Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Tirə
Tirə (rus. гряда, ing. ridge) — müxtəlif mənşəli uzunsov, nisbətən alçaq, müsbət relyef formalarının ümumi adı /mis: moren, oz, qum, sualtı, ada tirələri və s./.
Resekvent tirə
Resekvent tirə (rus. гряда ресеквентная, ing. resequent ridges) — ikinci dərəcəli antiklinal tirə olub, monoklinal subsekvent dərələrlə sərhədlənir.
Tirə (İzmir)
Tirə (türk. Tire) — İzmir ilinin ilçəsi. İzmirin cənub-şərqində yer alır. İl mərkəzinə uzaqlığı 64 km-dir. İlçənin şərqində Ödəmiş, şimalında Bayındır, qərbində Torbalı və Səlcuq ilçələri, cənubunda isə Aydın ili yerləşir. İlçənin sahəsi 716 km2-dir. 2019-cu ilin statistikasına əsasən ilçə əhalisi 84,804 nəfərdir.
Tirə ada
Tirə ada (rus. гряда островная, ing. island ridge) — vulkan, yaxud mərcan mənşəli zəncirvari adalar. Sualtı silsilələrin, yaxud xətti yerləşmiş dağların su üzərinə çıxmış zirvələrindən təşkil olunur. Okeanların mərkəzi hissəsində adalar adətən düzxəttli, materiklərin yaxınlığında isə qövsvari yerləşir.
Tirə relyefi
Tirə relyefi (rus. Рельеф грядовый, ing. Ridge relief) — çay dərəsində, dəniz sahilində, yaxud səh­rada akkumulyativ mənşəli tirələrdən ibarət relyef.
Qızılboğaz dağları (tirə)
Qızılboğaz dağları – Babək rayonu ərazisində alçaqdağlıq tirə. Naxçıvan çökəkliyinin şimal-şərq kənarı boyu uzanan Qaracalar-Qızılboğaz tirəsinin 3,5 km uzunluqlu ucqar şimal-qərb parçasıdır. Ən yüksək zirvəsi Qızılboğaz dağıdır (hünd. 1179,7 m.). Üst Oliqosen-Alt Miosenin vulkanogen-çökmə süxurlarından və onları yarıb çıxmış ekstruziv kütlələrdən təşkil olunmuşdur. Tektonik cəhətdən Naxçıvan qoyulma çökəkliyini şimal-şərqdən hüdudlandıran Naxçıvan dərinlik qırılma zonasında yerləşir.
Tire
Tire (—) (fr. tiret, tirer - çəkmək) durğu işarəsi. Sintaktik konstruksiyaları bir-birindən ayırmaq, fərqləndirmək üçün istifadə olunur. Adətən, cümlədə fikrin istiqamətini (gedişini) dəyişdirmək və ya kəsmək, eləcə də aydınlaşdırıcı şərhi seçdirmək üçün istifadə olunan punktuasiya işarəsi (––). Bu ingilis terminində bəzi şriftlərdə baş M hərfinin eninə bərabər olan mətbəə ölçüsü vahidinin (em) adından istifadə olunub; eynienli (MONOSPACE) şriftlərdə uzun tireni göstərmək üçün çox zaman iki ardıcıl defisdən istifadə olunur.
Birə
Birə — müxtəlif bakteriyaların, virusların, parazit qurdların və xəstəlik törədən ibtidailərin daşıyıcılarıdır. Onlar məməlilər, quşlar va digər heyvanların üzərində və yuvalarında yaşayır. Birələr qanla qidalanır. Bəzi növləri qansormadan 18 aya qədər yaşaya bilir. Fəallığından asılı olaraq onları qış və yay birələri adlandırırlar. Taun xəstəliyinin yayılması yetkin birələr vasitəsilə həyata keçirilir. Onlar gəmiricilər üzərində yaşayıb xəstəliyin yayılmasına (epidemiyalara) səbəb olur. Birələr həm də tulyaremiya, qarayara, bruselyoz, cüzam və s. xəstəliklərin törədicilərini də daşıyır. Birələr - qansoran həşəratlar qrupuna daxildir.
Cirə
Cirə (lat. Cuminum) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinə aid bitki cinsi. Bu cinsə 4 qəbul edilmiş növ daxildir. == Taksonomiya == Cins 1753-cü ildə Karl Linney tərəfindən Species Plantarum-da təsvir edilmişdir. Tipik növü adi cirədir (lat. Cuminum cyminum). == Növləri == Cuminum borszczowii (Regel & Schmalh. ) Koso-Pol. Adi cirə (Cuminum cyminum L.) Cuminum setifolium (Boiss. ) Koso-Pol.
Lirə
Türk lirəsi — Türkiyə Respublikasının pul vahidi. Kipr lirəsi — Kipr Respublikasının pul vahidi. Livan lirəsi — Livanın pul vahidi. Malta lirəsi — Maltanın pul vahidi.
