilmiş mahnı Remember the Time — Maykl Ceksonun mahnısı.
Tire
Tire (—) (fr. tiret, tirer - çəkmək) durğu işarəsi. Sintaktik konstruksiyaları bir-birindən ayırmaq, fərqləndirmək üçün istifadə olunur. Adətən, cümlədə fikrin istiqamətini (gedişini) dəyişdirmək və ya kəsmək, eləcə də aydınlaşdırıcı şərhi seçdirmək üçün istifadə olunan punktuasiya işarəsi (––). Bu ingilis terminində bəzi şriftlərdə baş M hərfinin eninə bərabər olan mətbəə ölçüsü vahidinin (em) adından istifadə olunub; eynienli (MONOSPACE) şriftlərdə uzun tireni göstərmək üçün çox zaman iki ardıcıl defisdən istifadə olunur.
Tibr
Tibr və ya Tiver (it. Tevere, lat. Tiberis) — Appenin yarımadasında çay, Uzunluğuna görə İtaliya çaylarının arasında üçüncüdür.
Gavia imber
Qütb qaqarı (lat. Gavia immer) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qaqarkimilər dəstəsinin qaqarlar fəsiləsinin qaqar cinsinə aid heyvan növü.
Məngü Timur
Məngü Timur Özbək — Qızıl ordanın beşinci xanı. Batı xanın nəvəsi idi. Hakimiyyətinin ilk dövründə ruslarla yaxşı əlaqələr qurmuş, Rus Pravoslav kilsəsini vergidən azad etmişdi. 1274-cü ildə müstəqil olan son knyazlıq olan Smolenski də işğal etmişdi. Xubilaya qarşı Kayduya yardım edirdi. Daha sonra Kayduya qarşı gələrək ən sevdiyi oğlu Nomu xanı ona qarşı müharibəyə göndərdi. 1280-ci ildə xan boynundan aldığı zədəyə görə vəfat etdi. Məngü Timur Kunqqirat qəbiləsindən Olcay xatunla evlənmişdi. Övladları: Toxta xan Nomu xan Kokçu xan Toğrulça - Özbək xanın atası Çiçəkxatun (Anna) - Yaroslavl knyazı Fyodor Rostivlaviç ilə evlənmişdi.
Yıldız Tilbe
Yıldız Tilbə (16 iyul 1966, Konak, İzmir ili) — Türkiyə müğənnisi. İzmirin Konak mahalına bağlı Gültepe səmtində gecəqondu məhəlləsində doğulmuş olan Yıldız Tilbe ailəsinin altı uşağından ən kiçiyidir. Ailəsi içində "Yadigar" taxma adıyla xitab edilmişdir. Yıldız Tilbənin atası Ağrılı bir sünni kürd, anası isə Tuncəlili bir ələvi zazadır Anasının adı Altun Tilbe, atasının adı Əli Tilbenin. Tilbenin öz sözlərinə görə, atası Ağrılı bir sünni kürdü, anası isə tuncelili şiə zazadır. Atası Əli Tilbe mövsüm işçisi idi. İkinci sinifdə oxuduğu Mustafa Rəhmi Balaban Məktəbində təhsilini buraxmaq məcburiyyətində qalmışdır. Çox kiçik yaşlardan bəri mahnı oxumağa başlamışdır. 18 yaşından əvvəl evlənmişdir. İlk evliliyindən Sezen Burçin adlıbir qız uşağı dünyaya gətirmişdir.
Sargocentron tiere
Sargocentron tiere (lat. Sargocentron tiere) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin holosentrkimilər dəstəsinin holosentrlər fəsiləsinin sargocentron cinsinə aid heyvan növü.
Tiber çayı
Tibr və ya Tiver (it. Tevere, lat. Tiberis) — Appenin yarımadasında çay, Uzunluğuna görə İtaliya çaylarının arasında üçüncüdür.
Timbo-Qrandi
Timbo Qrande (port. Timbó Grande) — Braziliyanın Cənub regionunun Santa Katarina ştatında yerləşən bələdiyyədir. 2006-cı il məlumatlarına əsasən bələdiyyənin əhalisi 7640 nəfərdir. Ərazisi 597 кm²-dir. Əhalinin sıxlığı 12,8 nəfər/кm²-dir. Bələdiyyə 26 aprel 1989-cu ildə yaradılmışdır.
