1. Böyük bir şeydən sınmış, qopmuş, ayrılmış və ya kəsilmiş kiçik hissə, parça, qırıq.
[Rövşən] salam-əleykəssalamdan sonra daşın bir balaca tikəsini ustaya verib dedi… “ ”.
// Yeyilən şeyin bir hissəsi. Pendir tikəsi.
– [Musa kişi:] Arvad, sən allah, yadından çıxmasın, bu ətdən bir tikə də o Həsənəlinin yetimlərinə göndər, yazıqdırlar…
// məc. Yaşamaq üçün vəsait; yeyəcək, yeyiləcək şeylər. Tikəsini dostu ilə bölmək. – Düşmənin tikəsindən dostun şilləsi yaxşıdır. ( Ata. sözü ).
İnsan gərək dayanıbdurmasın, yatıb vaxtını, gününü öldürməsin, çıxan tüstü, hazır tikə axtarmasın.
2. “Bir” sözü ilə – bir tikə – 1) bir az, bir zərrə, bir qırıq, zərrə qədər, qətiyyən, əsla.
Bacardıqca vermə yer beynində artıq yükə; Mənə bax, ay qız, mənə, dərd çəkmirəm bir tikə.
Havada bir tikə də bulud, duman və tüstü yox idi. ;
2) balaca, kiçik, bambalaca. Bir tikə uşaq.
◊ Tikə boğazından getmək – həyəcandan, yorğunluqdan, hirsdən və s. hisslərdən dolayı heç nə yeyə bilməmək.
Haram tikə – bax haram.
Ürəyi bir tikə olmaq – bax ürək.
Yağlı tikə – bax yağlı 3-cü mənada.