Tiri
Tiri — Azərbaycan Respublikasının Zəngilan rayonunun Cahangirbəyli kənd inzibati ərazi dairəsində kənd. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci ilin oktyabr ayının 22-də Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunmuşdur.
Tirmə
Tirmə (fars. ترمه‎) əsasən İranın İsfahan əyalətində istehsal olunan əl ilə toxunmuş parça növüdür. Müasir dövrdə Yəzd tirməsi gözəlliyinə görə dünyada daha məşhurdur. Yəzd tirmənin dizayn, istehsalat və marketinq mərkəzi kimi mühüm rola malikdir. Tirmə toxumaq üçün uzun lifli yaxşı yun lazımdır. Tirmə toxumaq incə, diqqətli və vaxt aparan prosesdir. Yaxşı toxucu bir günə 25-30 santimetr məhsul istehsal edə bilər. Əsasən tirmənin toxunma prosesi zamanı istifadə olunan fon rəngləri qırmızı, yaşıl, narıncı və qaradır. Tarixdə bir çox şəxs tirməyə olan vurğunluğundan bəhs etmişdir. Yunan tarixçiləri fars toxumalarının gözəlliyini şərh etmiş, çinli səyyah Huanq Tesank isə tirməyə heyran qalmışdır.
Turə
Turə — İranın Mərkəzi ostanının Şazənd şəhristanının Zaliyan bəxşində şəhər və bu bəxşin mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 2,167 nəfər və 571 ailədən ibarət idi.
Tərə
Tərə (lat. Chenopodium) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinə aid bitki cinsi.
Şirə
Şirə və ya Meyvə suyu — maye halında olan qida məhsuludur, demək olar ki, dünyanın bütün ölkələrində məşhurdur. Ən yeməli, keyfiyyətli, yetişmiş meyvələrdən və tərəvəzlərdən hazırlanan şirələr daha çox yayılmışdır, lakin elə şirələrdə var ki, bitkilərin gövdələri, kökləri, yarpağlarından alinir (məsələn, şəkər qamışı şirəsi, kərəviz şirəsi). İstehlakçıların nöqteyi-nəzərindən, şirələr ənənəvi olaraq üç növə bölüşürlər: Təzə sıxılmış şirə — istehlakçıların iştirakı ilə istehsal edilən şirə. Birbaşa sıxılmış şirə — ən yaxşı yetişmiş meyvə və tərəvəzdən hazırlanmış, pasterizə olunub və asseptik paketlərə, şüşə qablarina doldurulmuş şirə. Bərpa edilmiş şirə — qatılaşdırılmış şirəni içməli su ilə qarışdıraraq istehsal edib, asseptik qablara doldurulan şirə.
Zirə
Zirə (Xəzər) — Bakı şəhərinin Xəzər rayonu ərazisində qəsəbə. Zirə bələdiyyəsi — Azərbaycan Respublikasının Bakı şəhəri Xəzər rayonunda bələdiyyə. Zirə (bitki) — Çətirçiçəklilər fəsiləsindən çoxillik ot bikisi cinsi. Zirə şərbəti — Azərbaycanda içki Zirə FK - Futbol klubu Böyük Zirə — Xəzər dənizinin Azərbaycana aid hissəsində yerləşən ada. Kiçik Zirə — Xəzər dənizinin Bakı körfəzində eyni adlı arxipelaqa aid olan ada Xərə Zirə — Xəzər dənizində, Bakı arxipelaqında ada. Daş Zirə — Xəzər dənizində, Abşeron yarımadasının şərq küncündə yerləşən ada. Adi zirə — zirə cinsinə aid bitki növü. Qara zirə — Əkin qaraçörəkotu Qara zirə yağı — müalicəvi xüsusiyyətə malik bitki yağı.
Tir
Tir bu mənalara gələ bilər: Tir (şəhər) Tir (ay) Tir (atıcılıq) Tir (tanrı) Tir (idman) Tır — yük daşıyan nəqliyyat vasitəsi.
Gecikən tərə
Gecikən tərə (lat. Chenopodium serotinum) — tərələr cinsinə aid bitki növü.
Hibrid tərə
Hibrid tərə (lat. Chenopodium hybridum) - tərələr cinsinə aid bitki növü.
Kiçik Zirə
Daş Zirə və ya Daş adası — Xəzər dənizində, Abşeron yarımadasının şərq səmtində yerləşən ada. Azərbaycanda yerləşir. Bakı körfəzinə aid olan adalardandır. Sahəsi 0.1 km² təşkil edir, sahildən uzaqlığı 2,47 km-dir. Adanın uzunluğu 0,7 km, eni isə 0,1 km təşkil edir. Digər adı Volfdır (almanca canavar). Bakı arxipelaqında yerləşən ada. == Tarixi == 1721 ildə I Pyotr Xəzərin qərb sahillərinə hücumu zamanı adaya Vulf adı verir. Bu adı Fin körfəzində yerləşən Pevelskoy arxipelaqındakı Vulf adasına bənzədiyi üçün verir. == Flora-Faunası == Adada Xəzər suitisi, Gümüşü qağayı, Maygülülər, Fitçi-cürə kimi canlılara rast gəlinir.Xəzər gekkonu adlı kərtənkələnin 1 yarımnövü bu adaya endemikdir (Daş ada gekkonu).