Timer (Şaran)
Timer (başq. Тимер, rus. Тимирово) — Başqırdıstan Respublikasının Şaran rayonunda yerləşən kənd. Kənd Miçurinsk kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Şaran): 26 km, kənd sovetliyindən (Miçurinsk): 8 km. ən yaxın dəmiryol stansiyasından (Tuymazı stansiyası): 68 km. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (86%) üstünlük təşkil edir.
Simarə İmanova
Simarə Cəmaləddin qızı İmanova (1975, Əliqullar, İmişli rayonu) — Qran-Pri mükafatçısı, xanəndə, Azərbaycan Respublikasının Xalq artisti (14 sentyabr 2012). 1975-ci ildə İmişli rayonunun Əliqullar kəndində anadan olmuşdur. 1994-cü ildə A.Zeynallı adına musiqi texnikumuna, xalq artisti Ağaxan Abdullayevin sinfinə daxil olmuşdur. 1997-ci ildə Özbəkistanın Səmərqənd şəhərində keçirilən "Şərq təranələri" festivalında, 46 ölkə müsiqiçiləri arasında ən ali mükafat olan "Qran-Pri" yə layiq görülmüşdür. Festivaldan qayıtdıqdan sonra dahi öndərimiz Heydər Əliyev tərəfindən (1997-ci il) Əməkdar artist fəxri adına layiq görülmüşdür. Milli opera səhnəsində ən gənc Leyli obrazını canlandırmışdır. 1998-ci ilin martın 8-də "İlin qadını" mükafatına layiq görülmüşdür. Mədəniyyət və İncəsənət Universitetinin bakalavr və magistr pillələrini bitirib, hal-hazırda həmin universitetdə müəllim işləyir. Bir çox xarici ölkələrdə, Fransa, ABŞ, Hollandiya, Cənubi Koreya, Özbəkistan, Gürcüstan, Rusiya, İran, Türkiyə, Almaniya və s. Ölkələrdə milli musiqimizi uğurla təmsil etmişdir.
Tirə
Tirə (rus. гряда, ing. ridge) — müxtəlif mənşəli uzunsov, nisbətən alçaq, müsbət relyef formalarının ümumi adı /mis: moren, oz, qum, sualtı, ada tirələri və s./.
İmrə
İmrə , Yaz başlanğıcında Cemreyi (yeddi gün ara ilə əvvəl hava, sonra su və torpaqda meydana gəldiyi sanılan istilik artımını) təşkil edən cin. Türk və altay xalq mədəniyyətində və mifologiyasında İmrə (İmere və ya Əmrə) yazda görünüb titrək işıqlar saçaraq göyə yüksəlir. Sonra buzların üzərinə düşərək onları əridir. Oradan da yerə girər. Bundan sonra istilənmiş torpaqdan buxar yüksələr. İmrə baharın gəlişini təmsil edir. Bulqarlarda Zemire olaraq iştirak edər. Anadolu Türkcəsində, Ərəbcədən gəlmə Cemre sözcüyünün əslində bu adın bənzətmə ilə dəyişmiş halı olduğu deyilə bilər. İlk Cemre 20 Fevralda havaya və yeddi gün ara ilə də suya və torpağa düşər. Zemre isə Qumuq Türkcəsində nəm, buxar kimi mənalara gəlir.
Yıldız Tilbə
Yıldız Tilbə (16 iyul 1966, Konak, İzmir ili) — Türkiyə müğənnisi. İzmirin Konak mahalına bağlı Gültepe səmtində gecəqondu məhəlləsində doğulmuş olan Yıldız Tilbe ailəsinin altı uşağından ən kiçiyidir. Ailəsi içində "Yadigar" taxma adıyla xitab edilmişdir. Yıldız Tilbənin atası Ağrılı bir sünni kürd, anası isə Tuncəlili bir ələvi zazadır Anasının adı Altun Tilbe, atasının adı Əli Tilbenin. Tilbenin öz sözlərinə görə, atası Ağrılı bir sünni kürdü, anası isə tuncelili şiə zazadır. Atası Əli Tilbe mövsüm işçisi idi. İkinci sinifdə oxuduğu Mustafa Rəhmi Balaban Məktəbində təhsilini buraxmaq məcburiyyətində qalmışdır. Çox kiçik yaşlardan bəri mahnı oxumağa başlamışdır. 18 yaşından əvvəl evlənmişdir. İlk evliliyindən Sezen Burçin adlıbir qız uşağı dünyaya gətirmişdir.