Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Roberto Bacco
Roberto Baccio (it. Roberto Baggio; 18 fevral 1967[…]) — Karyerasını başa vurmuş italiyalı futbolçu. Hücumçu və hücuma meyilli yarımmüdafiəçi mövqelərində oynamışdır. Futbolçu karyerasını (1982–2004) vətənində keçirib. Viçentsa, Fiorentina, Yuventus, Milan, "Bolonya", İnter Milan və "Breşiya" klublarının şərəfini qorumuşdur. İtaliya milli komandasının heyətində 1990, 1994 və 1998-ci illərdə keçirilən futbol üzrə dünya çempionatlarında çıxış etmişdir. 1993-cü ildə Dünya və Avropanın ən yaxşı futbolçusu seçilib, 1992–1993-cü il mövsümündə "UEFA Kuboku"nun qalibi, 1990-cı il "Düya Çempionatı"nın bürünc mükafatçısı, 1994-cü il "Dünya Çempionatı"nın gümüş mükafatçısı, 1994–95, 1995–96-cı il mövsümlərində İtaliya çempionatının qalibi, 1994–95-ci illər İtaliya Kubokunun qalibi, üç fərqli dünya çempionatında qol vurmuş yeganə italyan futbolçu. 2000-ci ildə FİFA-nın keçirdiyi rəy sorğusuna əsasən XX əsrin ən yaxşı dördüncü futbolçusu seçilib (Maradona, Pele və Eysebiodan sonra). Futbolçu karyerasını başa vurduqdan sonra xeyriyyəçiliklə məşğul olur. 2002-ci ildən FAO-nun xoşməramlı səfiridir.
Trinidad və Tobaqo
Trinidad və Tobaqo — Karib hövzəsində yerləşən, Trinidad və Tobaqo adlı iki fərqli adadan ibarət olan bir ölkə. == Tarixi == Ölkə İngiltərədən 31 avqust 1962-ci ildə müstəqilliyini elan etmişdir. Konstitusiya isə bu istiqamətdə 1 avqust 1976-cı ildə qəbul edilmişdir. == Coğrafiyası == Ölkə Karib adaları, Karib dənizi və Şimal Atlantik Okeanı arasında adalar, Venesuelaın şimal-şərqində yerləşir. Koordinat olaraq, 11 00 Şimal paraleli, 61 00 Qərb meridianında yerləşən ölkə xəritədə Orta Amerika və Karib adaları içində görsənir. Ölkənin hər iki adasının cəmi sahəsi 5.128 km²dir. Ölkə heç bir başqa ölkə ilə quru qonşusu olmadığından, quru sərhədləri 0 km olaraq qəbul edilməkdədir. Sahil xətti 362 km-dir. Ancaq qabarma-çəkilmələr nəticəsində bu azalıb çoxala bilər. Bölgədə tropik iqlim hakimdir.
Trinidad və Tobaqo Respublikası
Trinidad və Tobaqo — Karib hövzəsində yerləşən, Trinidad və Tobaqo adlı iki fərqli adadan ibarət olan bir ölkə. == Tarixi == Ölkə İngiltərədən 31 avqust 1962-ci ildə müstəqilliyini elan etmişdir. Konstitusiya isə bu istiqamətdə 1 avqust 1976-cı ildə qəbul edilmişdir. == Coğrafiyası == Ölkə Karib adaları, Karib dənizi və Şimal Atlantik Okeanı arasında adalar, Venesuelaın şimal-şərqində yerləşir. Koordinat olaraq, 11 00 Şimal paraleli, 61 00 Qərb meridianında yerləşən ölkə xəritədə Orta Amerika və Karib adaları içində görsənir. Ölkənin hər iki adasının cəmi sahəsi 5.128 km²dir. Ölkə heç bir başqa ölkə ilə quru qonşusu olmadığından, quru sərhədləri 0 km olaraq qəbul edilməkdədir. Sahil xətti 362 km-dir. Ancaq qabarma-çəkilmələr nəticəsində bu azalıb çoxala bilər. Bölgədə tropik iqlim hakimdir.