Mirə türbəsi
Mirə türbəsi — Elxanilər dövləti dövründə vəzir olmuş Tacəddin Əlişahın həyat yoldaşı Mirə Xatunun Salmas şəhərinin yaxınlığında məqbərəsi (1310 il). Mirə Xatunun ozamankı adıyla Əminə xatun, Arqun ağanın qızı və Tacəddin Əlişahın həyat yoldaşıydı. Salmasın qərbində Köhnə Şəhər yaxınlıqlarında Mirə Türbəsi olaraq tarixçilər tərəfindən qeyd olunmuşdur. Türbə 7 may 1930-cu ildə baş vermiş Dilman zəlzələsi zamanı dağılmışdır. Türbənin ucalığı 20 metr idi.
Niko Tiru
Olia Tira
Olya Tira - moldovalı müğənni. 2010 Avroviziya Mahnı Müsabiqəsində SunStroke Project musiqi qrupu ilə birlikdə Moldovanı "Run Away" mahnısı ilə təmsil edib.
Olya Tira
Olya Tira - moldovalı müğənni. 2010 Avroviziya Mahnı Müsabiqəsində SunStroke Project musiqi qrupu ilə birlikdə Moldovanı "Run Away" mahnısı ilə təmsil edib.
Qara zirə
Əkin qaraçörəkotu (lat. Nigella sativa) — qaymaqçiçəyikimilər fəsiləsinin qaraçörəkotu cinsinə aid bitki növü. Bitkinin botaniki adı – Nigella Sativadır. Azərbaycan dilində ənənəvi olaraq onu qara zirə adlandırırlar. Bitki Aralıq dənizi regionunda, Afrikanın şimalında, Asiyada və Ərəbistan yarımadasında bitir. Gözəl ətirli xassəyə malik, görünüşünə görə küncütə bənzəyən, amma qara rəngi ilə ondan fərq­lənən zirə xalq arasında müxtəlif adlarla məşhur dur. Arxeoloqlar neolit və mezolit təbəqələrində apardıqları qazıntılar zamanı qara zirə toxumları tapmışlar ki, bu da ondan hələ 8 min il bundan qabaq istifadə edildiyini göstərir. Məşhur alim Lord Karter olduqca mühüm bir arxeoloji kəşf etmişdir. O, firon Tutanxamonun qəbrini tapdıqda gənc çarın ətrafına düzülmüş əşyaların ara sında yağ olduğunu aşkar etmişdi. Lakin arxeoloq onun nə yağı olduğunu o vaxt bilmirdi.
Uzun tire
Tire (—) (fr. tiret, tirer - çəkmək) durğu işarəsi. Sintaktik konstruksiyaları bir-birindən ayırmaq, fərqləndirmək üçün istifadə olunur. Adətən, cümlədə fikrin istiqamətini (gedişini) dəyişdirmək və ya kəsmək, eləcə də aydınlaşdırıcı şərhi seçdirmək üçün istifadə olunan punktuasiya işarəsi (––). Bu ingilis terminində bəzi şriftlərdə baş M hərfinin eninə bərabər olan mətbəə ölçüsü vahidinin (em) adından istifadə olunub; eynienli (MONOSPACE) şriftlərdə uzun tireni göstərmək üçün çox zaman iki ardıcıl defisdən istifadə olunur.
Time
Nəşrlər Time (jurnal) — həftəlik informasiya jurnalı. Mahnılar Time (İzabo) — 2012 Avroviziya Mahnı Müsabiqəsi mahnısı Big Time — C. C. Catch tərəfindən 1989-ci ildə ifa edilmiş mahnı Remember the Time — Maykl Ceksonun mahnısı.
Tır
Tırlar – qoşqulu və ya çəkicili yük çəkən yük maşınlarıdırlar. Tırlar əsasən güc, davamlılıq və səmərəlilik məqsədilə böyük həcmli dizel mühərriklərinə, çoxlu oxlara və çoxpilləli ötürmə sistemlərinə malik olurlar.
Gökhan Töre
Gökhan Töre (20 yanvar 1992[…], Köln, Almaniya Federativ Respublikası) — Türk futbolçusu. "Beşiktaş" klubunun hücumçusudur.
Le-Tiye
Le-Tiye (fr. Le Thillay) — Fransada bələdiyyə , region — İl-de-Frans, departament — Val-d’Uaz, rayon — Sarsel, kanton — Qoness. Əhalisi — 3.969 nəfər (2006). Bələdiyyə Paris şəhərinin təxminən 18 km şimal-şərqdə, Serji belediyyənin 30 km şərqdə yerləşir.