Bu məqaləni vikiləşdirmək lazımdır. |
Trinidad və Tobaqo — Karib hövzəsində yerləşən, Trinidad və Tobaqo adlı iki fərqli adadan ibarət olan bir ölkə.
Trinidad və Tobaqo | |||||
---|---|---|---|---|---|
Republic of Trinidad and Tobago | |||||
| |||||
«Together we aspire, together we achieve » (isp. «Biz birlikdə talib edirik, birlikdə nail olarıq») |
|||||
Rəsmi dilləri | |||||
Paytaxt | Port of Spein | ||||
İdarəetmə forması | Parlament respublikası | ||||
Prezident | Christine Kangaloo [ 20.III.2023 ] | ||||
Baş nazir | Keith Rowley [ 9.IX.2015 ] | ||||
Sahəsi | Dünyada 171-ci | ||||
• Ümumi | 5131 km² | ||||
Əhalisi | |||||
• Əhali | 1 240 min nəfər (152-ci) | ||||
• Sıxlıq | 241 nəf./km² | ||||
ÜDM (AQP) | |||||
• Ümumi | 42 200 millyon dollar (111-ci) | ||||
• Adambaşına | 31 300 dollar (54-cü) | ||||
Valyuta | Trinidad və Tobaqo dolları | ||||
İnternet domeni | .tt | ||||
ISO kodu | TT | ||||
BOK kodu | TTO | ||||
Telefon kodu | +1868 | ||||
Saat qurşaqları | |||||
Nəqliyyatın yönü | sol[d][1] | ||||
Vikianbarda əlaqəli mediafayllar |
Ölkə İngiltərədən 31 avqust 1962-ci ildə müstəqilliyini elan etmişdir. Konstitusiya isə bu istiqamətdə 1 avqust 1976-cı ildə qəbul edilmişdir.
Ölkə Karib adaları, Karib dənizi və Şimal Atlantik Okeanı arasında adalar, Venesuelaın şimal-şərqində yerləşir. Koordinat olaraq, 11 00 Şimal paraleli, 61 00 Qərb meridianında yerləşən ölkə xəritədə Orta Amerika və Karib adaları içində görsənir. Ölkənin hər iki adasının cəmi sahəsi 5.128 km²dir.
Ölkə heç bir başqa ölkə ilə quru qonşusu olmadığından, quru sərhədləri 0 km olaraq qəbul edilməkdədir. Sahil xətti 362 km-dir. Ancaq qabarma-çəkilmələr nəticəsində bu azalıb çoxala bilər. Bölgədə tropik iqlim hakimdir. Ərazi quruluşu düzənlik və dağlardan ibarətdir. Ölkədəki ən yüksək nöqtə 940 m ilə "Əl Cerro deş Aripo"dur.
Trinidad və Tobaqonun əsas sərvətləri neft, təbii qaz və asfaltdır. Ərazinin %15-i əkinçiliyə uyğundur və %2-ində otlaqlar təşkil etməkdədir. Ölkənin %46-i meşəlikdir. Ölkənin 220 km²'si sulana bilir.
Pul vahidi Trinidad və Tobaqo dollarıdır.
Ölkədə 243.000 ətrafında telefon xətti var. Ölkənin telefon kodu isə 1868-dir.
Ölkədə 8.320 km quru yolu şəbəkəsi var. Ölkədə hər hansı bir kanal yoxdur. Ölkədə xam neft daşıyan 1.032 km; neft məhsulları daşıyan 19 km və təbii qaz daşıyan 904 km boru xətti mövcuddur. Ölkədə "Pointe-a-Pierre", "Point Fortin", "Point Lisas", "Port-of-Spain", "Scarborough" və "Tembladora" limanları mövcuddur. Ölkədə 6 havalımanı var.