Trinidad və Tobaqo dolları
Trinidad və Tobaqo dolları (Valyuta kodu — TTD) — 1964-cü ildən (əvvəl ölkədə Britaniya Vest-hind dolları istifadə olunurdu) Trinidad və Tobaqo respublikasının rəsmi pul vahididir. 1 dollar 100 sentə bərabərdir. Mübadilədə 5, 10, 25 və 50 sentlik sikkələrdən və 1, 5, 10, 20, 50, 100 dollarlıq əsginaslardan istifadə olunur.
Azərbaycan–Trinidad və Tobaqo münasibətləri
Azərbaycan–Trinidad və Tobaqo münasibətləri — Azərbaycan Respublikası ilə Trinidad və Tobaqo Respublikası arasındakı mövcud ikitərəfli əlaqələr.
Azərbaycan–Trinidad və Tobaqo futbol matçları
== Kişilər ==
Trinidad və Tobaqo milli futbol komandası
Trinidad və Tobaqo milli futbol komandası Trinidad və Tobaqonu futbol üzrə beynəlxalq yarışlarda təmsil edən komandadır. KONKAKAF-ın üzvüdür. == Tarixi == Trinidad və Tobaqo millisi hələ keçən əsrin əvvəllərindən etibarən futbol arenasında çıxış etməyə başlasa da uzun müddət uğur əldə edə bilməyib və dünya kubokundan kənarda qalıblar. Komanda ilk dəfə 90-cı il dünya çempionatının seçmə mərhələsində mundiala qatılmaq üçün əla şans əldə edib. Bunun üçün son oyunda sadəcə olaraq ABŞ millisi ilə bərabər qalmaq lazım idi. Ancaq ada ölkəsi vacib qarşılaşmada uduzaraq (1-0) "İtaliya 90"-na gedə bilməmişdir. Millinin əsas naliyətləri XXI əsrin əvvəllərinə təsadüf edir. Beləki "Soka döyüşçüləri" əvvəlcə KONKAKAF Qızıl kubokunda yarımfinala qədər irəlləmişdir. Trinidad və Tobaqonun ən böyük uğuru isə DÇ-2006-da iştirakdır. Mundialda İngiltərə, İsveç və Paraqvayla eynin qrupda yarışan komanda skandinavlardan aldıqları 1 xalla sonuncu olmuşlar.
Azərbaycan-Trinidad və Tobaqo futbol matçlarının siyahısı
== Kişilər ==
Baçço Bandinelli
Baçço Bandinelli və ya əsl adı ilə Bartolommeo Brandini (12 noyabr 1493, Florensiya – 7 fevral 1560, Florensiya) — İntibah dövrünün italyan rəssamı və heykəltaraşı. XVI əsrdə yaratdığı heykəlləri Mediçi ailəsi tərəfindən alınırdı. == Həyatı == Atası Mikel di Viviano de Brandini oğlu Bandinellini zərgar kimi böyütmüşdür. Lakin daha sonra heykəltaraşlığa maraq göstərən Bandinelli heykəltaraş Covanni Françesko Rastiçinin yanında işləmiş və Toskana hersoqu I Kosimo Mediçinin sarayında tanınmış incəsənət xadiminə çevrilmişdir. Birisi Vatikanda (1531), o birisi Florensiyada (1550) olmaqla iki incəsənət məktəbi açmışdır. Ciorci Vasari "Məşhur italyan memar, rəssam və heykəltaraşların həyatı" ("Le Vite de’ piû eccellenti architet- ti, pittori, et scultori italiani", 1550) və Benvenuto Çellininin "Həyat" ("Vita", 1728) adlı kitablarında Bandinelli qısqanc, pis və qabiliyyətsiz kimi təsvir olunmuşdur. Bandinelli soyadını 1530-cu ildə almışdır. Bandinellinin əsərləri onun öz işində peşəkar olduğunu göstərir. Florensiyanın Uffizi qalereyasında sərgilənən "Laokoon" əsəri, "He- rakles ve Cacus" (1534) heykəli ve Florensiya kafedralının qabartmaları ən məşhur əsərləridir. Amma daha sonra Mediçi sarayındakı yerini Kellini ve Bartolommeo Ammannatiyə vermişdir.